Azərbaycan Milli Kitabxanası
22
anlayışının kökündən yanlışlığını ortaya qoymuş və əsas
dörd tipin fərqləndirilməsini məqbul hesab edən məlum
«humboldian kvadra» nəzərdə tutulduğundan,həmin etiraz-
ların yanlış ünvanlı olacağını düşünürük. Bu baxımdan,
Humboldt təsnifatının ənənələrini davam etdirən müasir
tipoloji klassifikasiyanın dil strukturunun «poli-
tipolojiliyindən» (yəni, dil strukturunun birdən artıq
tipoloji mexanizmin ortaya qoyduğu vasitələr üzərində
nəşət tapmasından – A.H.) çıxış edərək, onun (tipoloji klas-
sifikasiyanın) dildə « bu və ya digər tipin hansı səviyyədə
təmsil olunmasının» təsbiti
əsasında « tipoloji
xarakteristikasının kəmiyyət interpretasiyasını» verdiyini
önə sürən A.B. Dolqopolski və M.A.Jurinskayanın
1
(kursiv
bizimdir – A.H.) qənaəti ilə (müəyyən dəqiqləşdirmə ilə)
razılaşmaq mümkündür. Belə ki, dil strukturunda təmsil
olunan fərqli tipoloji təmayül elementlərinin, heç olmasa,
ən təxmini «kəmiyyət interpretasiyası» olmadan,dilin
adekvat tipoloji «kimlik» göstəricisini təsbit etmək olmaz.
Lakin həmin interpretasiya təxminən eyni terminoloji
annotasiya ilə təqdim olunmuş C.Qrinberq tipologiyasının
model olaraq qəbulu anlamına gələ bilməz. Belə ki,alimin
E.Sepirin qradual tipologiyasına istinadən hazırladığı və
bəzi tədqiqatçılar tərəfindən «tipoloji- xarakteroloji
indeksasiyanın kvantitativ metodikası»
2
və ya
« kvantitativ(kəmiyyət) morfoloji tipologiya»
3
(kursiv bi-
zimdir – A.H.) qismində səciyyələndirilən klassifikasiya
mexanizmi, irəlidə (təsnifat kriterilərinin seçimi ilə bağlı
problemin dəyərləndirilməsi çərçivəsində) izləyəcəyimiz
1
Долгопольский А. Б., Журинская М. А. Типологическая классификация
http://www.booksite.ru
2
Гринберг Дж
.
http://archive.libfl.ru/win/service/grinberg.html
3
Долгопольский А. Б., Журинская М. А. Типологическая классифика-
ция
http://www.booksite.ru
Azərbaycan Milli Kitabxanası
23
kimi,bəzi uyğunsuzluqlardan xali olmamaqla bərabər,
təsnifat sistematizasiyasına qarşı qoyulan əsas tələbə
yətərincə cavab vermir. Söhbət aparıcı struktur özəlliklə-
rinə görə (yəni daxili nizamlanma mexanizminə görə),
verilən obyektlərin (yəni dillərin) «ideal statusunda
dəyərləndirilən model və ya tip çərçivəsində qruplaşdırıl-
ması»ndan
1
gedir.
Doğrudur, C.Qrinberqin tipoloji indeksasiya modelinin
istinad etdiyi çoxcəhətli (və ya çoxrakurslu) tipologiyada
dil strukturunda yer alan ayrı-ayrı təmayüllərin bu və ya
digər səviyyədə təmsil olunmasından çıxış edilir və burada
«dilin» demək olar ki, amorf» və ya «yüksək səviyyədə
aqlütinativ»
2
ola biləcəyi nəzərdən qaçırılmır. Bununla
belə, kriteri seçimindəki yayğınlıq Sepir-Qrinberq
tipologiyasının işləkliyini çətinləşdirmişdir. Təsadüfi deyil ki,
öz təsnifatının təkmilləşdirilməsi üzərində uzun zaman
çalışmalar aparmış Sepir bu klassifikasiyanın beşinci redaktə
variantında, V.P.Danilenkonun bildirdiyi kimi, Humboldt
təsnifatının prinsiplərinə qayıtmışdır
3
.
Maraqlıdır ki, Sepir təsnifatının ifrat liberalizmi
fonunda, ilk baxışdan, onun (Sepir tipologiyasının) dil
təkamülü ideyasını və hətta üstün tipoloji quruluş anlayışını
ortaya atmış A.Şleyxer tipologiyasından bəhrələnməsi fikri
nə qədər paradoksal görünsə də, bəzi tədqiqatçılar Amerika
dilçisinin təqdim etdiyi çoxrakurslu tipoloji təsnifatdakı
bəzi fikirlərin (konkret olaraq, «tipoloji sürüşkənliyin») öz
ilkin başlanğıcını, məhz, (Sepirin ciddi tənqidinə məruz
1
Огурцов А.П.,Юдин Э.Г.Типология. // Большоя Советская Энцикло-
педия http://bse.sci-lib.com
2
Журинская М.А. Морфологическая классификация языков. http://www. cultinfo.ru/
3
Даниленко В.П Общая типология языков в концепции Э.Сепира
www.islu.ru/danilenko/articles/sepirtipol.htm
Azərbaycan Milli Kitabxanası
24
qalmış) «natur-tipologiya»dan götürdüyünü önə sürürlər
1
.
Əslində, Sepirin «sürüşkən» tipoloji təsnifatı ilə bəzi
tədqiqatçılar tərəfindən (aparılan paralellik kontekstində bir
qədər qəribə görünsə də, hətta Sepirin özü tərəfindən
2
) bir
çox halda «yeriyən» adlandırılan Şleyxer təsnifatı arasında
ideoloji paralellik aparmaq, zənnimizcə, o qədər də
mümkün deyil. Belə ki, tədqiqatımız boyu görəcəyimiz
kimi, burada fərqli səpkili «stadial transformasiyalar»dan
söhbət gedir.
Strukturalistlərin dil strukturunun daxili təşkilatlanma-
sının tədqiqinə daha çox özən göstərmələri tamamilə anlaşılan
olduğundan, təkcə Amerika strukturalistlərinin deyil, onların
Praqalı həmfikirlərinin də oxşar təsnifat standartlarından çıxış
etməsi, heç şübhəsiz ki, məntiqəmüvafiq görünür. Praqa
funksionalistləri də okeanın o tayındakı həmkarları kimi fərqli
tipoloji təmayüllərin dil strukturunda təmsil olunma
səviyyələrinin aşkarlanmasını, demək olar ki, tipologiyanın
əsas vəzifəsi hesab edirdilər.
3
Lakin bu dilçilik məktəbinin ümumən sərgilədiyi xa-
rakteroloji dəyərləndirmə platformunda müəyyən fərqli
nüanslar da yox deyildir. Belə ki, V.Mateziusun xaraktero-
loji tipologiyası aparıcı tipoloji təmayülün təsbitinə xüsusi
özən göstərmədiyi halda, digər Praqa funksionalisti
V.Skaliçkanın tipoloji dəyərləndirmələrində tipoloji
xarakteristikası təqdim olunan dilin əsas (tipoloji) «kim-
1
бу щагда бах: Сусов И.П. История языкознания
http://www.gumer.
info/bibliotek_Buks/Culture/Sysov_Jazukoznzn/_Index.php
2
бах:Даниленко В.П Общая типология языков в концепции Э.Сепира
www.islu.ru/danilenko/articles/sepirtipol.htm
3
бах: Скаличка В. К вопросу о типологии // Вопросы языкознания,
1966, №4, стр. 22-30.; Скаличка В. О современном состоянии типологии
/ Новое в лингвистике. Выпуск III. М., 1963, стр.19-35; Даниленко В.М.
Лингвистическая характерология в концепции В.Матезиуса // Вопросы
языкознания, 1986, № 4, стр. 120-128.
Dostları ilə paylaş: |