Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə65/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   61   62   63   64   65   66   67   68   ...   128

187 
 
mişdir. Kiçik halqavarı strukturlar əksər hallarda ayrı-ayrı vulkan aparatları, 
subvulkanlar, kişik intruzivlər və s. kimi təzahür edirlər. 
Azərbaycanda müxtəlif  struktur-formasion zonalarda  makro,  mezo  və  
mikromaqmatogen halqavarı strukturlar ayrılır. Eninə xətlərdə onların  diametri  
bir neçə km-dən 100 km-ə  qədər dəyişir. Maqmatogen halqavarı strukturların 
formalaşması  əsasən mezokaynozoyda baş vermişdir və qabıqaltı (mantiya) 
maqmatizmlə olduğu kimi, həm də qabıq maqmatizmi ilə əlaqədardır. Sonun-
cunun təzahüretmə formasına görə, onlar plutonik, vulkanik (vulkan-tektonik)  
və ya vulkan-plutonik kimi tiplərə bölünür. Halqavarı intruziyaların fəzaca  
yerləşməsinin analizi göstərir ki, maqmatik komplekslər dəqiq tektonik  nəzarə-
tə malikdir, iri qırılma və rift zonalarına aid edilir. Halqavarı plutonik  struktur-
ların xüsusilə böyük sayı Ordubad və  Dəlidağ filiz rayonlarında, Dağlıq  
Talışda yerləşir və onların yerləşməsində uzunmüddətli fəal dərinlik qırılma  
zonaları  əsas  pol  oynayır. 
Qabıqaltı genezisli plutonik halqavarı strukturlara Talış qövsdaxili  
riftinin intruziv massivləri, qabıq mənşəli - Dəlidağ, Mehri-Ordubad, Atabəy-
Slavyanka, Xarxar, Cəyir aid edilir. 
Talış qövsdaxili riftdə peridotitlər, o cümlədən subqələvi qabbroidlərlə  
təmsil olunan plutonik massivlər bu halqavarı strukturların mərkəzində  yerləşir. 
Dəlidağ halqavarı strukturu eyniadlı intruziv massivi əhatə edir. Massivin  
inkişaf  rayonu qravitasiya  sahəsində  iri  intruziya  kimi  interpretasiya  olunan  
intensiv lokal anomaliya ilə  əks olunur. Qravimetrik məlumatlara görə, o,  
eosen qatları  və dördüncü dövr lava örtüyü altında gizlənən nəhəng batolitin  
kiçik bir hissəsi kimi təqdim olunur. Ehtimal olunur ki, halqavarı strukturun  
konturları həmin batolitin sərhədlərinə uyğun gəlir. 
Süxurların petroqrafik tərkibinə görə intruziv massivin mərkəz hissəsi 
kvars  dioritlərə, qranit-sienitlərə, qranitlərə və qranitdioritlərə aiddir . 
Mehri-Ordubad intruziv massivin inkişafı rayonunda iri tektonik-plutonik 
halqavarı struktur deşifrələnir ki, o da həmin massivin və  İrandakı Qaradağ  
intruzivinin  sərhədlərinə  uyğun  gəlir. 
Kosmik və kiçik miqyaslı aerofotoşəkillərin deşifrələnməsi nəticəsində 
Şəmkir horst qalxımı  və Daşkəsən qraben sinklinorisi hüdudlarında  Şəmkir, 
Daşkəsən və digər iri halqavarı strukturlar ayırmaq mümkün olmuşdur. Bu 
halqaların diametri 20-30 km-ə çatır. Strukturların mərkəz hissəsində nisbətən 
qədim yaşlı  və  dərində formalaşmış Atabəy-Slavyanka və Gilanbir plagio-
qranit, Gədəbəy, Daşkəsən, Barum-Barsum və  Şəmkir qrupu qranitoid intru-
zivləri yerləşir. 
Qaradağ filiz sahəsinin daxil olduğu Gədəbəy filiz rayonunda yuxarıda 
göstərilən iri halqavarı strukturların daxilində diametrlə ölçüləri 2-3 km-ə çatan 
daha kiçik halqavarı qırılmalar, qövsvarı parçalanmalar və struktur xətlər ayırmaq 
mümkündür (şəkil 77). Kiçik halqavarı strukturlar zəncir  şəklində Slavyanka 


188 
 
köndələn parçalanması boyu şimal-qərb istiqamətdə uzanaraq, əsas etibarilə 
müxtəlif cəhətlərə istiqamətlənmiş qırılmaların kəsişdiyi düyünlərə uyğun gəlir. 
 
Şəkil 77. Atabəy-Slavyanka plagioqranit massivində parçalanma 
pozulmaları və müxtəlif istiqamətli çat sistemləri.
 
Qaradağ məntəqəsi. İri miqyaslı aerofotoşəkil. Nisbətən tünd incə zolaqlar boyu inkişaf tapan 
ikinci dərəcəli parçalanma pozulmaları (1) və qısa nazik xətlərə uyğun gələn çoxlu sayda çatlar 
(2) aydın deşifrə olunur. Plagioqranitlərin kvarslaşmış massiv növləri  görünür (3). Onlar 
qayalıq formalarla və çatlardakı çoxlu sayda erozion şırımlarla təmsil olunmuşdur. 
 
Qaradağ, Xarxar, Arıxdam, Zəhmət, Atabəy, Qumlu və digər məntəqələrdə 
müəyyən edilən xırda halqavarı  qırılmalar geomorfoloji xüsusiyyətlərinə görə 
kosmik və aeroşəkillərdə dəyirmi, nadir  hallarda ellips şəkilli görünüşə malikdir. 
Təsvir edilən xırda halqavarı strukturlar öz təbiəti etibarilə ayrı-ayrı 
vulkan aparatları, subvulkan və  xırda, səthə yaxın intruzivlərlə  sıx bağlı olub, 
aerofotoşəkillərdə aydın, səlis deşifrə olunurlar (şəkil 78). 
Samanlıq, Xarxar kəndlərindən şimalda yerləşmiş məntəqələrdə aerofoto-
şəkillərdə çoxlu sayda qövsvarı parçalanmalar və struktur xətlər də ayrılır. 
Onların əmələgəlmə təbiəti heç də həmişə aydın deyil və çöl müşahidələrilə zəif 
təsdiqlənir. Ehtimal ki, bu halqavarı strukturlar qədim, dərin fəallıqlı qövsvarı 
və digər qırılma zonaları hesabına əmələ gəlmişdir. 
Şəmkir qalxımı  və xüsusilə  Gədəbəy filiz rayonunu əhatə edən  ərazinin 
kosmik, orta və iri miqyaslı yüksəklik  şəkillərinin deşifrələnməsi, habelə yer 
səthindəki yoxlama marşrutları  nəticəsində o qədər də böyük ölçülərə malik 
olmayan (5-10-dan 20-30 km
2
-ə  qədər), ayrı-ayrı tektonik blokları  sərhədlən-
dirən  şimal-qərb və  şimal-şərq istiqamətli regional parçalanma pozulmaları 
ayrılmışdır. Bu bloklar özünəməxsus geoloji quruluşla və filiz əmələgəlmə üçün 
vacib hesab edilən müxtəlif istiqamətli filizyerləşdirici və filizənə zarətedici 
pozulmalarla səciyyələnir. 


189 
 
 
Şəkil 78. Atabəy-Slavyanka plagioqranit massivində parçalanma 
pozulmaları və müxtəlif istiqamətli çat sistemləri. 
Xarxar məntəqəsi.  İri miqyaslı aerofotoşəkil. Tektonik pillələrlə aydın ifadə olunan daha iri 
parçalanmalar (1), incə tünd zolaqlı ikinci dərəcəli parçalanma pozulmaları (2) və incə tünd 
zolaqlı kiçik ölçülü lələkvarı çatlar (3). Şəklin aşağı sol küncündə oval formalı kiçik halqavarı 
struktur aydın nəzərə çarpır. 
 
Aerofotoşəkillərdəki bu xırda parçalanmalar iri qırılmalarla müqayisədə 
orta yura çöküntülərində daha yaxşı görünür və hidrotermal dəyişmiş süxurlar, 
habelə bitki örtüyü hesabına tünd fotoçalar yaradaraq ensiz, düzxətli zolaq 
şəklində deşifrə olunurlar (şəkil 79). 
Vulkanik, vulkan-plutonik və vulkan-tektonik halqavarı strukturlar    me-
qastrukturdan başqa bütün ölçü sinifləri ilə  təmsil olunur. Nəzərdən keçirilən  
tiplərin halqavarı strukturları Kiçik Qafqazın mezokaynozoy struktur formasion 
zonalarında  daha  çox  yerləşir. 
 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə