Azərbaycan Milli Kitabxanası
12
onların mahiyyəti və meydana gəlməsini şərtləndirən
dildaxili və dilxarici amillərin rolunun dəyərləndirilməsinə
həsr olunmuş əsərlərin sayının məhdud olduğunu diqqətdən
qaçırmaq olmaz. Obyektivlik naminə onu demək də
lazımdır ki, türkologiya
1
və monqolşünaslıqda
2
, habelə
digər xüsusi dilçilik sahələrində bəzi ayrı-ayrı dil faktların
mahiyyətinin dəyərləndirilməsi kontekstində belə komplesk
yanaşmalı dəyərli tədqiqatlara şahid olmaq mümkün olsa
da, həmin təhlillərin digər araşdırmanın tərkib hissəsini
təşkil etməsindən, eləcə də, yalnız bir və ya bir qrup dil
faktı və ya prosesini əhatə edən lokal dəyərləndirməni
Грамматические категории и морфологические типы языков / Типо-
логия грамматических категорий. Мещаниновские чтения. М., 1975 вя с.
1
мяс: Боровков А.К. Агглютинация и флексия в тюркских языках /
Памяти академика Л.Щербы (1880-1944), Л., 1951; Кононов А.Н. О
фузии в тюркских языках // Структура и история тюркских языков. М.,
1971; Кононов А.Н. О природе тюркской агглютинации // Вопросы
языкознания, 1976, № 4; Черкасский М.А. Тюркский вокализм и
сингармонизм. М., 1965; Щажыйев Т.И. Тцрк дилляриндя сюзцн морфолоъи
инкишафы / Тцрк дилляринин лексик-морфолоъи гурулушу. Б., 1981; Жялилов Ф.А.
Азярбайжан дилинин морфонолоэийасы. Б., 1988; Йусифов М.И. Оьуз групу
тцрк дилляринин мцгайисяли фонетикасы. Б,, 1984; Мирзялийева М. Тцрк
дилляриндя флексийа // Тядгигляр, 1999, № 3 вя с.
2
мяс: Котвич В. Исследование по алтайским языкам. М., 1962,
Владимирцов Б.Я. Сравнительная грамматика монгольского письменно-
го языка и халхаского наречия. Введение и фонетика. Л., 1929; Санжеев
Г.Д. Сравнительная грамматика монгольских языков. М., 1953;
Рамстедт Г.И. Введение в алтайское языкознание. М., 1957; Горцевская
В.А. О флексии и словосложении в эвенкийском языке / Доклады и
сообщения. (Института языкознания АН СССР) XI Том. М.-Л.,
1958; Бертагаев Т.А. Морфологическая структура слова в монголь-
ских языках (О фузии, символизации, аналитизме, внутренней
флексии, сингармонизме и многозначности аффиксов). М., 1969;
Пюрбаев Г.Ц. Функциональное чередование звуков в монгольских
языках // Вопросы языкознания, 1971, №3 вя с.
Azərbaycan Milli Kitabxanası
13
ehtiva etməsindən və ya məhdud həcmli təhlil təcrübəsini
əhatə etməsindən dolayı, burada qlobal anlamda dil
sistemini əhatə edə biləcək və tipoloji modifikasiyaların
mahiyyətininə tam mənası ilə işıq sala biləcək nəzəri
ümumiləşdirmələrin aparıldığını söyləmək çətindir.
Bununla belə, məhz, həmin qəbildən ilkin faktitiv
dəyərləndirmələrin mövcudluğu sonrakı
nəsil
tədqiqatçıların nəzəri dəyərləndirmələrə köklənmiş
araşdırmalarının ideya – material bazasını təşkil etməsi və
sözügedən dəyərləndirmələr sayəsində aşkarlanan bir çox
müddəaların ortaya çıxmaması şəraitində tipoloji
modifikasiyalarla bağlı sonrakı mərhələ nəzəri təhlillərin
aparılmasının qeyri – mümkünlüyü etiraf edilməlidir.
Sözsüz ki, hər hansı bir monoqrafiyanın həcm imkanları
yuxarıda sadalanan geniş spektrli problemlərin ətraflı təhlil
və köklü şəkildə həll konsepsiyasını təklif edə bilməz.
Bununla belə, biz, oxucuların mühakiməsinə təqdim olunan
bu araşdırmada, linqvistik tipologiyada tipoloji
modifikasiya probleminin həllini mümkün edə biləcək əsas
baza istiqamətləri təsbit etməyə çalışacaq, sözügedən
məsələnin altyapısını təşkil edən problemlər silsiləsini tələb
olunan ardıcıllıqla çözməyə çalışacağıq. Həmin məqsədin
gerçəkləşməsi üçün problemin sırf linqvistik tipologiya
çərçivəsində təklif olunan həll variantlarının müqayisə və
təhlili ilə kifayətlənməyərək bu geniş spektrli məsələlər
toplusunun ayrı – ayrı məqamlarının psixolinqvistik,
sosiolinqvistik müstəvidə dəyərləndirməsinə də yer
verəcəyik.
Bu məqsəddən irəli gələn konkret vəzifələrə gəlincə,
linqvistik tipologiyanın antinomiyalararası təlim kimi
təhlili çərçivəsində linqvistik tipologiyanın taksonomik
təsnifatlandırmanı, sistematizasiyanı və ya xarakteroloji
təsvir mexanizmini təcəssüm etdirməsinin aydınlaşdırıl-
Azərbaycan Milli Kitabxanası
14
ması; tipoloji araşdırmaların obyektivliyinə xələl gətirən
amillərdən biri olan terminoloji qarışıqlığın səbəblərinin
dəqiqləşdirilməsi və bu məsələyə müəyyən çözüm gətiril-
məsi; linqvistik tipologiyanın metod, fənn və ya təsnifatlan-
dırma sistemini təcəssüm etdirməsi ilə bağlı problematik
sualın cavablandırılması; sinxronik – diaxronik tipologiya
qarşılaşdırılmasındakı «qüvvələr nisbəti»nin
müəyyənləşdirilməsi və tipoloji araşdırmalar zamanı üstün-
lüyün bu təhlil konsepsiyalarından hansı birinə verilmə-
sinin məqsədəuyğunluğunun müəyyənləşdirilməsi; çərçi-
vəsində genealoji və tipoloji araşdırmaların ortaq problemi
olan «əzəli» və «sonradan qazanılan» tipoloji xarakteristika
dilemmasının adekvat şəkildə dəyərləndirilməsi ilə bağlı
məsələlərin araşdırılması monoqrafiyanın hədəf aldığı əsas
məqsəddən doğan vəzifələr sırasında yer alır. Habelə, dil
strukturundakı dominant və resessiv elementlər bölgüsünün
hansı əsasa söykənməsinin təsbiti və ümumilikdə,
qrammatik determinanta anlayışının nələri ehtiva etməsinin
müəyyənləşdrilməsi; tipoloji təsnifat kriterilərinin qeyri –
dəqiqliyinin yol açdığı
fəsadların təhlili; bölgü
kriterilərinin tətbiqi zamanı ayrılıqda götürülmüş yarus,
yoxsa bütövlükdə sistem yanaşmasından çıxış edilməli
olduğunun aydınlaşdırılması; etalon – dil anlayışının nələri
ehtiva etdiyinin və təsnifat kriterilərinin seçimi zamanı bu
«dil qəlibi»nin nə kimi rol oynaya biləcəyinin müəyyənləş-
dirilməsi də araşdırnan yerinə yetirməli olduğu vəzifələr
sırasında yer alır. Dil sisteminin təkamülünü şərtləndirən
intralinqvistik və ekstralinqvistik amillərinin təhlili
kontekstində struktur təkamül ideyasınının «vulqar –
sosial» interpretasiyasının obyektiv dil reallıqları aspek-
tində dəyərləndirilməsi, ekstralinqvistik faktorların siste-
min tipoloji «dualizasiya» qazanmasındakı mümkün
rolunun aşkarlanması, həmçinin bu qəbildən (ekstra-
Dostları ilə paylaş: |