47
mümkün deyildir. 14-cü şəkildə eyni bir kosmik şəklin dörd operatorla ayrılıq-
da landşaftın xətti elementlərinin deşifrələnməsinin nəticələri göstərilmişdir.
Onların qarşısında deşifrələnmənin məqsədinin dəqiq qoyulmasına baxmaya-
raq, alınmış nəticələr bir-birindən fərqlənir. Buna səbəb onların
təhlil olunan
şəkilləri eyni dərəcədə dərk etməməsidir.
Hazırda fəal seyrlə dərketmənin çoxsəviyyəli modeli işlənib hazırlan-
mışdır. Birinci səviyyədə göz şəbəkəsinə düşən işıq toplusu, xətlər, ləkələr,
sərhədlər və onların yerləşməsi, istiqamətləndirilməsi və rəngləri şəklində kod-
lanmış şərhə çevrilir. Yer səthində onların həcmləri və nəhayət obyektlərin
müqayisəsi ilkin kodlaşmadan sonra baş verir.
İlkin sadə əlamətlər haqqında tamamlanmış informativ məlumat və onları
təşkil edən obyektlərin maddi müqayisəsi artıq diqqətin cəmləşməsini tələb edir
(baxmayaraq ki, bu hadisə qeyri-təxəyyüllüdür). Dərketmənin bu səviyyəsi
müşahidəçinin şəxsi xüsusiyyətləri ilə bağlıdır. Obrazın formalaşması həmişə
dərketmənin ilkin fərziyyəsinin güclü təsiri altında olur, yəni söhbət səhnədə
nəyi görə bildiyimiz fərziyyələr haqqında gedir. Onu da qeyd etmək lazımdır ki,
müxtəlif müşahidəçilərin ilkin fərziyyələri fərqli olur.
Yuxarıda
göstərilən məlumatlar, eyni materialın müxtəlif tədqiqatçılar tə-
rəfindən deşifrələmə nəticələrinin fərqli olmasının səbəbini dərk etməyə imkan
yaradır (şəkil 14).
Görünür ki, I və III operatorların fikrincə, landşaftın xətti elementləri
kifayət qədər böyük ölçülü olmalıdır; I- operator onları nadir və yaxud təsadüfü
yayılmış, o qədər də zəruri olmayan strukturlar hesab edir; II- operator isə
əksinə,
belə hesab edir ki, onlar sıx nizamlanmış şəbəkə əmələ gətirməlidir.
Şəkil 14. Dörd operatorla xəritələnmiş lineamentlərin müqayisəsi
(M.X. Podvısotskiyə və b. görə).
48
III və IV operatorlar xəttiliyi əsl mənasında başa düşdüyü üçün, yalnız
həqiqətən xətti olan elementləri ayırmağa meyl edəcəklər. Lakin II operator
belə hesab edir ki, bu cür elementlər qanuni deyil, istisnadır, IV operator isə
tamamilə əks fikirdədir. İlkin nəzəri təyinat dərketmənin başlanğıc fərziyyəsini
formalaşdırır və operatorlar şəkli fərz etdikləri kimi görürlər.
Qeyd etmək lazımdır ki, deşifrələnmənin bu sxemini reallıqdan
uzaq kimi
hesab etmək olmaz. Dərketmənin alt səviyyəsi bütün operatorlara təxminən
eyni informasiyanı verir, lakin onun işlənməsi və obrazın tərtib edilməsi onların
şəxsi təcrübəsindən asılıdır.
15-ci şəkildə müşahidə məlumatının işlənmə sxemi verilmişdir (E.Treys-
manın işlərindən bəzi dəyişiklərlə istifadə edilmişdir).
Şəkil 15. Görmə informasiyasının emalının ümumi sxemi (E.Treysmana
görə, dəyişikliklərlə).
Müşahidə sistemi bəzi sadə və faydalı keyfiyyətləri kodlaşdırmadan baş-
layaraq, onları sanki kart dəstələri şəklində toplayır. Kartların «dəstədə»adətən
görünən aləmin sahəvi münasibətləri qaydasını saxlamasına baxmayaraq, bu və
ya digər əlamətlərin bəzi siqnalları onların harada yerləşməsi haqqında məlu-
matı daşıya bilər. Növbəti mərhələdə diqqət işə başlayır. Səhnənin bəzi sahə-
lərinə cəmlənmiş diqqət, həmin yerdə yerləşən əlamətlərin bəzi kartları arasın-
dakı əlaqə əsasında, bütün əlamətləri seçir. Sonra bütün bunlar obyektin və ya
faylın müvəqqəti təqdimatı halında toplanır. Nəhayət, bu modelə əsasən, key-
fiyyət və struktur münasibətlər haqqında cəmləşdirilmiş informasiya «tanıma
şəbəkəsi»rolunu oynayan bilik mənbəyinin yazıları ilə müqayisə edilir.
49
Kosmik təsvirlərin ali modelləri-Kosmik şəkilləri
dərketmədən sonra
geoloji deşifrələmənin növbəti mərhələ tədqiqatın məqsədinə uyğun bu və ya
digər modellərin tərtibi üçün təsvirlərin tanınmasıdır.
Kosmik təsvirlərin bu cür öyrənilməsi, geofizikada əks məsələlərin həl-
linə oxşardır (yəni fiziki sahələrin məlumatlarına əsasən bu ölçüləri yaradan küt-
ləni dərk etmək tələb olunur). Öyrənilmə – Kosmik təsvirlərin ayrılmış xüsusiy-
yətlərinin məşhur geoloji obyektlərin obrazları və s. ilə müqayisəsi yolu ilə baş
verir. Bu müqayisə məntiqi və şüurlu, bəzən isə düşünülmədən də baş verir.
Təssəvvür edək ki, biz naməlum yerin perspektiv
mənzərə fotoşəklinə
baxırıq. Birinci növbədə, orada tanış əşyalar (evlər, insanlar, avtomobillər,
ağaclar, çaylar və s.) görünür ki, onlar da dərk olunan tamlıq təşkil edir.
Yaxşı məlum olan rayonun keyfiyyətli kosmik şəkillərini öyrənən
təcrübəli geoloqinterpretator da analoji vəziyyətdə olur. O, aralıq mərhələləri
olmadan, ilk andan həmin yerin geoloji
modelini görür və şəklə, landşafı
görmək üçün pəncərə kimi baxmağa meyl edir. Hər hansı bir səbəbdən aydın
geoloji təsvir almaq mümkün olmayanda, vəziyyət mürəkkəbləşir. Şəkillər key-
fiyyətsiz olduğu və təcrübəsi az olan geoloqinterpretatorın öyrənilən rayonun
geoloji quruluşunu zəif bildiyi halda, belə vəziyyət yaranır.
Bü zaman bir neçə variant yarana bilər. Birinci, geoloji məlumat olma-
dıqda, tədqiqatçı landşaftı dəqiq görmə qabiliyyətinə malik olduğundan, o dü-
şünmədən, xırda geomorfoloji elementləri, bitki
örtüyünün paylanma xüsusiy-
yətlərini, su səthlərini və s. yaxşı ayırır. Səhnənin belə landşaft modeli inter-
pretator üçün dayaq nöqtəsi olur və landşaftın geoloji quruluşu haqqında öz
biliyindən istifadə edərək, müəyyən geoloji modeli yarada bilir. Yaradılmış
geoloji model dərketməni o qədər dəyişir ki, səhnənin bəzi sahələrində landşaft
mənzərəsi geoloji görüntüyə çevrilir.
İkincisi, tədqiqatçı yalnız landşaft xüsusiyyətlərini seçə bilir. Bu halda o,
iri landşaft elementlərinin səciyyəsi və yerüstü geoloji işlərin məlumatları
haqqında öz biliyindən istifadə edərək, dəqiq landşaft
modelini qurmağa cəhd
edə bilər və bununla da geoloji modelə keçə bilər. Əgər tədqiqatçının səyi
uğursuzluqla nəticələnərsə, o landşaftı görmə səviyyəsinə cavab verən kobud
geoloji modelin qurulması ilə kifayətlənə bilər və onun əsasında qarşısına
qoyulmuş geoloji məsələnin həllinə yaxınlaşa bilər.
Nəhayət, interpretator nə geoloji mühiti, nə də landşaftı görə bilmədiyi
üçün kosmik şəkilləri bir-biri ilə əlaqəsi olmayan rənglər və ya rəng-çalarlarının
sərhədləri mozaikası kimi qəbul edir. Lakin belə mənzərədən də faydalı infor-
masiya almaq olar. Məsələnin həllərindən biri mozaikanın həndəsiləşdirilməsi
və onların üzərində «düzgün» foto rəngçalarlı və ya rəngli sərhədlərin və
hüdudların ayrılmasıdır (məsələn, düzxətli və ya dairəvi). Bunu belə qəbul
etmək lazımdır ki, ayrılmış elementlərə hər hansı bir
real geoloji obyekt uyğun
gəlir. Dərketmə, obyekt görünməsi səviyyəsinə çatmadığı zaman, görmə
mexanizmi siqnal informasiyasını sahə həndəsi biliklərlə bərabərləşdirməyə