Azərbaycan Milli Kitabxanası
9
dilemma «favorit»inin hansı təhlil həlli olduğunu təsbit
etmək üçün bu problemlər silsiləsinin alt qatına nüfuz
edilməlidir.
2) «Dil tipi» anlayışı nəyi ehtiva edir, hansı kriterilər
toplusu (və həmin kriterilər hansı kontekstdə götürüldükdə)
bu anlayışın təsbiti mümkündür?
Bu qrup problemlər linqvistik tipologiya nəzəriyyə-
lərinin iki əsri əhatə edən tarixində ən müxtəlif cərəyan və
məktəb nümayəndələrinin müvafiq istiqamətli əsərlərində
səsləndirilən əksər sualların ortaya çıxmasını şərtləndirmiş
birbaşa və ya dolayı təkanverici faktorlar hesab edilə bilər.
Belə ki, kriteri ixtiyariliyi, «qarışıq tip» amili, termin
qaışıqlığı və s. bu kimi məsələlər, əslində, «dil tipi»
anlayışının dəqiq və birmənalı təsbitinin mövcud
olmamasından qaynaqlanan problemlər «aysberq»inin
görünən tərəfləridir.
3)Aparıcı tipoloji təmayül və dilin struktur mexanizm-
ləri arasında bərabərlik işarəsi qoymaq mümkündürmü?
Aparıcı tipoloji təmayül və qrammatik (tipoloji)
determinantanı eyniləşdirmək olarmı?
Bu sualların daha öncə səsləndirilmiş olan və irəlidə
nəzərdən keçiriləcək problemlərin çoxrəngli spektrinin
mərkəzini, «nüvə»sini təşkil etdiyini söyləsək, yəqin ki,
yanılmarıq. Belə ki, bir çox məsələlərin obyektiv və
birmənalı çözümü, məhz, bu silsilə sualların dil sistemi
reallıqlarına adekvat şəkildə cavablandırıla bilməsindən
birbaşa asılıdır. Bu və ya digər tipoloji xarakteristikaya
malik mexanizmin heç vəchlə dil sisteminə müvafiq
səciyyəli tipoloji «kimlik» vəsiqəsi qazandıra bilməyəcə-
yini önə sürən tədqiqatçıların (məs: həmin araşdırıcılara
görə, aqlütinativ mexanizm mövcuddur, lakin bu,
Гамкрелидзе Т. Лингвистическая типология и праязыковая реконструк-
ция http://www.philology.ru/linguistics1/gamkrelidze-88.htm
вя с.
Azərbaycan Milli Kitabxanası
10
«aqlütinativ dillər» haqqında danışmağa imkan tanımır)
1
mülahizələri fonunda «determinanta»
2
anlayışı az qala öz
aktuallığını itirdiyi halda, tipoloji determinantanın
mücərrəd dominativ və implikativ element və mexanizm-
lərin məcmusu qismində nəzərdən keçirilməsi
3
aqlütinativ-
lik, flektivlik anlayışlarında spesifik (tipoloji) və universal
mexanizmlər məcmusu olması anlamına gəlir ki, bu da yeni
spektr sualların meydana çıxmasını şərtləndirmiş olur.
Digər tərəfdən tipoloji determinantanın nəyi və ya nələri
ehtiva etməsinin adekvat şəkildə müəyyənləşməməsi
şəraitində qeyri – determinativ element və mexanizmlərin
çəkisinin, onların müvafiq tipoloji xarakteristikalı dil
sisteminə nüfuz edə bilmə sərhəddinin təsbiti işi, demək
olar ki, mümkünsüz olur.
4) Tipoloji modifikasiya nədir? Onun meydana gəlməsini
şərtləndirən dildaxili və dilxarici faktorlar hansılardır?
Daha öncə səsləndirilən suallarla üzvü şəkildə bağlı
olan bu problemlər silsiləsinə çözüm gətirilməsi üçün dil
strukturunun sabit və ya dəyişkən olması ilə bağlı məsələyə
aydınlıq gətirilməsi qaçınılmazdır. Belə ki, yetərincə
problematik olan və haqqında ən müxtəlif fikir və
1
Холодович А.А. Из истории японской лингвистики. Агглютинативная
теория и проблема родственных связей японского языка // Известия АН
СССР. Отделение литературы и языка, 1941, №1.
2
бах: Мельников Г.П.Детерминанта - ведущая грамматическая тенден-
ция языка // Фонетика, фонология, грамматика (в честь 70-летия А.А.Ре-
форматского). - М., 1971. http://philologos.narod.ru/melnikov/determ.htm;
Мельников Г.А.Языковая стратификация и классификация языков /
Единицы различных уровней грамматического строя языков и их
взаимодействие. М., 1969.
3
бах:
Панфилов К. Стадиальная типологическая классификация языков:
опыт построения http://www.erlang.com.ru/euskara/?linguistics-stadial ;
Панфилов К. Основы контенсивной типологии
http://www.erlang.com.ru/euskara/? linguistics-contensive
Azərbaycan Milli Kitabxanası
11
mülahizələr irəli sürülən
1
bu məsələyə aydınlıq gətiril-
məməsi (və ya ən azından, adekvat hesab edilən müəllif
münasibətinin bildirilməməsi) şəraitində dil sistemindəki
tipoloji metamorfozların meydana gəlmə səbəb və şəraitinin
təsbiti qeyri – mümkündür. Struktur təkamülünün müvafiq
xarakterli modifikasiyaların meydana gəlməsindəki birbaşa
və dolayı iştirak səviyyəsinin müəyyənləşdirilməsi dil
sistemindəki tipoloji sapma faktlarının xarakter və çəki
göstəricilərinin
şəkil dəyişmələrinin mahiyyətinin
aşkarlanmasında müstəsna rol oynaya bilər.
5) Tipoloji modifikasiyaların real nəticəsi kimi meydana
çıxan tipoloji sapma faktlarının determinantaya münasibəti
necə ola bilər? Bu elementlərin çəkisinin artma və ya
azalma tendensiyaları hansı faktorlardan asılıdır və həmin
tendensiyaları və eləcə də sapma elementlərinin xarakter
dəyişikliklərini (məs: təcridi quruluş elementlərinin
azalması fonunda iltisaqi elementlərin artmasını) və
determinantaya nüfuz etmə səviyyə və imkanlarının
proqnozlaşdırmaq mümkündürmü?
Əksər hallarda, daha öncəki tədqiqatlarımızdan
2
da
məlum olduğu kimi, sapma faktları tipoloji araşdırmaların
diqqətindən kənarda qalırdı. Bu qəbildən elementlərin heç
də monotipoloji olmayan dil sistemində yer alması faktını
etiraf edən (və monoqrafiya çərçivəsində araşdırmaya cəlb
edilmiş) çox sayda tədqiqatın
3
mövcudluğuna rəğmən,
1
мяс: Серебренников Б.А. О материалистическом подходе к явлениям
языка. М., 1983; Бабайев А. Дилчилийя эириш.Б., 1992; с. 442-443.
2
Щажыйева А.Й. Дил системиндя типолоъи сапмалар (аглцтинатив диллярдя
флектив тямайцллц елементляр). нам…дисс. Б., 2006.; Щажыйева А.Й.
Аглцтинатив диллярдя дахили флексийа вя фузийа. Б., 2007,
3
мяс: Ярцева В.Н. «Языковой тип» среди сопредельных понятий /
Теоретические основы классификации языков мира. М.,1980;
Жирмунская М.А. Типологическая классификация языков / Лингвис-
тический энциклопедический словарь. М., 1990; Шарадзенидзе Т.С.
Dostları ilə paylaş: |