Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə60/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   56   57   58   59   60   61   62   63   ...   128

175 
 
Tunqus sineklizinin əksər halqavarı strukturları trias yaşlı eroziyadenudasiya 
prosesləri nəticəsində  əhəmiyyətli dəyişilmiş vulkan tektonik çökəkliklərin  
nəhəng kalderaların qalıqlarına cavab verir  (şəkil 75). 
 
 
Şəkil 75. Maqmatogen halqavarı strukturların formalaşma sxemi. 
 
Daha bir qrup halqavarı strukturlar qabıqaltı maqmatizmlə  sərtləşərək, 
Sakit Okean vulkanogen zolağının arxasında səpələnmiş strukturlar (diametri 
100 km-dən böyük olmayan) əmələ gətirirlər. 
Qabıq halqavarı struktur qrupları kaynazoyun riftogenezinə daha çox 
meyllidir və Böyük Afrika rift zonasında yaxşı  əks olunmuşdur (məsələn, 
Qırmızı dəniz rift zonasında Klimancaro vulkan tektonik halqavarı strukturu). 
Sonuncu halda Yəmən  Ərəb Respublikasının cənub-qərb sahilində 
yerləşən Cazibat-Zunar (şimal) və Cazibat-Əl-Haniş (cənub) adalarının 
halqavarı vulkanik strukturları Qırmızı dəniz rift zonasının müasir vulkanizmilə 
birbaşa əlaqəlidir və üst pliosen bazaltlarından təşkil tapmışdır. 
Cazibat-Zunar halqavarı strukturunun sərhədi diametri 8 km-ə yaxın olan 
maili qalxan vulkana uyğun gəlir və diametri 1 km-ə qə-dər olan dəqiq deşifrə 
olunmuş iki kaldera zirvəsinə malikdir. Vulkanik halqavarı struktur şimal-şərq 
istiqamətli paralel qırılma sistemlərilə  kəsilir və aero və kosmik planalma 
materiallarına görə dəqiq deşifrə olunan radial çat sisteminə malikdir. 
Cazibat-Əl-Haniş halqavarı strukturu adanın qeyd olunacaq genişlən-
məsilə üst-üstə düşməsinə baxmayaraq, praktiki olaraq, relyefdə  əks olunma-
mışdır. Ada boyunca qırmızı  dəniz riftinin transformqırılma sisteminə paralel 
şimal-şərq istiqamətli çat sistemi uzanır. Çat boyunca 9 dəqiq deşifrə olunmuş 
şlak konuslarının zəncirləri yerləşir. 
Avroasiyanın qabıq halqavarı strukturları: 1) subqələvi vulkan kontinental 
vulkan zolağının vulkanik strukturları ilə; 2) adalar qövsü vulkan zolağı ilə  
əlaqədardır.  
Halqavarı strukturların daha bütöv vulkanik kökü gec mezozoy paleogen 
kontinental vulkan zolağında qitə ilə Sakit okean arasında yerləşmiş Oxot-


176 
 
Çukotka, Primorsk, Katasiya və Tibet vulkan qurşağında yerləşmiş strukturlarla 
təmsil olunmuşdur. Burada müxtəlif diametrli (1-10 km-dən 200-300 km-ə 
qədər) yüzlərlə halqavarı strukturlar qeyd olunmuşdur. İri halqavarı strukturlar 
geniş vulkan tektonik çökəklik görünüşünü xatırladır. Bəzi hallarda isə 
qranitoid intruzivlərilə müşaiyət olunan vulkanik zolağın qalxmış bünövrəsilə 
üst-üstə düşən müsbət formalarda müəyyən edilmişdir. Bu halda halqavarı 
strukturun genezisi vulkan-plutonik kimi qeyd olunur. 
Şimali Amerika qitəsində vulkan-plutonik halqavarı struk-turlar regionun 
cənub-qərb hissəsində mezozoy-kaynazoy vulkanizmi sahəsində inkişaf 
tapmışdır. Məsələn, Qayalı dağların cənub hissəsində kosmik şəkillərdə San-
Xuan strukturu daha aydın deşifrə olunur. Bu struktur özündə triastəbaşir 
çöküntüləri və paleogen,neogen vulkanitlərilə dolmuş çökəkliyi əks etdirir. Bu 
strukturun quruluşu üzərində  ətraflı dayanaq. Quruluşda kembriyəqədərki 
süxurlar iştirak edən San-Xuan dağları  şimala doğru yarımhalqavarı olaraq 
çökəkliyi  əhatə edir. Çökəklik onu cənub-şərqdən hüdudlandıran çoxsaylı 
qövsvarı parçalanmalarla pozulmuşdur. Bünövrənin strukturunda çökəklik 3 
km-ə  qədər dərinliyə, mantiya sahəsində isə halqavarı  və  hətta konsentrik 
anomaliyaya uyğun gəlir. 
Koloroda yaylası daxilində yerləşən San-Xuan, Koloroda və digər 
çoxsaylı strukturlar özlərində iri vulkan tektonik halqavarı strukturları  əks 
etdirir. Koloroda halqasının mürəkkəb quruluşu maqnit sahəsinin konsentrik 
halqavarı quruluşunda  əks olunmuşdur. Buna görə  də Koloroda yaylasının 
müasir strukturu daha qədim  kembriyəqədərki  dövrü əks etdirir. 
Regionun digər böyük halqavarı strukturu Böyük hövzə strukturudur. O, 
Kordilyer submeridional zolağının  şərq və  qərb qanadlarına ayrıldığı  mərkəzi 
hissələrdə yerləşmişdir. Bu struktur həm kosmik şəkillərdə, həm də bütün 
xəritələrdə yaxşı  əks olunmuşdur. Strukturun mərkəz hissəsində Hövzə  və 
Silsilə  əyaləti sahəsində  və onun kənarları üzrə bir sıra daha kiçik vulkan-
tektonik halqavarı strukturlar Qərbi Yut (diametri 300 km-ə yaxın), Mərkəzi 
Nevada (diametri 240 km), Solt-Zeyksk (diametri 210 km) və s. inkişaf tap-
mışdır. Bu strukturlar quruluşca yaxındır: mərkəzi hissəsi düşmüşdür və 
vulkanitlərdən təşkil olunmuşdur, onları  əhatə edən silsilə qövsvarı formaya 
malikdir və əksər hallarda şimala və cənuba doğru qapanmamışdır; onlar qədim 
süxur komplekslərindən təşkil olunmuşdur. 
Böyük Hövzə halqavarı strukturu onun kənarları boyunca yerləşmiş 
kembriyəqədərki süxurların çoxsaylı  çıxışları ilə müşayiət olunur. Bu iri 
çökəklik kosmik şəkillərdə yaxşı  əks olunmuşdur. Ağırlıq qüvvəsi sahəsinin 
dəqiq tədqiqatları sübut edir ki, bu tip qravitasiya anomaliyasının təzahür etmə-
si mantiyanın isti axınının inkişafını göstərir. Kaldera mürəkkəb quruluşu əhatə 
edir. Burada 1,2 mln il əvvəl turş vulkanik süxurlar (riolitlər) püskürməyə baş-
lamışdır. Sonradan kalderanın  əmələ  gəlməsilə maqmatik ocağın qabığının 
kəskin düşməsi baş vermişdir. Bu mərhələyə riolit külləri örtüyü cavab verir. 


