31
Kitabxanaların idarəçilik funksiyasından danışarkən
onu nəzərə almaq
lazımdır ki, MKS-lərin idarəçilik xüsusiyyəti digər kitabxanalardan fərqli
olaraq yeni metodları nəzərdə tutmalıdır. Yeni idarəçilik xüsusiyyəti, əlbəttə,
mərkəzləşdirilmiş kitabxana sistemlərinin spesifik cəhətləri və bu sistemin
mürəkkəbliyi onunla bağlıdır ki, sistemə daxil olan filial kitabxanaları dağınıq
və pərakəndə struktur bölmələrin operativ idarəetmə işində çətinlik yaradır.
MKS-lərin idarəetmə sistemləri həm də ona görə mürəkkəbdir ki, həm mərkəzi
kitabxananın, həm də filial kitabxanalarının struktur bölmələrinin, yəni
sistemin bütövlükdə hərtərəfli idarəçiliyə cəlb olunması vacib şərtlərdəndir.
Mərkəzi kitabxana sisteminin direktoru və şöbə müdirləri
eyni zamanda
mərkəzi kitabxananın və bütün filial kitabxanalarının idarə edilməsində iştirak
edirlər.
Baxmayaraq ki, idarəetmə funksiyasından yuxarıda geniş bəhs etdik və
doğrudan da bu işə kifayət qədər əhəmiyyət verilir, lakin MKS-lərin idarə
edilməsinin nəzəri və metodiki cəhətdən işlənilməsi hələlik bir problem kimi
qalır. Hər şeydən əvvəl bu, kitabxana işinin planlaşdırılması ilə bağlıdır.
Kitabxana işi sahəsində xüsusilə planlaşdırmanın
həm nəzəri, həm də
praktiki məsələləri üzrə bir sıra tədqiqatlar aparılmış və müəyyən nailiyyətlər
əldə edilmişdir. Lakin istər bütün kitabxanaların, o cümlədən MKS-lərin işinin
planlaşdırılması üzrə heç bir əsaslandırılmış təklif və göstəriş
hazırlanmamışdır.
Kitabxana fəaliyyətinin planlaşdırılmasına həsr olunmuş yeganə fundamental
elmi-tədqiqat işi T.D.Aqenkonun «Ali məktəb kitabxanalarının fəaliyyətinin
sistemli planlaşdırılması idarəetmənin əsası kimi» mövzusunda namizədlik
dissertasiyası olmuşdur. Lakin kitabxana işinin həm
bir sahə kimi həm də
ayrıca MKS-lərin işinin planlaşdırılması kitabxana ictimaiyyəti qarşısında əsas
problemlərdən biri kimi durur.
Kitabxana işinin planlaşdırılmasında əvvəllər beşillik planlardan geniş
istifadə edilirdi. Lakin son illərdə əsasən illik planlara daha çox yer verilir.
Kitabxana işinin proqnozlaşdırılması isə demək olar ki, nəzərdə tutulmur.
Nəticədə elmi işləmələr, metodiki təkliflər, kitabxana işinin planlaşdırılmasına
dair təkliflər verilmir. Halbuki, Respublika Milli kitabxanası və sahəvi mərkəzi
elmi kitabxanalar kitabxana planlarının tərtibinə dair dünya təcrübəsinə
əsaslanan metodiki işləmələr aparmalı və kitabxanalara konkret təkliflər
verməlidirlər. Təcrübədə bu günədək istər MDB Respublikalarında həmçinin
müstəqil Azərbaycan Respublikasında kitabxana fəaliyyətinin planlaşdırılması
məqsədli proqram kimi, xüsusilə mərkəzləşdirilmiş kitabxana
sistemlərinin
fəaliyyətində öz əksini tapmışdır. Halbuki, MKS-lər öz fəaliyyətlərində bir sıra
kompleks proqramlar həyata keçirir. Məsələn, vahid fondun formalaşması
əhaliyə kitabxana xidməti, kitabxana məlumat aparatının yaradılması, MKS-in
fəaliyyətinin metodik təminatı, kitabxana işçilərinin ixtisasının artırılması və s.
32
Belə proqramların kompleks xarakter daşıması onunla izah edilir ki,bunlar
mərkəzləşdirilmiş kitabxana sisteminin bütün kollektivi tərəfindən həyata
keçirilir, kollektivin bütün üzvləri bu tədbirdə iştirak edirlər.
Qeyd etmək lazımdır ki, bu gün respublikamızda MKS-lərin işinin idarə
edilməsi və gələcək fəaliyyətlərinin strateji planlaşdırılması ilə bağlı hələ də
heç bir rəsmi və metodiki sənəd tərtib edilməmiş və MKS-lərə
göndərilməmişdir. Yeri gəlmişkən qeyd etməliyik ki,bu problemlərlə bağlı
Rusiyada bir sıra sənədlər hazırlanmış, idarəetmənin strukturu və
mexanizmləri ilə bağlı MKS-lərə konkret təkliflər verilmişdir.
Bu tövsiyə
xarekterli təkliflərdə əsas diqqət təşkilati- idarəetmə məsələlərinə verilir və
onların tətbiq olunması nəzərdə tutulur. Hazırda demək olar ki, MKS-lərin
struktur quruluşu, onun şöbələri və bölmələrinin inzibati bölgüsü, işçilərin
tabeçilikləri,
hüquq və vəzifələri, bütün kitabxana sistemləri üçün eyni
qaydada təlimat sənədi kimi əməkdaşların diqqətinə çatdırılmalıdır. Hər bir
işçi hər hansı vəzifəyə təyin olunduqda hüquqi sənədlər təlimat formasında
onlara təqdim olunmalı, onlarla söhbət aparılmalı, iş sahəsi
müəyyənləşdirilməli, sınaq müddətilə işə götürülməlidirlər.
Kitabxanaların idarəetmə problemləri ilə bağlı bir sıra tədqiqatlar və
işləmələr mövcuddur ki, onlar ayrı-ayrı kitabxanaların işinin xarakterik
cəhətləri nəzərə alınmaqla işlənilmiş, MKS-lərin
işi əsas faktor kimi
götürülmüşdür. Bu sənədlərdə MKS-lərin işi əsas götürülsə də onların
fəaliyyətində idarəetmə strukturları, rəhbər işçilərin hüquq və vəzifələri,
xüsusilə filial kitabxanalarına rəhbərlik, onların idarə edilməsi, filialların
metodiki təminatı və s. məsələlər tamamilə əhatə edilməmişdir. Xüsusilə oxucu
problemi qəbul olunmuş bir sıra sənədlərdə konkret olaraq öz əksini
tapmamışdır. Xüsusilə kitabxanaşünas-alim T.P.Mileviç öz dissertasiyasında
MKS-lərin idarəetmə strukturunu çox geniş şəkildə izah edərək ictimai
şuraların eyni adamlardan ibarət olaraq ictimai işlərə cəlb olunması və nəticədə
idarəetmə strukturlarında bir sıra mühüm məsələlərin həll olunmamış qalması
və işçi kollektivinin idarəetmə işindən kənarlaşmasını diqqətə çatdırır.
Bundan
başqa Sankt-Peterburq Mədəniyyət
İnstitutunun Kitabxanaşünaslıq
kafedrasının kollektivinin apardığı tədqiqatlar göstərmişdir ki, ictimai əsaslarla
idarəçilik işinə cəlb olunan mütəxəssislər əsaslı şəkildə idarəetmə işində
özlərini lazımi səviyyədə göstərə bilməmişlər. Onlar müəssisə rəhbərlərindən
tapşırıqlar almaqla gözləmə mövqeyində durmuşlar. Nəticədə idarəetmə
sahəsində çalışan ştatda olan işçilər və ya kollektivin bütün üzvləri idarəetmə
fəaliyyətindən faktiki olaraq kənarda qalırlar. Nəhayət, kitabxanaların idarə
olunmasına dair aparılan təhlil
və tədqiqatlar göstərir ki, idarəetmə sahəsində
daha proqressiv tendensiyalar özünü göstərir, bu da kitabxanaların
avtomatlaşdırılması sistemləri və yeni texnika və texnologiyaların tətbiq
edilməsi, həmçinin struktur dəyişikliklərinin həyata keçirilməsi ilə bağlıdır.