Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə41/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   37   38   39   40   41   42   43   44   ...   128

120 
 
Lokal qalxımlar, yerli (tranzit olmayan) erozion şəbəkə ilə əlaqədar olan 
erozion parçalanmanın sıxlıq və dərinlik anomaliyalarına görə çox yaxşı aşkar 
olunur. Bu anomaliyalar qalxmalarda daha intensiv təzahür edir. Qalxma 
rayonunda parçalanmanın sıxlığının arması akkumulyativ relyefin denudasion 
relyefə keçməsinə  səbəb olur. Burada dördüncü dövr çöküntülərinə nisbətən 
daha çox çatlılığa malik antiklinal qalxımların günbəz hissələri xeyli tektonik 
parçalanmaya məruz qalır. Bu o zaman baş verir ki, selektiv denudasiya qal-
xımların gümbəz hissəsindən qırıntı və parçalanmış süxurları aparır və bircins 
zireh rolunu oynayan horizont səthə çıxır. 
Kosmik şəkillərdə erozion və denudasion relyeflə daha çox işlənmiş lokal 
sahələr az işlənmiş  sahələr arasında nisbətən asanlıqla aşkar olunur. 
Relyefdə fəal lokal qalxımların aşkar edilməsinin daha yaxşı üsulu relyef 
elementlərinin anomal formaları  və ya bu elementlərin “qeyri-təbii” sahəvi 
düzülüşüdür. Bunlara ən xarakter misal, dərələrin akkumulyativ elementlərinin 
tam itməsi, çay dərələrinin kəskin daralması  və adətən düzgün yelpikvari 
formalı quru deltaların və gətirmə konuslarının plan sərhədlərinin aydın defor-
masiyasıdır. Lokal qalxımların daha çox rast gələn indikasiyası gətirmə konus-
larının «vurulmasıdır». Burada onların cavan generasiyaları  qədim gətirmə 
konuslarının üzərinə düşmür və müxtəlif dərəcədə lateral boyu yerini dəyişmiş 
olur.Əsas su axımı ilə kəsilmiş konuslararası sahə lokal qalxımlara uyğun gəlir 
(şəkil 48).  
Baxılan misallar fəal lokal qalxımların relyefdə yaranmasının bütün halla-
rını heç də tam əhatə etmir. Fəal strukturların indikator formalarının axtarışı və 
interpretasiyası kosmik təsvirlərin təhlilində daha güclü üsul hesab edilir və 
geologiyanın bütün sahələrində özünün geniş praktiki tətbiqini tapır. 
Fəal qırılma-pozulma zonalarının relyefi.  Qırılma zonalarının relyefi 
regionaltektonik, iqlim və digər səbəblərdən  əlavə, sonuncunun kinematik 
tipindən, o cümlədən, ümumi strukturgeomorfoloji zonallıqla qırılmaların isti-
qaməti arasındakı münasibətdən də  asılıdır. 
Subşaquli vəziyyətli fəal inkişaf edən uzununa qırılmalar, müxtəlif geo-
morfoloji quruluşa malik blokları ayıran pillələr  əmələ  gətirir (şəkil 49). 
Kosmik təsvirlərdə denudasion və akkumulyativ relyef sahələrini ayıran qırıl-
malar xüsusilə yaxşı görünür; bəzən, səthi zəif seçilən relyeflə ayıran (bölən) 
uzanmış və dəqiq seçilən pillələr yaxşı nəzərə çarpır. 
Uzununa fəal qırılmaların qanadlarında relyefin münasibətinə görə, bəzən 
onların kinematikasını  bərpa etmək mümkün olur. Fəal qırılıb-düşmələr üçün 
düşmüş qanadda akkumulyativ, qalxmış qanadda isə denudasion relyefin 
inkişafı səciyyəvidir. Burada neotektonik rejimin eyni qiymətli olmaması, əsas 
etibarilə, düşmüş qannaddakı  fəal akkumulyasiyanın hesabına kompensə olu-
nur. 
 


121 
 
 
 
Şəkil  48. KŞ-də  deltalar  və  gətirmə  konusları: 
a – Ural  çayı,  b – Sırdərya  çayı,  v -  Balx  çayı (Əfqanıstan  respublikası), 
 q – Pyanc  çayı,  d – Tece  çayı,  e – Tarim  çayı. 
 
Dağətəyi regionlarda bu, tektonik pillənin eninə olan dərələrdən gətirmə 
konusunun geniş inkişafına görə aşkar olunur. Fəal qırılıb-qalxma zamanı vahid 
tektonik pillənin formalaşması baş vermiş (qalxmış qanadın kənarında sürüşmə 
qırılmalarının baş verməsinə baxmayaraq) qalxma fəal qanadın eroziyası he-
sabına kompensə olunur. Bu hadisəni çox vaxt lokal səviyyəli kosmik şəkillərdə 
aşkar etmək mümkün olur. Burada qırılıb-qalxmanın düşmüş qanadının arxa 
hissəsində qravitasion əmələgəlməsi olan qalın şleyflər görünür. 
Struktur geomorfoloji zonallığı eninə  və diaqonal səmtdə keçən qırılıb-
düşmələr və  qırılıb-qalxmalar, adətən relyef formalarında yaxşı  əks olunur və 
kosmik təsvirlərdə aydın görünür. Lokal eninə çökmələrlə  təmasda olduğu 
zaman, bu tip qırılmalar relyefdə özünü ,demək olar ki, uzununa qırılmalar kimi 
aparır. Lakin bəzən onlar özlərini yalnız relyefin pilləliyində göstərir ki, bu da 
denudasion relyeflə qarışıq düşə bilir. Pilləliyin tektonik təbiəti çıxıntıların 
düzxətli olması ilə  aşkar edilir. Onlar müxtəlif dərəcəli parçalanmaya malik 
olan blokları ayırır və bəzən də çıxıntının hər iki tərəfi  və onun yaxınlığındakı 


122 
 
cavan kollüvial çöküntülərin geniş inkişaf sahəsi üzrə blokların relyef tipini 
dəyişir. Çox vaxt eninə qırılmalarboyu çökmə zonalar (neotektonik qrabenlər) 
nisbətən açıq foto rəngçalarları ilə seçilir. Bu da qraben dibinin az parça-
lanmasından (əgər o, hətta cavan akkumulyativ örtükdən məhrum olunsa da) 
asılıdır. 
 
 
 
Şəkil 49. KŞ-də  düzxətli  qırılmaların  geomorfoloji ifadəsi. 
 
Şaquli düşən qırılma parçalanmalarından fərqli olaraq, xüsusən azmeylli 
üstəgəlmələr adətən eroziyaya məruz qalmır və kosmik təsvirlərdə  zəif aşkar 
edilir. Lakin üstəgəlmənin təkcə  səthi deyil, bütün üstəgəlməyanı struktur 
formalar və onlarla bağlı relyef elementləri kompleks şəkildə  təhlil edilirsə, 
onda yeni üstəgəlmə zonalarının geomorfoloji ifadəsi tam olur (şəkil 50). 
Adətən üstə gələn blokun ön hissəsi asimmetrik antiklinal qırışıqlığa çevrilir ki
onun da tağ hissəsi birinci növbədə dağılır, nəticədə üstəgəlmənin önündə 
paralel pillələr əmələ gəlir. Pillənin alt hissəsində, ondan bir qədər aralı, adətən 
relyefdə kuest formalı  təpəciklər  əmələ  gətirən üstəgəlməyanı antiklinalın 
çevrilmiş qanadının fraqmenti saxlanılır. 
Çox vaxt pillə ilə kuestarası erozion şəbəkənin  şəkli üstəgəlmə zonasın-
dan kənardakı erozion şəbəkənin  şəklindən fərqlənir. Nəticədə kosmik şəkil-
lərdə zolaqlı  təsvirə malik səciyyəvi relyef əmələ  gəlir. Regional səviyyəli 
kosmik  şəkillərdə planda daha çox yarımmaili üstəgəlməyanı pillə (xüsusən, 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə