41
Şəkil 10. Optik filtrasiya üsulu ilə verilmiş uzunluğun lineamentlərinin
ayrılması (V.B.Komarova görə).
Lineamentlərin sxemi (a) və onun filtrasiya olunmuş təsvirləri: lineamentlərin şimal-
şimali-qərb 355
0
(b) , şərq- şimali-şərq 85
0
(c) və şimal-qərb 300
0
(d) diapazonlarda
uzunluqla.
5.3. Kosmik şəkillərin vizual geoloji
deşifrələnməsində zəruri texniki vasitələr
Orta və dəqiqmiqyaslı kosmik şəkillər böyük (60-70 %) əhatəyə malikdir
ki, bu da stereoeffekt yaratmaq üçün lazım olan sterocütün tərtibinə imkan
yaradır. Qlobal miqyaslı şəkillər təcrübi olaraq, stereoeffekt vermir.
Kosmik
şəkillərin deşifrələnməsində, aeroşəkillərlə işlərkən, müəyyən cihazlardan
istifadə edilir ki, bunlar da əsasən stereoskop, interpretoskop və stereometr-
lərdir. Lakin kosmik şəkillərin vizual alət üsulu ilə deşifrələnməsində nəzərə
almaq lazımdır ki, onlar obyektin əhəmiyyətli optik generalizasiyasına və
böyük görüş sahəsinə malikdir.
Stereoskoplar. Kosmik şəkillərin geoloji deşifrələnməsində aşağıdakı tip
stereoskoplardan istifadə edilir: - Linzalı, güzgülü və güzgülü-linzalı.
Linzalı stereoskop
- Sadə optik sistem olub, xüsusi dayağa bərkidilmiş
eynək və ya lornet şəkilli iki linzadan ibarətdir. Linzaların mərkəzləri arasın-
dakı məsafə 60-70 mm olur. Stereoskopun obyektləri 7 dəfə böyütmə qabiliy-
yətinə malikdir. Linzalı stereoskoplar çöl şəraitində işləmək üçün çox əlveriş-
lidir. Lakin stereoeynək və lornetlər kiçik bir sahənin stereoşəklini göstərir və
müşahidəçinin görmə orqanlarını tez yorur.
Güzgülü stereoskoplar sadə optik cihaz olub,
çöl şəraiti üçün çox əlveriş-
lidir. Onlar, xüsusən şəkillərin quraşdırılması və fotosxemlərlə iş zamanı daha
yararlıdır. “Siklop” güzgülü stereoskop şaquli dayaq üzərində bir-birinə nisbə-
tən 15
0
bucaq altında yerləşmiş iki güzgüdən ibarətdir. Şaquli dayağın alt his-
42
səsi iki müstəvidən ibarətdir. Sağ müstəviyə sağ şəkil bərkidilir, stola nisbətən
30
0
bucaq altında yerləşən tərpənən sol müstəvidə isə şəklin sol stereocütü
yerləşdirilir. Sol şəklə güzgülərlə, sağ şəklə isə adi gözlə baxılır.
Kosmik şəkilləri deşifrələmək üçün istifadə edilən güzgülü-linzalı ste-
reoskoplar hərəkət
edən dörd ayaqla təmin olunmuş, ümumi lövhəyə bərki-
dilmiş və horizontal müstəviyə nisbətən 45
0
bucaq təşkil edən iki cüt paralel
yerləşmiş güzgülərdən ibarətdir. Hazırda “ZDS – 1”güzgülü – linzalı stereoskop
hərəkətsiz və ya səyyar fotolaboratoriyalarda kəsilmiş və kəsilməmiş aerofilm-
lərə, onlardan ölçüsü 53 sm olan, izi alınmış stereocüt təşkil edən şəkillərə
stereoskopik baxmaq üçün nəzərdə tutulmuşdur.
“ZLS – 1” stereoskopu baxış cihaz stolunun və yaxud eni 510 min-dən az
olmayan hər hansı bir hamar stolun üzərində qurulur. Cihaz fotoşəkilləri deşifrə
etmək üçün əks olunan işıqda işləyən sərbəst işıqlandırıcı ilə təchiz
edilmişdir
və binokulyarla və ya binokulyarsız işləyə bilir. Belə ki, binokulyarsız işləyər-
kən, sahəni az böyütməklə əhatə sahəsi genişlənir, binokulyarla iş zamanı isə
əhatə sahəsi kiçilir, lakin böyütmə 5 dəfə artır.
İnterpretoskop birinci dərəcəli hərəkətsiz optik cihaz olmaqla, stereocüt
şəkillərə əks olunan işıqda, neqativlərə isə keçən işıqda baxmaq üçündür; şə-
killəri 15 dəfə böyüdə bilir və stereomodellərlə eyni
zamanda iki müşahidəçinin
baxmasına imkan yaradır (məşvərət variantı).
Süxurların yarım elementlərini, formasiyaların qalınlığını və digər kəmiy-
yət ölçülərini təyin etmək üçün geoloji stereometrdən istifadə edilir. Kosmik
şəkillərdəki sərhədləri topoqrafik xəritəyə köçürmək üçün “Lyuts” adlı cihaz-
dan istifadə olunur. Bu cihaz topoqrafik xəritə və şəkli eyni zamanda görməyə
imkan verir. Bu cür cihazlardan biri də radialpantoqrafdır (RP-3). Cihazın əsas
hissələrindən biri üzərinə kosmik şəkil bərkidilən prizmadır. Stolun üzərində
yerləşən xəritə və kosmik şəkildəki eyni nöqtələr prizmanı əyməklə üst-üstə
salınır.
43
İ k i n c i h i s s ə
KOSMİK İNFORMASİYANIN GEOLOJİ TƏHLİLİ
VI. GEOLOJİ DEŞİFRLƏNMƏNİN ƏSAS ANLAYIŞLARI
VƏ ÜSULLARI
Distansion zondlama materialları məlumatların toplanması,
işlənməsi və
onların qeydiyyatından ibarət böyük bir sistemin tərkib hissəsidir. Düzgün təş-
kil edilmiş sistemkosmik daşıyıcıların orbitləri və məlumatvericilərinin seçil-
məsinə, ilkin materialların toplanması, yerüstü komplekslərə verilməsi, işlənil-
məsi və təqdim olunan materialların tipinin xarakterini əsaslandıran müəyyən
geoloji məsələlərin həllinə doğru yönəldilməlidir.
6.1. Distansion geoloji zondlamanın prinsipial sxemi
11-ci şəkildə distansion zondlama sisteminin
sadələşdirilmiş sxemi təsvir
edilmişdir. Sistem bir neçə qarşılıqlı əlaqəli elementlərdən və ya bloklardan
təşkil olunmuşdur.
Səhnə - Vericilərin qarşısında olan sahədir və ümumiyyətlə, sistemin ya-
radılmasında səhnənin geoloji modelinin qurulmasına xidmət edir. Səhnənin
məsafədən öyrənilməsi onun fiziki sahə mahiyyətindən irəli gəlir. Əksər hal-
larda işıqlandırma və ya elektromaqnit dalğalarının əks olunmasından istifadə
edilir. Bu zaman passiv (Günəş) və ya fəal (lazerlər, radiolakatorlar) işıqlandır-
ma mənbəyi lazım olur.
Fiziki sahələr, yüksəklik kompleksinin daxilindəki vericilərlə ölçülür. Bu
vericilər ölçməkdən əlavə, məlumatları ilkin işləmə və yerəötürmə rolunu da
oynayır. Elektromaqnit siqnallarında kodlaşdırılmış və ya bərk kütlə daşıyıcı-
larına, (fotolent, maqnit lenti və s.) yazılmış məlumatlar
yerüstü komplekslərə
göndərilir ki, burada da onlar qəbul olunur, işlənilir və saxlanılır.
Şəkil 11. Distansion geoloji sxem.