Microsoft Word Kosmik geologiyan?n ?saslar?


Metamorfogen halqavarı strukturlar



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə58/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   54   55   56   57   58   59   60   61   ...   128

171 
 
10.3.2.Metamorfogen halqavarı strukturlar 
 
Metamorfogen halqavarı strukturlar dərinlikdə baş verən intensiv 
metamorfizm prosesi nəticəsində  əmələ  gəlir və makro və mikrostruktrlarla 
təmsil olunur. Bu strukturlar Z.J.Salopom tərəfindən demək olar ki, qədim 
qranit metamorfik qabıq daxilində yerləşmiş  qneysli qırışıqlıq ovalları  və 
qranit-qneysli günbəzlər kimi təsvir olunmuşdur. Onlar qədim platformaların 
qalxanlarında kembriyəqədərki süxurların inkişaf sahələri üçün xarakterikdir. 
Bəzən onlara orogen sahələrdə də rast gəlinir. 
Qneysli qırışıqlıq ovallarının diametri 200-260 km-ə qədər olub (makro- 
və mikro strukturlar), relyefdə qalxmalarla əks olunur. Onlardan bir çoxu 
mürəkkəb blokvarı quruluşa malikdir. Strukturun mərkəz hissəsi adətən arxey 
və erkən proterozoy yaşlı metamorfik süxurlardan (qneyslər, qranulitlər, bəzən 
isə yaşıl daşlaşmış süxurlar) təşkil olunmuşdur. 
Qranit qneysli günbəzlərin diametri bir neçə km-dən 50 km-ə  qədər, 
bəzən isə 300-400 km-ə  qədər olur (mikro və mezostrukturlar). Relyefdə  və 
kosmik  şəkillərdə  onların izometrik forması aydın müşahidə olunur. Bu 
strukturlar qneyslər, qranit-qneyslər, qranit-dioritlər, qranitlər və miqmatitlər-
dən təşkil tapmışdır. Qranit-qneysli günbəz tip strukturlar bütün platformaların 
qalxanlarında geniş yayılmışdır. Onlar qırışıqlıq ovallarının həm daxilində, həm 
də xaricində inkişaf tapmışdır. Ovallarla müqayisədə onlar daha cavan hesab 
olunur və formalaşması dərinlik diaprizmilə
 
əlaqələndirilir. Daha iri strukturlara 
müsbət və ya mənfi maqnit anomaliyalarının izometrik sərhədləri uyğun gəlir. 
Qneys-qırışıqlıq ovalları, adətən fanerozoyaqədərki qranit-metamorfik 
qabığın daxilində yerləşir. Onların mərkəz hissəsi çox zaman arxeyalt protero-
zoy qatları ilə mürəkkəbləşmişdir. Metamorfik qatlar və çay şəbəkələrinin 
rəsmləri konsentrik formalara malik olur. Çox zaman qneys-qırışıqlıq ovalları-
nın radioloji yaşının metamorfik qatın mərkəzindən kənarlarına doğru azalması 
(cavanlaşması) nəzərə çarpır ki, bu da litosferdə turş qranit materialının qədim 
akkumulyasiya mərkəzi olması fikrini irəli sürməyə imkan verir. 
Qranit-qneys günbəzləri, adətən orta-üst proterozoy yaşlı olub, protome-
tamorfik qabığın daha qədim substratı üzərində yaranmış və kontinental qranit-
metamorfik layın təkmilləşməsinin maddi ifadəsi hesab olunan qranitləşmə və 
maqmatik diapirizm prosesləri ilə bağlıdır. Qranit-qneys günbəzləri, adətən 
qneys qırışıqlıq ovalları  və ya nuklearlar ətrafında satellit, nadir hallarda isə 
xaotik qruplar şəklində yerləşir. Halqavarı strukturların quruluşu, onların sər-
hədləri daxilində həm polingen, həm də xüsusi maqmatik mənşəli qneys-qranit 
və qranit, qranodiorit və miqmatitlərin üstünlüyü ilə səciyyələnir. 
Həm qneys-qırışıq ovallarını, həm də qranit-qneys günbəzlərini çox 
zaman qədim platforma plitələrinin örtüyü altında aşkar etmək mümkün olur. 
Halqavarı strukturlar distansion planalma materialları  əsasında deşifrələnir və 
aydın konsentrik plana malik qravitasiya və maqnit sahəsi ilə müşayiət olunur; 


172 
 
bu strukturlarla, adətən sərhədləri halqavarı strukturlarla konform olan 
 
qravitasiya və maqnit anomaliyası sahələri  əlaqədar olur. 
Adətən belə strukturlar paleozoy və mezokaynozoy əmələgəlmələrinin 
tektonik planına və strukturlarının səciyyəsinə kifayət dərəcədə təsir edir. Digər 
hallarda metamorfogen halqavarı strukturlar ya tamamilə pozulur, ya da 
onlardan yalnız cüzi seqmentar qalıqlar qalır. 
 
10.3.3.Maqmatogen halqavarı strukturlar 
 
Maqmatik mənşəli halqavarı strukturlar qabıqaltı (mantiya) və qabıq 
maqmatizmi ilə əlaqədar ola bilər. Maqmatizmin təzahür formasına görə onlar 
vulkanik (və ya vulkan -plutonik) və məxsusi plutonik tiplərə ayrılır. 
Son illərdə aparılan tədqiqatlar göstərir ki, maqmatik halqavarı strukturlar 
bütün ölçülərlə  təmsil olunmuşdur: diametri 10 km-lərlə olan ministrukturdan  
300-400 km olan makrostrukturlara qədər. Maqmatik mənşəli halqavarı 
strukturlar arasında hələlik meqastrukturlar müəyyən edilməmişdir. Qabıqaltı 
maqmatizmlə əlaqədar olan halqavarı strukturlar qədim platformalarda üstünlük 
təşkil edir. Onlar, xüsusən Afrika, Ərəbistan kratonu sahəsində geniş inkişaf 
tapmışdır. Qabıq maqmatizmlə  əlaqədar olan strukturlar fanerozoy qırışıqlıq 
zolağında daha çox müşahidə olunur və  qırışıqlıq sistemi boyunca uzanaraq 
zəncirvarı formalar əmələ gətirirlər.  
Vulkanik qabıqaltı halqavarı strukturlar xüsusən trappların inkişaf tapdığı 
sahələrdə geniş yayılmışdır (Sibir, Hindistan), plutonogen strukturlar isə 
qabbro-anortozit və  qələvi-ultraəsasi maqmanın təzahürü ilə  əlaqədardır və 
Afrikada (Buşveld kompleksində), Baltik qalxanında (Xibin və Yovozersk 
komplekslərində) müəyyən edilmişdir. 
Qabıq maqmatizmi ilə  əlaqədar olan vulkanik strukturlar uzun müddətli 
vulkanik zolağın inkişaf tapdığı fanerozoy kontinental qabığda, həmçinin 
müasir vulkanik adalar qövsündə geniş inkişaf tapmışdır. Onlar Paleotetsin 
kənarlarında və Ural - Monqol qırışıqlıq zolağı boyunca az sayda müşahidə 
olunur. 
Özlərində vulkan kalderalarını  əks etdirən bu genetik tip halqavarı 
strukturların ministrukturları yer səthində olduqca geniş yayılmışdır (Ararat, 
Araqas, Avaçin, Etna və s.). Plutonik qabıq halqavarı strukturları qranit 
maqmatizmi ilə əlaqədardır və müxtəlif formalı intruziv kütlələr əmələ gətirirlər 
(batolitlər, fakolitlər,  ştoklar və s.). Bu tip strukturlar da təbiətdə geniş yayıl-
mışdır. Onlar əsasən fanerozoy qırışıqlıq zolağı ərazisində (məsələn, Verxoyan-
Çukotka qırışıqlıq sahəsində, Tibetdə,  Şimali Amerika Kordilyerində), həmçi-
nin qədim platformalarda (Ukrayna və Baltik qalxanlarında, Madaqasqarda və 
s.) geniş təmsil olunmuşlar. 
 
 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə