Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə56/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   52   53   54   55   56   57   58   59   ...   128

165 
 
təsdiq edir. Bəzi hallarda geoloji amillər çoxluğu içərisində  zəncir kimi 
qalanlarını ardınca çəkib aparan bir aparıcı amili seçmək olar. 
Bununla belə, bəzi halqavarı strukturların genezisinin təyini gələcəyin 
işidir. Halqavarı meqastrukturların quruluşunda müxtəlif geoloji proseslər 
(metamorfik, plutonik, tektonik, vulkanik)  nəticəsində  əmələ  gəlmiş struktur 
elementlər və maddi komplekslər iştirak edir. Bu strukturlar adətən milyon-
milyard illəri əhatə edən  geoloji inkişaf tarixinə malikdir. 
Nisbətən kiçik halqavarı strukturlar isə adətən, monogenetik olub, çox 
vaxt bir geoloji aktlı prosesdən törəyir. 
Yer qabığının halqavarı strukturlarının aşkar edilməsi və  tətqiqində 
geofiziki xəritələrin analizinə əsas üsullardan biri kimi baxmaq lazımdır (şəkil 
72,73). Xüsusilə qiymətli informasiyaya Yerin qravitasiya və maqnit sahəsi 
xəritələri, dərinlik seysmik zondlama materialları malikdir. Halqavarı struktur-
ların aydınlaşdırılması  və  tətqiqində müxtəlif miqyaslı geofiziki xəritə  və 
sxemlərdən istifadə etmək olar. Orta və irimiqyaslı xəritə və sxemlər çox da iri 
olmayan strukturların, kiçik miqyaslılar isə  həcmli dairəvi obyektlərin təyi-
nində yararlıdır. Təssüflə qeyd etmək lazımdır ki, yaxın zamanlara qədər 
geofiziki xəritələrin tərtibi zamanı, yer qabığındakı dairəvi obyektlər nəzərə 
alınmamışdır. Buna görə  də faktiki geofiziki məlumatların interpretasiyası elə 
aparılmışdır ki, nəticədə bir çox halqavarı strukturlar ya nəzərdən qaçırılmış, ya 
da xətti strukturlarla demək olar ki, görünməz olmuşdur. Bir də    əsas diqqəti 
halqavarı strukturların geokimyəvi xüsusiyyətlərinin təyininə və onunla əlaqə-
dar, faydalı qazıntılara vermək lazımdır. Bundan ötrü, halqavarı strukturların 
sərhədlərinin və yaxud onların əsas struktur elementlərinin filiz yataqları ilə üst-
üstə düşmə xarakterini qiymətləndirmək lazımdır. 
Çox da böyük olmayan (on kilometrlərlə ölçülən) halqavarı strukturlar 
üçün konkret yatağın bütövlükdə halqavarı struktura uyğun gəlməsini təyin 
etmək vacibdir. İri halqavarı strukturlar üçün isə yataqların, onların mərkəzinə, 
xarici sərhəddinə, daxili konsentrik dairələrə və yaxud radial elementlərə nəzə-
rən yerləşmə qanunauyğunluqlarını  təyin etmək lazımdır. Bu uyğunluq, filiz 
yataqlarının geoloji əmələgəlmələrlə genetik əlaqəsinin təyinində  əlavə  təhlil 
edilməlidir. Məsələn, Cənubi Uraldakı kolçedan və  qızıl yataqlarının plutonik 
halqavarı strukturlarla məkan uyğunluğu, kolçedan yataqları üçün sahəvi, qızıl 
yataqları üçün isə genetik əlaqə kimi aydınlaşdırılmışdır. Genezisdən  əlavə, 
filizləşmə ilə halqavarı strukturun yaş uyğunluğu nəzərə alınmışdır. Daha bir 
misal, Hindistanın bəzi müsbət tektonik halqavarı strukturlarının (Mezozoy 
platforma örtüyündə kembriyəqədərki bünövrə qalxımı) mərkəzindəki dəmirli 
kvarsit yataqları, bu halqavarı strukturların sahəsində yerləşən boksit yataqla-
rından fərqli olaraq, onlarla genetik əlaqəli deyildir.  
  


166 
 
 
Şəkil 72. İntruziv  massivlərlə  əlaqədar  olan  halqavarı strukturların  
interpretasiyasının  nəticələri: 
a – Buqe  anomaliyası,  b -  AT  anomaliyası,  c – KŞ-n  deşifrələnmə  sxemi  (Y.N.İsayev  və  
İ.V.İsayevaya  görə). 1 – maqnit  sahəsinin  izoxətləri;  2 – qravitasiya  sahəsinin  izoxətləri;  3 
– qneys  və  qranitoqneyslər;  4 – metamorfik  şistlər;  5 – qranitlər;  6 – qabbro;  7 – geoloji  
sərhədlər;  8 – qırılmalar;  9 – Ag  anomaliyalarını    əmələ    gətirən  hesabi  gövdələr; 10 –
maqnit  anomaliyalarını  əmələ  gətirən  hesabi  gövdələr. 
 
 
Şəkil  73. Aldano-Stanov  regionunda  Pakçi  halqavarı strukturu  və  onun  
relyefdə  və  geofiziki  sahələrdə  ifadəsi: 
A – deşifrələmə  sxemi, B – maqnit  sahələrinin  səmti, C – relyefin  nisbi artımı, D–geoloji  
quruluşun sxemi. 1–KŞ–də deşifrə olunmuş struktur xətlər; 2–maqnit  sahəsinin izodinamları;  
3 – 6 - relyefin  enerjisi: 3- 600-800 m, 4–400- 600 m, 5–200-400m, 6- 0-200 m; 7–doğranma  
zonaları, 8–qırılmalar, 9–alt təbaşir andezitləri, 10–qranitoidlər; 11-13–kembriyəqədər  
törəmələr: 11–qabbro-amfibolitlər, 12–mərmərlər, 13–kristallik  şistlər,  14 – riolit  damarları. 
 
Beləliklə, müxtəlif tipli və miqyaslı aerokosmik şəkillərin kompleks 
öyrənilməsi, bütün mümkün olan geoloji və geofiziki materialların təhlili, 
topoqrafik materialların araşdırılması  və müqayisəli planetoloji yanaşma yer 
qabığında halqavarı strukturların dəqiq aşkar edilməsini, məkana görə yayılma 


167 
 
qanunauyğunluqlarını, faydalı qazıntılarla  əlaqəsini və onların geoloji inkişaf 
xüsusiyyətlərinin aşkar edilməsini təmin edə bilər. 
Meteoritlərin düşməsi nəticəsində  əmələ  gəlmiş impakt strukturların 
öyrənilməsi xüsusi vərdiş  tələb edir. Bəzi meteorit kraterləri astroblemlər 
şəkillərdə halqavarı struktur kimi çox dəqiq görünür. Bəziləri isə ya zəif seçilir, 
ya da heç görünmür. Təkcə kosmik planalma materiallarının deşifrəsi ilə zərbə 
kraterlərini ayırmaq mümkün deyildir. Ona görə  də ayrılmış strukturları yer 
səthində yoxlamaq lazımdır. Astroblemlər dairəvi səd fraqmentlərin olması, 
mərkəzində təpəcik, kraterin daxili və xaricindəki süxurların intensiv çatlılığı və 
bəzən də dairəvi səddən kənarda radial şüavari süxur tullantılarının olması ilə 
səciyyələnir.Bu əlamətlər astroblemlərin əksər hissəsinə məxsusdur, onların (bu 
əlamətlərin) şəkillərdəki aşkar görünməsi onların hansı süxurlardan (effuziv və 
ya çökmə)  əmələ  gəlməsindən, formalaşma zamanından və strukturu örtən 
süxur kompleksinin quruluşundan asılıdır. Əsas elementlərdən biri isə, kraterin 
dibini təşkil edən süxurlarda animetamorfizmin izlərinin olmasıdır. Bu 
strukturların saxlanılmasında zaman əsas rol oynayır. Struktur nə qədər qədim 
olarsa,bir o qədər  pozulmuş, dağılmış olur və bununla əlaqədar olaraq,kosmik 
şəkillərdə bir o qədər pis deşifrə edilir. V.V.Fedınski belə strukturların aşkarı 
üçün asılılıq tətbiq etmişdir: impakt kraterlərin aşkar edilməsi ehtimalı onların 
sahəsi ilə düz, yaşı ilə tərs mütənasibdir. Böyük diametrli, yaşı 10 milyon il-dən 
çox olan impakt strukturların  əksəriyyəti tullantı  qırıntı  sədləri ilə  əhatə 
olunmuş dairəvi çökəkliklərın morfoloji formasını itirmişdir. 
 
10.3. Halqavarı  strukturların təsnifatı 
 
Halqavarı strukturların təsnifatına dair məsələlərlə bir çox keçmiş sovet 
alimləri (V.V.Solovyev; V.A.Buş və b.) məşğul olmuşlar. 
Halqavarı strukturların təsnifatılarının  əsasını müxtəlif prinsiplər: 
morfoloji xüsusiyyət, həcm, dərinlik, genetik əlamət, deşifrələnmə  dərəcəsi, 
relyefdə özünü büruzəvermə xarakteri və s. aiddir. Halqavarı strukturların 
struktur genetik xüsusiyyətlərinə  əsaslanan  ən  əhəmiyyətli təsnifat Moskva 
Dövlət Universitetinin «Kosmik geologiya»laboratoriyasının bir qrup tədqi-
qatçıları ilə Xarici geologiya və Aerogeologiya ÜETİ (Ümumittifaq Elmi 
Tədqiqat İnstitutu) əməkdaşları tərəfindən birlikdə işlənib hazlanmışdır. Sınaq-
dan çıxarılmış  və  ən təkmil bölgü kimi qəbul edilmiş bu təsnifatın  əsas para-
metrləri halqavarı strukturların həcmi və onların genetik müxtəlifliyi: endogen, 
kosmogen və ya ekzogen mənşəyini müəyyənləşdirən geoloji proseslər 
seçilmişdir.  Halqavarı strukturlar nüvə  və xarici sərhəddən təşkil olunmuşdur 
(şəkil 74). 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə