53
Təbii generalizasiya nəticəsində açıq rayonların KFŞ-də landşaftın kom-
ponentlərinin
geoloji nəzarəti daha dəqiq, dolayı əlamətlərin analizini tələb
etmədən təzahür edir. Onların KFŞ-də geoloji quruluşun (relyef istisna olmaqla)
indikatorları kimi rolu AFŞ-lə müqayisədə aşağı düşür.
6.4.2.Birbaşa deşifrələmə əlamətləri
Birbaşa deşifrələmə əlamətləri iki qrupa ayrılır:
həndəsi və
fotoqram-
metrik. Birinci qrupa forma, ölçü və geoloji kütlələrin qarşılıqlı yerləşməsi,
ikinci qrupa isə rəng və fotoçalar aiddir.
Həndəsi - əlamətlərin öyrənilməsi əsasında geoloji quruluşun landşaftın
daxili strukturunu əmələ gətirən elementlərinin bilavasitə qəbul edilməsi həyata
keçirilir. Özünün dəyanətliliyi ilə bu indikatorlar geoloji deşifrələmədə daha
etibarlı hesab edilir, lakin onların istifadəsi bitki və torpaq örtüyündən məhrum
olmuş
açıq rayonlarda mümkündür.
Forma - daha
dəqiq müəyyən olunan, dəyanətli və çox istifadə olunan
əlamət hesab edilir. Xarakter formasına görə vulkanik qurğular,
geoloji sərhəd-
lər, qırılma pozulmaları, intruziv kütlələr, tektonik cəhətdən müxtəlif regionlar
və s. yaxşı təyin olunur.
Geoloji kütlələrin
ölçüləri şəkillər üzrə ya şəkillərin miqyasından asılı
olaraq,
təxminən adi, sadə üsulların, ya da yüksək dəqiqlik tələb olunduğu
hallarda xüsusu stereofotoqrammetrik cihazların köməyi ilə təyin olunur. Bu
zaman nəzərə almaq lazımdır ki, olçü imkanları və dəqiqliyi şəkillərin həlletmə
qabiliyyəti ilə məhdudlaşır. Məsələn, lokal FŞ-də daha az əks olunan detallar
on metrləri aşmır. Geoloji kütlələrin ölçüləri bəzən onların mənşəyi və regionun
quruluşunun xüsusiyyətləri haqqında nəticə çıxarmağa imkan verir.
Geoloji obyektlərin
qarşılıqlı yerləşməsi onların regionun quruluşunda
vəziyyətini (fəza və yaş), regionun geotektonik
təbiətinin xüsusiyyətlərini, bəzi
hallarda isə süxurların tiplərini təyin etməyə imkan verir. Məsələn, təsvirin
zolaqlı şəkli laylı çökmə və ya metamorfik süxurların fərqləndirici əlaməti he-
sab olunur, bununla belə, zolaqlılığın xarakteri bəzən onların tərkibini təyin
etməyə əsas verir. Tektonik elementlərin qarşılıqlı münasibətinin xüsusiyyətləri
öyrənilən regionun tektonik tərzini müəyyən edir.
Yuxarıda göstərilən əlamətlər bütün eyni miqyaslı kosmik təsvirlərdə
dəyişməz
hesab olunur, yalnız geoloji obyektlərin təsvirinin şəkli kimi,
generalizasiyanın müxtəlif səviyyələrində dəyişir. Sonuncu, relyefin xarakte-
rindən, onun parçalanma dərəcəsindən, çatlılığından, erozion şəbəkənin kəsil-
məsindən, torpaq və bitki örtüyünyn mövcudluğundan asılı olaraq formalaşır.
Bu əlamətləri “
mütləq” adlandırmaq qəbul edilmişdir. Belə ki, onlar planalma
zamanı geoloji obyektlərin dəyişməz xüsusiyyətləri ilə əmələ gəlir.
Fotoqrammetrik əlamətlər - (rəng və çalar) bir sıra səbəblərdən (müxtəlif
işıqlanma, atmosfer səpələnməsi, səthdə yatan süxurların
tərkibinin dəyişməsi,
54
nəmlənməsi və s.) qeyri-dəyanətli hesab olunur ki, bu da onları nisbi kateqori-
yaya aid etməyə imkan verir.
Rəng- (daha dəqiq, obyektlər arasında rəng müxtəlifliyi) rəngli KŞ-də
əsas deşifrələmə əlamətlərindən biri hesab olunur, lakin güclü dəyişkənliyi
səbəbindən onun geoloji deşifrələmədə ehtiyatla istifadəsi tələb olunur.
Fotoçalar- ağ-qara şəkillərdə ağ çalardan qarayadək dəyişir. Süxurların
fotoçaları (rəngdə olduğu kimi) onların tərkibi və onları örtən dördüncü dövr
və ya müasir çöküntülərin nəmliyi ilə təyin olunur.
Bu zaman nəzərə almaq
lazımdır ki, hazırda KŞ-də daha az əks olunan detalların ölçüləri 10-50 mini
aşmır. Bu, ayrı-ayrı lay və qatların, əsasən süxurların tərkibi ilə müəyyən
olunan, xüsusilə tonal differensasiyanı məhdudlaşdıran spektral parlaqlıq
əmsallarının güclü inteqrasiyasına gətirib çıxarır. Geoloji kütlələrin bununla
əlaqədar olan sahə üzrə kifayət qədər böyük çıxışları, tərkibinə görə eynicinsli,
relyefin orta və ya kiçik şaquli parçalanması zamanı süxurların eyni yatıma
malik olması hallarında tonal fərqliliyi açıq rayonlarda yaxşı izlənir.
Örtülü rayonlarda süxurların çalarına torpaq-bitki örtüyünün xarakteri
kifayət qədər təsir göstərir.
Fotoçalar fərqliliyinin analizində eyni rayonun müxtəlif şəkillərinin
müqayisəsi zamanı daha diqqətli olmaq lazımdır, belə ki,
fotoçalar kifayət
qədər fərqlənə bilər. Fotoçaların intensivliyi M.N.Petruseviçə görə aşağıdakı
səbəblərdən asılı olaraq dəyişir:
1) şəkli çəkilən səthin rəngləri və ya daha dəqiq desək, onun spektral
əksolunma qabiliyyəti;
2) şəkli çəkilən səthin quruluşu və vəziyyəti;
3) səthin günəş şüaları ilə işıqlanma dərəcəsi (ilin və sutkanın ayrı-
ayrı vaxt kəsimləri ilə təyin olunur);
4) tətbiq olunan fotoaparat və fotomateriallar (plyonkalar, kağızlar və s.).
Fotoçalar, müxtəlifliyin optik və sıxlıq göstəricilərinə görə, mikrofotometrlə-
mənin köməyi ilə aparılır və açıq rayonların geoloji deşifrələnməsi zamanı,
örtülü
rayonlar üçün isə səth əmələgəlmələrinin geoloji
struktur ilə təsdiq
olunmuş əlaqəsinin mövcud olduğu hallarda maraq kəsb edə bilər. Gözlə çətin
fərqlənən fotoçalar müxtəlifliyinin ayrılması məqsədilə, şəkillərin hissələrini
eyni tonallıqla fərqlənən müxtəlif rənglərlə boyamağa imkan verən xüsusi
aparatlardan istifadə olunur.
6.4.3.Dolayı deşifrələmə əlamətləri
Dolayı deşifrələmə əlamətlərinə relyef, hidroqrafik şəbəkə, torpaq, bitki,
insanın mühəndisi fəaliyyəti və təbii ərazi kompleksləri aiddir. Onlar geoloji
quruluşun elementlərinin birbaşa əks olunması imkanı istisna
olunan örtülü
rayonlarda lokal və dəqiq şəkillərin geoloji deşifrələnməsi zamanı geniş istifadə
olunur.