Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə44/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   40   41   42   43   44   45   46   47   ...   128

131 
 
F.İ.Muşketov isə lineament anlayışını seysmotektonik dislokasiya - 1911-
ci ildə Kebin zəlzələsi nəticəsində Zail Alatausunun yamaclarında yaranmış 
düzxətli uzununa yarğanlara aid etmişdi. Q. Ştille Avropa lineamentlərinin 
xüsusi təsvirini vermiş  və “Avropanın  əsas lineamentləri”nin  sxemini təklif 
etmişdir (şəkil 57). Onun fikrincə, yer qabığını  və  həmçinin  əvvəlki Meqa-
qeyanı lineamentlərdə intensiv şırımlanmış hesab etmək lazımdır ki, onların da 
bir hissəsi yerin inkişaf dövründə fəallaşaraq, xüsusi məna kəsb etmişdi. 
Keçən əsrin 30-cu illərinin sonunda R.A.Zonder Avropa lineamentlərinin 
6 əsas istiqamətini aşkar etmiş, lineament tektonikası anlayışını formalaşdırmış 
və geologiyanın bu sahəsində həll edilən bəzi problemləri qeyd etmişdir. 
Lineamentlərin öyrənilməsi və lineament tektonikası anlayışının inkişa-
fında yeni keyfiyyətdə  sıçrayış Yerin və yer qrupu planetlərinin tədqiqatında 
distansion zondlama üsullarından istifadənin başlanılması ilə əlaqədardır. 
 
Şəkil  56. Çat  zonalarına (lineamentlərə)  aid  olan  hidroqrafik  şəbəkə.  
V.Xobbsə  görə. 


132 
 
 
 
Şəkil  57. Avropanın  kardinal  lineamentləri. Q.Ştilleyə  görə. 
 
Yerin, kosmik cihazlar vasitəsilə alınmış ilk foto və teleşəkilləri ix-
tisasçılara xətti, qövsvari və dairəvi obyektlər haqqında çoxlu yeni məlumatlar 
almağa imkan vermişdir. Lakin indiyə  qədər, lineament termini müxtəlif 
mənşəli coğrafi mühüt, geolojistruktur və geofiziki sahələr, xətti əmələgəlmələr 
kimi başa düşülməkdə davam edir. Y.Q.Katsın və A.Tevelyevin apardığı təhlil 
göstərmişdir ki, «Lineament»termininin bir neçə mənası meydana gəlmişdir. 
Bunlardan  birincisi E.Zyussun, A. P. Karpinskinin, Q. Ştillenin, R. 
Zonderin ilkin işlərinə aiddir və müasir mərhələdə V. E. Xain, V. A. Buşun və 
s. işlərində inkişaf etdirilmişdir. Onlar, lineamenti - qırışıqlığın istiqamətini 
təyin edən, uzunmüddətli inkişafda olan qırılmalar, yerüstü qırılmalar, rifto-
genez, vulkanlar, zəlzələ  mərkəzlərinin və s. zəncirvarı düzülüşü kimi qəbul 
edirlər. 
İkincisi V. Q. Trifonov, S. S. Şultsun hesab etdiyi kimi, lineamentlər 
dərinlik, lakin cavan (üst pleystosen-holosen) strukturlarda özünü qırılma kimi 
və yaxud V. İ. Makarov və L.İ. Solovyovaya görə, qırılma fleksura zonaları 
kimi aparır. Qeyd edilənlərə əlavə olaraq, İ. K. Volçanskaya, İ. N.Tomson, M. 
A. Favorskaya və digər metallogeniya ilə məşğul olan alimlər hesab edirlər ki, 
bu lineamentlər adətən metallogenik zonaları müşayiət edir. 
Üçüncü lineament anlayışına L. M. Rastsvetayev, P.V. Florenski, V. S. 
Mileyev, Y.V. Yunakovskaya və digər geoloqların işlərində rast gəlinir. Onlar 
lineamentlərə yer səthində müxtəlif tip pozulmalar və geolojigeomorfoloji ob-
yektlərin forma və istiqamətləri, o cümlədən geofiziki sahələrin quruluş xüsu-
siyyətləri ilə özlərini büruzə verən müstəqil dərinlik strukturu dərəcəsi verirlər. 


133 
 
Dördüncü lineament anlayışını-Y. Q. Kats, V. İ. Makarov, A. İ. 
Poletayev, E. F. Rumyanseva, A. V. Tevelyev və b. litosferin dərinlik qeyri-
bircinsliliyini  əks etdirən geoloji strukturun, coğrafi mühitin və geofiziki 
sahələrin parametrlərinin kəskin dəyişməsinin düzxətli və azmeylli əyilmiş, 
nisbətən ensiz, yüksək qradiyentli zonalarına  aid edirlər. 
“Lineament”anlayışının izahında yekdilliyin müşahidə olunmaması 
müasir geologiyada qanunauyğun və obyektiv hadisədir. Buna səbəb 
lineamentlərin təbiətinin ilkin təyinində vəhdətin olmamasıdır. Lineamentlər – 
yer qabığının unikal obyektləri olub, yer qabığının və litosferin müxtəlif 
miqyas, dərinlik və yaşlı qeyri-bircinsliyi haqqında obyektiv və kifayət qədər 
dürüst informasiyanı Yer səthinə ötürür və    həm geoloji nəzəriyyədə, həm də 
təcrübədə geniş istifadə olunur. 
Geoloji nəzəriyyədə lineamentlər, yer qabığının dərinlik bölünməsinin 
özünəməxsus təbii indikatoru kimi, müasir geodinamikanın qavranılmasında 
etibarlı alət rolunu oynaya bilər. 
Geoloji təcrübədə isə lineamentlərə, müxtəlif flyuid və  məhlulları  nəql 
etdirən kanal kimi baxmaq olar və onlar müxtəlif faydalı qazıntıların axtarışı və 
proqnozlaşdırılmasında birbaşa indikator rolunu oynaya bilər. 
 
9.2. Lineamentlərin axtarışı, aşkarı  
və öyrənilməsi üsulları 
 
Hazırda geologiyada lineamentlərin axtarışı, aşkar edilməsi və öyrə-
nilməsi, onların sistemləşdirilməsində üç qrup : evristik, alət (cihazların köməyi 
ilə) və kompleks üsullar tətbiq edilir. Evristik üsul keyfiyyət, alət üsulu kəmiy-
yət, kompleks üsul isə həm keyfiyyət, həm də kəmiyyət xarakteri daşıyır. 
Evristik üsul - kosmik şəkillər və ya geolojigeofiziki materialların əsasın-
da lineamentlərin birbaşa (vizual) və ya dolayı yolla ayrılmasından ibarətdir. 
Lineamentlərin birbaşa ayrılması kosmik şəkillərin vizual deşif-
rələnməsinə əsaslanaraq, iki səbəblə şərtlənir. 
Əvvala, eksperimental yolla müəyyən edilmişdir ki, müxtəlif operatorlarla 
vizual deşifrələnmiş lineamentlərin təkrarlanmasının bəzən çox kiçik, 30%-dən 
artıq olmamasına baxmayaraq, hətta belə hallarda da, müxtəlif deşifrələyicilər 
tərəfindən tərtib edilmiş xəritələrdə lineamentlərin sıxlıg maksimumlarının uyğun 
gəlməsi 70%-ə çatır. Buradan belə nəticəyə gəlmək olar ki, ayrı-ayrı lineamentlərin 
çəkilməsində  fərqlərin olmasına baxmayaraq, lineament sahələrinin ümumi 
mənzərəsi vizual geoloji deşifrələnmənin subyektivliyindən cüzi asılıdır. 
İkincisi, N.V.Antoşenko – Olenov və V.Y.Qoldun məlumatlarına görə, 
müasir texniki və riyazi təchizatlı alət üsullarının texnologiyası  təcrübəli 
deşifrəçilərin işlərinə nisbətən hələlik böyük əmək və vəsait sərfi tələb edir və 
xüsusilə, əsas əkin sahələri yerləşən rayonlarda lineamentlərin və digər geoloji 
obyektlərin etibarlı aşkarını təmin etmir. 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə