Microsoft Word Kosmik geologiyan?n ?saslar?


Vulkanik və vulkan-plutonik halqavarı strukturlar



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə59/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   55   56   57   58   59   60   61   62   ...   128

173 
 
10.3.3.1.Vulkanik və vulkan-plutonik halqavarı strukturlar 
 
Mantiya mənşəli halqavarı strukturlara qədim platformaların trapp sahəsi 
arasında daha tez-tez rast gəlinir (məsələn, Hindistan yarımadasında təbaşir 
yaşlı Dekan trapp sahəsində və Sibir platformasında Tunqus trapp sahəsində).  
Adətən 100-150 km diametrə malik olan bu tip strukturlar bəzən dərinlik 
qırılma zonalarında yerləşir. Tunqus trapp sahəsi daxilində bu strukturlara 
qədim qalxan vulkanları  və püskürmə  mərkəzləri, həmçinin iri trapp sillərin 
köklü zonaları uyğunlaşmışdır. 
Qabıqaltı maqmatizmlə əlaqədar olan bu strukturlar qədim platformaların 
trapp sahələri üçün çox səciyyəvidir. Onlar əsasən Hindistandakı Dekan, Sibir 
platformasındakı Tunqus trapp sahələrində daha çox inkişaf tapmışdır. Adətən 
çox da böyük olmayan (100-150 km-ə qədər) bu strukturlar dərinlik qırılmaları 
zonalarında yerləşir. Belə halqavarı strukturlara qədim yuyulmuş qalxan vul-
kanları  və püskürmə  mərkəzləri, o cümlədən, iri trapp sillərinin özək (əsas) 
zonaları ilə  əlaqədar olur. Trapp formasiyalarının mürəkkəb polifasial tərkibli 
olması xüsusi tədqiqatlar aparmadan, vulkanik və vulkan-plutonik halqavarı 
strukturların differensiasiyasının (fərqləndirilməsinin) həyata keçirilməsini 
qeyrimümkün edir.  
Belə halqavarı strukturların ikinci qrupu kaynozoy yaşlı riftegenez 
sahələrə daha çox meyl edir və Böyük Afrika rifti zonasında özünü daha yaxşı 
büruzə verir. 
Qabıq maqmatizmi ilə  əlaqədar olan vulkanik halqavarı strukturlar 
meqastrukturlardan  əlavə, bütün struktur siniflərdə özünü göstərir. Onların 
arasında meqastrukturlara çox nadir hallarda rast gəlinir, mezo və ministruk-
turlar, o cümlədən mezozoy və kaynozoy yaşlı vulkanik qurşaqlardakı fanero-
zoy yaşlı kontinental qabıqla əlaqədar olan tipik  mikrostrukturlar  da üstünlük 
təşkil edir. Məhz halqavarı strukturlar bu qurşaqların struktur planının  əsas 
cizgilərini formalaşdırır. 
Analoji vulkanik halqavarı strukturların az hissəsi, Tetis okeanını və Ural-
Monqol qırışıqlıq qurşağının daha qədim okeanik strukturlarını haşiyələndirən 
üst paleozoy və devon vulkanik qurşaqlarında qeydə alınmışdır. Ehtimal  ki, bu, 
belə halqavarı strukturların saxlanılma dərəcəsi ilə əlaqədardır. Bir çox vulka-
nik halqavarı strukturlar müasir vulkanik ada qövsü sahələrində yerləşir və 
onların sıxlığı nisbətən azdır. Bu da həm müasir vulkanik  çöküntülərin örtücü 
təsiri, həm də digər strukturtektonik şəraitlərlə əlaqədardır. 
Qırışıqlıq qurşaqların vulkanik qatları,  əsasən növbələşən (çox zaman 
ritmik) lava və tuf, o cümlədən subvulkanik gövdələr, ekstruziv və intruziv 
günbəzlər və qranitoidlərin komaqmatik vulkanik massivləri ilə yarılmış bazalt, 
andezit, dasitriolit, subqələvi tərkibli vulkanik çökmə yığıntıların örtüklərindən 
təşkil olunmuşdur. Vulkan strukturlarının xarici konsentrləri adətən normal 
çöküntülərin sirk şəkilli sistemləri ilə ona görə üst-üstə düşür ki, strukturun 


174 
 
daxili hissəsi maqmatik ocağın boşalması nəticəsində passiv çökməyə (düşmə-
yə) məruz qalır. 
Qabıq maqmatizmilə  əlaqədar olan vulkanik halqavarı strukturların 
içərisində  ən iriləri (150-200 km) adətən radial qırılma sistemilə müşayiət 
olunan, çevrə  və ya oval formalı geniş muldavarı çökmələr kimi özünü büruzə 
verən vulkanik (bəzən vulkan-tektonik) depressiyalardır. Adətən belə çökmə-
lərin mərkəzində vulkanik qatların  əmələ  gəlməsinə imkan yaradan stratovul-
kanlar və ya qalxan vulkanları qrupu yerləşir. Eroziyaya daha çox məruz qalan 
vulkanik depressiyaların mərkəz hissələrində adətən effuziv layların tərkibilə 
komaqmatik olan qranitoid plutonu qrupları yerləşir. Ehtimal  ki, bu intruziyalar 
maqmatik ocağın açılmış üst hissələridir. Beləliklə, vulkanik mezastrukturlar 
əksərən mənfi struktur formalara aid olan poligen (vulkanik, tektonik, plutonik) 
əmələgəlmələrdir. 
Müsbət vulkan-plutonik strukturlar hələ zəif öyrənilmişdir. Adətən onlar, 
nisbətən kiçik qalınlığa malik, tufogen qatla örtülmüşdür və vulkanik qurşaq-
ların köklü yataqlarının geniş qalxımları kimi özünü büruzə verir, vulkanik 
qatlarla komaqmatik olan kütləvi qranitoid intruziyaları ilə müşayiət olunur. Bu 
tip strukturlar Qazaxstan və Monqolstanın devon və üst paleozoy qırışıqlıq 
qurşaqlarında məlumdur. Onlar çox nadir hallarda halqavarı strukturlarla müşa-
yiət edilir və adətən plutonlarla əlaqədar olur. 
Vulkanik ministrukturlar vulkanik qurşaqlarda çox geniş yayılmışdır. 
Onlar vulkanik depressiyanın mərkəz hissələrində qruplaşır, yaxud onların 
kənarları boyunca satellit strukturlar əmələ  gətirir. Çox zaman belə halqavarı 
strukturlar radial və ya kəsib keçən qırılmaların vulkanik mezastrukturlarının 
xarici
  
çevrəsi ilə kəsişən hissələrində əmələ gəlir. Onlar adətən iri vulkanların 
kalderasını  təmsil edərək (Vezuvidə MontenSoms, Ermənistanda Araqas
Kamçatkada-Avaçinsk, Uzon və s. tipli) və yaxud ayrı-ayrı iri strativulkanlar 
Etna (köndələn xətdə 80 km-dən çox), Ararat, Dəməvənd, Klyuçevskaya sopka 
(sönmüş vulkan) kimi vulkanik aparatlarla əlaqədardır. Stratovulkanlardan ən 
irilərinin ölçüsü mezastrukturun ölçülərinə yaxın olur. Ministrukturların çox 
hissəsi monogen vulkanik aparatlarla əlaqədardır, konik və radial daykalar 
sistemi ilə müşayiət olunur. 
Qabıq vulkanik qurşaqlarda vulkanik mikrostrukturlar da çox geniş yayıl-
mışdır. Adətən onlar kiçik vulkanik strukturlarla (nekklər, monogen aparatları, 
şlak konusları, kiçik qalxan vulkanları) və ya vulkan-plutonik əmələgəlmələrə 
uyğun gəlir. 
Tunqus sineklizinin halqavarı strukturları  kəsişən və layvarı dolerit 
intruzivlərinin, bəzi hallarda isə bazalt örtüklərinin uyğunlaşdığı qapalı  və ya 
oraqvarı  əyri vallarla əks olunmuşdur. Bu regionda V.N.Bryuxanov və 
V.A.Buşun qeyd etdiyi kimi, tez-tez dəfələrlə birbirinin üzərinə qalanmış halqa 
formaları müşahidə olunur. Bu zaman kiçik diametrli strukturlar böyük 
diametrli strukturların üzərinə qalanmış olurlar. Müəyyən olunmuşdur ki, 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə