Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə29/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   25   26   27   28   29   30   31   32   ...   128

85 
 
və dar meşə zolağı kimi ifadə olunur. Abrazion çıxıntılar bütöv və ya qırıq,  
horizontallara uyğun xətlərlə tanınır. 
Sualtı relyef. Sualtı qumlu təpələr və dayaz yerlər daha açıq çalarla təsvir  
olunur. Sualtı dərələr və kanyonlar (sıldırımlı dərin dar dərə) çöküntü axınları 
şəklində iri çayların davamında izlənilir ki, onlar da FŞ-də daha açıq çalarla  
zolaqlarla təsvir olunur (Kolorado çayı misalında yaxşı görünür). Mərcan ada-
ları  və onları əhatə  edən  dayaz yerlər  FŞ-də  dəqiqliklə görünür. 
Karst-suffozion relyef. 3-4 km-dən böyük ölçülü karstsuffozio relyef for-
maları oval xırda tünd-boz ləkələrlə ifadə olunur. Belə formalara açıq karst  
əmələgəlmələri (uçurum qıfları, sahələr) aiddir ki, onlar da əsasən lokal və  
dəqiq  şəkillərdə  fərqləndirilə  bilər. 
Relyefin buzlaq formaları.  Yüksək dağlıq rayonların KŞ-nin deşifrələn-
mə  dərəcəsi doğranma və parçalanma dərinliyinə görə çox da yüksək deyildir.  
Troq (buzlağın fəaliyyəti nəticəsində  əmələ  gələn təknəyəoxşar dərə) dərələri  
paralel tərəfli düzlənmiş sərhədlərə görə tanınır, morenlərin xırda təpəlik şəkli  
xarakterdir,  bəzən çaqıl moren dərələri görünür. 
Relyefin eol formaları. Qumlar ağ-qara şəkillərdə açıq-boz, rəngli şəkil-
lərdə isə sarımtıl çalarla təsvir olunur. Rəngə mineraloji tərkib böyük təsir  
göstərir. Kvarslı və gipsləşmiş qumlar çox açıq, hətta ağa yaxın çalarla seçilir.  
Sıra üzrə olan qumlar yaxşı deşifrələnir. Təpəli, dəlikli, təpəli-barxan (səhra-
larda küləyin fəaliyyəti ilə əlaqədar qumlardan əmələ gələn təpə) qumlar daha  
zəif  tanınır. 
Relyefin qravitasion formaları.  Uçqun tökmə yamaclar tünd-boz çalarlı  
normal yamacların fonunda boz, açıq boz çalarlı uzanmış oval ləkələr şəklində  
deşifrələnir. Yaxşı keyfiyyətli və kifayət qədər həlledici qabiliyyəti olan şəkil-
lərdə sıldırım yamacın sürüşmə kütləsinin qeyri-düzgün təpəlik rəsmi ilə ahən-
ginə  görə  sürüşmənin  iri  kütlələrini  ayırmaq  olar. 
 
6.4.8.Hidrogeoloji tədqiqatlar üçün deşifrələmə 
 
Hidrogeoloji deşifrələmə qarşılıqlı  əlaqəli iki prosesi özündə birləşdirir: 
şəkillərdə  təbii mühitin predmetlərinin və hadisələrinin tanınması  və onların  
deşifrələmə komponentləri ilə hidrogeoloji şəraitin  əlaqəsinin aşkar edilməsi  
əsasında hidrogeoloji interpretasiyası. 
Hidrogeologiyada distansion üsulların tətbiqinin çətinliyi öyrənilən ob-
yektin təbiəti ilə birbaşa fototəsvirə malik olmayan və birbaşa deşifrələmə əla-
mətləri ilə tanınması mümkün olmayan KFŞ-ə görə yeraltı suların deşif-
rələnməsi üçün kompleks dolayı əlamətlərin olması zəruridir. Bu, yeraltı sularla 
landşaftın digər komponentləri arasındakı sıx qarşılıqlı əlaqənin olması əsasında 
mümkündür ki, onlar da landşaftdaxili  əlaqələrin: səth çöküntülərinin tərkibi,  
relyef, bitki və struktur geoloji şəraitin istifadəsi ilə birbaşa və ya dolayı 
deşifrələmə  əlamətlərinə  görə  tanına  bilər. 


86 
 
Hidrogeoloji deşifrələmənin birinci mərhələsi bilavasitə yeraltı sularla 
(bulaqlar, bəzi yerlərdə yeraltı suların sızması, karst, sürüşmə, süni su təza-
hürləri), o cümlədən hidrogeoloji planı, səth çöküntülərinin xarakterini, relyefin 
formalarını, bitkiləri, torpağın tiplərini və s. təyin edən təbii komponentlərlə 
bağlı  olan predmet və hadisələrin  şəklinə görə tanımanı özündə birləşdirir.  
Şəkillərdə hidroindikatorların tanınması onların deşifrələmə  əlamətlərinin 
öyrənilməsi  əsasında  adi  yolla  aparılır. 
Hidrogeoloji deşifrələmənin ikinci mərhələsi şəkillərdə deşifrələmənin tə-
bii komponentlər, hidroindikatorlarla yeraltı sular arasındakı əlaqə və qarşılıqlı  
əlaqənin analizini özündə birləşdirir. Bu analizin məqsədi bir sıra konkret  
hidrogeoloji parametrlərin: yeraltı suların yatım dərinliyinin, onların mineral-
laşma dərəcəsinin, süxurların kollektorluq xassələrinin, sulu horizontların  qida-
lanma və boşalma sahələrinin, yeraltı suların hərəkət istiqamətinin təyinindən  
ibarətdir. Bu məsələnin həlli üçün xüsusi və müxtəlif dərəcəli kompleks  
landşaft indikatorları cəlb edilir ki, onlar da müxtəlif səviyyəli və müxtəlif eti-
barlılıq dərəcəsinə malik məlumatlar verə bilər. Bütün bu məlumatlar əsasında  
“proqnoz hidrogeoloji  xəritə” tərtib olunur. 
 
6.5. Kosmik təsvirlərin modellərinin identifikasiyasi  
(eyniləşdirilməsi) 
 
Deşifrələmə qrafikası  və yazılı izahat kosmik şəkillərin təhlilinin ilkin 
materiallarıdır. Sonra isə  əmin olmaq lazımdır ki, deşifrələnmiş obyektlərlə 
səhnəni formalaşdıran obyektlər arasında uyğunluq müşahidə olunsun və bu 
uyğunluğun xarakteri aydınlaşdırılmalıdır.  İdentifikasiya üsullarını bir qədər 
şərti olaraq: birbaşa və dolayı növlərə ayırmaq olar. Deşifrələmə materiallarının 
çöldə yoxlanılması deşifrələmə  və  səhnə obyektlərinin uyğunluğunun aşkar 
edilməsinin  ən yaxşı üsuludur. Geoloji zondlamanın bir sıra məsələlərinin 
həllində: faydalı qazıntıların lokallaşma yerinin təyinində, geoloji strukturların 
yeni elementlərinin, mühəndisi – geoloji tədqiqatlar zamanı uçqunların və 
sürüşmələrin aşkar edilməsində  və digər hallarda belə birbaşa identifikasiya 
mümkün və  zəruridir. Lakin deşifrələmə, çox zaman çöldə yoxlanılması  çətin 
və ya sadəcə olaraq, qeyri-mümkün olan obyektlərə (məsələn, deşifrələmə 
nəticəsində rayonun tərtib edilmiş geoloji xəritəsinin yerüstü yoxlanışı zamanı) 
yönəldilir. Bu zaman biz, faktiki olaraq, yeni iri sahələri xəritələməli və əmin 
olmalıyıq ki, kosmik şəkillərdə aşkar edilən hər hansı bir tektonik zona qonşu 
neft və qaz yığılan zonadan perspektivlidir. Bu  o vaxt mümkündür ki, həmin 
sahədə lazımı  dərəcədə  sıx  şəbəkə üzrə quyu qazılsın. Bundan əlavə, 
deşifrələmə, bəzən yer səthində  təbiəti naməlum olan obyektlərə yönəldilir
məsələn, «regional lineament»obrazı kosmik şəkillərdə adətən küllü miqdarda 
ayrı-ayrı hissələrdən generalizasiya olunur ki, bunlar da ayrılıqda «regional 
lineament»in mövcudluğu haqqında heç bir məlumat vermir. Bu halda 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə