Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə77/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   73   74   75   76   77   78   79   80   ...   128

221 
 
 
Şəkil 95. Halqavarı strukturların  formalarının kəsişən  lineamentlərin  
xarakterindən  asılılığın  sxemi ( V.İ.Makarov  və  L.İ.Solovyovaya  görə). 
 
Bəzi tədqiqatçılar Uzaq Şərq timsalında müəyyən etmişlər ki, halqavarı 
strukturlar çox vaxt lineamentlərin qurtaracaq hissəsində yerləşir. Bu hadisənin 
mexanizmi hələ də dəqiq tədqiq olunmamışdır. 
2.Halqavarı strukturlar və lineamentlərin  əmələ  gəlməsi  hər iki struk-
turun eyni vaxtda əmələ  gəlməsi zamanı baş verən proseslərlə  əlaqədar ola 
bilər. Məsələn, qeyd edilmişdir ki, Pamir-Alayın çox nəhəng halqavarı struk-
turları iki cüt kəsişən yerdəyişmələrlə vurulub çıxarılmış blokların hərəkəti 
nəticəsində yaranmışdır. Bəzi lineamentlərə böyük radiuslu halqavarı struktur-
ların bir hissəsi kimi, yəni nuklear kimi baxmaq lazımdır. 
3.Halqavarı strukturlar və lineamentlər arasındakı  əlaqənin üçüncü tipi 
riftogenez prosesləri ilə izah edilir. Daha iri riftlər  əsasən uzunmüddətli inki-
şafda olan, kiçikmiqyaslı kosmik şəkillərdə halqavarı strukturlar kimi görünən 
qalxımların ox hissəsinə aid olur. Dartılma qüvvəsilə bağlı deformasiya yer 
qabığında rift əmələ gətirir və qırılmaları göstərir. 
 Buna misal olaraq, Qırmızı  dəniz riftinin quruluşuna baxaq. O, Afrika-
Ərəbistan platformasının metamorfik süxurlarından təşkil tapmış, böyük tağ 
qalxımı olan halqavarı strukturun ox hissəsində yerləşir; riftin əmələ  gəlməsi 
üst təbaşir dövrünə aiddir, onu təşkil edən süxurlar isə üst oliqasen dördüncü 
dövr yaşlıdır. 
Qırmızı dəniz riftinin bütün quruluş xüsusiyyətləri göstərir ki, riftəmələ-
gəlmə yer qabığının dartılması  və sonradan dağılması ilə bağlıdır, yəni 
lineamentogenez prosesinə, kosmik şəkillərdə halqavarı struktur kimi görünən 
qalxımdan sonrakı törəmə proses kimi baxmaq lazımdır. 
Lineamentlər bəzi vulkanik əyalətlərdə halqavarı strukturlara nisbətən 
törəmə  əmələgəlmələr kimi də yarana bilər. Göstərilən dəlillər halqavarı 
strukturlar və linemanetlərin qarşılıqlı əlaqəsinin mürəkkəbliyini təsdiq edir və 
göstərilən problemin gələcək tədqiqatlarda daha dəqiq öyrənilməsini tələb edir. 


222 
 
Lineament və  halqavarı  strukturların  arasındakı  münasibətin  müəyyən  
edilməsi onlarda filizliliyin proqnozlaşdırılması üçün böyük əhəmiyyətə ma-
likdir. Bir qayda olaraq, bütün  genetik  tiplərin halqavarı strukturlarının daxili  
quruluşunda  xətti strukturlar lineamentlər, o cümlədən yarılmalar, qrabenlər  
iştirak edir. Onlar bu strukturları mürəkkəbləşdirir və  əksər hallarda sonuncu-
lardan cavan hesab olunurlar. Kosmik  şəkillərdə bu əlaqəni müəyyən etmək və 
bir çox halqavarı strukturların yerləşməsində və paylanmasımda  lineamentlərin 
rolunu qiymətləndirmək mümkün olur (şəkil 96). 
Qeyd edildiyi kimi, Azərbaycanın ərazisində, uyğun olaraq, baykal, her-
sin, kimmeri və alp maqmatik komplekslərinin konsolidasiyasına gətirib  
çıxaran tektonik silsilələr ayrılır. Belə ehtimal olunur ki, halqavarı strukturlar  
hələ baykal dövründə əmələ gəlməyə başlamışdır, sonralar dəfələrlə dəyişilmiş,  
yeniləşmişdir.    Kosmik    şəkillərin  deşifrələnməsi vulkanogen mənşəli bütün  
halqavarı strukturların lineamentlərlə (Löh-Qarabağ ada qövsü, Misxan-Zəngə-
zur kollizion zonası və s.) sıx əlaqədardır. 
 
 
Şəkil 96. Ağduzdağ-Zod eninə zonası hüdudlarında strukturların geoloji-tekto-
nik vəziyyəti (V.M.Babazadə, N.Ə.İmamverdiyev, Z.İ.Məmmədov və b. 2000). 
1 -  Gədəbəy-Dəlidağ lineament  zonası;  2 – halqavarı  strukturlar:  a) tektonik-müsbət,  b) 
mənfi;  3 – maqmatik;  4 – Ketidağ  kalderası;  5 – filiz  sahələrinin  konturları:  1 – Ağduzdağ;  
2 – Zod-Söyüdlü;  6 – Dəlidağ  qranitoid  intruzivi. 
 
Əksər sahələrdə halqavarı strukturlar üç və daha çox lineamentin kəsişmə  
qovşağında əmələ gəlmişdir. Ehtimal ki, bu halda lineamentlərə ilkin, halqavarı  


223 
 
əmələgəlmələrə isə ikinci dərəcəli strukturlar kimi baxmaq lazım gəlir. Linea-
ment qovşağında  əsası qoyulmuş halqavarı strukturların konfiqurasiyası  və  
ölçüsü ayrı-ayrı lineamentlər arasındakı  məsafə  və qovşaq  əmələ  gətirən  
lineamentlərin sayına  düz mütənasibdir. Halqalara isə müxtəlif ölçüyə və yaşa  
malik strukturların əlaqəsinin nəticəsi kimi baxmaq lazımdır. 
 
10.9. Yerin və digər planetlərin halqavari  
strukturlarının müqayisəli təhlili 
 
Günəş sisteminin bəzi planetlərinin litosfer quruluşunda halqavarı 
strukturlar birinci dərəcəli rol oynayır. Onlar Ayda, Marsda, Merkuridə, Vene-
rada, Yupiter peyklərində və digər kainat kütlələrində aşkar edilmişdir. 
Mars planetinin halqavarı strukturlarının öyrənilməsi, onların arasında 
Yer litosferində  təyin edilmiş strukturların analoqu kimi: impakt və maqma-
togen mənşəli iki genetik sinif ayırmağa imkan yaratmışdır. 
Yerdən fərqli olaraq, impakt halqavarı strukturlar digər planetlərdə, xüsu-
silə Ay və Marsda daha çox qeydə alınmışdır. Bu planetlərdə impakt kraterlər 
çox geniş yayılmışdır. Planetlərin müxtəlif səthlərinin nisbi yaşının təyinində 
kraterləşmənin sıxlığının böyük əhəmiyyəti vardır: səth nə qədər qədim olarsa, 
onun üzərində meteorit kütlələrinin zərbəsi bir o qədər çox olur. Bu üsulla yer 
qrupuna aid olan planetlərdə müxtəlif yaşlı  səthlərin ayrılması mümkün 
olmuşdur. Məsələn, kraterləşmə  sıxlığına görə Mars iki hissəyə bölünür: 
nisbətən cavan və  zəif kraterləşmiş – şimal; qədim və intensiv kraterləşmiş - 
cənub. Marsın və Ayın kraterləri ölçülərinə, quruluşuna və dağılma dərəcəsinə 
görə bir-birindən fərqlənir. Onların morfologiyası, kraterlərin geniş diapazo-
nunda dəyişən ölçülərindən asılıdır. Kiçik diametrlərdə (3-5 km) kraterlər sadə 
quruluşa malik olur, 5-15 km diametrdə onların formaları mürəkkəbləşir: 
dairəvi sədd və mərkəzi təpəcik əmələ gəlir. 50-80 km diametrli kraterlər mü-
rəkkəb quruluşlu dairəvi sədlərlə əhatə olunur və ya bir neçə mərkəzi təpəciklə 
mürəkkəbləşir. Kosmik şəkillərdə kraterlərin  ətrafında partlayış zamanı geniş 
material tullantıları görünür. 
Saxlama dərəcəsinə görə, Mars kraterlərini müxtəlif yaş generasiyasına 
bölmək olur. Kraterlərin dağılma agentləri-ekzogen (qravitasiya, kriogen, eol, 
flüvial və s.)  və  endogen (lava eroziyası və tektonik hərəkətlər) proseslərdir. 
Mars kraterləri dağılma dərəcəsinə görə dörd yaş generasiyasına bölünür: 
Korolevskaya (ən gec), Lomonosov, Kepler və Nyuton. 
Ayda isə üç qrup impakt krater ayrılır: kopernik (ən gec), ptolomeyev və 
ptolomeyevəqədər. 
Hazırda planetlərin kraterlərləşməsinin sıxlığı xəritələri hazırlanmışdır və 
həmin xəritələrdə müxtəlif yaşlı  strukturlar ayrılmışdır. Beləliklə, planetlərin 
halqavarı strukturlarının öyrənilməsinin, xüsusilə Mars və Ayın  əsas struktur-
larının nisbi yaşa görə bölünməsində böyük əhəmiyyəti vardır. 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə