32
dən 200 minə qədərdir. Adətən təyyarədə iki: sağ və sol lakator qurulur.
Təyyarənin altında yerləşən sahə radiosiqnalların təsir sahəsinə düşmür və
“ölü” zona əmələ gətirir ki, onun da ölçüsü uçuşun yüksəkliyindən və lokasiya-
nın bucağından asılıdır. RL şəkillərini deşifrə edərkən, radar şəkillərinin fo-
totonunu, ahəngini və teksturunu nəzərə almaq lazımdır. Rəngçalarları qaradan
ağımtıla qədər dəyişə bilər. Təcrübə göstərir ki, RL şəkillərilə işləyərkən, qara
rəngçaları hamar səthi əks etdirir ki, bu da göndərilən radiosiqnalların tam əks
olunması ilə əlaqədardır. Adətən iri çaylar qara rəngdə görünür. RL şəkillərdə
tekstur formalar relyefin girintili – çıxıntılı olmasından asılı olaraq, nazik
şəbəkə, zolaqvarı, massiv ola bilər. Məsələn, RL şəkillərində zolaqlı tekstur -
metomarfik və çökmə süxur laylarının növbələşməsindən təşkil tapmış dağlıq
sahələr, massiv tekstur isə intruziv əmələgəlmələrin yayıldığı sahələr üçün
səciyyəvidir. RL şəkillərində hidroşəbəkə daha yaxşı əks olunur və fotoşəkillərə
nisbətən bu əkslərdə daha yaxşı deşifrə olunur. Sıx bitki örtüyü olan rayonlarda
RL şəkillərinin yüksək həlletmə qabiliyyəti onlardan yerin bir çox ərazilərində,
o cümlədən Sibirin tayqa rayonlarında, Amazon çayı dərəsində və s. sahələrdə
istifadə etməyə imkanlar açır (şəkil 4).
Şəkil 4. Aerofoto - (a) və radiolokasiya - (b) planalması təsvirlərinin
müqayisəli informativliyi (Oreqon ştatının Sivayd rayonu).
Okean proseslərinin dinamikasının öyrənilməsi üçün nəzərdə tutulmuş
“Sisat” radiolokatoru 1970-ci ildə amerkan peykində quraşdırılmış, sonralar
yeni, daha mükəmməl radar “Şatl 4” kosmik gəmisinin uçuşu zamanı təcrübə-
dən keçirilmişdir. Bu radarla alınmış informasiya ağ-qara və sintez edilmiş
fototeletəsvir formasında olur və ya maqnit lentinə yazılır. Bu şəkillərin
həlletmə imkanları 40 mindir. İnformasiya rəqəmli və analoq işlənilməsi
formasında “Lendsat” sisteminin skaner şəkillərində olduğu kimi verilir. Bu
deşifrələmədə yüksək nəticələr almağa xeyli kömək edir. Çox zaman RL
şəkilləri, geoloji baxımdan, “Lendsat”dan alınmış şəkillərə nisbətən daha
məlumatlı olur. Bu iki növün kompleks deşifrələnməsinin materiallarından
daha yaxşı nəticələr almaq mümkündür. RL şəkilləri yerin çətin və yaxud
33
əlçatmaz sahələrinin (səhralar və yüksək dairələrində olan sahələr) öyrənilmə-
sində müvəfəqiyyətlə istifadə edilir.
Məsələn,keçmiş Sovet geoloqları tərəfindən, planetin qütb zonalarının
(Arktika və Antarktika) YSP-dən alınmış RL şəkilləri təhlil edilmiş və yaxşı
nəticələr əldə olunmuşdur.
RL planalması qalın bulud qatı ilə örtülmüş Venera planetinin
öyrənilməsində də müvəffəqiyyətlə istifadə edilmişdir (şəkil5).
Şəkil 5. Veneranın səthinin radiolokasiya şəkli. Xətti qırışıq deformasiyaları
görünür.
Şübhəsiz ki, RL cihazlarının təkmilləşməsi gələcəkdə Yerin distansion
tədqiqində, xüsusilə onun geoloji quruluşunun öyrənilməsində radiolokasiyanın
rolunu artıracaqdır.
3.8. İnfraqirmizi planalma (İQ)
İQ və ya istilik planalması yer obyektlərinin şüalanması əsasında istilik
anomaliyalarının ayrılması ilə həyata keçirilir. İstilik anomaliyaları günəş
şüalanması və ya endogen mənşəli istilikdən əmələ gəlir. Bu planalma
geologiyada geniş tətbiq edilir.
Yer səthinin temperatur qeyri-bircinsliliyi onun müxtəlif yerlərinin eyni
dərəcədə isinməməsindən irəli gəlir.
Yerin təbii ehtiyatlarının öyrənilməsi zamanı V.B. Şili və başqaları
tərəfindən istilik aeroplanalma üsulu işlənib hazırlanmışdır. Elektromaqnit
rəqsləri spektrinin infraqırmızı diapazonu şərti olaraq, üç hissəyə ayrılır: yaxın
(0,74 – 1, 35 mkm), orta (1,35 – 3,50 mkm) və uzun (3,50 – 1000 mkm). Günəş
(xarici) və endogen (daxili) istilik geoloji obyektləri, süxurların litoloji
tərkibindən, istilik əlamətindən, nəmliyindən, albedo və digər səbəblərdən asılı
olaraq, müxtəlif dərəcədə qızdırır. İQ şüalanma atmosferdən keçərkən, seçimlə
udulur. Ona görə də istilik planalmasını yalnız “Şəffaflıq dəliyi” adlanan,
infraqırmızı şüaları buraxan zonalarda aparmaq olar. Eksperimental olaraq,
34
dörd əsas şəffaflıq dəliyi ayrılmışdır ( mkm): 0,74 – 2,40 ; 3,40 – 4,20 ; 8,0 –
13,0; 30 – 80,0). Bəzi tədqiqatçılar daha çox sayda şəffaflıq dəliyi ayırırlar.
Birinci dəlikdə (0,84 mkm-ə qədər) əks olunmuş günəş şüalanmasından istifadə
edilir. Burada xüsusi fotolent tətbiq etmək və qırmızı süzgəclə işləmək lazımdır.
Bu diapazonda aparılan planalma infraqırmızı fotoplanalma adlanır. Digər
şəffaflıq dəliklərində ölçü cihazları-televizorlar istilik anomaliyalarını qeyd
edərək, görünməyən infraqırmızı şüanı elektron şüa borularının köməyi ilə
görünən şüalara çevirir. İnfraqırmızı şəkillərdə açıq rəngçalarları alçaq
temperaturlu sahələri, tünd çalarlar isə nisbətən yuksək temperaturlu sahələri
əks etdirir (şəkil 6). İnfraqırmızı planalmanı gecə saatlarında da aparmaq
mümkündür. YSP-dən alınmış İQ şəkillərdə sahil xətti, hidroqrafik şəbəkə,
buzlaq şəraiti, su mühitinin müxtəlif sahələri, vulkan fəaliyyəti və s. dəqiq
izlənilir.
.
Şəkil 6. Xəzər dənizi rayonunun infraqırmızı (İQ) təsviri (“Meteor”):
a – gündüz təsviri, b - gecə təsviri.
İQ şəkillər yerin istilik xəritələrinin tərtibatında istifadə edilir. İQ planal-
ması vasitəsi ilə alınmış xətti zolaqlı istilik anomaliyaları qırılma zolaqları, sa-
həvi və konsentrik istilik anomaliyaları isə tektonik və ya oroqrafik strukturlar
kimi interpretasiya olunur. Məsələn, Orta Asiyanın kaynozoy yaşlı çöküntü-
lərindən ibarət törəmə çökəlikləri, infraqırmızı şəkillərdə yüksək intensivliyə
malik anomaliya kimi deşifrə olunur. Fəal vulkanik fəaliyyətli regionlardan
alınmış məlumatlar xüsusilə qiymətlidir. Hazırda şelf dibinin tədqiqatlarında İQ
şəkillərin istifadəsi geniş yayılmışdır. Bu usulla su səthinin anomal temperatur-
lar fərqinə görə, dəniz və okean dibinin relyef quruluşu haqqında məlumat
Dostları ilə paylaş: |