Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə73/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   69   70   71   72   73   74   75   76   ...   128

210 
 
Cəlilabad neftli-qazlı rayonunda Kür çökəkliyi və Abşeron yarımadasında 
olduğu kimi, deşifrələnmiş  çoxsaylı halqavarı strukturlar uzununa və lokal  
antiklinal strukturların üzərinə  yığılır ki, bu da geofiziki məlumatlarla təsdiq  
olunur.  
Yuxarıdakı  məlumatlardan aydın olur ki, Azərbaycanın tektonogen  
halqavarı strukturları şaquli tektonik hərəkətlərin təsiri altında formalaşmışdır.  
 
10.5. Halqavarı   morfostrukturlar 
 
 Diametri 2 km-dən 4 km-ə qədər olan halqavarı morfostrukturlar Avro-
asiyanın şərq kənarı boyunca B.V.Yejov, M.Q.Zolotov, V.V.Soloyev, B.İ.Xud-
yakov və digər tədqiqatçılar tərəfindən ayrılmışdır (şəkil 90). Kosmik şəkillərdə 
qlobal səviyyədə ümumiləşmədə ilk dəfə olaraq, sərhədləri relyef və hidro-
şəbəkə şəkilləri üzrə kifayət qədər aydın təyin olunan nəhəng halqavarı əmələ-
gəlmələri görmək mümkün olmuşdur. 
 
  
Şəkil 90. Şərqi Asiyanın nəhəng morfostrukturlarının sxemi. Mərkəzi tip 
morfostrukturlar (A.P.Kulakov, 1986): 
1-qitələr (I-Yan Kolım, II-Aldan, III-Amur, IV-Şərqi Çin)  və qitələr kənarı (V-Berinq, VI-Oxot, 
VII-Yapon dənizi, VIII-Koreya, XI-Malay, X-Siyam); 2-transregional Sakit okean qırılma 
zonaları; 3-mərkəzi tip meqastrukturlar (diametri 300-1000 km). 
 
Bu strukturların ayrılması  və konturlaşdırılması zamanı özünəməxsus 
halqavarı meqastrukturlar əmələ  gətirən qırılmaların və konsentrik lineament 
sistemlərinin yaxşı deşifrə olunması böyük rol oynayır. Qeyd etmək lazımdır ki, 
halqavarı lineamentlər və qırılmalar yüksək nizamlı çay şəbəkəsinin şəkillərini, 
iri dağ silsiələrinin və çökəkliklərin  əlamətlərini, həmçinin qitələrin müasir 
sahil xətlərinin sərhədlərini  əks etdirir. Bir sıra tədqiqatçılar, xüsusən də 
A.P.Kulakov qeyd  edir ki, materiklərin meqastrukturlarının sərhədləri boyunca 


211 
 
planda qövsvarı formaya malik dağ qurğuları yerləşir, onların mərkəzi 
rayonlarında isə aşağı dağlıq və düzənlik oval relyef üstünlük təşkil edir. 
Ehtimal olunur ki, onların konsentrik quruluşunu qeyd edən halqavarı 
morfostrukturların geomorfoloji görünüşü sonuncuların uzunmüddətli geoloji-
tektonik təkamülünün nəticəsi hesab olunur (şəkil 91). Baxılan strukturlar, 
bütövlükdə radial konsentrik quruluşunu saxlayaraq, xüsusiyyətlərinə görə ideal 
halqalardan fərqlənir. Bu onunla izah olunur ki, onlar  özlərində  təbii geoloji 
əmələgəlmələri  əks etdirir və  mərkəzi tip ideal simmetriya belə miqyasda 
təcrübi olaraq mümkün deyildir. Lakin simmetriyanı pozan başlıca səbəb, 
A.P.Kulakova görə, halqavarı morfostrukturların geomorfoloji görünüşünü və 
geoloji-tektonik quruluşunu mürəkkəbləşdirən sonrakı tektonik deformasiyalar 
olmuşdur. Baxılan strukturların səciyyəvi xüsusiyyətləri, onların 30-40% və 
daha artıq hissəsinin örtülü olmasıdır. Bu zaman relyef, interferensiya zona-
sında, V.V.Solovyevin məlumatlarına görə,  əhəmiyyətli dərəcədə mürəkkəb 
olması və şaxələnməsilə fərqlənir. 
 
Şəkil 91. Mərkəzi tip kənar-materik morfostrukturların inkişaf sxemi 
(Kulakov, 1986): 
a-tağ qalxımının formalaşması (Pr); b-sakit irsi inkişaf (Pz); c-daha yüksək nizamlılıqlı 
halqavarı strukturların basdırılması, destruksiyası və inkişafı (Mz). 


212 
 
Halqavarı morfostruktur-nəhənglərlə yanaşı çox kiçik miqyaslı kosmik 
şəkillərdə uzunluğu 2-3 min km, eni 80-150 km və daha böyük olan trans-
regional lineametrlər kifayət qədər etibarlı deşifrə olunur. Transregional linea-
ment zonalarının  əhəmiyyətli uzunluğu və eni onların mantiya ilə genetik 
əlaqəsinin olmasını söyləməyə əsas verir. 
Halqavarı morfostruklarla münasibətdə transregional lineamentlər kəsən 
hesab olunurlar. Transregional lineamentlərin  əksəriyyəti və onların zonaları 
Sakit okean halqası çökəkliyini konturlaşdıran qlobal Sakit okean qırılma 
sistemilə  əlaqədardır. Nəhəng halqavarı morfostrukturlar Şərqi Avroasiyanın 
regional morfostrukturunun əsasını  əmələ  gətirərək, A.P.Kulakovun qeyd  
etdiyi kimi, kembriyəqədərki dövrdə  əmələ  gəlmişdir və regionun müasir 
geoloji strukturunda və relyefində aydın müşahidə olunur. Bu strukturların 
aşkar olunması Avroasiyanın  şərq kənarının geoloji tektonik quruluşu və 
təkamülü haqqındakı  təsəvvürlərə daha ciddi yanaşmağa  sövq edir. Çünki 
halqavarı morfostruktur və nuklearların məkanca müqayisəsi onların oxşarlığını 
göstərir: məsələn, Sinkoreya nuklearı Yapon dənizi və Koreya halqavarı mor-
fostrukturunun interferensiya zonasında yerləşmişdir, Cənubi Çin və Hind-Çin 
nuklearları isə tamamilə Şərqi Çin və Siam halqavarı strukturlarına uyğun gəlir. 
Yer kürəsinin 1:50 000 000 miqyaslı  xəritəsinin morfometrik anlizi 
nəticəsində, onun səthində planetar və daha kiçik miqyaslı halqavarı morfo-
strukturlar aşkar olunmuşdur (şəkil 92). İki planetar halqavarı morfostrukturlar 
(mənfi Sakit Okean və müsbət-Atlantik okean) yerin planetar asimmetriyasını 
müəyyən edir. Yerin asimmetriyası  mənfi Arktika və müsbət Antarktida 
halqavarı morfostrukturları hesabına  əmələ  gəlmiş qütb və meridional asim-
metriyalarla mürəkkəbləşmişdir. İkinci tərtibli ekvatorial strukturlar–Şərqi Sakit 
Okean və Hind okeanı planetar halqavarı morfostrukturlarının (Sakit okean və 
Atlantik okeanı) təmasında yerləşmişdir. Saxara, Konqolez, Ərəbistan, Kalahar, 
Madaqaskar və dugərləri (Afrikada), Böyük hövzə, Bermud, Meksika (Şimali 
Amerikada), Peru, Amazon, Brazilya (Cənubi Amerika), Şərqi Hindistan, Avs-
traliya və digər üçüncü tərtibli halqavarı morfostrukturlar məlum nuklearlarla 
üst-üstə düşür. 
Halqavarı morfostruktuların ölçüləri eninə 150000 km-dən (birinci 
tərtibli) 3000 km-ə  qədər (üçüncü tərtibli) dəyişir. Onların mənbəyi mantiya, 
bəzən isə nüvə təbiətli hesab olunur. 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə