Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə37/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   33   34   35   36   37   38   39   40   ...   128

108 
 
edilməsində (hətta onların geoloji təbiəti naməlum olduqda) DZM daha mü-
vəffəqiyyətlə tətbiq edilir. 
Xəritələmə prosesində obyektlərin çöl tədqiqatı və bu əsasda deşifrələmə 
məlumatlarının sistemləşdirilməsi mütləq hesab edilir. 
Həddən artıq dərinlikli və  dərin quyular qazılacaq sahələrin geoloji 
öyrənilməsi ortamiqyaslı xüsusi regional geoloji tədqiqatlardır.  
İşlərin aşağıdakı ardıcıllıqla aparılması tövsiyə edilir: l) spektrin müxtəlif 
diapazonlarında müxtəlif operatorlarla, şəkillərin ilkin deşifrələmə sxeminin 
adətən 1: 1 000 000 miqyasda tərtibi; 2) nəticələrin müqayisə edilməsi və geo-
loji, geofiziki tədqiqatların məlumatlarının cəlb edilməsilə deşifrələmə obyekt-
lərinin geoloji interpretasiyası; 3) deşifrələmə xəritələrinin tutuşdurulması, geo-
loji kəsilişlərin tərtibi, quyu qazılacaq yerin dəqiqləşdirilməsi; 4) xüsusi xəri-
tələrin tərtibi və qazımanın nəticəsini nəzərə almaqla, quyu qazılacaq sahənin 
dərinlik modelinin qurulması. Bu zaman əsasən geoloji tərtibi 1:200 000 miq-
yasında olan lokal və dəqiq kosmik şəkillər tətbiq edilir. 
Kola yarımadası rayonunda qazılan həddən artıq dərinlikli quyuda 
aparılan işlərin təcrübəsi göstərir ki, kosmik şəkillərin məqsədəuyğun deşifrə-
lənməsi prinsipcə yeni strukturların ayrılmasına, əvvəlcədən məlum olan struk-
turlar haqqında yeni təsəvvürün formalaşmasına, quyu vasitəsilə açılmış  və 
səthdə inkişaf tapmış geoloji komplekslərin korrelyesiyasına imkan yaradır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


109 
 
VIII. STRUKTUR-GEOMORFOLOJI  TƏDQİQATLARDA KOSMİK 
İNFORMASİYANIN TƏTBİQİ 
 
Kosmik informasiya yer səthi relyefinin öyrənilməsində daha müvəffə-
qiyyətlə istifadə olunur.  
Əvvala, kosmik təsvirlərin stereomodelinin müşahidəsi zamanı, öyrənilən 
səthin relyefi hər hansı bir nəzəri təsəvvürdən cüzi asılıdır və ya qətiyyən ondan 
asılı deyildir, bütün tədqiqatçılar müxtəlif dərəcəli dəqiqliyə baxmayaraq, 
relyefin stereomodelini eyni cür görürlər. 
İkincisi, relyef - kosmik təsvirlərin görkəmini  əks etdirən səthin  əsas 
xüsusiyyətlərindən biri hesab edilir. Relyefin yüksəkliyində, onun parçalanma 
dərəcəsi  və xarakterində olan, hətta cüzi bir dəyişiklik onların inteqral optik 
xassəsinə təsir edir və şəkillərdə həkk olunur. Bu bir neçə səbəblə izah olunur. 
Şəkillərdə passiv ölçü komplekslərilə alınmış relyefin yaxşı fotoifadəliliyi fərdi 
optik səciyyələrə malik təbii landşaftın, ilk növbədə, böyük dəyişkənliyi və 
ixtisaslaşması ilə  əlaqədardır. Bundan əlavə, kosmik şəkillərdə relyefin qa-
barıqlığı kölgələrlə qeyd olunur. Günəşin alçaqda durması zamanı kölgələr 
hətta erozion şəbəkənin çox xırda hissələrini, zəif görünən silsilələri və pillələri 
aşkarlandırır. Fəal radiolokasion ölçü sistemlərinin istifadəsində əsas parametr 
relyefdir. Lokasiya horizonta nisbətən kiçik bucaq altında aparıldığına görə, 
relyefin hissələri uzun kölgələr  şəklində görünür, bu baxımdan, radiolokasiya 
kosmik  şəkillər günəşin alçaqda durması zamanı  çəkilmiş fotoşəkillərinə çox 
oxşar olur. Nəzərə almaq lazımdır ki, radarın santimetrlik şüalanması, atmos-
ferdə foto və skaner ilə ölçülən mikrometr şüalanmasından fərqli olaraq, zəif 
səpələnir, ona görə də radar planalmasında relyef özünü daha aydın göstərir. 
Relyefin öyrənilməsinə böyük maraq onunla əlaqədardır ki, o geoloji 
quruluşun və proseslərin indikatoru hesab olunur. Regional generalizasiya 
səviyyəli kosmik şəkillərdə cəmi 4-5 m qalınlıqlı laylar kifayət qədər iri relyef 
formaları  əmələ  gətirdiyi zaman, onların dəqiq deşifrələnməsi halları  məlum-
dur. Lakin elə hallar mümkündür ki, müxtəlif tərkibli, lakin davamlılığına görə 
yaxın olan süxurlardan təşkil tapmış litoloji komplekslərin strukturları çox vaxt 
təsadüfü geomorfoloji elementlərlə o dərəcədə maskalanmış olur ki, kosmik 
şəkillərdə oxunmur. 
Kosmik şəkillər neotektonik rayonlaşdırma üçün daha əhəmiyyətli mate-
rial hesab olunur. Buna relyefin yaxşı görünməsi və yer səthinin yüksəklik 
şəkilləri üçün səciyyəvi olan bir təsvirdə öyrənilən sahənin landşaft, geomor-
foloji və geoloji   modellərinin üst-üstə düşməsi səbəb olur. 
 
 
 
 
 


110 
 
8.1. Strukturgeomorfoloji tədqiqatların məsələləri və məqsədi 
 
 Strukturgeomorfoloji  tədqiqatlar zamanı relyef ümumi strukturtektonik 
şərailə kompleksdə öyrənilir. Strukturgeomorfoloji təhlilin  əsas məqsədi tek-
tonik və relyef əməmələgətirmə proseslərinin qarşılıqlı əlaqəsini dərk etməkdir. 
Beləliklə, strukturgeomorfoloji tədqiqatlar geologiya və ümumi geomorfologiya 
elmələri arasında aralıq vəziyyət tutduğu üçün, onların bu üsullarından geniş 
istifadə olunur. 
Geoloji və onlara uyğun geomorfoloji obyektlərin dərəcəliliyi ilə bağlı  
olaraq, strukturgeomorfoloji təhlilin məsələlərini: lokal,  regional və qlobal 
növlərə bölmək olar. Lokal səviyyədə relyefdə lokal tektonik strukturların 
(qırışıqlıq, blok, fleksura, qırılmalar və s.) təzahürü və ya əksi, o cümlədən, 
müəyyən geoloji proseslərlə (məsələn, buzlaşma, çay eroziyası  və akkumul-
yasiyası, külək  akumulyasiyası, zəlzələlər, vulkanik proseslər və s.) əlaqədar 
olan relyef formalarının xarakter kompleksləri öyrənilir.  
Regional səviyyədə relyefin ümumiləşdirilmiş xassələri və nisbətən iri 
tektonik və neotektonik vahidlərin  bünövrə qırışıqlığının, iri platforma val və 
çökəkliklərin, həm rift, həm də digər tip qırışıqlıq qurşaqların və dağarası 
çökəkliklərin eninə qalxımları  və çökəklikləri və bir sıra digər tektonik və 
neotektonik struktur elementlərin relyef əmələgətirmə xüsusiyyətləri öyrənilir. 
Regional məsələlərə,o cümlədən iri pozulma zonaları  və regional dərinlik 
deformasiya zonalarının relyefdəki təzahürünün təhlili də aiddir. 
Qlobal səviyyədə planetar dərəcəli geomorfoloji elementlər öyrənilir. Bu 
həm statik tektonik model (məsələn, qitələr, okeanlar və ya platformalar 
epigeosinklinal dağ  qırışıqlıq qurşaqları), həm də tektonik inkişafın dinamik 
modeli çərçivəsində (məsələn, spredinqin orta okeanik zonaları okeanik 
çökəkliklər  subduksiya sistemləri tavaların qitə seqmentləri və s.) olur. 
Ümumiyyətlə, relyefin öyrənilməsinin spesifik məsələsi geomorfoloji 
triada deyilən bölgüyə  gətirib çıxarır. Bunlar, relyefin həndəsi səciyyəsinin 
təhlili və aşkarı, yaş səciyyəsi və inkişaf xüsusiyyətləri (tarixi geomorfologiya) 
və onların genezisidir. Struktur geomorfologiyanın morfometrik məsələlərinin 
həllində distansion zondlama materialları çox, genetik məsələlərin həllində isə 
nisbətən az istifadə olunur. Tarixi geomorfologiyanın məsələləri adətən geo-loji 
və geomorfoloji üsulların kompleks tətbiqi zamanı həll olunur. 
 
8.2. İnformasiya mənbəyinin seçilməsi 
 
Lokal və regional səviyyəli stereotəsvirlərdə relyefin öyrənilməsi zamanı 
panxromatik ağ-qara və spektrin yaşıl hissəsində  çəkilmiş fotoşəkillər daha 
əhəmiyyətlidir. Rəngli fotoşəkillərin zəif sahəvi həlletmə qabiliyyətinə bax-
mayaraq, ağ-qara şəkillərdən yardımçı kimi istifadə etmək olar. 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə