Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə33/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   29   30   31   32   33   34   35   36   ...   128

96 
 
lokal və  dəqiq kosmik şəkilləri qırışıqlıq metamorfik qatların və maqmatik 
kütlələrin daxili quruluşları haqqında məlumata malikdir.  
 
 
Şəkil 37. Baltik  qalxanının  kosmik şəkli (KŞ): 
a– Skandinaviyanın  cənub-qərb qurtaracağı. şəklin  mərkəz hissəsindəki  parlaq  fotoçaların 
xətti  və  mozaik  sahələri  Oslo  qrabeninin  cavan formasına
 
 uyqun  gəlir;        
b – Finlandiyanın  Baltik  sahili. Şəklin  cənub-şərq  hissəsində yaxşı  seçilən  qövsvarı xətlər  
dördüncü  dövr  buzlaqlarından  birinin  sərhəd  moreni  hesab  olunur. 
 
Sahəvi obyektlər kimi, onlar da protoplatformaların kristallik əmələgəl-
mələrinin üst arxeyalt proterozoy yaşlı protoplatforma örtüyünün az meta-
morfizmləşmiş,  əksər hallarda laylı  və maili yatan vulkanogen çökmə qat-
larından yaxşı seçilir. Çox vaxt yaşıldaş  əmələgəlmələrindən təşkil tapmış üst 
proterozoy yaşlı troq komplekslərini, fanerozoy yaşlı  əmələgəlmələrlə dolmuş 
tektonik pazları  və qrabenləri ayırmaq mümkün olur. Maqmatik süxurlardan 
daha yaxşı qranit rapakivləri, mərkəzi tipli qələvi intruziyalar (Xibin) və 
ultraəsas süxurlar deşifrə olunur. Lokal və dəqiq kosmik şəkillərdə xətti struk-
turlar  əsasən, yerdəyişməsi olmayan çatlar və nisbətən qısa (15-20 km-qədər) 
kiçik amplitudlu pozulma qırılmaları kimi təqdim olunur.  


97 
 
Onlar regional şəkillərin xətti strukturlarına uyğun gələn sıxlaşma zona-
larında qruplaşırlar. Dəqiq  şəkillərdə metamorfizmləşmiş dağ silsilələrinin 
laylığını, onlar hətta kristallaşma  şistləşməsi ilə maskalandığı halda belə, de-
şifrələmək olur.   
Zəif fəallaşmış əyalətlərdə cavan platformaların qalxanları və kiçik təpə-
cikləri paleozoy və ya kembriyəqədərki  qırışıqlıq komplekslərinin səthə çıxışı 
kimi özünü büruzə verir. Onlar üçün süxurların orta metamorfikliyi, intensiv 
dislokasiyaya uğraması, geniş hüdudlarda çökmə vulkanogen və intruziv sü-
xurların olması, relyefin zəif parçalanması xarakterdir. Bu amillərin birliyi 
kosmik  şəkillərin generalizasiyasının bütün səviyyələrində, onların yüksək 
geoloji məlumatlılığını əsaslandırır. 
Kontinental səviyyəli generalizasiyaya malik kosmik şəkillərdə ayrı-ayrı 
qırışıqlıq sistemləri, aralıq massivləri, üstə gəlmiş (törəmə) çökmələr, bəzən də 
antiklinoriumlar, ayrı-ayrı  qırışıqlıq zonaları  və geoloji kütlələr yaxşı ayrılır 
(məsələn, Mərkəzi Qazaxıstanda perm yaşlı qranit massivləri, Uralın  şərq ya-
maclarındakı maqmatik komplekslər və s.). Xətti strukturlar, adətən əsas struk-
tur elementləri sərhədləndirən iri dərinlik qırılmalarına  uyğun gəlir. Bəzən tünd 
foto rəngçalarlı ensiz, zolaqvarı anomaliyalar  ofiolit tikişləri  ayrılır. Qırışıqlıq 
sistemlərin uzanmasını diaqonal və eninə kəsən pozulma strukturları səciyyəvi 
xətti obyektlər kimi görünür, onların bəziləri,  əvvələr qırlma pozulmasının 
neotektonik mərhələsində remobilizə edilmiş qırılmalar kimi təsnif olunmasına 
baxmayaraq, bir çoxu yerüstü geolojigeofiziki üsullarla təyin olunmurdu. 
Regional generalizasiya səviyyəli kosmik şəkillərdə bəzi blokların daxili 
strukturunu aşkarlamaq mümkündür (şəkil 38). Bu növ şəkillərdə fotorəng 
çalarına və foto rəsminə görə ayrılan sahəvi obyektlər ya iri struktur formalar, 
ya da strukturmaddi komplekslər kimi interpretasiya olunur: qanadlarına 
nisbətən qədim çöküntülərdən təşkil olunmuş antiklinalların nüvəsi, sinklinial-
ların kənar qırışıqlıq zonaları, müxtəlif tərkibli çökmə süxurların yayıldığı 
sahələr, vulkanik əmələgəlmələr, ofiolitlər və s. Fototəsvirlərin xarakteri sü-
xurların dislokasiya olunma dərəcəsindən asılıdır  və izoklinal, xətti və sandıq-
varıqırışıqlıq zonalar üçün müxtəlifdir. 
Regional generalizasiya səviyyəli kosmik şəkillərdə  əksər qranit 
massivləri deşifrələnə bilər və onlar özünəməxsus  əlamətlərinə, tərkibinə  və 
yaşına görə bir neçə qrupa bölünür.      
Regional şəkillərin deşifrələnməsinin xətti obyektlərini iki qrupa bölmək 
olar. Birincilər daha çox yayılmaqla, planda düzxətli və ya zəif  əyilmiş 
qırılmalar və qırlma zonaları əmələ gətirir. Şaquli və səthi yerdəyişən qırılmalar 
daha etibarlı ayrılır.  İkinci qrupu stratiqrafik təmaslar təşkil edir; regional 
şəkillərdə ilk dəfə olaraq, laylanma elementləri ayrılır. 
 


98 
 
 
 
 
Şəkil 38. Şimali Pribaltikanın kosmik  şəkli (a) və onun geoloji  deçifrələmə  
sxemi (b)  (Al.V.Tevelevə  görə). 
Deşifrələmə obyektləri: 1-10 – sahəvi (1 – dördüncü dövr vadiləri, 2 – takır və  şoranlıqlar, 3 – 
leykoqranitlərin massivləri, 4 – zəif  turş  qranitoidlərin  massivləri; 5 – hiperbazit  massivləri, 6 – 8 – 
qırışıqlar  (6 – perm, vulkanik muldalar, saur və sayak qırışıq kompleksləri, 8 – Telbes qırışıq  kompleksi), 
9 – venda – ordovikin karbonatları, 10 – kembriyəqədər  əsasın çıxıntısı, 11-14 – xətti  formalar (11 – 
geomorfoloji  ifadə  olunan  qırılmalar,  12 – həmçinin,  boş (kövrək) çöküntülərin  örtüyü  altında,  13 – 
“pilotaksit”  fotorəsmli zonalar, fotoçalarların təzadsız “təmas”  zonaları), 15-16 – halqavarı strukturlar 


99 
 
(15 – paleovulkanlar, 16 – naməlum  genezisli),  17 – horizontal  yerdəyişmələr, 18 – cavan  qırılmalar  
üzrə  qalxmış (a)  və  düşmüş (b)  bloklar.  
 
Lokal generalizasiya səviyyəli kosmik şəkillər çox vaxt süxurların maddi 
tərkibi haqqında məlumat verir. Əsasən müxtəlif (optik xüsusiyyətlərinə görə) 
litoloji tərkibli süxurlardan ibarət lay dəstələri daha dəqiq seçilir. Bu miqyaslı 
şəkillərdə çox zaman qırılma pozulmalarının kinematik səciyyəsini, qırışıqlıq 
formalarını, morfologiyasını, paleovulkanik strukturları  və  bəzən isə vulkanik 
fasiyaların və maqmatik fazaların münasibətlərini təyin etmək   mümkündür. 
Orogenik  əyalətlər üçün – dağ silsilələrinin, dağarası  dərələrin və dep-
ressiyaların növbələşməsi xarakterdir. Relyefin şaquli amplitudundan, iqlim 
xüsusiyyətlərindən, bitki örtüyünün paylanmasından, müasir tektonik hə-
rəkətlərin fəallığından asılı olaraq, dağlıq  əyalətlərin kosmik şəkillərinin mə-
lumatlılığı çox müxtəlif qlyasiogen əmələgəlmələrlə örtülmüş Pamir və Tibet 
yüksək dağ platolarından, Qafqazın və Karpatın meşə ilə örtülmüş dağ 
ətəklərindən çox yüksək, dağarası çökmələrin cavan qırışıqlığı zonalarına qədər 
ola bilər. Fəal inkişaf edən neotektonik elementlər daha yaxşı  əks olunur. Bu 
halda relyefdə aşkar edilmiş neotektonik strukturlar distansion tədqiqat üsulları 
üçün çox əhəmiyyətli obyektlər olur.     
Kontinental generalizasiya səviyyəli kosmik şəkillərdə  əsas oroqrafik 
elementlər - dağ silsilələri və massivləri, həmçinin dağarası depressiyalar 
ayrılır. Deşifrələmə zamanı  xətti obyektlərdən dağ massivlərini və dağarası 
çökəklikləri sərhədləndirən qırılma pozulmalarının morfologiyası  və kinema-
tikası  tədqiq oluna bilər (şəkil 39). Orogen əyalətlərin regional kosmik 
şəkillərində halqavarı strukturlar ya intruziv çıxışların vulkanik massivlərinin 
plandakı formasını  əks etdirir, ya da qövsü qırılma sistemləri və  xətti 
qırışıqların undulyasiyası ilə bağlılığı  fərz olunur. Bəzən bu strukturlar cavan 
əyilmə sahələri ilə əlaqədar olur. Halqavarı strukturların əksəriyyətinin geoloji 
təbiəti naməlum olaraq qalır.      
Lokal səviyyəli şəkillərin məlumatlılığı öyrənilən sahənin regional geoloji 
və coğrafi xüsusiyyətlərindən yüksək dərəcədə asılıdır. Lokal şəkillər əlverişli 
şəraitdə konditsion geoloji xəritələrə yaxın xəritələrin tərtibi üçün əsas kimi 
istifadə oluna bilir. Belə ərazilərə arid və yarımarid iqlim zonalarındakı cavan 
qırışıqlıq əyalətləri aid etmək olar.      
İstinad horizontu kimi, selektivdenudasion səthi formalaşdıran, kosmik 
təsvirlərdə seçilən süxurlardan istifadə edilir. Belə hallarda əsas qırışıqlıq 
formaları  və  qırılma pozulma stistemlərini lazımi qədər dəqiqliklə araşdırmaq 
olur ki, (şəkil 40) diaqonal və eninə strukturların bəzi xüsusiyyətləri amplitudu 
bir neçə on metrlərlə olan yerdəyişmələri fərqləndirməyə imkan yaradır (9-cu 
fəslə bax). 
 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə