Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə62/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   58   59   60   61   62   63   64   65   ...   128

180 
 
baş vermişdir. Qranit və dioritlərin təzahür kompleksinin impakt modeli 
zərbədən sonra regional gərginliyin zəifləməsilə təyin olunmuşdur.  
 
 
Şəkil 76. Mərkəzi halqavarı struktur və kalderanın quruluş sxemi  
(Tixomirov, 1985): 
a-blok diaqramında mərkəzi-halqavarı strukturlar və onların müxtəlif (A, B, C) kəsim səviy-
yəsində  təsviri (mərkəzi hissə, hd-halqavarı dayka, kd-konik dayka); b- müxtəlif kəsiliş  səviy-
yəsində kəsiliş (b) və planda (v) kalderalar. 
 
Mantiya mənşəli halqavarı strukturlar Anqol qalxanının cənubunda erkən 
proterozoy  yaşlı Kunen qabbroanortozit massivində müəyyən edilmişdir. Bu 
strukturun orta ölçüsü (diametri) 10-20 km, maksimum isə 60 km təşkil edir. 
Məxsusi Kunene massivi qabbro, anortozit, norit və olivinli anortozit “qat”la-
rından təşkil olunmuş, diferensasiyaya uğramış iri intruziv kütlədir. 
Afrikada məşhur halqavarı strukturlardan biri Tauden sineklezi daxilində 
yerləşən Rişat strukturu hesab olunur. O, Reqibat massivinin şərq yamacında 
rifey və alt və orta paleozoy çöküntülərinin inkişaf tapdığı sahədə yerləşir. 
Müəyyən olunmuşdur ki, Rişat strukturu onun daxilində qismən açılan dolerit 
intruziyası ilə  əlaqədardır. Oxşar və nisbətən kiçik ölçülü struktur Axahhar 
massivinin cənub kənarında aerofotoşəkillərdə qeyd olunmuşdur. Bunlar devon 
yaşlı çöküntüləri yarmış intruzivlərlə əlaqədardır.  
Qabbro qranitoid halqavarı strukturuna Sudanın  Şimal-Şərqində  Qırmızı 
dəniz sahilindən 75 km məsafədə yerləşən Sasa intruzivini aid etmək olar. 
Intruziv massiv diametri 6 km olan halqavarı formaya malik olub, mərkəzində 
qabbroidlər, kənarlarında isə peqmatitlərin damar və  ştokları, karbonat süxur 
kütlələri, karbonatitlər və qranitlər inkişaf tapmışdır. 


181 
 
Tipik oxşar, mərkəzi hissəsi qələvi qabbroidlərdən təşkil olunmuş halqa-
varı intruziya Sudanın  şimal hissəsində, Qırmızı  dənizdən 120 km qərbdə 
yerləşən Salala intruzivi hesab olunur. İntruziya oval (oxun uzunluğu 7-85 km) 
formaya malikdir. O, erkən proterozoy əmələgəlmələrdə təzahür etmişdir, bifo-
kal quruluşludur və bir neçə böyük və kiçik halqavarı komplekslərdən təşkil 
tapmışdır. 
Qabbroların “laylanma”sından təşkil olunmuş halqavarı intruzivlər 
Tanzaniyanın cənubunda Ubendiy zolağında üst arxezoy yaşlı qabbroanortozit 
kompleksini və katarxey ortoqranulitlərini yararaq, Nyassa-Rukva-Tanqanika 
riftinə uyğun gələn zona əmələ gətirir. 
Ərəbistan-Hubiy qalxanında “laylanmış” qabbro massivləri Qırmızı dəniz 
və Aden körfəzi  ərazisində lokallaşmışdır. Onlar Səudiyyə  Ərəbistanında, 
Misirdə  və Sudanda geniş inkişaf tapmışdır. Səudiyyə  Ərəbistanında “laylan-
mış” qabbro massivləri 0,83 km-dən 10-24 km-ə qədər ölçüyə malik olmaqla
dairəvi oval formaya malikdir. Əksər hallarda onlar qneysli bloklar arasında 
sinklinal quruluşları  əmələ  gətirən aşağı rifey yaşlı yaşıldaş qatını yarırlar. 
Massiv  əsasən kosmik şəkillərdə yaxşı deşifrə olunan klinopiroksenli qabbro-
lardan, noritlərdən, troktolitlərdən və anortozitlərdən təşkil olunmuşdur. 
Xüsusi qeyd etmək lazımdır ki, Afrika qitəsi halqavarı quruluşlu intruziv-
ləri  əmələ  gətirən qələvi süxurların və onlarla əlaqədar olan karbonatitlərin 
geniş inkişafı ilə xarakterizə olunur. Qələvi maqmatizm təzahüretmə vaxtına 
görə erkən kembriyəqədərdən Oldon-Zenqayi (Kenya) vulkanının karbonat 
lavalarının müasir axınına qədərki dövrü əhatə edir. 
Qələvi maqmatizm təzahürünün maksimum fəallığının üç dövrü ayrılır: 
kembriyəqədər erkən paleozoy, gec paleozoy, mezozoy (perm, trias, yura, 
təbaşir) və kaynazoy. 
Qələvi süxurlar adətən polifasial tərkibi və uzunmüddətli inkişafı ilə 
xarakterizə olunan mürəkkəb, çoxfazalı halqavarı massivlər əmələ gətirir. Onlar 
qələvi ultraəsasi, qələvi qabbro və nefelin siyenit tərkibli süxurları (siyenitləri, 
nefelinli siyenitləri, iyolitləri, qələvi qabbroları, hipoksenitləri, karbonatitləri və 
s.)  əks etdirirlər. Çoxfazalı massivlərdə  qələvi süxurlar adətən halqavarı 
intruzivin nüvəsini  əmələ  gətirən ultraəsasi süxurlarla birlik əmələ  gətirirlər. 
Daha tipik halqavarı massivlər üçün aşağıdakı süxur ardıcıllığı xarakterikdir: 
siyenitlərdən nefelinli siyenitlərin xarici hissəsinə  və iyolitlər və piroksenitlər 
karbonatit  ştoklarına qədər. Ayrı-ayrı massivlərin formalaşması 50-70 mln.il 
intervalında baş vermişdir. Lakin Nubiy qalxanında isə halqavarı intruzivlərin 
formalaşma intervalı 200-300 mln.il olmuşdur. 
Qələvi süxur və karbonatit massivləri müəyyən dərəcədə eroziyaya uğra-
mışdır. Tipik intruziv əmələgəlmələrdən tədricən (izometrik ştok və daykalar-
dan) özündə eroziyaya uğramış vulkanların boğaz fasiyasını  əks etdirən tipik 
lava, tuf və vulkanik brekçiyalardan təşkil olunmuş vulkan-plutonik kompleks-
lərə keçid müşahidə olunur. 


182 
 
Halqavarı intriziv massivlərin təyin olunması qeyri bərabərdir. Onlar bir 
cərgədə konsentrasiya əmələ gətirir və ya sıx yerləşmiş olurlar. Bir sıra tədqi-
qatçıların qeyd etdiyi kimi, əksər Şərqi Afrika qələvi süxur və karbonatit mas-
sivləri rift zonasının və karbonatitlərin kəsişmə qovşağına uyğunlaşmışdır və 
müxtəlif tərtibli qırılmaların kəsişməsi və  şaxələnməsi ilə  təyin olunur. Mas-
sivlərin yerləşməsində qırılmaların rolunu nəzərə alaraq qeyd etmək lazımdır ki, 
bu  əlaqə universal deyildir. Hər bir qırılma, o cümlədən rif parçalanmaları 
qələvi karbonatit maqmatizmi üçün maqma nəzarətedici hesab olunmur. 
Ərəbistan-Hubiy qalxanında gec proterozoy qələvi intruzivləri şimal-şərqi 
Sudanda Qırmızı dənizin qərbində inkişaf tapmışdır. Onlar burada quruluşunda 
minimum iki sərbəst intruziv kompleks ayrılan halqavarı intruziya massivilə 
təmsil olunmuşdur. Çoxsaylı  və çoxfazalı massivlər uzunmüddətli inkişafı ilə 
xarakterizə olunur. Onların diametri 1-3 km-dən 15-20 km-ə  qədərdir. Halqa-
varı massivlər quruluşlarına görə üç qrupa ayrılırlar. Birinci və ikinci qrupu 
mərkəzi hissəsi qabbroidlərdən və qələvi süxurlardan təşkil olunmuş massivlər 
təşkil edir. Üçüncü qrupa isə kaldera tip halqavarı komplekslər aid edilir. 
Radioloji təyinetmənin məlumatlarına görə (K/Ar) üsulu), halqavarı intruzivlər 
735-430 mln. il əvvəl, daha doğrusu, gec proterozoy erkən paleozoy dövründə 
formalaşmışdır. Ayrı-ayrı halqavarı massivlərin formalaşma intervalı (140 mln. 
il əvvəl) təşkil edir. 
Hubiy qalxanında qələvi intruzivlərin yerləşməsində uzun müddətli inki-
şafa malik, dərinlik yatımlı submeridional parçalanmalar başlıca rol oynayır. 
Karbonatitli Yueş halqavarı kompleksi ən iri niobium yataqlarından biri 
hesab olunur. Massiv submeridional istiqamətli ellipsoid formaya malikdir. 
Massivin mərkəzində kankrititli siyenit massivləri durur. Massivin təmas 
süxurları albitləşmiş və albitmikroklinegirinli, fenitlərə çevrilmişdir. 
Qabıq maqmatizmlə əlaqədar olan plutonogen halqavarı strukturlar mezo 
və ministrukturlarla təmsil olunmuşdur, makrostrukturlar iştirak etmir. Onların 
əksər hissəsi fanerozoy zolağında və qədim platformalarda yerləşmişdir. Onlar 
üçün sahəvi yerləşmə  səciyyəvidir, bəzən iri parçalanma zonaları boyunca 
zolaqlı yerləşmələri qeyd olunur.  
Plutonik halqavarı strukturlar qabıq qranitoid maqmatizminin təzahürü 
zamanı litosferin səthində, səthəyaxın hissəsində  və gizli  formalaşa bilirlər. 
Onlar geniş spektrdə qabbrodiorit və dioritlərdən alyaskitlərdən və qələvi-qranit 
tərkibli intruzivlərə qədər qabıq maqmatizmi intruziyası ilə müşaiyət olunurlar. 
Plutonik halqavarı strukturların əlaqədar olduğu intruziyaların forması olduqca 
müxtəlifdir. Bunlar iri batolitlər və ya geniş çatlı intruzivlər ola bilərlər.  
Plutonların sərhədlərilə qarşılıqlı  əlaqəsinə görə, halqavarı strukturların 
erozion kəsilişində üç morfoloji tip ayrılır: qranitoid plutonunun bütövlükdə 
daxili erozion sərhədində yerləşən endoplutonik halqavarı strukturlar; pluton-
ların kiçik əyilmələri istisna olmaqla, plutonun çıxışlarına uyğun gələn pluton-
kənarı strukturlar; ekzoplutonik strukturlar. Bu zaman qranitoidlərin çıxışları 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə