Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə53/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   49   50   51   52   53   54   55   56   ...   128

156 
 
 
 
Şəkil 66.
 
Mərkəzi və cənubi Talışda çay  şəbəkəsi  və  lineamentlərin  qarşılıqlı  
münasibətinin  sxemi. 
1 – geoloji-geofiziki məlumatlara görə tektonik pozulmalarla uyğun gələn lineamentlər;            
2 – litoloji  təmaslara uyğun gələn və  ehtimal  edilən  qırılmalar  üzrə  olan  lineamentlər. 
 
Beləliklə, Azərbaycanın alpaqadərki özülünün quruluşunda üstünlük təş-
kil edən üst struktur mərtəbənin quruluşunu şərtləndirən suben (ümumiqafqaz) 
və en (antiqafqaz) dərinlik yarılmalarının mövcudluğu qeyd olunur. Üst struktur  
mərtəbənin alt struktur mərtəbənin varisi olduğu  aydın  olur.  Böyük  və  Kiçik 
Qafqazın bütün geoloji  inkişaf tarixi boyu  böyük uzunluqlu və dərin özüllü  bu 
yarılmalar dəfələrlə cavanlaşmışdır və M.A.Favorskayaya və b. görə  onlara  
özülün qədim struktur planına cavab verən birbaşa dərinlik filiztəmərküzləş-
dirən strukturlar kimi baxmaq lazımdır. Bu fikri qravimaqnit  kəşfiyyatı    və  
aeroşəkillərin  deşifrələnməsi materialları  təsdiq  edir.    
 
 
 
 
 
 


157 
 
X. KOSMİK ZONDLAMA MATERİALLARININ KÖMƏYİLƏ 
HALQAVARI  STRUKTURLARIN ÖYRƏNİLMƏ XÜSUSİYYƏTLƏRİ 
 
10.1.Halqavarı strukturların struktur-genetik  
tipləri və yayılması 
 
Kosmik tədqiqat üsullarının inkişafı yer səthində küllü miqdarda hal-
qavarı strukturların qeydə alınmasına imkan yaratdı. Planetimizin səthinin 
kosmosdan zondlanması və yerüstü geoloji tədqiqatlar en kəsiyi yüz metrlərdən 
min kilometrlərə  qədər və daha çox olan küllü miqdarda halqavarı strukturun 
aşkar edilməsini təmin etdi. Belə strukturların 70-80% -nin müxtəlif geoloji 
proseslərlə əlaqədar olduğu aşkar edildi. Halqavarı strukturların öyrənilməsində 
keçmiş Sovet tədqiqatçılarından V.A.Buşun, M.Z.Qluxovskinin, V.V.Solov-
yevin və başqalarının böyük rolu vardır. 
Halqavarı strukturlar  - yer səthi kəsilişində simmetriya mərkəzi ilə  sə-
ciyyələnən geoloji kütlələr oluib, kosmik şəkillərdə ya qapalı, ya da yarımdai-
rəvi  fiqurlar, dairə  və ya oval formasında  əks oluna bilir. Onlar yer səthində 
təklikdə və ya qrup halında rast gəlir və öz quruluşuna görə: sadə və mürəkkəb 
formalara ayrılır. Sadə halqavarı strukturlar adətən gumbəzə və kiçik diametrli 
silindrik kütləyə bənzəyir (şəkil 68). Mürəkkəb halqavarı strukturlar: konsent-
rik, bir-biri ilə əlaqəli, orbital və kombinə olunmuş növlərə bölünür (şəkil 69).  
Konsentrik halqavarı strukturlar nüvə və xarici sərhəddən təşkil olunmuş-
dur. Halqavarı strukturun nüvəsi, yəni onun mərkəz hissəsi kiçik radiuslu kon-
sentrik elementdən ibarət olur. Xarici sərhəd isə daha çox uzaqlaşmış konsen-
trik element olub, ondan sonra gələn halqavarı strukturun çərçivəsinə söykənir. 
Nüvə ilə xarici sərhəd arasında, konsentik dairələrdən ibarət olan halqavarı 
strukturun  əsas hissəsi yerləşir. Adətən halqavarı strukturlar, xüsusilə böyük 
diametrli qırılma-pozulma sistemləri ilə mürəkkəbləşir. V.A.Buş  qırılmaların 
aşağıdakı növlərini ayırır:  radial  - halqavarı strukturların radiusu ilə üst-üstə 
düşən;  seqmentar - strukturu xorda (əyri xəttin iki nöqtəsini birləşdirən düz 
xətt) boyu kəsən və onun hüdudlarından kənara çıxmayan;  kəsən  - strukturu 
kəsən və onun hüdudlarından çox kənara çıxan; konsentrik - halqavarı struktur 
elementlərinə uyğun gələn. 
Kosmik şəkillərdə halqavarı strukturun ifadəsi (qeyd edilməsi) çox müx-
təlifdir. Bu, bir çox amillərdən, o cümlədən, deşifrə olunan obyektin ölçüsün-
dən, onun əmələgəlməsinin və inkişafının geoloji zamanından, rayonun tektonik 
fəallığından  və s. asılıdır. Məsələn, kiçik ölçülü halqavarı strukturlar böyüklərə 
nisbətən daha yaxşı deşifrə olunur,maqmatizm və metamorfizm proseslərilə 
əlaqədar olan halqavarı strukturlar isə tektonik proseslərlə əlaqədar olanlardan 
daha aydın deşifrə edilir. Buna görə  də kosmik şəkillərdə halqavarı struk-
turların təyini zamanı, xüsusilə landşaft indikasiya əlamətlərinin  əsas olduğu 
bağlı ərazilərin şəkilləri ilə işlərkən, xüsusi vərdiş lazımdır. Halqavarı struktur-


158 
 
ları izləmək məqsədi ilə kosmik şəkillərin deşifrəsi zamanı aşağıdakı əsas əla-
mətlər təklif olunur : 
 
 
 
Şəkil  68. Halqavarı strukturlar:  a- Kamcatkadakı Uzon vulkan kalderası  
(Rusiya); b- Qeqam  dağlıq zonasında  sönmüş vulkan krateri (Ermənistan). 
 
 
Şəkil  69. Halqavarı strukturların hissələrə bölünmə sxemi  
 (O.T.Kratkovaya  görə). 
 


159 
 
1. Landşaftın oroqrafik, hidroqrafik, torpaq, bitki örtüyü və digər element-
lərinin təsvirlərinin rəsminin konsentrik və ya radialkonsentrik xarakteri. 
2. Anomal fotonun və ya landşaftın morfostruktur xüsusiyyətləri və ya 
geoloji substratın maddi tərkibi ilə əsaslanan təsvir rəsminin dairəvi və ya oval 
forması. 
3. Hər iki əlamətin ahəngi (uyğunluğu). 
Bağlı  ərazilərdə halqavarı strukturların aşkar edilməsi  əsasən landşaft 
deşifrələməsi vasitəsilə aparılır ki,burada da əsas indikasion amil rolunu çay 
şəbəkəsinin rəsmi oynaya bilər.  
70-ci
 
şəkildə Kursk aerokosmik poliqonunda öyrənilmiş halqavarı 
strukturların xarakter çay şəbəkəsi ilə  sıx  əlaqəsi göstərilmişdir. Burada çay 
şəbəkəsinin plan rəsminin təhlili halqavarı strukturların relyeflə münasibətinin 
üç tip formasını ayırmağa imkan vermişdir: 
1.Düz - halqavarı struktur və relyef uyğun əlaqəyə malikdir. Burada çay 
şəbəkəsi radial mərkəzdənqaçma və ya dövrəsindən axma  şəkilli səciyyə 
daşıyır. 
2.Çevrilmiş  - halqavarı struktur və relyef qeyri-uyğun əlaqəyə malikdir. 
Burada çay şəbəkəsi mərkəzəqaçma və ya ilməvari şəkillidir. 
3.Mürəkkəb    -  halqavarı struktura həm düz, həm də çevrilmiş relyef 
uyğun gəlir. Burada çay şəbəkəsi mürəkkəb şəkil əmələ gətirir.  
Bağlı ərazilərin halqavarı strukturlarınin öyrənilməsi zamanı çay şəbəkə-
ləri rəsminin xarakterindən  əlavə, müxtəlif landşaft və geomorfoloji amillərin 
öyrənilməsi də tövsiyə olunur. 
 
Şəkil  70. Halqavarı strukturların  bağlı  ərazinin  hidroşəbəkəsi  ilə  əlaqəsinin  
səciyyəsi. O.T.Kratkovaya  görə. 
1 – lokal  qalxımlar,  2 – lokal  depressiyalar,  3 – çevrilmiş  relyef,  4 – hidroşəbəkə. 
 
Halqavarı strukturlara kosmik şəkillərin vasitəsilə edilmiş ixtira kimi 
baxmaq olmaz. Çünki onlar distansion zondlamanın tətbiqindən çox əvvəllər 
məlum idi və geoloji, geofiziki, geomorfoloji üsulların vasitəsilə qeydə alına 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə