50
meyl edir (düz xətt, dairə və s.). Bir zamanlarlar marsean kanalları bu yolla
«açılmışdır». Mozaikanın həndəsiləşdirilməsi bizə dərketmə və öyrənilən sahə-
nin geoloji quruluşu ilə heç bir əlaqəsi olmayan
obyektlər verə bildiyindən,
ondan çəkinmək lazımdır. Məsələnin digər həlli daha mürəkkəb, lakin məh-
suldardır; bu - geoloji, geomorfoloji və digər materialların cəlb edilməsindən,
onların kosmik təsvirlərlə müqayisəsindən və landşaft-geoloji modelin, cüzi də
olsa, qurulmasından ibarətdir. Kosmik təsvirlərin
görünmə müxtəlifliyinin bü-
tün baxdığımız halları bir kosmik şəklin təhlili zamanı rast gələ bilər və belə-
liklə, şəklin müxtəlif hissələrinin deşifrələnməsi müstəqil məsələləri həll edə bi-
lər. Kosmik təsvirlərin təhlili, başlıca elementləri - Geoloji, geomorfoloji, land-
şaft və s. obyektlərin obrazları, o cümlədən onların zaman- məkan münasibət-
ləri, əlaqə səbəbləri haqqındakı məlumatlar olan bilik bazası əsasında aparılır.
Analizin nəticəsində təsvirin müxtəlif modelləri alınır (rəngçalar, həndəsi,
landşaft, geoloji və s.) (şəkil 16). Konkret şəraitdən asılı olaraq,
bu modellərin
hər biri qeyri-şüurlu formalaşa bilər.
Məntiqi analiz rəngçalar, həndəsi modellərindən landşaft modelinə və
sonra isə geoloji modelə keçilməsi zərurətindən irəli gəlir. Modelin qurulması
təsviri korrektə edir (kosmik şəkildə görməni dəyişir). Modeli dərk edən zaman
alınmış yeni məlumatlar isə bilik mənbəyinə daxil olur.
Şəkil 16. Kosmik təsvirlərin modellərinin ardıcıllıqla formalaşma sxemi.
Kosmik təsvir modellərinin qeydiyyatı - Kosmik şəkillərin təhlilinin (müşa-
hidəsinin) məlumatları yalnız onların qeydiyyatından sonra informasiya halına
düşür. Qeydiyyatın əsas üsulları-Qrafik və yazılı təsvirdir. Qrafik üsullardan:
xəritə və sxemlərin tərtibini, maraqlı obyektlərin şəkillərinin (rəsmlərinin) çə-
kilməsini (o cümlədən həcmi) (şəkil 17), bilavasitə şəkil üzrə geoloji və geo-
morfoloji kəsilişlərin tərtibini və s. göstərmək olar. Qrafik qeydetmə üsulu hər
bir konkret hal üzrə təyin edilir. Sonra isə deşifrələmə qrafiki
də digər geoloji
qrafik materiallarda olduğu kimi işlənilir.
51
Şəkil 17. Stereomodelin kosmik təsvirinin deşifrələmə məlumatlarına görə Orta
Asiyanın qırışıqlıq sistemlərindən birinin rəsmi.
QFZ - qırılma-fleksur zonaları.
Distansion geoloji zondlamanın əksər məsələlərinin çoxsəviyyəli olmasını
qeyd etmək vacibdir. Məsələn, neotektonik rayonlaşdırma üçün əvvəlcə geo-
morfoloji xəritə, metallogenik tədqiqatlar üçün isə maqmatik əmələgəlmələrin
xəritəsi və pozulma tektonikasının sxemi tərtib olunur. Bu hallarda həm ilkin,
həm keçid, həm də son modelləri qeydiyyatdan keçirmək lazımdır. Beləliklə,
vizual deşifrələmə bir sıra qrafik materialların yaranması ilə müşayiət olunur.
Deşifrələmə qrafikasına izahat əlavə olunur. Burada tədqiqatın məqsədi göstə-
rilir, işin metodikası əsaslandırılır, distansion zondlamanın istifadə edilən ilkin
materialları xarakterizə olunur, obyektlərin hansı əlamətlərə görə deşifrələnməsi
göstərilir və onların ayrılması qarşıya qoyulmuş məsələnin hansı yolla həll
edilməsini aydınlaşdırır.
6.4. Deşifrələmə əlamətlərinin sistemləri
6.4.1.KFŞ-n geoloji deşifrələnməsinin əsas məsələləri və üsulları
Hazırda KFŞ kosmosdan yerin quruluşu haqqında əsas və dəyərli məlu-
matlar verir ki, bu məlumatların da işlənilməsi geoloji deşifrələmə üsulları ilə
həyata keçirilir.
52
Nəzərə almaq lazımdır ki, müasir texniki vasitələr çox müxtəlif miqyaslı
(1:200 000. 000–dən 1:100 000-ə qədər və hətta daha dəqiq) FŞ-n alınmasına
imkan verir. Bu zaman generalizasiyanın hər bir səviyyəsi müəyyən geoloji
informasiya daşıyır və ona xas olan deşifrələmə əlamətləri ilə xarakterizə
olunur, məsələn, şəkillərin miqyasının kiçilməsi ilə süxurların maddi tərkibi
haqqında məlumatların sayı azalır və strukturtektonik amillərin rolu artır. Bu
halda dəqiq və bəzən lokal şəkillər üçün aerofotoşəkillərlə (AFŞ) işlərkən
istifadə olunan
birbaşa və
dolayı deşifrələmə əlamətləri tətbiq edilə bilər, bax-
mayaraq ki, daha yüksək səviyyəli generalizasiyalı təsvirlər
başqa yanaşma
tələb edir.
Kosmoşəkillərin (KŞ) geoloji deşifrələmə metodikası fotoşəkillərin (FŞ)
geoloji deşifrələmə prinsipləri üzərində qurulur. Sonuncu geoloji quruluşun
landşaftın AFŞ-də əks olunan komponent və elementləri arasındakı qarşılıqlı
əlaqənin öyrənilməsinə əsaslanır. KFŞ-n deşifrələnməsi zamanı onların əsas
xüsusiyyətlərini: generalizasiyanın, həlletmə qabiliyyətinə uyğun olaraq, deşif-
rələmə elementlərinin seçiminə təsir göstərən yüksək səviyyəsini nəzərə almaq
lazımdır.
KFŞ-də geoloji obyektlərin deşifrələnməsi zamanı meydana çıxan əsas
məsələlər aşağıdakılardır:
1.Tektonikanın, struktur formaların morfologiyasının xarakterinin, onların
qarşılıqlı əlaqəsinin, genezisinin və nisbi yaşının öyrənilməsi;
2.Sahələrdə liotolojistratiqrafik komplekslərin aşkar edilməsi və izlənil-
məsi, onların fəza və zaman üzrə qarşılıqlı əlaqəsinin
analizi;
3. Yer səthinin landşaft örtüyünün və onda geoloji obyektlərin əksolunma
dərəcəsinin öyrənilməsi;
4.Ərazinin geomorfoloji xüsusiyyətlərinin (relyefin formalarının genezisi
və onların yaşı) öyrənilməsi və analizi;
5.Müasir geoloji proseslərin öyrənilməsi;
6.Yeni xəritələrin dəqiqləşdirilməsi, təfsilatının
göstərilməsi və ya yara-
dılması (geoloji, tektonik, geomorfoloji, seysmik rayonlaşdırma, mühəndis-
geoloji, proqnoz və s.).
Deşifrələmənin kəmiyyət və keyfiyyət üsullarını ayırırlar.
Kəmiyyət de-
şifrələmə süxurların yatım elementlərini və qalınlığını, geoloji kütlələrin ölçü-
lərini, yarılma pozulmalarının amplitudunu təyin etməyə imkan verir. KFŞ-n
kiçik miqyası və nisbətən alçaq həlletmə qabiliyyəti ilə əlaqədar olaraq, hazırda
kəmiyyət üsullarının rolu məhduddur. Ölçü xüsusu fotoqrammetrik cihazların
köməyi ilə aparılır.
Keyfiyyət deşifrələmə iki qrupa ayrılan deşifrələmə (indika-
sion) əlamətləri üzərində qurulur: 1) bilavasitə geoloji
obyektləri əks etdirən
birbaşa əlamətlər; 2) geoloji obyektlərin landşaftın bütün tərkib hissələri və
deşifrələmənin landşaft üsullarına daxil olan
dolayı əlamətlər. Örtülü
rayonlar
üçün bu üsul landşaftın geoloji quruluşla əlaqədar olan fotogenik komponent-
lərinin seçilməsini təmin edərək, aparıcı üsul hesab edilir.