Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə69/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   65   66   67   68   69   70   71   72   ...   128

199 
 
 
 
Şəkil  85. Çanaqçı  kalderasının sxematik  geoloji  xəritəsi. 
1 – dördüncü  dövr  çöküntüləri;  2 -  üst  bayos  riolitləri  və  onların  tufları;  3 – alt  bayos  bazaltları,  
andezit-bazaltlar  və  onların  tufları;  4 -  üst  yura  subvulkanik  andezitləri  və  dasitləri;  5 - üst  bayos 
subvulkanik  riolitləri və  riodasitləri;  6 - əsas  və  turş  tərkibli  daykalar;  7 – qabbro,  qabbro-dioritlər;  
8 – kvars  dioritləri,  qranodioritlər;  9 – vulkanik  mərkəzlər;  10- yarılmalar;  11 – mis filiz  təzahürləri;  
12 – dəmir filiz  təzahürləri; 13 – mis-sürmə təzahürləri. 
 
Göründüyü kimi, Çanaqçı vulkan-plutonik strukturunun formalaşması alt 
bayosdan üst yuraya qədər uzun inkişaf yolu keçmişdir. Belə ki, alt bayosda  
Zəyəmçay boyu “uzunömürlü”  yarılma  baş vermişdir.  Üst  bayosda  tektonik 
fəallıq davam etmiş, turş vulkanizm püskürmüş  və çökmə kalderasının  əsası 
qoyulmuşdur. Üst yurada qabbro və kvars dioritlərinin intruziyaları  formalaş-
mışır. 
Əsrikçayın sağ sahilini əhatə edən Qoşa filiz sahəsində müxtəlif miqyaslı  
aerokosmik  şəkillərin (1:1000000, 1:500000, 1:200000 miqyaslı) deşifrələn-
məsi sayəsində bir sıra halqavarı və xətti strukturlar aşkarlanmışdır ki, onlardan 
bəziləri müxtəlif filiz yataq və təzahürlərinin yerləşməsində biavasitə  müsbət 
rol oynayırlar. 
Deşifrələnmənin nəticələrinə  və geoloji müşahidələrə görə Axıncı  və 
Zəyəm çayları hövzəsinin halqavarı  və  xətti strukturları ayrılmışdır. Burada 
Qoşa filiz sahəsinin struktur vəziyyətinin sxemi tərtib edilmiş  və bu struktur 
elementlərin dəqiq diferensiasiyası qeyd olunmuşdur (şəkil 86).  
Kosmik  şəkillərin müxtəlif mərhələlərlə deşifrələnməsi nəticəsində 
Axınca və  Zəyəm çayları hövzəsində bir sıra müxtəlif tərtibli halqavarı 
strukturlar ayrılmışdır. Bu strukturlar (Qoşa, Yeldağ,  Şamlıq,  İsakənd, Qəribli 
və  Qızılqaya)  mənşəyinə görə müxtəlif genetik tiplərə aid edilir (kaldera, 


200 
 
ekstruziv, günbəz, vulkan-günbəz, tektonik-maqmatik və s. tiplər). Ölçülərinə 
görə mini struktura aid edilən (10-15 km-ə qədər) və diametri bir neçə yüz m-ə 
çatan kiçik halqavarı  strukturlar ayrılır (şəkil 86). 
 
Şəkil 86.  Axınca və Zəyəm çayları hövzəsində halqavarı və xətti strukturların 
yerləşmə sxemi  (Mansurov M.İ., 2004): 
1- halqavarı strukturlar; 2-3- xətti strukturlar.  
 
Yuxarıda qeyd etdiyimiz halqavarı strukturlardan daha böyük maraq kəsb 
edən  Əsrik və Axınca çayları arasında yerləşmiş Qoşa halqavarı strukturudur. 
O, mənşəyinə görə vulkan-plutonik tipə, ölçüsünə görə isə mini struktura (10-
15 km-ə  qədər) aid edilir. Bu struktur relyefdə yaxşı  əks olunmuş konsentrik 
formada deşifrələnir. Onun daxili hissəsi bayosun vulkanogen və vulkanogen- 
çökmə süxurlarından təşkil tapmışdır. Sonuncu öz növbəsində kvars-diorit 
intruzivi və dasitriolit subvulkan kütlələrinin çıxışları ilə yarılmışdır.  
Deşifrələnmiş materialların və mövcud geoloji, geofiziki, geomorfoloji 
məlumatların müqayisəli təhlili göstərir ki, Qoşa filiz sahəsi müasir strukturda 
turş intruziv kütlələrlə, müxtəlif tərkibli daykalarla yarılmış  və  mənfi qravi-
tasiya sahəsinə malik çökmə kalderası ilə  əks olunmuş uzunmüddətli filiz-
maqmatik mərkəzini özündə birləşdirən eyni adlı halqavarı strukturun daxilində 
yerləşmişdir. 
Strukturun daxilində turş  və orta tərkibli intruzivlər və ekstruzivlər 
yerləşmişdir. Halqanın daxilində eyni zamanda bir neçə kiçik halqa və yarım-
halqa qeyd olunmuşdur. Bütün bunlar kosmik və yüksəklik aerofotoşəkillərdə, 
müxtəlif yaşlı və tərkibli vulkanogen, vulkanogen-çökmə süxurları əhatə edərək 
yaxşı  həkk olunurlar. Bu strukturun halqavarı xüsusiyyəti paleovulkan 
qurğularının subvulkan kütlələri ilə, metasomatitlərin filiz təzahürləri və blok 


201 
 
pozulmaları ilə əlaqəsində qeyd olunur. 
Filiz sahəsi hüdudunda strukturun oval forması alt və üst bayosun vulka-
nogen süxurlarının sərhədlərinə uyğun gəlir. Ən zəngin filizləşmə məntəqələri 
halqavarı strukturun mərkəzindəki vulkan qurğularına uyğunlaşmışdır. Bu 
qarşılıqlı münasibətdən belə  nəticəyə  gəlmək olar ki, halqavarı strukturun 
əmələgəlməsi bayos vulkanogen kompleksinin konsolidasiyası ilə eyni vaxtda 
baş vermişdir. 
Filizləşmə əksər hallarda vulkanogen süxurlarda və onları kəsən subvul-
kan kütlələrində  cəmləşmişdir. Filiz kütlələrinin yerləşməsi, həm halqavarı 
struktur, həm də nisbətən geniş intervalda dəyişən xətti tektonik qırılmalarla 
nəzarət olunur. 
Şamlıq halqavarı strukturu kaldera tiplidir və  şərqdə yaxşı saxlanılmış 
Haçaqaya, Maraldağ, qərbdə isə Kamandar vulkan qurğuları ilə hüdudlan-
mışdır. Halqavarı strukturun kənar hissələrində üst bayos yaşlı intruzivlər, 
daykalar, riolitlərin və riodasitlərin ştokları inkişaf etmişdir.  
Kalderanın geoloji quruluşunda alt bayos yaşlı aqlomerat lavaları, riolit 
və riodasitlərin tufları və tufbrekçiyaları iştirak edir. Struktur daxilində müxtəlif 
fiziki anomaliyalarla səciyyələnən törəmə kvarsitlər zolağı inkişaf etmişdir. 
Məsələn, Bala Şamlıq sahəsində 2,5x1,5 km ölçüdə sulfid minerallaşmalı YP 
(yaradılmış polyarlaşma) anomaliyası ayrılmışdır. Bu anomaliya daxilində 5%-
lik fonda 

= -15 % intensivlikli sərbəst YP anomaliyası ayrılmışdır. Qəribli 
sahəsindəki anomaliya Zəyəm çayı bayunca uzanmaya malikdir. 
Şamlıq halqavarı strukturu yan süxurların şistləşməsi və kvarslaşması ilə 
müşahidə olunan müxtəlif istiqamətli qırılma pozulmaları ilə kiçik bloklara 
bölünmüşdür. Bu qırılma pozulmaları kosmik şəkillərdə asanlıqla deşifrələnir.  
İsakənd halqavarı strukturu Zəyəm çayının sol sahilində yerləşmişdir və 
morfoloji cəhətcə uzunsov formaya malikdir. O, Əhmədabad Qoşa və Yeldağ 
qırılmalarının kəsişmə düyününə uyğunlaşan Yeldağ halqavarı strukturu ilə 
konsentrik olaraq qovuşur. Struktur vulkan günbəz tipə aid edilir. Filiz sahəsi 
daxilində ona Yeldağ vulkan qurğusu cəlb olunmuşdur. Bu qurğunun mərkəz 
hissəsində geniş zolaq şəklində konsentrik yerləşmiş daykalarla və kiçik qırılma 
pozulmaları ilə haşiyələnmiş düşmə kalderası yerləşmişdir. Bu strukturun 
formalaşması relyefdə müsbət formaya malik mərkəz tipli Yeldağ vulkanik 
fəaliyyəti ilə şərtlənmişdir. Həmin strukturda mərkəzdən kənarlara doğru riolit 
və riodasitlərin konsentrik daykaları, həmçinin vulkan mərkəzindən radial 
aralanan qırılma pozulmaları yerləşmişdir. 
Bu sahədə geofiziki tədqiqatlarla bir YP anomaliyası (3%-lik fonda inten-
sivlik 

=-10%) ayrılmışdır. Bu anomaliya törəmə kvarsitlərdə yerləşərək, 
möhtəvi
 
minerallaşmalı
 
qırılma
 
pozulmaları
 
ilə
 
nəzarət
 
olunan
 
üç
 
areolla
 
əhatə 
olunmuşdur. 
Qızılqaya halqavarı strukturu ekstruziv günbəz tipinə aid edilir. Bu struktur 
Əsrikçayın sol sahilində yerləşmişdir və  şimal-şərq və  şimal-qərb istiqamətli 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə