Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə75/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   71   72   73   74   75   76   77   78   ...   128

216 
 
səbəb olan proseslərdən, həmçinin süxurların möhkəmliyindən asılı olaraq 
dəyişə bilir. Bu anomaliyaların formaları oval və halqavarı olur. 
Müsbət maqnit anomalyaları adətən dəmir meteoritlərin düşdüyü 
sahələrdə baş verir. Belə anomaliyalar həmçinin halqavarı və radial qırılmalar 
və çatlar boyunca təzahür edən əsasi və ultraəsasi kütlələr də qeyd olunur. 
Mənfi qravitasiya, həmçinin seysmik anomaliyalar intensiv çatlılıq 
zonaları üçün zarakterikdir. Meteorit kraterləri qravimetrik profilli vulkanik 
kalderalardan tamamilə  fərqlənir. Kraterlərin profilləri zəif  əyilmiş formaya 
malikdir. Kalderanın profili isə  əhəmiyyətli dərəcədə  dərinlik quruluşuna 
malikdir. 
Meteorit partlayışlarının maqmatik kütlələrin və onlarla əlaqədar olan 
faydalı qazıntıların yerləşməsində rolu əhəmiyyətli hesab olunur. Kola 
yarımadasında, Sadberidə, Qazaxıstanda və digər regionlarda konsentrik çat və 
halqavarı strukturların mərkəz hissəsində əsasi və ultraəsasi süxurların dəfələrlə 
qeyd olunması bu hadisəni təsdiq edən amillərdən biri hesab olunur. Maqmatik 
kütlələrin meteorit kraterlərilə ehtimal olunan əlaqəsi maqmatik mənşəli faydalı 
qazıntıların yerləşməsi məsələsini ortaya çıxarır. Hazırda bunu mis-nikel 
filizlərinin ultraəsasi süxurlarla əlaqəsi sübut edir. Bu əlaqə Kanadada Sadberi 
yatağı üçün və oxşar olaraq Kola yarımadasında Moncetundra, Pecenqa və 
digər yataqları üçün səciyyəvidir. 
Meteoritlərin partlayış posesi digər filiz daşıyan komplekslərə, məsələn, 
peqmatitlərə də təsir göstərə bilər.  
 
10.7. Yerin qədim halqavarı  strukturları – nuklearlar 
 
Məlum olduğu kimi halqavarı strukturlar ən müxtəlif tektonik vilayətlətdə 
inkişaf tapmışdır, müxtəlif genesiz və geoloji yaşa malikdir, morfologiya və 
ölçülərinə görə fərqlənir. Bir çox tədqiqatçılar qeyd edirlər ki, daha iri halqavarı 
strukturlar yer qabığının daha dərin horizontlarının və üst mantiyanın defor-
masiyasını  əks etdirir. Bununla əlaqədar olaraq, kosmik şəkillərin materialları 
üzrə və morfoloji məlumatlara görə ayrılmış iri halqavarı strukturları səciyyə-
ləndirmək, onların mənşəyi haqqında mülahizələrə baxmaq, yer qabığının 
təkamülündə, faydalı qazıntıların qlobal yerləşmə qanunauyğunluğunda, müasir 
geoloji proseslərin inkişafında (məsələn, seysmik, vulkanik və s.) onların rolunu 
qiymətləndirmək xüsusi əhəmiyyət kəsb edir. 
Nuklearlar adlanan nəhəng halqavarı strukturlar yalnız qədim platfor-
malar daxilində, daha doğrusu litosferin daha stabil sahələrində ayrılır. Halqa-
varı strukturlar-nəhənglər ilk dəfə Y.V.Pavlovsk, M.Z.Qluxovsk, V.M.Moralyev 
və b. tərəfindən Sibir platformasında və Baltik qalxanında öyrənilmişdir. 
Distansion zondlama materiallarının (DZM) deşifrələnməsi, geoloji-geofiziki 
materialların təhlili və onların morfoloji üsullarla tədqiqatı  nəticəsində  qədim 
platformalarda çoxlu iri dairəvi sistemlər aşkar edilmişdir. Bu sistemlər böyük-  


217 
 
(500-3800 km) və kiçik- (100-900 km) ölçülü mürəkkəb quruluşlu konsentrik 
halqavarı strukturlar və qövsvari lineamentlərdən təşkil olunmuşdur. Kiçik 
ölçülü strukturlar böyük ölçülü strukturların kənar hissələrində yerləşərək, 
özlərini onların satelitləri kimi büruzə verir (şəkil 94). 
Nuklearlar Sibir platformasında, Baltik qalxanında və  Şimali- Amerika 
platformasında daha dəqiq öyrənilmişdir. 
Kompleks geoloji-geofiziki interpretasiyanın və kosmik planalmanın 
əsasında M.Z.Qluxovski Sibir platformasının bünövrəsində 8 nuklear ayırmışdır 
ki, onların da bir hissəsi morfostruktur üsulla müəyyən edilmiş  və  geokon 
adlandırılmışdır. 
Kosmik  şəkillər üzrə materiallar əldə olunana qədər nuklearlar tədqiqat-
çılara məlum deyildi. Onların aşkar olunması ilə bütün geoloji-geofiziki mate-
rialların analizində, təbiətlərinin və litosferdə geoloji mövqelərinin aydınlaş-
dırılması  məsələsi ortaya çıxdı. Aşkar olundu ki, bu strukturların mövcud 
olması geoloji morfostruktur və geofiziki materiallarla daha etibarlı  təsdiq 
olunur. Onlar bütövlükdə  və ayrı-ayrı elementlər ilə anomal maqnit və qravi-
metrik sahələrdə kifayət qədər aydın əks olunmuşdur. Onlardan bəziləri əvvəl-
lər O.B.Qintov və V.V.Solovyev tərəfindən morfometrik analizlərlə müəyyən 
edilmiş, sonralar isə kosmik şəkillərin deşifrə olunması ilə dəqiqləşdirilimişdir. 
 
Şəkil 94. Yerin  nuklearlarının  yerləşmə  sxemi (a),  Hondvananın 
nuklearlarının  palinspastik  sxemi (b). 
 


218 
 
Ayrılmış nuklearlardan hər biri öz fərdi xüsusiyyətlərinə malik olmaları 
ilə yanaşı, bir sıra ümumi xüsusiyyətlərə də malikdirlər. Bütün kembriyəqədərki 
poligen-metasomatik və maqmatik komplekslər mərkəzi simmetriyaya malikdir 
və yer qabığının iri “yumurtavarı”  strukturlarına cavab verirlər. Ümumilik 
ondan ibarətdir ki, nuklearlar yer qabığının ilkin bazit qabığının  əriməsi 
mərhələsində formalaşmışdır.  
Yer qabığının formalaşmasının ilkin mərhələsində əmələ gəlmiş və onun 
inkişafının bütün kontinental mərhələsində (1600-1900 mln. il) inkişaf etmiş 
nuklearlar özlərində heterogen siallik nüvəni  əks etdirir. Nuklearlar internuk-
learlarla müqayisədə konsolidasiya olunmuş qabığın və litosferin böyük qalın-
lığı ilə xarakterizə olunurlar. Nuklearlar və internuklear sahələr litosfer plitələri-
nin daha konservativ elementləri hesab olunurlar. Onlar kembriyəqədərki 
süxurlarda platforma örtüyünün altında və örtük süxurlarında  əks olunmuşlar. 
Nuklearlar iri anteklizlərə, qalxanlara və fundament çıxışlarına, internuklearlar 
isə məkanca sineklizlərə, iri çökəkliklərə və trapp sahələrinə uyğun gəlirlər. 
Nuklearlar sinform və antiform tiplərə ayrılırlar. Birinci halda bu struk-
turların tağı nisbətən daha cavan süxurlarda, ikinci halda isə nisbətən qədim 
süxurlarda yatmış olur. Bütün məlum nuklearlar kembriyəqədərki yaşıldaş 
zolağın kənarlarına doğru daha meyllidir. Onlar transkontinental əhəmiyyətli 
halqavarı strukturlar hesab olunur və Yer kürəsinin bütün qitələrində  aşkar 
olunmuşdur. Ən iri nuklear Şimali Amerika nuklearı hesab olunur. O, Kanada 
qalxanını, Böyük düzənliyi və Qayalar dağının bir hissəsini  əhatə edir. Bu 
nəhəng halqavarı struktur ilk dəfə D.Soul
 
tərəfindən aşkar olunmuşdur və 
meteorit zərbəsi nəticəsində  əmələ  gəlmiş  qədim pərgər “yarığı” kimi təsvir 
olunmuşdur. 
Şimali Amerika nuklearları  təxminən iki bərabər hissəyə ayrılır: özündə 
Kanada qalxanını  əks etdirən  şərq və Böyük düzənliyi  əhatə edən qərb. Bu 
hissələr bir-birindən bünövrənin yaşına və geoloji tarixinə görə fərqlənir. 
Şimali Amerikada daha bir nəhəng halqavarı struktur N.V.Makrovoy 
tərəfindən səciyyələndirilimiş Koloroda nuklearıdır. Bu struktur Kordilyerin 
mərkəzi hissəsində yerləşir. Şərq kənarı Qayalar dağı qövsünü, qərb kənarı isə 
Sahil silsiləsi qövsünü əhatə edir. Onun halqavarı forması konsentrik yerləşmiş 
qədim süxurları  və cavan intruziv massivlərlə qeyd olunur. Koloroda 
təbəqəsinin mürəkkəb strukturu maqnit sahəsinin konsentrik halqavarı quruluşu 
ilə əks olunmuşdur. 
Cənubi Amerikada Brazilya qalxanının  əksər hissəsini və Qviananın 
bütün ərazisini əhatə edən Amazon nuklearı – halqavarı strukturu ayırılmış və 
təsvir olunmuşdur. Amazon nuklearı kiçik miqyaslı kosmik şəkillərdə kifayət 
qədər yaxşı deşifrə olunur. Eyni zamanda onu morfoloji və geoloji-geofiziki 
parametrlərinə görə də izləmək mümkündür. Bu strukturun şimal-qərb və qərb 
sərhədləri relyefdə And zolağına doğru dərinləşən qədim qalxanın kraton 
düşməsinə keçid zonasında qeyd olunur. 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə