Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə72/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   68   69   70   71   72   73   74   75   ...   128

208 
 
masiyası ilə təmsil olunmuşdur və qismən effuziv duz daşıyan örtüklərlə örtül-
müşdür. Mərkəzi  İranda  ştoklar daha cavan alt və orta üçüncü dövr duzları 
hesabına formalaşmışdır. Hər iki rayonda onların diametri 10-11 km-ə çatır. 
Ştokların morfologiyası  hətta bir rayonda geniş intervalda dəyişir. Onlar sim-
metrik (şaquli monoklinal) və qeyri-simmetrik (əyilmiş oxlu) ola bilir. Cənubi 
İranda geniş inkişaf tapmış duz ekstruziyaları 5-10 km dərinlikdən Hörmüz duz 
qatının qalxması ilə  əlaqədardır. Hörmüz duz qatı paleozoy və mezozoy yaşlı 
karbonat çöküntülərindən keçərək 200-ə yaxın duz ştokları  əmələ  gətirmişdir. 
Hörmüz duz tektonikası Zaqros qırışıqlıq zonasında erkən parçalanmaların baş 
verməsi və 15 mln. il əvvəl mezozoy diaprizmində üstəgəlmələrin əmələ gəlmə-
silə şərtlənmişdir. 
Meksika körfəzində duz strukturlarının təkamül tarixi diapirlərin ölçüsü, 
forması  və tektonik vəziyyətlərinə görə müəyyən edilir. Aparılan tədqiqatlar 
nəticəsində burada 100-ə qədər duz strukturları aşkar olunmuşdur. Onların yaşı 
100 mln. ildən müasir dövrə qədər, ölçüləri isə 20 km-dən 180 km-ə qədərdir. 
Bu strukturlar Şərqi Texas rayonundan sahilyanı düzənliyi keçməklə kontinen-
tal yamaca qədər olan bir ərazidə yerləşmişdir. Daha mürəkkəb qanunauy-
ğunluq ayrı-ayrı strukturların inkişaf sürətinə aid edilir. Burada qalxan duz 
massivinin həcmi və diapirdə onların yerləşmə üsulları başlıca rol oynayır. 
Şərqi Texas hövzəsində aparılan tədqiqatlar göstərir ki, duz yataqlarının və 
diapir mərhələsinin əmələgəlmə sürəti bu və ya digər strukturda oxşardır və 10-
60 mln. il təşkil edir (orta hesabla, 20 mln.il duz yastıqları üçün, 25 mln.il isə 
diapirlər üçün). Bu diapirlər yuxarıda yatan süxurları yardıqdan sonra növbəti 
10-15 mln.il ərzində maksimum sürətə malik olurlar. 
Beləliklə, tektonogen halqavarı strukturların formalaşması həm kontinen-
tal tip yer qabığının bərpasında, həm də kontinental qabığın inkişafı zamanı 
orogenez hadisəsini müşaiyət edir. 
Tektonik halqavarı strukturlar şaquli tektonik hərəkətlərin təsiri nəticə-
sində formalaşır. Lakin bununla yanaşı, horizontal hərəkətlər nəticəsində 
formalaşan strukturlar da məlumdur. Tektonik hərəkətlərin təzahür formalarına 
görə, tektonogen mənşəli halqavarı strukturlar dislokasiya əyilmələrilə (plika-
tiv), parçalanma dislokasiyaları ilə (dizyunktiv) və ya diaprizim hadisəsilə 
(inektiv)  əlaqədar ola bilər. Tektonogen halqavarı strukturlar morfologiyasına 
görə nüvənin qalxması ilə müşaiyət olunan müsbət, basdırılma ilə müşaiyət 
olunan mənfi və halqavarı struktur daxilində qalxma və çökəkliyin halqa forma-
sında olduğu mürəkkəb olurlar. Platformalarda diametri 20-30 km olan halqa-
varı strukturlar məhəlli qalxımlara və platforma örtüyünün braxiantiklinal 
qırışıqlığına uyğun gəlirlər. Bu müxtəliflik arasında mənfi strukturlara təcrübi 
olaraq rast gəlinmir. 
Qeyd etmək lazımdır ki, heç də bütün tektonogen plikativ halqavarı 
strukturlar platformalarda onun örtüyünün müsbət və mənfi formalarına cavab 
vermir. Struktur xəritələrdə real struktur formalar halqavarı strukturların deşifrə 


209 
 
olunan sərhədlərindən daha mürəkkəbdir. Bu onunla əlaqədardır ki, kosmik 
şəkillərdə  məxsusi qırışıqlıqlar deyil, onun formalaşmasını müşaiyət edən 
tektonik çat sistemləri deşifrə olunur. 
Azərbaycanda tektonogen halqavarı strukturlar Böyük Qafqazda, Kür  
çökəkliyində, Abşeron yarımadasında, qismən Kiçik Qafqazda aşkar edilmişdir. 
Halqavarı strukturların ölçüsü, bir qayda olaraq, onların özülünün dərinliyi  ilə 
əlaqədardır. Daha iri meqa və makrostrukturlar mantiya, mezo və  mikrostruk-
turlar isə daha çox qabıq özülə malikdir. Böyük Qafqazın tektonogen  halqavarı  
strukturları dairəvi, oval, yarımhalqavarı qapanmamış, qövsvarı formaya  ma-
likdir. Bu strukturların dəqiq genezisini təyin etmək mümkün deyildir. Lakin 
faktiki materiallara əsasən böyük inamla ehtimal etmək  olar ki, onlar özülün  
çıxıntısına  və  neotektonik  qalxımlara  uyğun  gəlir. Qeyd etmək lazımdır ki,  
halqavarı strukturların inkişaf zonasında  əlvan metalların çoxsaylı yataqları, o  
cümlədən zəif də olsa  Böyük Qafqazın dayka qurşağını əmələ gətirən intruziv 
maqmatizmin inkişafı cəmlənmişdir. Bundan əlavə, maqmatik  əmələgəlmələrə  
uyğun gələn geofiziki anomaliyalar aşkar edilmişdir. Bütövlükdə bu  məlumat-
lar təsdiq edir ki, qeyd edilən halqavarı strukturların mərkəzləri dərin yatıma  
malik intruziv massivlərin zəif aşınmış hissələrinə uyğun  gəlir. Ona görə  də,  
ehtimal ki, bir çox belə halqavarı strukturlar mürəkkəb genezisə malikdir.  
Böyük Qafqazın cənub yamacında  əvvəldə qeyd olunduğu kimi, Quton 
halqavarı  və Balakən,  Şəki və Qax yarımhalqavarı strukturları ayrılmışdır. 
Bunlardan 40 km diametrə malik Quton halqavarı strukturu daha böyük hesab 
olunur və Dağıstan  ərazisinə  qədər izlənilir. Quton halqavarı strukturndan 
cənub-qərbdə Balakən-Zaqatala filiz rayonunu əhatə edən Balakən yarmhal-
qavari strukturu yerləşmişdir. Bu strukturun  eninə ölçüsü 10-12 km təşkil edir. 
Bir qayda olaraq, Balakən yarmhalqavarı strukturu Baş Qafqaz parcalanması ilə 
kəsilir və iki bərabər hissəyə bölünür. Genetik olaraq, Quton halqavarı, Bala-
kən, Şəki və Qax yarımhalqavarı strukturları tektonogen və ekzogen tiplərə aid 
edilir. 
Maqnit  və  qravitasiya  sahələri,  o  cümlədən  qlobal  çatlılığın  dərinlik  
üzrə dəyişməsi xarakteri  ilə  alınmış  materialların  müqayisəsi  belə  ehtimal  
etməyə imkan verir  ki, Böyük Qafqazda Zaqatala, Qax, Şəki və s. ayrı-ayrı  
geoloji  bloklar  ayrılır. Ayrılmış halqavarı  strukturlar  bu bir  qədər qalxmış  
(Zaqatala, Şəki)  və  düşmüş  (Qax) bloklara  uyğun  gəlir. Zaqatala  bloku  üzrə  
məlumatlar daha  böyük  maraq  kəsb  edir.  Hələ  keçən əsrin  60-cı  illərinin  
əvvəllərində Zaqataladan şimala doğru aeromaqnit planalması ilə  ΔT sahəsinin  
uçuşun nisbi hündürlüyü ilə korrelyasiya əlaqəsinin  analizi göstərmişdir ki, o,  
dərinlik obyekti ilə  əlaqədardır. Sahənin xarakterinə  və  səpinti axınlarında  
molibdenin mövcudluğuna  əsaslanaraq fərz olunur ki, müəyyən edilən obyekt  
özünü qranitoid intruzivi kimi  büruzə verir ki, ehtimal ki, həmin rayonun 
filizinin  mürəkkəb  genezisinin  hidrotermal  tərkibi  onunla  əlaqədardır.    


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə