Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə67/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   63   64   65   66   67   68   69   70   ...   128

193 
 
misporfir və onlarla əlaqəli, Cəyir tektonik blokundakı (xüsusən Qaradağ,  
Xoşyal, Cəyirçay anomaliyaları) anomaliyalara uyğun gələn kolçedan,  mis-po-
limetal və  qızıl, filiz yataqlarının aşkar edilməsini potensial perspektiv hesab  
etməyə imkan verir. Həmçinin Daşbulaq və Qabaqtəpə intruziv massivlərinə  
aid  olan  anomaliyalar  da  perspektivli  hesab  olunur. 
Löh-Qarabağ ada  qövsündə bu tipli halqavarı strukturlar Murovdağ  və 
Mehmana filiz rayonlarında qeyd olunur. Sonuncuda Gəncə, Ağdam lineament  
zonasının Ağdam antiklinoriumu ilə kəsişməsində Mehmana qranitoid intruzivi  
və Kasapet-Gülyataq xırda intruzivlər qrupunun yerləşməsinə  nəzarət edən  
nisbətən  iri qapanmamış makrohalqavarı struktur aydın görünür. 
Geoloji struktur, petroloji-geokimyəvi məlumatların  əsasında müəyyən 
olunur ki, Murovdağ antiklinoriumunun Turaqaçay, Ağdərə, Ağcakənd, Daş-
kəsən çökəklikləri ilə qovuşduğu zonalarda, xüsusilə də cərhəd zolağında kim-
meriy mərhələsinin filizləşməsinin üstünə məxsusi alp mərhələsinin filizləşməsi 
yığılır. Bu isə  əvvəllər yaranmış  qırılmaların (lineamentlərin–birbaşa filiztop-
layıcı strukturların) tektonik fəallaşması,  şimal-qərb və  şimal-şərq istiqamətli 
yeni qırılma və çatların əmələ gəlməsi ilə əlaqədardır. 
Bu nöqteyi nəzərdən kosmik şəkillərlə deşifrə olunan iri birbaşa struktur 
olan Gədəbəy-Dəlidağ lineamentinin Murovdağ üstəgəlməsi, rayon ərazisində 
deşifrə  nəticəsində müəyyən olunmuş dairəvi və  xətti qırılma strukturları ilə 
qovuşma zonaları ən perspektivli sayıla bilər. Bu tip strukturlar boyu sahəcə və 
genetik olaraq yan süxurların hidrotermal metasomatik dəyişməsi müşahidə 
edilir və filizləşmənin  ən intensiv konsentrasiyası turş vulkanitlərin və 
qranitoidlərin postmaqmatik fəaliyyəti olan mərkəz tipli solfatorfumoral 
sahələrlə  əlaqədardır (şəkil 81). 
Filizləşmə əsasən müxtəlif tipli vulkanik qurğular olan (vulkan günbəzlər, 
ekstruziyalar, vulkanizmlə sinxron olan subvulkanik sistemlər) ibarət olan lokal 
tağ qalxmalarına aiddirlər. Onlar kosmik şəkillərdə halqavari, yarım halqavari 
strukturlar kimi ifadə olunurlar. Bununla əlaqədar olaraq, lokal tağ qalxmaları  
halqavari strukturlar konkret filiz sahələri kimi ayrıla bilər. Belə yüksək pers-
pektivli sahələrə Tülallar-Şorsu, Daşaqıl, Qaraqaya, Qızılqaya, Göygöl, Alaxan-
çanlı, Şahkərəm və s. aid etmək olar. 
Əsas filiznəzarətedici qırılmalar maqmadaşıyıcı kanallarla  sahəcə üst-
üstə düşür və bu zaman maksimal hidrotermal dəyişmə vulkanik qurğuların 
boğaz fasiyasının hüdudlarında müşahidə edilir. 
Beləliklə, Murovdağ filiz rayonunda bir sıra perspektivli lokal sahələr 
ayırmaq olar ki, onlarda qızıl polimetal, kolçedan, qızıl saxlayan mis-porfir tipli 
filizləşmələrinin ixtisaslaşmasını proqnozlaşdırmaq olar. Bu sahələr geokimyə-
vi, geofiziki anomaliyalar vasitəsi ilə  təstiqlənir və adətən kosmik şəkillərdə 
halqavari strukturlarla ifadə olunan orta və turş  tərkibli effuziv piroklastik və 
intruziv sistemlərlə  təmsil olunmuşdur. Perspektivli sahələrdə  şimal-şərq, 
cənub-şərq, dairəvi xırda qırılma və çat sistemi geoloji və kosmik şəkillərlə də-


194 
 
qiq ayrılır. Filiz minerallaşmaları adətən məhz belə kiçik qırılma zonalarında 
müşahidə edilir və  şimal-şərq, halqavari qırılmalar hidrotermal məhlulların 
qalxması, filiz minerallaşmasının toplanması üçün ən  əlverişli vahidlər 
olmuşdur. 
 
 
                       
Şəkil 81. Murovdağ horst-qalxımında filizyerləşdirici  xətti və halqavarı 
struktur elementlərinin  yerləşmə sxemi: 
1-qabbro-kvars-diorit-qranodioritlər; 2-qırılma pozulmaları; 3- iri tektonik bloklar 
sərhədindəki regional qırılmalar; 4-submeridional istiqamətli maqma-filiz nəzarətedici 
regional qırılmalar; 5-maqma-filiz nəzarətedici relyef forması ilə  əks olunmuş  şimal-şərq 
istiqamətli lineamentlər; 6-bloklar və strukturlar daxilində lokal qırılmalara uyğun olan 
lineamentlər; 7-kosmik şəkillər üzrə ayrılmış halqavarı və ya oval strukturlar: a) intruziyanın 
eroziyası ilə açılmış vulkan-plutonik; b) kalderalar; 8-gefiziki işlərlə ayrılmış  dərinlik 
qırılmaları; 9-alp kompleksinin alt hissəsində və örtüyündəki qırılmalar; 10-alp kompleksinin 
alt hissəsndəki blokdaxili qırılmalar. 
  
Yuxarıda qeyd olunanları yekunlaşdıraraq, belə nəticəyə gəlirik ki, Kiçik 
Qafqazın əsas metallogenik vahidlərindən  biri olan Murovdağ filiz rayonunda 
filizləşmə rayonun geoloji inkişaf mərhələlərində  fəallaşan uzunmüddətli 
dərinlik qırılmaları ilə filiztoplayıcı strukturlarla dövr edən postmaqmatik 
məhlullarla  əlaqədardır.  Əgər alp qırışıqlıq dövrünün birinci mərhələsində 
hidrotermlərin dövrünə ümumqafqaz istiqamətli dərinlik qırılmaları xidmət 
etmişdisə, sonrakı dövrlərdə  dərinlik qırılmalarının
   
əhəmiyyətli rolunu daha 
cavan eninə, dairəvi qırılmalar, çatlar oynamışdır. Buna uyğun olaraq, daha 
dəqiq hidrotermal dəyişmələr müxtəlif yaşlı pozulmaların qovuşma sahəsinə 
aiddir. Məhz bu qovuşmalara sənaye əhəmiyyətli qızıl-polimetal, mis-kolçedan, 
qızıl saxlayan mis-porfir filizləşmələri aiddir. 


195 
 
Kosmik şəkillərdə deşifrə olunmuş qırılma pozulmalarının təhlili və onla-
rın aerofotoşəkillərlə, topoqrafik xəritələrlə, geoloji,geofiziki məlumatlarla və 
çöl tədqiqatlarının nəticələri ilə müqayisəsi göstərir ki, qırılmalar adətən  relyef-
də aydın əks olunmuşdur. Filiz sahəsi və eyniadlı kaldera daxilində müəlliflər 
tərəfindən ilk dəfə əvvəllər məlum olmayan  və kəsişmə qovşağında əksər fliz 
təzahürlərinin təmərküzləşdiyi xətti, oval, qövsvarı strukturlar ayrılmışdır. 
Bundan  əlavə, konsentrik  formalı mini halqavarı strukturlar daha iri və dəqiq 
əks olunmuş hesab olunur (Drambon və  Qızılbuлaq yarım halqavarı struk-
turları) (şəkil 82).
 
 
 
Şəkil 82. Qızılbulaq mis,qızıl,kolçedan yatağının yerləşməsinin struktur 
mövqeyi (Məmmədov Z.İ., 2005). 
 
Drambon yarımhalqavarı strukturu eninə 2 km-ə yaxın diametrə malikdir. 
O, qırılma zonasının qövsvarı zonasında təzahür etmiş diorit, porfirit və kvars-
diorit intruziv kütlələrinin  ətrafında qövsvarı forma əmələ  gətirir. Sonuncu 
Qızılbulaq çökmə kalderasının  şimal-şimal-şərq qanadına uyğun gəlir. Halqa-
varı struktur şimal-qərbdə Tərtər eninə dərinlik qırılması ilə kəsilmişdir. Onun 
şimal-qərb qurtaracаğı  Тərtərçay vadisinin dördüncü dövr çöküntülərilə örtül-
müşdür.  
Məxsusi Qızılbulaq halqavarı strukturu iki konsentik yerləşmiş  halqadan  
ibarət olub, Drombon halqavarı strukturundan cənub-qərbdə qeyd olunur. Hal-
qanın xarici hissəsi ellipsoid formasına malik olub, 2,5 km-lik oxa malikdir. 
Burada deşifrə olunmuş konsentrik sərhədlərin interpretasiyası çətinlik törədir. 
Struktur orta və üst yuranın vulkanogen və vulkanegen-çökmə süxur kompleks-
lərinin inkişaf etdiyi sahəyə  uğunlaşmışdır. Qızılbulaq halqavarı strukturunun 
şimal-qərb qurtaracağı, həmçinin Tərtər çayının sağ yamacının dördüncü dövr 
çöküntüləri ilə örtülmüşdür. Strukturun quruluşu мüxtəlif maqmatik əmələgəl-


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə