120
Lokal qalxımlar, yerli (tranzit olmayan) erozion şəbəkə ilə əlaqədar olan
erozion parçalanmanın sıxlıq və dərinlik anomaliyalarına görə çox yaxşı aşkar
olunur. Bu anomaliyalar qalxmalarda daha intensiv təzahür edir.
Qalxma
rayonunda parçalanmanın sıxlığının arması akkumulyativ relyefin denudasion
relyefə keçməsinə səbəb olur. Burada dördüncü dövr çöküntülərinə nisbətən
daha çox çatlılığa malik antiklinal qalxımların günbəz hissələri xeyli tektonik
parçalanmaya məruz qalır. Bu o zaman baş verir ki,
selektiv denudasiya qal-
xımların gümbəz hissəsindən qırıntı və parçalanmış süxurları aparır və bircins
zireh rolunu oynayan horizont səthə çıxır.
Kosmik şəkillərdə erozion və denudasion relyeflə daha çox işlənmiş lokal
sahələr az işlənmiş sahələr arasında nisbətən asanlıqla aşkar olunur.
Relyefdə fəal lokal qalxımların aşkar edilməsinin daha yaxşı üsulu relyef
elementlərinin anomal formaları və ya bu elementlərin “qeyri-təbii” sahəvi
düzülüşüdür. Bunlara ən xarakter misal, dərələrin
akkumulyativ elementlərinin
tam itməsi, çay dərələrinin kəskin daralması və adətən düzgün yelpikvari
formalı quru deltaların və gətirmə konuslarının plan sərhədlərinin aydın defor-
masiyasıdır. Lokal qalxımların daha çox rast gələn indikasiyası gətirmə konus-
larının «vurulmasıdır». Burada onların cavan generasiyaları qədim gətirmə
konuslarının üzərinə düşmür və müxtəlif dərəcədə lateral boyu yerini dəyişmiş
olur.Əsas su axımı ilə kəsilmiş konuslararası sahə lokal qalxımlara uyğun gəlir
(şəkil 48).
Baxılan misallar fəal lokal qalxımların relyefdə yaranmasının bütün halla-
rını heç də tam əhatə etmir. Fəal strukturların indikator formalarının axtarışı və
interpretasiyası kosmik təsvirlərin təhlilində daha
güclü üsul hesab edilir və
geologiyanın bütün sahələrində özünün geniş praktiki tətbiqini tapır.
Fəal qırılma-pozulma zonalarının relyefi. Qırılma zonalarının relyefi
regionaltektonik, iqlim və digər səbəblərdən əlavə, sonuncunun kinematik
tipindən, o cümlədən, ümumi strukturgeomorfoloji zonallıqla qırılmaların isti-
qaməti arasındakı münasibətdən də asılıdır.
Subşaquli vəziyyətli fəal inkişaf edən uzununa qırılmalar,
müxtəlif geo-
morfoloji quruluşa malik blokları ayıran pillələr əmələ gətirir (şəkil 49).
Kosmik təsvirlərdə denudasion və akkumulyativ relyef sahələrini ayıran qırıl-
malar xüsusilə yaxşı görünür; bəzən, səthi zəif seçilən relyeflə ayıran (bölən)
uzanmış və dəqiq seçilən pillələr yaxşı nəzərə çarpır.
Uzununa fəal qırılmaların qanadlarında relyefin münasibətinə görə, bəzən
onların kinematikasını bərpa etmək mümkün olur. Fəal qırılıb-düşmələr üçün
düşmüş qanadda akkumulyativ, qalxmış qanadda isə denudasion relyefin
inkişafı səciyyəvidir. Burada neotektonik rejimin eyni qiymətli olmaması, əsas
etibarilə, düşmüş qannaddakı fəal akkumulyasiyanın hesabına kompensə olu-
nur.
121
Şəkil 48. KŞ-də deltalar və gətirmə konusları:
a – Ural çayı, b – Sırdərya çayı, v - Balx çayı (Əfqanıstan respublikası),
q – Pyanc çayı, d – Tece çayı, e – Tarim çayı.
Dağətəyi regionlarda bu, tektonik pillənin eninə olan
dərələrdən gətirmə
konusunun geniş inkişafına görə aşkar olunur. Fəal qırılıb-qalxma zamanı vahid
tektonik pillənin formalaşması baş vermiş (qalxmış qanadın kənarında sürüşmə
qırılmalarının baş verməsinə baxmayaraq) qalxma fəal qanadın eroziyası he-
sabına kompensə olunur. Bu hadisəni çox vaxt lokal səviyyəli kosmik şəkillərdə
aşkar etmək mümkün olur. Burada qırılıb-qalxmanın düşmüş qanadının arxa
hissəsində qravitasion əmələgəlməsi olan qalın şleyflər görünür.
Struktur geomorfoloji zonallığı eninə və diaqonal səmtdə keçən qırılıb-
düşmələr və qırılıb-qalxmalar, adətən relyef formalarında yaxşı əks olunur və
kosmik təsvirlərdə aydın görünür. Lokal eninə çökmələrlə təmasda olduğu
zaman, bu tip qırılmalar
relyefdə özünü ,demək olar ki, uzununa qırılmalar kimi
aparır. Lakin bəzən onlar özlərini yalnız relyefin pilləliyində göstərir ki, bu da
denudasion relyeflə qarışıq düşə bilir. Pilləliyin tektonik təbiəti çıxıntıların
düzxətli olması ilə aşkar edilir. Onlar müxtəlif dərəcəli parçalanmaya malik
olan blokları ayırır və bəzən də çıxıntının hər iki tərəfi və onun yaxınlığındakı
122
cavan kollüvial çöküntülərin geniş inkişaf sahəsi üzrə blokların relyef tipini
dəyişir. Çox vaxt eninə qırılmalarboyu çökmə zonalar (neotektonik qrabenlər)
nisbətən açıq foto rəngçalarları ilə seçilir. Bu da qraben dibinin az parça-
lanmasından (əgər o, hətta cavan akkumulyativ örtükdən məhrum olunsa da)
asılıdır.
Şəkil 49. KŞ-də düzxətli qırılmaların geomorfoloji ifadəsi.
Şaquli düşən qırılma parçalanmalarından
fərqli olaraq, xüsusən azmeylli
üstəgəlmələr adətən eroziyaya məruz qalmır və kosmik təsvirlərdə zəif aşkar
edilir. Lakin üstəgəlmənin təkcə səthi deyil, bütün üstəgəlməyanı struktur
formalar və onlarla bağlı relyef elementləri kompleks şəkildə təhlil edilirsə,
onda yeni üstəgəlmə zonalarının geomorfoloji ifadəsi tam olur (şəkil 50).
Adətən üstə gələn blokun ön hissəsi asimmetrik antiklinal qırışıqlığa
çevrilir ki,
onun da tağ hissəsi birinci növbədə dağılır, nəticədə üstəgəlmənin önündə
paralel pillələr əmələ gəlir. Pillənin alt hissəsində, ondan bir qədər aralı, adətən
relyefdə kuest formalı təpəciklər əmələ gətirən üstəgəlməyanı antiklinalın
çevrilmiş qanadının fraqmenti saxlanılır.
Çox vaxt pillə ilə kuestarası erozion şəbəkənin şəkli üstəgəlmə zonasın-
dan kənardakı erozion şəbəkənin şəklindən fərqlənir. Nəticədə kosmik şəkil-
lərdə zolaqlı təsvirə malik səciyyəvi relyef əmələ gəlir.
Regional səviyyəli
kosmik şəkillərdə planda daha çox yarımmaili üstəgəlməyanı pillə (xüsusən,