Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə46/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   42   43   44   45   46   47   48   49   ...   128

136 
 
ayrılmış lineamentlərin (və ya lineament zonalarının) daxilində  zəlzələlərin 
episentrlərinin, maqmatik kütlələrin və qırılma pozulmalarının xüsusi sıxlığının 
təyini) əlavə edilə bilər.  
 
 
Şəkil 58. KŞ-n deşifrələmə  məlumatlarına  görə Transqafqaz lineamentinin  
quruluşu  (Şat  xətləri).  V.A.Buşa  görə. 
1 – KŞ-də transkontinental  lineamentlərdən  ibarət xətti  strukturlar;  2 – deşifrələmə    məlumatlarına 
görə digər xətti strukturlar; 3 – 5 – geoloji və deşifrələmə  məlumatlarına  görə  qırılma  pozulmalarının  
morfoloji  xüsusiyyətləri:  3 – faylar, 4 – üstəgəlmələr, şarjlar,  5 – horizontal  yerdəyişmələr. 
 
Bunlara misal olaraq, Avrasiyanın transkontinental quruluş sxemini 
Transqafqaz, Turan-Himalay lineamentlərini və V.A.Buşun işlərində  nəşr 
olunmuş Karpinski xəttini göstərmək olar. 
Lineamentlərin təsnifatı  və sistemləşdirilməsi məsələsində fikir eyniliyi 
yoxdur.  Ədəbiyyatda təklif olunmuş tipləşdirmə sxemləri adətən onların bəzi 
xüsusiyyətlərinə aiddir. O.M.Borisov və A.K.Qlux onları nomenklaturuna, 
uzunluğuna, eninə, təşkil olunma dərəcəsinə, sahəvi istiqamətlənmə xüsusiyyət-
lərinə  və digər  əlamətlərinə görə, məsələn, yatım dərinliyinə görə: qabıq 
(ekzogen) və mantiya (endogen); lineamentlərin kosmik şəkillərdə  təsvirinin 
dəqiqlik dərəcəsinə görə: dəqiq və fərz edilən; izlənmə dərəcəsinə görə:fasiləli 
və fasiləsiz kimi növlərə ayırırlar.  


137 
 
Uzunluğuna görə lineamentlər və onların sistemləri: lokal, regional, 
transregional və qlobal növlərə bölünür. 
Göstərilən sistemləşdirməni ideal hesab etmək olmaz, çünki bu sistemləş-
dirmənin əsasını genetik prinsip deyil, toplama prinsipi təşkil edir. 
Lineamentlərin müxtəlif parametrləri haqqında faktiki materialların 
sürətlə artması lineamentlərin mövcud sistemləşdirilməsi cəhdlərinin inkişaf 
etdiriləcəyinə inam yaradır ki, bu da onların genetik təsnifatı üçün zəmin ola 
bilər. 
 
9.4. Lineamentlər qrupu: zonalar,  
sistemlər, sahələr, şəkillər 
 
Lineamentlərin geoloji məkanda paylanmasının  əsas xüsusiyyətlərindən 
biri də onların vahid deyil, qanunauyğun qruplar şəklində rast gəlməsidir. 
Eynidərəcəli lineamentlər arasında müəyyən ritmin və ya «addımın»olması və 
bu «addımın»variyasiyasının mümkünlüyü yer qabığının tərkibi və qalınlığı, 
lineamentlərin müxtəlif istiqamətləri, onların müxtəlif  tektonik mərhələlərə  və 
geoloji zonalara aid olması ilə təyin edilir. 
Artıq XIX əsrdə A.Dobre geoloji strukturun elementlərinin eyni məsa-
fəliliyi prinsipindən istifadə etmişdi. V.Xobbs bu hadisəni tədqiq edərək 
göstərmişdi ki, Şimali Amerikanın şərq rayonlarında şimal-şərq, şimal-qərb və 
meridional istiqamətli qırılmalar arasındakı  səciyyəvi məsafə, uyğun olaraq, 
125; 75; 40 mil təşkil edir. 
Sonradan toplanan empirik məlumatlar, tədqiqatçıları yer qabığının xətti 
pozulmaları (qırılmalar, çatlar və lineamentlər) arasındakı məsafələrin daimiliyi 
(ekvidistantlığı) müşahidə edilmiş qanunauyğunluğunu təkrarən təsdiq etməyə 
sövq etdi. Çexoslovakiya geoloqu V.Nemets geoloji strukturların diskretliyi 
düsturunu təklif etmişdir:  V
x
=2
-x
D, burada: V- lineamentlər (çatlar və  qırıl-
malar) arasındakı məsafə, x-strukturun dərəcəsiD- yer kürəsinin diametridir. 
Bununla belə, eynidərəcəli lineamentlərin sıxlaşması faktı dəfələrlə qeydə 
alınmışdır. Bunlar, lineamentlərin uzanması boyu aralarındakı məsafənin kəskin 
azalması ilə bərabər, bütöv və ya qırıq zonalar kimi özünü büruzə verir. 
Y.Q.Kats və A.V.Qevelev özlərinin son tədqiqatlarında göstərmişlər ki, 
kosmik  şəkillərdə ayrılmış lineamentlər müxtəlif dərəcəli strukturlar hesab 
olunur, lakin bütövlükdə onlar fasiləsiz sıralar  əmələ  gətirir ki,bu sıralarda da 
obyektlərin ölçüsünə, landşaftda ifadəsinə  və kosmik şəkillərdəki aşkaredilmə 
üsuluna görə dörd sinifə ayrılır: 
1.Landşaftın kiçik xətti elementləri – bu təbii törəmələr ortamiqyaslı kos-
mik  şəkillərdə, nazik, adətən paralel cizgilər kimi özünü büruzə çevirir 
(şək.59a). 
2.Landşaftın iri xətti elementləri- relyefin və geoloji strukturların uzanan 
(ilk kilometrlərdən ilk 10 kilometrlərə  qədər) xətti elementləridir. Bunlar 


138 
 
kosmik  şəkillərdə düz və yaxud düzə yaxın,bütöv, eynicinsli zolaqvari və ya 
sərhəd xarakterli xəttlər kimi deşifrə olunur (şəkil 59b). 
3.Lokal xətti zonalar - bir neçə tektonik strukturları  kəsən və  kənar 
strukturların geoloji quruluşuna kifayət qədər təsir göstərən, daha kiçik xətti 
elementlərdən təşkil olunmuş uzununa (onlarla - ilkin yüz kilometrlərlə) 
strukturlardır (şəkil 59c). 
 
 
 
Şəkil  59. KŞ –də  ayrılan lineament  sinifləri: 
a - relyefin kiçik xətti  elementləri (Surxandərə    çökəkliyinin  şimal-qərb  hissəsi): 1 – 3 – 
eroziya  şəbəkəsi  (1 – qurumuş  çay  yataqları,  2 – vadinin  dik  yamacları,  3 – vadinin  işlən-
miş  dibi);  4 – KŞ-də nazik paralel  zolaqlar  şəklində generalizasiya  olunan  nizamlanmış  
erozion  enişlər; 
b – Boyanqorya  antiklinalı  rayonunun  (Qərbi  Tyan-Şan) landşaftının  iri  xətti  elementləri: 1 
– erozion enişlər, 2 – 4 – orta dördüncü  dövr çöküntü örtüyü ilə  təsadüfi (qeyri-tipik)  hamar  
suayırıcılar (2 – prolüvial-allüvial,  3 – prolüvial, 4 - löss); 5 – syayırıcı  səthin  qalıqları;  6 – 
9 – denudasion  səthin  üstünlüyü  ilə  maili səthlər; 10 – 11 – erozion relyefin üstünlük təşkil 
etdiyi sahələr;  12 – relyefin  selektib-denudasion  formaları;  13 – erozion  parçalanmanın  
müxtəlif  şəkilləri  olan  sahələrin  sərhədləri;  14 – relyefin  və  geoloji  strukturun  iri  xətti  
elementləri; 
c – Obiqarm antiklinoriumunun lokal  və  regional  xətti zonaları: 1 – 4 – molassaqədərki  
çöküntülər  (1 – epsen,  2 – paleosen,  3 – üst  təbaşir, 4 – alt təbaşir), 5 – 6 – qırılmalar  (5 – 
geoloji,  6 – geofiziki  məlumatlara  görə), 7 – 8 – xətti  zonalar  (7 – lokal, 8 - regional),  9 – 
paleosenin  səthinin  izogipsləri. 
 
4.Regional xətti zonalar – deşifrələnmənin daha çox uzanan (yüz və ilkin 
min kilometrlərlə) obyektləridir. 
 
Lineamentlər qrupu özü də 3 zonaya ayrılır: a)regional dərəcəli zonalar; 
b) transregional dərəcəli meqazonalar; v) qlobal lineament qurşaqları. 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə