38
Reqional kosmik şəkillər yüz min kvadrat kilometrlərlə sahəni əhatə edir.
Onlar iri platforma qurumlarını və qırışıq
sahələri sərhədləndirməyə, iri
lineament sistemlərini, müxtəlif mənşəli və diametrli dairəvi strukturları
deşifrələməyə imkan verir və ifrat dərəcədə yüksək həlletmə qabiliyyətinin
olması ilə fərqlənir.
Şəkil 8. Mərkəzi Avropanın ərazisini əhatə edən kontinental səviyyəli
generalizasiyaya malik kosmik şəkil (KŞ).
Regional kosmik şəkillər tektonik və geomorfoloji rayonlaşdırmada, geo-
loji məzmunlu ortamiqyaslı xəritələrin tərtibində müvəffəqiyyətlə istifadə edilir.
Onlarda ənənəvi üsullardan fərqli olaraq, dərinlik strukturlarını öyrənməyə
imkan yaradan “işıqlandırma” (nüfuzetmə) effekti aşkar edilir. Regional kosmik
şəkillərlə müxtəlif
strukturformasion kompleksləri, deşifrələmək və bəzi qırıl-
ma, pozulmalırının kinematik səciyyəsini təyin etmək mümkün olur. Bu kate-
qoriyalı kosmik şəkillər xalq təsərrüfatında istifadə edilən planalma materialla-
rının əksər hissəsinə aiddir. Bu şəkillər İKG-lər, yerin “Salyut” tipli USS-lar
(şəkil 9), “Meteor” seriyalı meteoroloji peykləri və s. ilə çəkilir. Onların çatış-
mayan cəhəti şəkillərin yer səthinin sferikliyindən irəli gələn təhrifi və bununla
əlaqədar olaraq, müxtəlif miqyaslı olmasıdır. Bu tip şəkillərin üstünlüyü görü-
nüş sahəsinin
genişliyi, kiçik detalların ümumiləşdirilməsi və yüksək informa-
siya qabiliyyətinin olmasıdır.
Lokal kosmik şəkillər də, regional kosmik şəkillər kimi çox geniş yayıl-
mış materiallardır. Onlar xalq təsərrüfatında, o cümlədən geologiyada işlədilən
şəkillərin 90%-dən çoxunu təşkil edir. Bu şəkillərin çəkilmə yüksəkliyi 150-300
km, əhatə sahəsi 100 min km
2
, həlletmə imkanları on metrlərlədir. Planalma
(şəkilçəkmə) İKG-dən və ya avtomatik fotokameralarla,
YSP-dən isə teleka-
mera və skanerlərlə aparılır. Lokal kosmik şəkillər, strukturformasion və maddi
kompleksləri ayırma və sərhədləndirməyə, geoloji formaların daxili strukturunu
açmağa, müasir geoloji prosesləri, qırılma, pozulmalarının kinematikasını,
39
qırışıqlıq və qırılma strukturları arasındakı əlaqəni,
vulkanik və intruziv fəaliy-
yəti öyrənməyə imkan verir. Onlar geoloji məzmunlu irimiqyaslı xəritələrin
tərtibi və dəqiqləşdirilməsində istifadə edilir. Regional və lokal səviyyəli gene-
ralizasiya olan şəkillərlə aparılan birgə iş daha çox məlumat verir. Birincilər -
geniş əhatə, ikincilər isə yüksək fotoinformativliyə malikdir.
Dəqiq kosmik şəkillər uzun fokuslu obyektivlərin köməyi ilə alınır. Onlar
məlumatlılığına görə yüksəklik aerofotoşəkillərlə çox yaxındırlar və belə
şəkillərdən istifadə etməklə, lokal kosmik şəkillərdə aşkar edilmiş geoloji
sərhədlər, intruziv massivlərin hüdudları və s. dəqiqləşdirilir,
bəzən isə dərinlik
strukturları aydınlaşdırılır.
Şəkil 9. Regional səviyyəli generalizasiyaya malik kosmik şəkil (KŞ). Krım
yarımadası. “Salyut-4”.
40
V. BAŞLANĞIC MƏLUMATLARIN İLKİN İŞLƏNİLMƏSİ VƏ
ŞƏKİLLƏRİN GEOLOJİ MƏQSƏDLƏRLƏ ÇEVRİLMƏSİ
5.1. İlkin işlənilmə məsələləri
Distansion cihazlarla alınmış məlumatların əksəriyyətinin sürətlivizual və
ya avtomatik deşifrələnməsi mümkün deyildir. Yüksəklikdəki daşıyıcılarda
quraşdırılmış ötürücülər ilkin məlumatı aşağıdakı formalarda qeydə alır:
a) maqnit lentinə yazılmış siqnallar (işarələr); b) rəqəmli formaya
çevrilmiş maqnit lentinə yazılmış analoq siqnallar; c) neqativlər.
Bu məlumatlardan sonrakı istifadə aşağıdakı formalardan birinə çevril-
məklə həyata keçirilir: a) pozitiv şəkillər və ya fotodiapozitivlər; b)
Kompyüter
proqramlarında işləmək üçün yararlı, maqnit lentinə yazılmış rəqəmli
məlumat-
lar; c) Kompyüter proqramlarında qurulmuş diaqramlar və qrafiklər; d)maqnit
lentindəki analoq yazılar.
Beləliklə, məlumatların ilkin işlənilməsində üç əsas əməliyyat mövcud-
dur: 1) fotoqrafik işlənilmə; 2) maqnit lentinə yazılmış siqnalların analoqdan
rəqəmli formaya çevrilməsi və kompyüter proqramlarında işləmək üçün yararlı
yazının alınması; 3) şəklin rəqəmli formada göstərilməsi və əksinə,
rəqəmli
formada yazılmış məlumatlardan şəklin alınması.
Məlumatların ilkin işlənilməsinin davamı - Şəkil formalaşarkən miqyas
təhrifini dəf etmək üçün onların korreksiyası, məlumatı verərkən və qeyd edər-
kən yaranmış maneənin aradan qaldırılması, şəkillərin sıxlığına görə düzülməsi,
ziddiyyətin azaldılması və ya artırılması və s. ibarətdir. Bu əməliyyatlar,
praktiki olaraq, avtomatik rejimdə aparılır. Ona görə də, hesablayıcı kompleks
daxil olmaqla, mürəkkəb cihazlar tələb olunur.
5.2. Geoloji məqsədlər üçün şəkillərin çevrilməsi
Yer səthinin geoloji deşifrələmədə tətbiq edilən
ilkin işlənmiş və korrektə
olunmuş şəkillərinin, o cümlədən digər qrafik materiallarının çevrilməsi, dis-
tansion zondlamanın qarşısında qoyulmuş geoloji problemlərin həllinə xidmət
edən müəyyən xüsusiyyətləri daha əyaniləşdirmək və ya gücləndirmək məqsədi
daşıyır. Bu zaman müxtəlif məsələlər həll olunur ki, onlardan daha geniş
yayılanlar aşağıdakılardır: l) rəng çalarına görə təsvir elementlərinin ayrılması;
2) həndəsi səciyyələrinə görə obyektlərin ayrılması; 3) spektrin
müxtəlif
hissələrində onun parlaqlıq xassəsinə görə ümumiləşdirilmiş (sintez edilmiş)
şəkillərin alınması və geoloji obyektlərin ayrılması; 4) şəkillərdə elementlərin
statistik xüsusiyyətlərinə görə obyektlərin ayrılması (bir və ya bir neçə şəklin
təhlili nəticəsində); 5) digər məlumatlarla müqayisəni asanlaşdırmaq məqsədilə
şəkillərin uyğun formaya çevrilməsi; 6) əlavə səsləri dəf etmək və lazımı
siqnalların miqdarını artırmaqla şəkillərin çevrilməsi (şəkil 10).