Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə54/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   50   51   52   53   54   55   56   57   ...   128

160 
 
bilərdi. Bunlara konusvari intruziyaları, vulkanotektonik depressiyaları, vulka-
nik qurumları, dairəvi qırılmalar və daykaları, qranitqneys günbəzləri və digər 
geoloji əmələgəlmələri aid etmək olar.  
Lakin kosmik üsulların inkişafı halqavarı strukturların qeydə alınması və 
öyrənilməsi prosesində inqilabi dəyişikliklərə səbəb oldu.  
Tədqiqat rayonlarında geoloji quruluşdan asılı olmayaraq, qeydə alınan 
strukturların sayı kəskin surətdə artmışdır. Onlar qədim və cavan platformaların 
həm bünövrəsində, həm də qabığında müxtəlif yaşlı qırışıqlıq zonalarda, kənar 
və ön çökmələrdə və aralıq massivlərdə qeydə alınmışdır (şəkil 71). 
 
Şəkil  71. KŞ-də müxtəlif  mənşəli  halqavarı strukturların  təsviri: 
a – Manikuaqan  gölü (Kanada)  rayonunda  65 km  diametrli impakt  halqavarı struktur;  b – 
Sibirdə  Kondera halqavarı strukturu (intruziv  kütlələrin  təzahürü ilə  əlaqədar); c – Kulyabsk  
çökəkliyi  rayonunda  Xoca-Mumın  halqavarı strukturu (duz  Günbəzinin  nüfuzu  ilə  əlaqədar  
olan);  d – tektonik  mənşəli  Rişat (Mavritaniyada) halqavarı strukturu.   
 
Hazırkı dövrə  qədər izotermik formalı obyektlərə  tətbiq olunan termin-
lərdə yekdillik yoxdur. Geoloji ədəbiyyatlarda keçmiş sovet və xarici geoloqlar 
tərəfindən daha çox “halqavarı struktur” termini istifadə olunur. 
Halqavarı strukturların genetik tipləri arasında mürəkkəb genezisli (poli-
gen)   monogen strukturlar, sonuncular isə  tektonogen, metamorfogen  
maqmatogen mənşəlilərə ayrılır. 
Maqmatogen mənşəli strukturlar qabıqaltı və qabıq maqmatizmilə əlaqə-
dar olub, maqmatizmin əmələgəlmə formasına görə isə  vulkanik  (vulkan-
plutonik) və ya plutonik ola bilər. Göstərilən müxtəlif genetik tiplər yer 
litosferinin daxili endogen proseslərinin formalaşması  və inkişafı ilə bağlıdır. 
Planetimizə nəzərən xarici proseslərlə – meteoritlərin düşməsilə – impakt (kos-


161 
 
mogen və ksenogen) halqavarı strukturlar, bəzi ekzogen mikrostrukturlar, məsə-
lən, karst və s. yaranır. Strukturların genetik interpretasiyası üçün (mənşəyini 
təyin etmək üçün) geoloji materiallar kifayət etmədikdə, mənşəyi naməlum olan 
halqavarı strukturların ayrılması nəzərdə tutulur. 
Halqavarı strukturların müxtəlif ölçülü, dərəcəli və genezisili geoloji 
əmələgəlmələrlə müqayisəsi zamanı müəyyən edilir ki, meqa və makrostruk-
turlar adətən mürəkkəb (poligen) genezisə malik olub, uzun geoloji zaman 
(milyard illr) ərzində qarşılıqlı əlaqəli metamorfizm, maqmatizm və tektogenez 
proseslərinin təsiri altında formalaşır. Mezostrukturlar (və makrostrukturların 
bəzi hissələri) isə  əsasən monogendir və  onların formalaşması bir  aparıcı 
geoloji amilin fəaliyyəti ilə bağlı ola bilər. 
Mürəkkəb genezisli.Meqa və makrostrukturlara yerin geoloji inkişaf 
tarixinin nuklear mərhələsinin  ən qədim (4 milyard il əvvəl başlamış) iri 
halqavarı strukturları aid edilir.Yerin, bu dövrdə ovoiddairəvi strukturlar 
şəklində inkişafa başlamış  ən iri halqavarı strukturları  nuklearlar”  adını 
almışdır. Nuklearların iki əsas struktur növü ayrılır: antiformalı  sinformalı. 
Birincilər Moxoroviçiç sərhədinin səthə yaxınlaşmış  vəziyyəti,  litosferin 
tərkibində  ağır hiperbazit süxurlarının üstünlüyü, tektonik çökmələrə doğru 
tendensiya və böyük sahələrin ağırlıq qüvvəsinin müsbət anomaliyaları ilə 
səciyyələnir. Sinform növü isə Moxoroviçiç səthinin çökməsi, turş qranit-
metamorfik layın kifayət qədər böyük qalınlığı  və  dərinlik mənfi qravitasiya 
anomaliyaları ilə müşayiət olunur. 
Mürəkkəb genezisli strukturlların digər növü – mantiyaocaq strukturları -
,mantiya və ya  astenosfer diapirləri hesab olunur. Mezozoy və kaynozoy 
dövründə diapirlərin üzərində nazikləşmiş qabıq əmələ gəlir, kənarlarında isə iri 
qırışıqlıq strukturların oxlarının qövsvarı dönməsi müşahidə olunur. Bu 
strukturlara misal olaraq, Pannon çökəkliyinin Banda və Skot dənizləri 
qövslərini göstərmək olar. 
Maqmatogen halqavarı strukturlar mənşə etibarilə həm qabıqaltı, həm də 
qabıq maqmatizmilə əlaqədər ola bilər. Birincilər adətən qədim platformalarda 
yerləşir (xüsusilə, Afrika-Ərəbistan kratonunda tam əks olunur). İkincilər, 
əsasən fanerozoy qırışıqlıq qurşaqlarında inkişaf etmişdir. Onların  əksəriyyəti 
qırışıqlıq sistemlərin uzunu boyu dartılmış  zəncir yaradaraq, zolaqvarı yayılma 
ilə səciyyələnir.  
Naməlum genezisli halqavarı strukturlar.    Morfoloji xüsusiyyətlərinə 
görə yuxarıda qeyd edilən halqavarı strukturlara oxşardır və onlar üçün geoloji 
interpretasiyanın məlumatları kifayət etmir. Buna görə də onların miqdarı bu və 
ya digər ərazinin geoloji öyrənilmə dərəcəsindən və keyfiyyətindən asılıdır. 
Qeyd olunan məlumatlar tam etibarlılıqla göstərir ki, halqavarı struk-
turların genetik uyğunlaşması  ərazinin geoloji quruluşunun xüsusiyyətləri və 
onların yayılması ilə sıx əlaqədardır. Qədim qalxanlarda metamorfogen halqa-
varı strukturlar, qırışıqlıq vilayətlərdə plutonogen, qədim və cavan platfor-


162 
 
maların plitələrində tektonogen, vulkanik zolaqda isə vulkanogen və vulkan 
plutonogen halqavarı strukturlar geniş yayılmışdır. 
Kosmogen (impakt) halqavarı strukturlar. Meteorit zərbələri nəticəsində 
əmələ  gəlmişdir və demək olar ki, bütün qitələrdə  aşkar edilmişdir. Onlar 
ölçülərinə görə adətən mini və ya mikro halqavarı strukturlar hesab olunurlar. 
Ölcüləri on m və km-lərlə ölçülür. Kosmogen mənşəli ən iri halqavarı struktur 
diametri 170 km-ə  qədər olan Popiqay strukturu hesab olunur.  Kosmik 
şəkillərdə  və topoqrafik xəritələrdə bu strukturlar ideal izometrik forma ilə 
təmsil olunmuşdur. Relyefdə onlar çökmüş görünür, onların əksəriyyətinin mər-
kəz hissəsi göllə təmsil olunmuşdur və bir sıra kraterlərdə valların fraqmentləri 
saxlanılmışdır. Strukturun impakt mənşəli olmasını  zərbə metamorfizminin 
izləri sübut edir. Hazırda yüzə  qədər belə struktur aşkar olunmuşdur. Yer 
kürəsində impakt strukturların paylanması qeyri-bərabərdir. 
Ekzogen halqavarı strukturlar. Litosferdə xarici amillərin (küləyin, 
aşınmanın və s.) təsiri nəticəsində formalaşırlar. Bunlara karst boşluqları və ona 
oxşar digər mini obyektlər aid edilir. 
Yer kürəsi qitələrinin halqavarı strukturlarının xüsusi xəritəsinin tərtibi 
materialların sistematik işlənilməsindən sonra mümkün olmuşdur. Belə ki, 
məsələn, V.A.Buş  və Y.D.Sulidi-Kondratyev tərəfindən Cənubi- və  Şərqi 
Asiyada Ural-Monqol-Oxotsk qırışıqlıq qurşağında, Tetis qurşağında, Çin və 
Hindistan platformalarında - 983, Afrika-Ərəbistan kratonunda isə 752 halqa-
varı struktur müəyyən olunmuşdur. Məlum olmuşdur ki, genetik interpretasiya 
olunmuş halqavarı strukturlardan 58-i (53%) maqmatik; 33-ü (26%) isə tekto-
nik mənşəyə aiddir. Qədim platforma sahələrində halqavarı strukturların 25%-ə 
qədəri metomorfik mənşəyə mənsubdur. Burada plutonik halqavarı strukturların 
miqdarı (13 %) fanerozoy qırışıqlıq zonalarına (37%) nisbətən azdır. Meto-
marfik mənşəli halqavarı strukturlar isə  əksinə, qırışıqlıq qurşaqlarda 5%, 
qədim platformalarda isə 24,5%-dir. Kembriyəqədərki dövrdə yer qabığında 
maqma-tik mənşəli qabıqaltı halqavarı strukturlar - 30%, maqmatogen qabıq 
halqavarı strukturlar isə 22% təşkil edir. Fanerozoy yaşlı yer qabığında isə 
qabıqaltı dairəvi strukturlar - l%, qabıq halqavarı strukturlar isə 65%-dir. Vul-
kanik halqavarı strukturlar plutonogen  strukturlara nisbətən azlıq təşkil edir. 
 
10.2. Halqavarı strukturların qeydə alınması, öyrənilməsi və 
identifikasiyası  üsulları 
 
Təcrübə göstərir ki, halqavarı strukturların öyrənilməsini müəyyən bir 
ardıcıllıqla həyata keçirmək lazımdır. 
V.A.Buş halqavarı strukturların öyrənilməsi zamanı bir sıra keçmiş sovet 
geoloqlarının tədqiqatlarının nəticələrini təhlil edərək, üçmərhələli: a) aşkar-
etmə; b) öyrənmə; v) genezisin təyini ,əməliyyatlarını  təklif etmişdir. 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə