Azərbaycan Milli Kitabxanası
19
və resessiv elementlər» anlayışları arasındakı
bənzərsizliklərin təsbiti işinə, habelə bəzi tipoloji tədqiqat-
ların məlum təsnifat standartlarına uyğunsuzluğunun aşkara
çıxarılmasına yardımçı ola biləcəyini nəzərə alaraq,məsəyə
bir qədər aydınlıq gətirilməsini məqsədəuyğun hesab edirik.
«Araşdırma və ya müşahidə obyektlərinin müəyyən
ortaq göstəricilərə görə qruplaşdırma sistemi» qismində
tanımlanan klassifikasiyanın
1
taksonomiyaya qarşı qoyul-
ması qeyri-mümkün olduğu kimi, əsasən, iyerarxik
münasibətlərdə olan komponentlərin klassifikasiyasını
gerçəkləşdirən və «altnöv» və «üstnöv» (podvid-supervid)
fərqləndirilməsini təmin edən taksonomik təsnifatla
2
sistematizasiya arasında da bərabərlik işarəsi qoymaq
olmaz. Belə ki, sinonim – dubletlər qismində səciyyələn-
dirilə bilməyən bu istilahların semantik altyapısının təhlili
onların birinin digərini tamamladığını,daha dəqiq desək,bir
çox halda birinin digərinin mövcudluğunu tələb etdiyini
ortaya qoyur.
Doğrudur, sözügedən anlayışlarla bağlı müvafiq ensik-
lopedik və fəlsəfi ədəbiyyatlarda təqdim olunan ümu-
miləşdirilmiş məlumatların səthi təhlili bu çətin sezilən
fərqin aşkara çıxarılmasına mane olur Belə ki, «takso-
nomiya»ya verilən təriflər bu istilahın adından da bəlli
olduğu kimi,( yunan d. toxis «quruluş, nizam, mövqe»;
nómos «qanun») onun (taksonomiyanın) «reallığın, adətən,
iyerarxik quruluşa və çətin (çoxtərkibli) təşkilatlanmaya
malik sahələrinin(…coğrafi obyektlər, geologiya, dilçilik,
etnoqrafiya və s.) təsnifatlandırılması və sistematizasiyası
nəzəriyyəsi» (kursiv bizimdir – A.H.) qismində
1
Классификация http://ru.wikipedia.org/
2
Taxonomy
http://en.wikipedia.org/wiki/Taxonomy
; Таксономия http://ru.
wikipedia.org/
Azərbaycan Milli Kitabxanası
20
dəyərləndirildiyini ortaya qoyur.
1
Göründüyü kimi, burada sözügedən istilahın ixtiyari
istifadəsi müəyyən anlaşılmazlığa yol açmışdır. Halbuki,
sonuncunu (sistematizasiyanı) təyinləndirən təriflərdə
taksinomiyanın bir sistematizasiya aləti olub ona (siste-
matizasiyaya) xidmət etdiyi bildirilir. Daha dəqiq desək,
taksonomiya düzgün və hərtərəfli sistematizasiyanın
aparılması məqsədilə qarşılıqlı əlaqədə olan eyni obyektin
komponentlərinin və ya (çoxtərkibli obyektin tərkib
hissələrini təşkil edən) ayrı-ayrı obyektlərin iyerarxik
münasibətlərini təsbit etməklə
2
sistematizasiya matrisasını
ortaya çıxarmış olur.
Deyilənlərə istinadən belə bir ilkin nəticəyə gəlmək
mümkündür ki,linqvistik tipologiya iyerarxik münasibət-
lərin təsbitinə əsaslanan taksonomik təsnifatlandırmadan
törəyən sistematizasiya mexanizmidir. Başqa sözlə, bu və
ya digər dilə verilən tipoloji «kimlik vəsiqəsi» həmin dildə
bu və ya digər qrammatik kateqoriyaların ifadəsi
çərçivəsində və ya derivativ proseslərdə öz reallaşmasını
qazanan ayrı-ayrı tipoloji təmayüllərin iyerarxik
münasibətlərinin aşkara çıxarılmasından sonra mümkün olur.
Yəni, obyektiv tipoloji səciyyələndirmə yalnız və yalnız
aparıcı tipoloji təmayül (və ya G.P.Melnikovun dilçiliyə
qazandırdığı və artıq bir çox tipoloji araşdırma müəllifləri
tərəfindən yararlı şəkildə istifadə edilməkdə olan
terminologiyadan çıxış etsək, tipoloji və ya qrammatik
«determinanta»
3
) və sapma elementlərinin dil sistemi
1
Классификация. http://ru.wikipedia.org/
2
Systematics. http://en.wikipedia.org/wiki/Systematics
3
Мельников Г.А.Языковая стратификация и классификация языков /
Единицы различных уровней грамматического строя языков и их взаи-
модействие. М., 1969; Мельников Г.П. Детерминанта - ведущая грамма-
тическая тенденция языка // Фонетика, фонология, грамматика (в честь
Azərbaycan Milli Kitabxanası
21
çərçivəsindəki çəkisinin obyektiv təsbiti sayəsində mümkün
olur. Bütün fərqli yanaşmalar linqvistik tipologiya
nəzəriyyələrinin inkişafına göstərdikləri önəmli xidmətlərə
rəğmən,
əsl mənada,tipoloji təsnifat qismində
səciyyələndirilə bilməz. Belə ki,həmin dəyərləndirmələrdə
təsnifatlandırmanın təməl prinsiplərinə yetərincə uyğunsuz
olduğunu zənn etdiyimiz məqamlar yer alır ki,bu da həmin
təhlillərin (hətta, kifayət qədər uğurlu nəticələr ortaya
qoysalar belə), əsasən, təsviri konstatasiyadan törəyən
xarakteroloji təsbitdən başqa bir şey olmadığını
düşünməyə əsas verir. Ən azından, həmin araşdırmaların
tipoloji təsnifatın obyektivliyinin ən önəmli məqamlarından
olan taksonomik dəyərləndirmələrin yer almamasından
dolayı, sadəcə, xarakteroloji sistematizasiya mexanizmi
qismində səciyyələndirmək daha düzgün olardı (əslində,
ənənəvi bölgünün təklif etdiyi sistematizasiya ilə
müqayisədə, burada həmin terminin tətbiqi bir qədər şərti
işlədilmə kimi görünə bilər).
Doğrudur, klassik tipologiyanın özülünü təşkil edən
Şlegel təsnifatında taksonomik dəyərləndiriləmələrə heç bir
şans tanınmadan hind-Avropa dillərinin «ideal flek-
tivliyinin» «bəsit» aqlütinasiya elementlərindən arınmış
durumda olduğu iddia edilirdi.
1
Və bu əsas gətirildiyi
təqdirdə, bəlkə də son dəyərləndirmələrimizlə bağlı haqlı
görülə bilən etirazlar meydana gələ bilər. Lakin ənəvi və ya
klassik bölgü dedikdə, «ideal» və ya «təmiz» dil tipi
70-летия А.А.Реформатского) http://philologos.narod.ru/melnikov/determ.
htm;
Зубкова Л. Г. К истории определения детерминанты языкового
строя. // Сборник
научных трудов. Казань, 2003. http://www.ksu.ru/f10/
publications /2003
1
Реформатский А.А. Агглютинация и фузия как две тенденции грам-
матического строения слова / Морфологическая типология и проблема
классификации языков. М. – Л., 1965, стр. 81-84.
Dostları ilə paylaş: |