Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə61/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   57   58   59   60   61   62   63   64   ...   128

178 
 
Qeyd etmək lazımdır ki, paleozoy və mezozoy qırışıqlıq sistemində adalar 
qövsü vulkan zolağında halqavarı strukturlar müşahidə olunmur. Bir sıra 
tədqiqatlar, o cümlədən V.M.Bryuxana və V.A.Buş qeyd edirlər ki, bu regionun 
halqavarı strukturları intensiv qırışıq  əmələgəlmə prosesləri və yer qabığının 
deformasiyası nəticəsində pozulur. 
Vulkanik halqavarı strukturlar üçün aşağıdakı amillər səciyyəvidir: 
1)zolaq şəklində təyin olunma; 2)qranit- metamorfik qatın yaşına və quruluşuna 
görə fərqlənən, yer qabığının müxtəlif cinsli bloklarının tikiş qovşaqları hesab 
olunan iri eninə  dərinlik qırılma zonalarına dəqiq uyğunlaşması. Belə aydın 
uyğunluq Oxot-Çukotka zolağında, Kamçatka yarımadasında müəyyən olun-
muşdur; 3)vulkanik zolağın uzanmasını kəsən qırılmaların xüsusi rolu, eninə və 
uzununa qırılmaların kəsişmə qovşaqları. Bu amillər mühüm vulkan qovşaq-
larının yerləşməsini təyin edir və xüsusən Oxot-Çukotka, Primorsk və Katasiya 
zolağı üçün xarakterikdir; 4)iri vulkan tektonik çökəkliklər boyunca yerləşmiş 
kiçik halqavarı strukturlar satelitləri xatırladır. 
 
10.3.3.2.Plutonik halqavarı strukturlar 
  
Qabıqaltı maqmatizmlə  əlaqədar olan plutonik halqavarı strukturlar 
adətən Afrika-Ərəbistan kratonunda daha geniş yayılmışdır. Daha iriləri (200 
km-ə  qədər) mezo  və ministrukturlar qabbro-anortozit və  qələvi-ultraəsasi 
maqmanın geniş yayılması ilə  əlaqədardır. Məsələn, Buşveld kompleksi 
(zəncirvarı düzülmüş üç halqavarı struktur), Madaqasqarda Manami massivi, 
Baltik qalxanında Xibinsk və Lovozer plutonları  əmələgəlmələrini müşayiət 
edir. Onların yaşı  alt proterozoydan paleozoya qədər dəyişir. 
Paleozoy, mezozoy və kaynozoy yaşlı qələvi qabıqaltı maqmanın, karbo-
natitlərin və kimberlitlərin geniş yayılması ilə mikrostrukturların  əksəriyyəti 
əlaqədardır. Belə halqavarı strukturları formalaşdıran intruziyaların arasında, 
kiçik ştoklar və diatremlərdən başqa, Sudanda Salala, Britaniya adalarında Mul, 
Sibirdə Kondyor və s. kimi məşhur dairəvi və konusvarı intruziyalar da vardır.  
Qitələrdə qabıq qranitoid maqmatizmi çox geniş yayılmışdır və onlar 
hazırda məlum olan halqavarı strukturların, demək olar ki, yarısının  əmələ 
gəlməsində  iştirak edir. Bu maqmatizm həm qədim platformaların fanerozoya 
qədərki kontinental qabığında, həm də fanerozoy yaşlı qırışıqlıq qurşaqlarında 
inkişaf tampışdır. 
Plutonik halqavarı strukturların yaranması həm yer səthinə yaxın, həm də 
litosferin səthə yaxın hissəsində gizlənmiş qabıq qranitoid plutonları ilə əlaqə-
dardır. Onlar plaqioqranit, qranodiorit və normal qranitlər vasitəsilə qabbro-
diorit və dioritlərdən alyaskit və qələvi-qranit tərkibli intruziyalara qədər qabıq 
maqma intruziyalarının çox geniş spektrini müşayət edir. Plutonik halqavarı 
strukturlarla  əlaqədar olan intruziyaların formaları müxtəlifdir (məsələn, iri 


179 
 
batolitlər, qalın çat intruziyaları, iri izometrik ştoklar, dairəvi və konsentrik 
intruziyalar). 
Plutonların və halqavarı struktur sərhədlərinin qarşılıqlı  əlaqəsinə görə, 
onların erozion kəsilişlərində V.A.Buş üç müxtəlif qrup ayırır: qranit plutonu-
nun erozion sərhədinin bütövlüklə daxilində yerləşən endoplutonik strukturlar
plutonun çıxış  sərhədlərinə uyğun gələn  periplutonik halqavarı strukturlar; 
mərkəzi hissədə qranitoidlərin  çıxışı ilə uyğun gələn (və ya intruziya eroziya 
ilə açılmamışdır, lakin onun mövcudluğu dolayı geoloji məlumatlar və ya 
geofiziki zondlama ilə təyin edilir) ekzoplutonik halqavarı strukturlar. 
Plutonik halqavarı  strukturlara qabıqaltı  mənşəli  ultraəsasi  süxurlardan,  
böyük  ehtimalla,  qabıq  mənşəli  turş və  orta  turş  süxurlara  qədər  müxtəlif  
tərkibli  intruziv  massivlər  aid  edilir. 
Bu tip halqavarı strukturlar qabıqaltı (mantiya) maqmatizmlə  əlaqədar 
olub, Afrika-Ərəbistan kratonunda və  Şərqi Avropa platformasında  ətraflı 
öyrənilmişdir. 
Bu regionun daha iri mezo və mini strukturları qabbro anortozit və qələvi 
ultraəsasi
 
maqmanın təzahürü ilə əlaqədardır və Buşveld kompleksinin (zəncir-
varı yerləşmiş üç halqavarı struktur), Madaqaskar adasında Manama massivi-
nin, Baltik qalxanında Xibin plutonun əmələ gəlməsinə uyğunlaşmışdır. Bunla-
rın yaşı ilk proterozoydan paleozoya qədər hesab olunur. 
Paleozoy, mezozoy və kaynazoy yaşlı qabıqaltı qələvi maqmanın, karbo-
natitlərin, həmçinin kimberlitlərin təzahür etməsilə diametrləri ilk km-lərdən 
15-20 km-ə qədər olan mikrostrukturlar əlaqədardır. Bu strukturların formalaş-
masını şərtləndirən intruzivlər arasında böyük olmayan ştoklar və diametrlərlə 
təmsil olunmuş halqavarı inruzivlər iştirak edir ( məsələn, Sudanda Salame
Sibirdə Konder kompleksləri və s.) (şəkil 76).
 
Afrika-Ərəbistan kratonunda halqavarı strukturların  əhəmiyyətli miqdarı 
qələvimafit ultramafit və mafit ultramafit tərkibli massivlərin təzahür etməsilə 
əlaqədardır. 
Məşhur erkən proterozoy yaşlı Buşveld massivi diametri 20 km-ə  qədər 
olan iri halqavarı strukturla bir sırada əmələ gəlmişdir. Onun halqavarı quruluşu 
noritlərin, piroksenitlərin, harsburgitlərin, dunitləri diferensasiyaya uğramış 
layların çıxışlarının, həmçinin  ətraf çökmə  və vulkanogen komplekslərin 
halqavarı yerləşməsilə xarakterizə olunur. Massivin strukturunda başlıca rolu 
dioritlər və olivinli dioritlər oynayır. 
Kompleksin mantiya mənşəli olması, həmçinin kütlənin qalxmasının beş 
əsas kanal üzrə baş verməsi dəqiq müəyyən olunmuşdur. Bununla yanaşı, 
mantiya ocağında nisbətən tədrici  ərimə sial qabığın hissə-hissə  əriməsinə  və 
gec qraniti verən ərintinin təzahür etməsinə səbəb olmuşdur. Maraqlıdır ki, bir 
sıra tədqiqatçılar Buşveld kompleksinə yüksək sürətli təsir strukturu kimi 
baxmışlar. Bu zaman massivin qabığını  təşkil edən çökmə süxurların  əriməsi 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə