35
alınmışdır ki,bu da aşağıdakı prinsip əsasında həyata keçirilmişdir.
Su səthinin
eyni də şüalanması zamanı qızmaya sərf olunan enerji dayaz hissələrdə az,
dərin qatlarda isə daha çox sərf olunduğundan, dərin hissələr üzərində su
səthinin temperaturu dayaz hissələrə nisbətən az olur. Bu prinsip İQ şəkillərdə
müsbət və mənfi relyef formalarını, sualtı dərələri, silsilələri və s. ayırmağa
imkan yaradır.
Hazırda İQ planalmadan, xüsusilə yeraltı suların axtarışında, mühəndisi
geologiyada geniş istifadə olunur.
3.9. Spektrometrik planalma (SM)
SM planalma süxurların əksetdirmə qabiliyyətini
ölçmək məqsədilə
aparılır. Belə ki, süxurların spektral parlaqlıq qiymətini bilməklə, geoloji
deşifrələmənin diapazonunu genişləndirmək mümkündür. Süxurlar müxtəlif
əksetdirmə qabiliyyətinə malik olduğundan, spektral parlaqlıq əmsalının
qiymətlərinə görə fərqlənirlər.
SM planalma üç növə ayrılır: 1)atmosferin təsirini istisna edən və univer-
sal hesab olunan – mikrodalğalı (0,3 sm- 1,0 m); 2)öyrənilən
obyektlərin enerji
parlaqlığına görə temperaturlar fərqini müəyyən edən infraqırmızı və ya istilik
(0,30 – 1000 mkm); 3)əks olunan radiasiya şüalanmasının spektral paylanma-
sını qeyd edən, şüalanmanın görünən və yaxın (0,30 – 1,40 mkm) İQ spektrinin
spektrometriyası.
Geoloji obyektlər spektral xüsusiyyətlərindən asılı olaraq, müxtəlif
ziddiyyətlilik dərəcəsi ilə kosmik şəkillərdə əks olunur. Süxurların spektral
xassələrinə görə məlumat bankının tərtibi olduqca çətindir.
Bu məqsədlə,
müxtəlif məsafələrdə, ilin müxtəlif fəsillərində və fərqli açılış dərəcəsinə malik
sahələrdə süxurların spektrometrik ölçüsünü aparmaq lazımdır. Hazırda
spektrin ensiz zonalarından alınmış çox zonallı şəkillərdən istifadə etməklə,
sərhəd ziddiyyətini artırmaq mümkündür.
3.10. Maqnit planalması (MP)
Kosmik maqnit planalması 1985-ci ildən aparılır. Kompyüter proqramla-
rında işləmək üçün maqnit məlumatları avtomatik surətdə yerə verilir. Bu
işləmənin nəticələri dövri- aləm profilləri və yaxud yerin maqnit sahəsinin
xəritəsidir. YSP-nin qeyd etdiyi maqnit anomaliyalarının mənbəyi böyük
dərinliklərdə, bəlkə də nüvə ilə mantiyanın sərhədində yerləşir.
PAS-da qurulmuş maqnitometrlər günəş sistemi planetlərinin maqnit
sahəsini öyrənməyə imkan yaradır.
Kosmosdan alınmış maqnitometrik planalmanın nəticələri planetlərin
geologiyasının tədqiqatında böyük maraq kəsb edir.
36
3.11. Lazer planalması (LP)
Lazer planalması qeydə alınmış dalğa uzunluğu
ilə monoxromatik
şüalanmanın istifadəsinə əsaslanır. Lazerin dalğa uzunluğunun sabitliyi yer və
başqa planetlərin orbital parametrlərini dəqiqləşdirməyə, yer qabığının müxtəlif
bloklarının dəyişməsini təyin etməyə imkan yaradır.
Lidar spektrometriyasından geoloji məqsədlər üçün istifadə edilir ki, bu da
impulsun şüalanma mənbəyindən (lazer) qidalanan fəal planalma qrupuna daxildir.
Lidar spektrometriyası – Müasir geoloji fəal obyektlərin üzərində
konsentrasiya yaratmış mikroelementləri və ya onların
birləşmələrini aşkar
etmək məqsədilə, atmosferin üst qatlarında aparılan geokimyəvi planalmadır.
Üsulun mahiyyəti - Atmosferin üst qatlarını fəal zondlamaq və distansion
spektral analizin nəticələrini qeyd etməkdən ibarətdir.
Lazer texnikasının təkmilləşdirilməsi onun geoloji məqsədlərlə istifadəsi
üçün yeni imkanlar açır.
37
IV. GENERALİZASİYA SƏVİYYƏSİNƏ GÖRƏ
KOSMİK PLANALMA MATERİALLARININ NÖVLƏRİ
Kosmik planalma materiallarını generalizasiya səviyyəsi, müşahidə dərə-
cəsi və həlletmə imkanlarına
görə - Qlobal, kontinental, reqional, lokal və dəqiq
növlərə ayırmaq olar.
Qlobal kosmik şəkillər APS-ləri başqa planetlərə uçarkən böyük, yüksək-
likdən əldə edilir. Qlobal kosmik şəkillərdə Yerin yarımkürələri və ya yer səthinin
böyük bir sahəsi əks olunur (şəkil 7). Qlobal kosmik şəkillər 1:50 000. 000
miqyasdan kiçik neqativlərdən alınır ki, onların da həlletmə imkanları bir çox
kilometrlədir. Qlobal şəkillər, yer kürəsinin sferikliyi, atmosfer dumanının
və bulud
örtüyünün təsirindən təhrif olması hesabına təsvirin nəzərə çarpacaq deformasiyası
və perspektivliyi ilə fərqlənir. Geologiyada qlobal kosmik şəkillər iri geotektonik
strukturların qırışlıq qurşaqların, qədim və cavan platformaların qalxan və
plitələrinin qarşılıqlı əlaqələrinin öyrənilməsi, ayrı-ayrı qitələrin sərhədlərinin
təyini,yer kürəsinin ümumi geoloji xəritəsinin tərtibi və dəqiqləşdirilməsi üçün
istifadə edilir. Bü şəkillərlə uzunluğu minlərlə kilometr olan xətti strukturların və
diametri bir neçə yüz kilometrə bərabər kontinental əhəmiyyətli dairəvi
əmələgəlmələrin tam dəqiqliklə aşkarı mümkündür.
Kontinental kosmik şəkillər
bir neçə min km yüksəklikdən, YSP-dən və
İKG-dən aparılan televiziya, şəkilçəkmə və radiolokasiya (RL) planalmalarının
köməyi ilə əldə olunur.
Adətən, böyük təhrifli, kontinental səviyyəli generalizasiyaya malik şəkil-
lərin həlletmə imkanları bir neçə km-ə bərabər olduğundan,
onlar böyük sahələ-
rin tədqiqatında yararlıdır (şəkil;8) və ayrı-ayrı qitələrin geoloji xəritəsinin
tərtibində və dəqiqləşdirilməsində istifadə edilə bilər.
Şəkil 7. Yerin AMC “Zond-7” ilə 70 km-ə yaxın məsafədən alınmış , qlobal
səviyyəli generalizasiyaya malik kosmik şəkli (KŞ).