177 
 
Kalderanın diametri 80 km-ə qədərdir. Altdan isinmənin davam etməsi çoxsaylı 
qeyzerlərin təzahür etməsinə  səbəb olmuşdur. Hazırda onların sayı 200-ə 
qədərdir. 
Qeyd edək ki, Meksika ərazisində vulkan qurğularının əksəriyyəti halqa-
varı formadadır və müxtəlif istiqamətli qırılma zonalarının kəsilmə qovşaq-
larına uyğunlaşaraq, müxtəlif miqyaslı kosmik şəkillərdə konsentrik formada 
olmaqla, yaxşı deşifrə olunur. 
Cənubi Amerikanın vulkanik halqavarı strukturları arasında diametrləri 
400-450 km olan nisbətən iri iki struktura baxılmışdır. Bu strukturlar Titikana 
dənizindən qərbdə yerləşmişdir. Onlar əsasi və turş tərkibli lavaların hesabına 
formalaşmışdır və kosmik şəkillərdə konsentrik formada olduqca etibarlı deşifrə 
olunur. 
Bu strukturlarla yanaşı, iri və orta miqyaslı kosmik şəkillərdə And zolağı 
boyunca inkişaf tapmış vulkan qurğuları aydın görünür. 
Avstraliya  ərazisində maqmatik halqavarı strukturlar arasında eyniadlı 
adanın mərkəzində formalaşmış Tasman halqavarı strukturu ayrılmışdır. Bu 
strukturun diametri 150 km-ə  qədərdir və relyefdə halqavarı  mənfi anomaliya 
şəklində  zəif  əks olunmuşdur. Struktur iki müxtəlif  tektonik zonada: gec 
kembriyəqədərki qırışıqlıq zolağı və paleozoy qırışıqlıq sistemi. 
Tasman strukturu ilə ilk təbaşir yaşlı trapp sahəsi üst-üstə düşür və 
strukturun yaşı  təbaşir qəbul olunmuşdur. Aralıq dənizi alp dağ  qırışıqlıq 
zolağının Zakarpatye, Şərqi Tavro-Kiçik Qafqaz və Urmiyə-Doxtar halqavarı 
strukturları, həmçinin Kamçatka regionu qismən eroziyaya uğraması  və kiçik 
diametrli (50 km-ə qədər) olması ilə fərqlənir. Bu strukturlar adətən iri poligen 
stratovulkanlara - Elbrus, Kazbek, Ararat, Demavəndi və s. uyğun gəlir. Qeyd 
etmək lazımdır ki, yaxşı öyrənilmiş bu strukturlar aerokosmik şəkillərdə aydın 
deşifrə olunmur. Bunun səbəbi strukturların xarici sərhədlərində cavan yaşlı 
lava materiallarının toplanmasıdır. 
Məlumdur ki, neogen dördüncü dövr kontinental vulkanik zolağı demək 
olar ki, vulkan tektonik mənşəli çökəkliklərdə inkişaf tapmışdır. Vulkan kalde-
rası tipli iri kalderaya misal olaraq, Ermənistandakı Araqas vulkan qurğusunu 
göstərmək olar. Diametri 150 km-ə qədər olan iri halqavarı strukturlara, həmçi-
nin Kamçatkada yerləşən Klyuçevskaya Sopka və Şiveluç strukturlarını da aid 
etmək olar. 
Daha bir qrup analoji genezisli halqavarı strukturlar Kuril, Flippin, Yapon 
və Zond müasir adalar qövsü vulkan zolağının, həmçinin Aralıq dənizinin 
vulkan qövsünün strukturlarını  əmələ  gətirir. Bu strukturlar müasir lava 
materialları ilə örtülməsilə əlaqədar olaraq, kosmik şəkillərdə çətinliklə deşifrə 
olunurlar. Buna görə də onların etibarlı aşkar olunması üçün əlavə topoqrafik və 
batimetrik xəritələrdən, geoloji,geofiziki materiallardan və s. istifadə olunması 
tələb olunur. 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə