Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə55/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   51   52   53   54   55   56   57   58   ...   128

163 
 
Halqavarı strukturların öyrənilməsi üzrə Moskva Dövlət Universitetinin 
“Kosmik geologiya” laboratoriyasının materialları  və  təcrübə  təsdiq edir ki, 
ikimərhələli: a) aşkaretmə mərhələsi; b) identifikasiya (eyniləşdirmə) mərhələsi 
daha optimal təhlil sxemidir. 
 
10.2.1.Aşkaretmə mərhələsi 
  
Bu mərhələ distansion planalma materiallarının deşifrələnməsi, topoqrafik 
xəritələrin, geoloji və geofiziki materialların təhlilindən ibarətdir. 
Halqavarı strukturların aşkar edilməsində  ən həssas üsul distansion 
zondlama materiallarının deşifrələnməsidir. Məlumdur ki, aerokosmik şəkillər-
də dairəvi anomaliyalar özünü konsentrik halqalar, ellipslər, qövslər, fototonal 
ovallar, çevrələr və s. kimi büruzə verir. Belə foto anomaliyaların dayanıqlığını 
həmin rayonun şəkillərinin dövrülüyünün yoxlanılması ilə (hər il və  hər 
mövsüm üzrə) təyin etmək olar. Bu anomaliyalardan daha inandırıcı olan - 
müxtəlif zamanda çəkilmiş, müxtəlif miqyas və spektr zonalarından alınmış 
şəkillərdə saxlanılanlardır. Halqavarı strukturların deşifrələnməsində RL-şəkil-
ləri (radiolokasiya) optik diapazonda alınmış şəkillərdən heç də geri qalmır. 
Landşaft indikasiya  deşifrələmə üsulu halqavarı strukturların indikatoru 
rolunu oynayan landşaft elementlərinin aşkar edilməsi üzərində qurulmuşdur. 
Müxtəlif landşaft struktur vilayətlərdə indikasiya əlamətləri fərqli olur. Məsə-
lən, səhralarda eol qumlarının dinamik tiplərinin (silsilə, barxan və təpəciklərin) 
sərhədlərinin, dağlıq rayonlarda erozion dərələrin və dağ silsilələrinin rəsmini,  
kənd təsərrüfatı üçün yararlı  əkin sahələrinin sərhədlərini, erozion buzlaq 
relyefi inkişaf etmiş sahələrdə buzlaq mənşəli göllərin forma dəyişməsini 
istifadə etmək olar. Halqavarı strukturların aşkar edilməsində topoqrafik 
xəritələrin böyük əhəmiyyəti vardır. Bu məqsədlə,  əksərən ortamiqyaslı  dəqiq 
topoqrafik planalma xəritələri daha çox yararlıdır. Bu xəritələrdə aerokosmik 
şəkillərlə  aşkar edilmiş halqavarı strukturların sərhədləri ilə üst-üstə düşən 
halqavarı, dairəvi və konsentrik elementləri, çay şəbəkələrini, suayırıcıları, 
izometrik qalxma və düşmə elementlərini seçmək olur. Buna baxmayaraq, 
V.A.Buş müəyyən etmişdir ki, bu üsulun imkanları aerokosmik deşifrələmə 
üsulundan iki dəfə azdır. 
Halqavarı strukturlar həmçinin, struktur geomorfoloji, neotektonik, geo-
loji, geofiziki, geokimyəvi, hidrogeoloji və digər xüsusi xəritələrin təhlili 
nəticəsində aşkar edilə bilər. 
Diametri yüz və ya min kilometrlərə çatan nəhəng halqavarı strukturları 
aşkar etmək üçün xüsusi vərdiş  tələb olunur. Çünki onların sərhədləri qeyri-
dəqiq, yuyulmuş olur, aydın seçilmir və yaxud üstəgəlmiş cavan strukturlarla 
örtülür. Müasir relyefdə belə strukturlar iri oroqrafik sistemlərlə, dağ massiv-
lərilə  və yaxud dağarası  və dağətəyi çökəkliklərlə izlənilir. Belə iri halqavarı 
strukturların tədqiqiat təcrübəsi göstərir ki, adətən kontinental səviyyəli  şəkil-


164 
 
lərdə dağ sistemi kimi özünü büruzə verən qalxımlara tünd, çökəkliklərə isə 
açıq fototon (fotorəngçaları) uyğun gəlir. 
 
10.2.2.İdentifikasiya mərhələsi 
 
 Bu  mərhələdə halqavarı strukturları formalaşdıran tektonik strukturların 
və geoloji kütlələrin yaşı və əmələgəlmə səbəbləri öyrənilir. 
Halqavarı strukturların genezisinin aydınlaşdırılmasının  əsas üsulu 
onların geoloji işlər zamanı alınmış məlumatlarla müqayisəsidir. V.A.Buş hesab 
edir ki, distansion geoloji və geofiziki materialların müqayisəsində  əsas  şərt 
onların miqyaslarının yaxın olmasıdır. Müqayisə edilən materialların miqyas-
larındakı  fərqin iki dəfədən artıq olmaması tövsiyə edilir. Müqayisə edilən 
materialların kompleks olması və öyrənilən halqavarı strukturun təxmini gene-
zisindən asılı olaraq seçilməsi mütləqdir. Məsələn,diametri bir neçə yüz km 
olan platformaların tektonik halqavarı strukturlarını öyrənmək üçün, ilk növbə-
də  aşağıdakı tektonik və geofiziki materialları toplamaq lazımdır: bünövrənin 
üst hissəsinin və çökmə örtük horizontlarının struktur xəritəsi; astenosfer, Mo-
xoroviçiç və Konrad və s. səthlərinin strukturunu əks etdirən dərinlik seysmo-
zondlama və seysmik tədqiqatların nəticələri. Geoloji ,geofiziki və distansion 
materialların birbaşa müqayisəsi heç də  həmişə düzgün fikrə  gəlməyə imkan 
yaratmır; belə halda halqavarı strukturların genetik əlamətlərinin dəqiqləşdi-
rilməsinə kömək edən xüsusi xəritə, sxem və kəsilişlərin tərtib edilməsi faydalı-
dır. Bunlardan isə paleotektonik, paleocoğrafi, paleovulkanoloji, litoloji-fasial, 
petroloji-struktur, formasion və s. materiallar daha əhəmiyyətli ola bilər. 
Toplanmış  məlumatların təhlili zamanı, hər  şeydən  əvvəl, halqavarı 
strukturların sərhədlərində yerləşən geoloji sahənin, onun, geoloji əmələgəlmə-
lərin yaşı, litoloji-petroqrafik və formasiya tərkibi, tektonik strukturu, relyef 
xüsusiyyətləri, geomorfologiya, neotektonika, anomal geofiziki sahələrə  və 
metallogenik xüsusiyyətlərinə görə yerləşən çərçivəsindən fərqlilik dərəcəsi və 
xarakteri aydınlaşdırılmalıdır. Halqavarı strukturların ayrı-ayrı konsentrik və 
radial elementlərinin bu və ya digər geoloji kütlələr və tektonik strukturlarla 
əlaqəsinin təyini son dərəcə əhəmiyyətlidir. Əgər kosmik şəkildə deşifrə edilmiş 
halqavarı struktur planda izometrik formalı qranit massivi ilə tam üst-üstə 
düşürsə,  bu halda həmin strukturu plutonik dairəvi struktura aid etmək olar. 
Əgər deşifrə olunmuş halqavarı struktur platforma örtüyü süxurlarının inkişaf 
etdiyi sahələrdə yerləşirsə, təpəcikli yüksəkliklər və ağırlıq qüvvəsinin müsbət 
anomaliyasına tam uyğun gəlirsə, iri çay dərələri ilə  əhatələnirsə, xırda çay 
şəbəkələrinin radial şəkli ilə səciyyələnirsə, bu halda onu platforma örtüyünün 
müsbət tektonik dairəvi strukuturu adlandırmaq olar. 
En kəsiyi bir neçə yüz km olan iri halqavarı strukturlar müxtəlif 
mənşəlivə yaşlı geoloji əmələgəlmələrdən təşkil olunur ki, bu da onların 
müxtəlif amillərin təsiri altında və uzun geoloji zaman ərzində formalaşmasını 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə