Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə57/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   53   54   55   56   57   58   59   60   ...   128

168 
 
 
Şəkil 74. Halqavarı strukturların quruluş sxemi:  
A-konsentrik;  B-əlaqəli;  C-orbital;  D-mürəkkəb. 
 
Halqavarı strukturların sərhədləri nüvədən daha uzaqlaşmış konsentrik 
elementlər və ya fotoanomaliyalarla hüdudlanmış xarici sərhədlər hesab olunur. 
Bu strukturlar tez-tez qırılma sistemləri ilə mürəkkəbləşirlər: konsentrik, 
kəsişən, seqmentvarı, radilal. Halqavarı strukturların kosmik şəkillərdə  əks 
olunması müxtəlifdir və bir sıra amillərdən asılıdır: ölçü, tektonik fəallıq, 
saxlanılma dərəcəsi və s. Eyni zamanda kiçik diametrli halqavarı strukturların 
böyük diametrli obyektlərlə müqayisədə daha dəqiq və etibarlı deşifrə olunması 
əsas amil hesab olunur. 
Halqavarı strukturların relyeflə müxtəlif münasibətləri müəyyən 
edilmişdir, belə  ki, onlar relyefin uyğun forması ilə əks olunduqda düzünə, əks 
münasibətdə olduqda isə cevrilmiş hesab olunurlarTəbiətdə halqavarı struktur-
lar tez-tez çökəkliklər qismində çıxış edirlər. Onlar yer səthində tək və ya qrup 
halında yerləşirlər. Hələlik geoloji ədəbiyyatlarda halqavarı strukturların təyin 
olunmasında vahid terminologiya yoxdur. Hazırda halqavarı strukturlarla yanaşı 
Yer qabığında halqavarı obyektləri təyin etmək üçün ayrı-ayrı müəlliflər tərə-
findən aşağıdakı anlayışlar istifadə olunur: “halqavarı morfostrukturlar”, “mər-
kəzi tip morfosrukturlar” (V.V.Soloyev), “mərkəzi tip kosmogeoloji struktur-
lar” (Z.F.Volceqursk, V.Q.Pro-nin), “izometrik strukturlar” (D.M.Trofimov), 
“mərkəzi kosmogeoloji obyektlər” (V.A.Fovarskaya) və s. 
Geoloji  ədəbiyyatlarda halqavarı strukturların genezisi uzun müddət müza-
kirə olunmuşdur. Bir sıra tədqiqatçılar (V.Z.Barsukov, İ.A.Necayeva, B.S.Zeylik, 
A.Qudvin, F.Kinq və s.) halqavarı strukturlara meteoritlərin izləri kimi, digərləri 
isə (S.S.Bıstrovskaya, V.Q.Mojayeva və s.) tektonik-maqmatik proseslərin nəticəsi 
kimi baxırdılar. Tədricən kosmik şəkillər üzrə  təcrübənin toplanması, onların 
öyrənilməsinin geoloji analizi yer səthində halqavarı strukturların daha çox genetik 
tiplərinin aşkar olunmasına imkan verdi. Halqavarı strukturların təsnifatı ilə bir sıra 


169 
 
alimlər, o cümlədən B.A.Buş, O.M.Barisova, A.K.Qluxa, Y.S.Kuteynikova, 
S.İ.Strelnikova və s. tədqiqatçılar məşğul olmuşlar. 
Halqavarı strukturlar bir çox əlamətlər üzrə  təsnif olunurlar: ölçülərinə, 
genezisinə, quruluşunun mürəkkəbliyinə, relyeflə  əlaqəsinə, kosmofotoşəkil-
lərdə əks olunmalarına, həndəsi xüsusiyyətlərinə görə və s. 
Bu strukturlar  müxtəlif üsullarla aşkar olunurlar: geoloji (planalma), 
geomrfoloji (relyefin quruluşunun təhlili) və geofiziki (maqnit və qravitasiya 
anomaliyalarının təhlili). Lakin əsas üsul aerokosmik materialların deşifrələn-
məsi hesab olunur. 
Kosmik  şəkillərdə müxtəlif tip və miqyaslı halqavarı strukturlar ətraf 
sahələr və ya şəkil təsvirlərilə müqayisədə  müxtəlif, o cümlədən acıq və tünd 
fotoanomaliyalarla ayrılır. Onlar sahəvi tam dairəvi və ya xətti və qövsvarı 
konturlarla  əks olunurlar. Fotoanomaliyalar struktur daxilində  və xaricində 
landşaft xüsusiyyətlərilə (bitki, torpaq, relyef), həmcinin süxurların litoloji 
tərkibi, tektonik, hidrogeoloji şərait və s. əlaqədardır. Bu zaman halqavarı 
strukturlar kosmik şəkillərdə aydın və qeyri aydın  əks oluna bilərlər. Aşkar 
olunmuş halqavarı anomaliyaların daha etibarlı təsdiq olunması ücün  müxtəlif 
mövsümlərdə  və müxtəlif spektrlərdə  cəkilmiş kosmik şəkillərə kompleks 
baxmaq lazımdır. Kosmik şəkillər üzrə ayrılmış halqavarı strukturlar sonradan 
geoloji olaraq interpretasiya olunmalı, geoloji, geofiziki və geomorfoloji 
üsullarla onların mənşəyi, yaşı və s. parametrləri aydınlaşdırılmalıdır.  
Halqavarı obyektlərin geoloji üsullarla interpretasiyası onların məlum 
geoloji obyektlərlə (intruziyalarla, tektonik strukturlarla və s.) əlaqəsinin bərpa 
olunmasına imkan verir. Bunun ücün halqavarı strukturların sərhədləri  geoloji 
əmələgəlmələrin həm səthdə, həm də dərinlikdə sərhədlərilə müqayisə olunur. 
Bu zaman strukturların və geoloji obyektlərin konturları üst-üstə düşə bilər, 
məsələn, intruziyalar və ya vulkanik formalar. 
İri halqavarı strukturların sərhədlərinə müxtəlif geoloji proseslər (maq-
matik, metamorfik, tektonik) nəticəsində formalaşmış müxtəlif yaşlı və müxtəlif 
cinsli geoloji əmələgəlmələr uyğun gəlir. Bu geoloji proseslər iri halqavarı 
strukturlara nisbətən cavan hesab olunurlar. Buna görə  də iri halqavarı struk-
turların genezisinin müəyyən olunması cətinlik törədir. 
 
10.3.1.Halqavarı strukturların ölçüləri və genezisi 
 
 Halqavarı strukturların öyrənilməsi təcrübəsi göstərir ki, kifayət qədər 
dəqiq və elmi əsaslandırılmış təsnifatın yaradılması üçün çoxsaylı əlamətlərdən 
(ölcü, morfologiya, relyefdə əksolunma, genezis və yaş) ikisi əsas hesab olunur: 
ölçü və genezisi. Halqavarı strukturların diametri geniş intervalda dəyişir və 
ölçülərinə görə 4 sinfə ayrılır: 1) diametri bir neçə yüz və  ilk min kilometrlərə 
qədər olan meqastrukturlar; 2) diametri ilk yüz  kilometrlərlə ölçülən makro-


170 
 
strukturlar; 3) diametri 10-15 kilometrdən 150 kilometrə  qədər olan mezost-
rukturlar; 4) diametri 10-15 kilometr olan mikrostrukturlar.  
Məlum olduğu kimi, strukturların ölçüləri bir qayda olaraq, onların 
dərinlik üzrə yatımı ilə əlaqədardır. Daha iri meqa və makrostrukturlar mantiya 
yatımına malikdir, mezo və mikrostrukturlar isə qabıqla əlaqədardır. Geofiziki 
sahələr üzrə  təhlilə görə, strukturların dərin horizontlarla əlaqəsi daha dəqiq 
müəyyən oluna bilər. Qabıq üçün bazalt, qranit və ya çökmə metamorfik qatla 
əlaqədar olan strukturların ayrılması mümkündür. 
Formasına görə halqavarı strukturlar sadə  və  mürəkkəb tiplərə ayrılır. 
Sadə strukturlar halqa, oval və dairə formasında təzahür edir, mürəkkəb 
strukturlar isə konsentirik quruluşa malikdir. Həm sadə, həm də mürəkkəb 
strukturlar qapanmış, fraqmentar və yarımhalqavarı ola bilər. 
Relyefdə  əks olunmasına görə halqavarı strukturlar qalxmalarla əks 
olunmuş müsbət və enmələrlə  əks olunmuş  mənfi tiplərə ayrılır. Bir sıra 
halqavarı strukturlarda vallar və ya qalxma zonaları ayrılır. Bir sıra strukturlar 
isə relyefdə mürəkkəb və ya denudasion proseslərin pozulması ilə  əlaqədar 
olaraq aydın olmayan formalara malik olur. Hazırda öyrənilən halqavarı 
strukturlar arasında müxtəlif qitələrdə müsbət formalı strukturlar üstünlük təşkil 
edir. 
Halqavarı strukturların müxtəlif geoloji amillərlə (endogen, ekzogen, 
kosmogen) sərtləşmiş genetik xüsusiyyətləri nisbətən az əhəmiyyət kəsb edir. 
Bu zaman halqavarı strukturlar bəzən bir geoloji amillə  təmsil oluna bilər və 
onlar bu halda monogen hesab olunurlar. Əgər halqavarı strukturlar bir neçə 
geoloji proseslərin qarşılıqlı fəaliyyəti nəticəsində təzahür edirsə, bu halda onlar 
poligen hesab olunurlar. Halqavarı strukturların ölçüləri arasında, onların 
quruluşunun mürəkkəbliyində  və formalaşma müddətində  dəqiq və birbaşa 
asılılıq qeyd olunur. Məsələn, kiçik halqavarı strukturlar monogenezislidir və 
nisbətən qısa müddətli geoloji proseslərin nəticəsidir. Diametri yüz km və daha 
artıq olan halqavarı strukturlar isə bir neçə geoloji proseslərin (maqmatizm, 
metamorfizm, tektonogez və s.) nəticəsində formalaşa bilər. Belə halqavarı 
strukturlar uzun müddət  bəzən bir neçə mln il ərzində formalaşır. 
Monogen halqavarı strukturlar daha iri poligen strukturları mürəkkəbləş-
dirir. Halqavarı strukturların bütün bu kimi quruluş xüsusiyyətlərini və forma-
laşma mexanizmini nəzərə alaraq, onların təsnifatı  işlənilmişdir. Təsnifatın 
əsasını iki əsas əlamət təşkil  edir: ölçü və struktur genetik müxtəliflikÖlçü-
lərinə görə beş  əsas struktur sinif ayrılmışdır:  meqa, makro, mezo, mini və 
mikro. Qeyd etmək lazımdır ki, adətən halqavarı strukturların 10-20%-nin 
genetik xüsusiyyətlərini müəyyən etmək mümkün olmur. Bu halda onları 
genezisi aydınlaşdırılmamış xüsusi tip strukturlara aid etmək olar. 
Hazırda mövcud olan müxtəlif tip halqavarı strukturları aşağıdakı genetik 
qruplarda birlşəşdirmək olar: 1) metamorfogen; 2) maqmatogen; 3) tektonogen; 
4) mürəkkəb genezisli nuklearlar və impaktlar; 5) ekzogen strukturlar. 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə