Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə63/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   59   60   61   62   63   64   65   66   ...   128

183 
 
strukturun mərkəz hissəsini  əhatə edir və ya intruziya eroziya vasitəsilə 
tamamilə açılmamışdır. 
Plutonik halqavarı strukturların quruluşu üzrə  dəqiq geoloji,geofiziki 
məlumatların öyrənilməsi göstərir ki, onların xarici sərhədi daha çox ayrılma 
çatlarının səpələnmə zonaları ilə  şərtlənmişdir. Bu zaman strukturun daxili 
hissəsi şaquli qabarmaya məruz qalır. Sonuncuya səbəb təmas süxurlar arasında 
nisbətən yüngül qranit kütləsinin izostatik büruzə verməsi  ola bilər. Bu 
təsəvvürün dolayısı  təsdiqinə  səbəb bir çox hallarda qranit massivləri üçün 
xarakterik olan sahə üzərində  fəal neotektonik qalxmalar ola bilər. Bu hadisə 
həmçinin paleozoy yaşlı massivlər üçün də qeyd olunur. Bir çox hallarda 
geofiziki məlumatlar təsdiq edir ki, deşifrə olunan endoplutonik halqavarı 
strukturların səthində intruziv süxurlar maksimum şaquli qalınlığa malikdir. 
Plutonik strukturlar arasında mikro strukturların inkişaf etməməsi onların 
formalaşmasının izostatistik mexanizminin mümkünlüyünün məhdud olması ilə 
izah olunur.  
Digər hallarda plutonik strukturların xarici halqavarı sərhədinin mənşəyi 
aşınma və denudasiya proseslərilə müqayisədə endotəmas və ekzotəmas 
süxurların mexaniki davamlılığının müxtəlifliyilə  əlaqədardır. Relyefdə 
intruziya ətrafında halqavarı val, mərkəzində isə çökəkliklər formalaşır.  
Bir sıra iri plutonik halqavarı strukturlar (məsələn, Zerendin) bir qrup 
qranit massivlərini əhatə edir. Belə strukturların mənşəyi hələlik mübahisəlidir. 
Plutonik halqavarı strukturlar qədim platformalarda kifayət qədər geniş 
inkişaf tapmışdır. Onlara səciyyəvi misallar olaraq, Ukrayna qalxanında orta 
proterozoy yaşlı Korostensk plutonunu, Baltik qalxanında üst proterozoy qranit-
lərinə uyğunlaşmış strukturları, həmçinin Afrikada halqavarı qranit massivlərlə 
əlaqədar olan strukturları göstərmək olar. Eyni zamanda kembriyəqədərki  qitə 
qabığında plutonik strukturların digər strukturlara nisbətən rolu azdır. Ehtimal 
ki, bu, qədim qalxanlarda plutonik strukturların sərhədlərini  əhatə edən meta-
morfizm prosesilə əlaqədardır. 
Fanerozoy qırışıqlıq qurşağı  ərazisi üçün plutonik halqavarı strukturlar 
daha xarakterikdir və onlar burada bütün halqavarı strukturların 1/3-ni təşkil 
edir. Oxşar strukturların çox hissəsi Sibir platformasının cənub sərhədi boyunca 
Yuxarı Çukotka qırışıqlıq sistemində yerləşmişdir. 
Plutonik halqavarı strukturların öyrənilməsi çoxlu yeni geoloji məlumat-
ların alınmasına imkan verir. Geniş qranit sahəsi sərhədləri daxilində deşifrə 
olunan endoplutonik halqavarı strukturlar bir  çox maraqlı məlumatlar verə bilər 
(məsələn, Bureun massivi, Zabaykalye və Stanov silsiləsi batolitləri). Həmin 
məlumatlar müəyyən dərəcədə belə massivlərin endotektonikasını açmağa 
imkan verir. Ekzoplutonik strukturların izlənilməsi təcrübi əhəmiyyət kəsb edir. 
Ekzoplutonik strukturlarla müasir errozion kəsimdə açılmamış qra-nitoid 
massivləri və filiz yataqları əlaqədar ola bilər. 


184 
 
Indi isə plutonogen mənşəli qabıq halqavarı strukturlarının qısa səciy-
yəsinə baxaq. 
Avroasiyada bu halqavarı strukturlar qranitoid plutonlarının müasir 
eroziya ilə açılması ilə  əlaqədardır və fanerozoy qırışıqlıq qurşağında olan 
halqavarı strukturların yarısından çoxunu təşkil edərək, geniş yayılmışdır. 
Proterozoy qitə qabığının inkişaf sahəsində belə strukturlar V.A.Buş, 
V.N.Bryuxanov və b. məlumatlarına görə, sayca azlıq təşkil edir. Bu da qədim 
qalxanlarda plutonik halqavarı strukturların elementlərinin "yuyulmasına" 
səbəb olan metamorfizm prosesilə izah olunur. Maraqlıdır ki, Ural qabbroid 
massivi halqavarı strukturlarla ümumiyyətlə müşaiyət olunmur.  
Qabıq plutonik halqavarı strukturların əksəriyyətinin diametri 50-100 km-
dən artıq olmur. Onlar V.N.Bryuxanov və V.A.Buşun qeyd  etdiyii kimi, iri 
ştokların kənarlarını  və böyük olmayan qranitoid batolitlərini  əhatə edən adi 
submeridional zonalar üzrə əmələ gəlmişdir.  
Səciyyəvidir ki, qabıq plutonik kütlələr üzrə əmələ gələn bir çox halqavarı 
strukturlar kosmik şəkillərdə halqavarı strukturların xarici sərhədində forma-
laşan təmas metamorfizmləşmiş  ətraf süxurların halqavarı areolları
 
hesabına 
dəqiq deşifrə olunur. Bəzi hallarda isə halqavarı strukturların formalaşmasına 
səbəb olan intruziv kütlələr eroziya vasitəsilə açılmamış olur. Bu zaman onların 
mövcudluğu dolayı əlamətlər vasitəsilə müəyyən olunur. Məsələn, Balxaş gölü-
nün şərq sahilində Alkalin halqavarı strukturu qravitasiya və maqnit sahələrinin 
səciyyəvi xüsusiyyətlərinə görə müəyyən edilmişdir.  
Həmçinin diametri 200-300 km olan halqavarı strukturlar da məlumdur: 
məsələn, Qazaxıstanda Zarandin halqavarı strukturu, Burenin massivinin, 
Zabaykalyenin,  Şimali Monqolustanın halqavarı strukturları. Belə hallarda 
qranitoid massivləri ümumi maqmatik mənbəyə malikdir və halqavarı struk-
turlar formasında təzahür edir. Qranitoidlərin geniş sahəsi daxilində bəzi hallar-
da bir sıra halqavarı strukturlar deşifrə olunur. Belə kiçik halqavarı strukturlar 
ya geoloji xəritəalma ilə müəyyən olunmamış intruziyalarla, ya  da intruzivləri 
formalaşdıran ayrı-ayrı maqma çatdıran kanallarla əlaqədar ola bilər. 
Qranitoid intruzivlərinin qabıq plutonik halqavarı strukturları Afrika və 
Ərəbistanın bütün qalxanlarında geniş inkişaf tapmışdır.  
Böyük olmayan (75-150 km-ə  qədər) halqavarı strukturlar kembriyəqə-
dərki bünövrənin çıxışları üçün xarakterikdir (Reqibat, Ahaqqar, Tanzaniya 
massivləri və s.). Belə halqavarı strukturlar bir çox hallarda qranitoidlərin 
halqavarı massivlərinə uyğun gəlir və  bəzilərinin təbiəti müəyyən olunma-
mışdır. Madaqaskar adasında kembriyəqədərki kratonlaşma və mezozoy, kay-
nazoy fəallaşması  ilə əlaqədar olan bir sıra qranit massivləri kosmik şəkillərdə 
qırılmalarla və qeyri-müəyyən genezisli daha kiçik halqavarı strukturlarla 
mürəkkəbləşmiş halqavarı strukturlar formasında  əks olunmuşdur. Sonuncular 
bir sıra hallarda daha gec günbəzvarı intruzivlər kimi interpretasiya olunurlar. 
Bu halqavarı intruziyaların ölçüləri 5 km-dən 15 km-ə  qədərdir. Arxeozoy 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə