Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə71/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   67   68   69   70   71   72   73   74   ...   128

205 
 
Platforma örtüklərində halqavarı formalı tektonik qalxmalar konsolidasiyaya 
uğramış bünövrənin uyğun qalxması ilə əlaqədardır. 
Tektonik halqavarı strukturların quruluşunda həm plikativ (qırışıqlıq), 
həm də dizyunktiv (qırılma) dislokasiyalar aparıcı rol oynaya bilər. Bütövlükdə 
isə, dizyunktiv tektonik halqavarı strukturlar („rinq bloklar“), görünür nisbətən 
aztabeli mövqedədir. Belə strukturlara nadir hallarda rast gəlinir. 
Tektonik halqavarı strukturların çox hissəsi platforma tektogenez proses-
lərilə  əlaqədardır və bütün qitələrdəki qədim və cavan platforma sallarının 
mənfi və müsbət halqavarı strukturlarının əsas hissəsini təşkil edir (şəkil 88).
 
 
Tektonik halqavarı strukturların ikinci böyük qrupunu yeni neogen dör-
düncü dövr orogenik tektogenezlə  əlaqədar strukturlar təşkil edir. Onlar həm 
orogenik çökəkliklərdə, həm də orogenik qalxımlarda yerləşir. Çökəkliklərdə 
bu strukturların həm müsbət, həm də  mənfi formaları müəyyən edilmişdir. 
Qalxımlarda isə hələlik yalnız müsbət qeydə alınmışdır. Onlar yüksəklik ampli-
tudlu və ölçülü neotektonik qalxımların və ya qırışıqlıq sistem periklinal çökək-
liklərinin sərhədlərinə uyğun gəlir. Məsələn, Apalaç sisteminin cənub qurtara-
cağında makrostrukturların içərisində mənfi halqavarı strukturlar üstünlük təşkil 
edir. Hər iki morfoloji formaların içərisində mezostrukturlar bərabər miqdarda 
paylanmışdır. Monostrukturlarda müsbət strukturlar üstünlük təşkil edir. Belə 
bölgülərin (yayılmaların) səbəbi hələlik məlum deyildir.   
 
 
Şəkil 88. Afrikanın cavan çökəkliklərinin əmələ gəlməsi ilə əlaqədar   
olan tektonogen halqavarı strukturları. 
 


206 
 
Daha iri mürəkkəb quruluşlu tektonik çökəkliklər Tauden və Konqo 
çökəklikləri hesab olunur. Bunlaın diametrləri müvafiq olaraq, 1000 və 800 km 
təşkil edir. Hər iki çökəkliyin inkişafı rifeydə başlamış və bütün fanerozoy boyu 
davam etmişdir. Tauden və Konqo halqavarı çökəklikləri az miqdarda dəniz, 
çox miqdarda isə kontinental mənşəli çökmə formasiyalarla dolmuşdur. Onlar-
da terrigen, əhəmiyyətli miqdarda isə qırmızı rəng formasiyası üstünlük təşkil 
edir. Bəzən çökəkliyin mərkəzi hissəsində dəniz karbonat formasiyası üstünlük 
təşkil edir. Uzunmüddətli irsi çökmə nəticəsində bütün fanerozoy ərzində çök-
mə formasiyanın submarin qalınlığı 1-3 km-ə çatmışdır. 
Tauden çökəkliyində mezozoya qədərki çökmə formasiyalar müəyyən 
dərəcədə dolerit və diabazların subvulkanik kütlələrilə yayılmışdır.  
Saxara plitəsinin şərq hissəsində geniş, uzunmüdətli inkişafa malik halqa-
varı çökəkliklər yerləşmişdir: Əlcəzair-Liviya, Kufra və Murzuk. Bu halqavarı 
çökəkliklər paleozoy və mezozoyun qalın çöküntülərilə tamamlanmışdır. Hal-
qavarı çökəkliklərin bünövrəsi hamar deyildir və əyilmiş sahələrdə çökmə sü-
xurların qalınlığı 7 km təşkil edir (Əlcəzair-Liviya). 
Murzuk halqavarı çökəkliyi 350 km diametrə malikdir. Bu strukturda 
kəsilişin əsasında çəhrayımtıl qumdaşı formasiyası inkişaf tapmışdır. Yuxarıda 
qeyri-uyğun yatıma malik 350-1000 m qalınlığında Xasayna formasiyasının 
(kembri yaşlı) qumdaşları  və  dəmirli kvarsitlər, onların üzərində isə ordovik 
yaşlı gillər, alevrolitlər və qumdaşları yatır (25-200 m qalınlığında). Murzuk 
halqavarı çökəkliyinin səciyyəvi kəsilişi bütün fanerozoy müddəti ərzində onun 
fəal tektonik inkişafa malik olduğunu göstərir  (şəkil 89). 
Planda halqavarı formada olan Əlcəzair-Liviya çökəkliyi Liviya ərazisi-
nin qərb hissəsini  əhatə edir və eninə istiqamətdə 500 km, meridional istiqa-
mətdə isə 300 km məsafədə izlənilir.  Əlcəzair-Liviya çökəkliyində mezozoy, 
kaynazoy struktur mərtəbəsi demək olar ki, paleozoy struktur mərtəbəsinin tağ 
hissəsini kəsərək yatır. 
Beləliklə, 100-1000 km diametrində tektonogen halqavarı strukturlar, iri 
tektonik çökəkliklərin və qalxımların inkişaf tapdığı fanerozoy sahəsində qeyd 
olunur. 
Diapir halqavarı strukturlar duz və gil diaprizmi ilə korrelyasiya təşkil 
edir. Onlar böyük olmayan strukturlarla (diametri 10 km-lərlə olan) təmsil olun-
muşdur. Belə strukturlar həm səthə çıxan duz ştoklarına (diapirlə yarılmış), həm 
də platforma örtüyü altına basdırılmış duz ştoklarına uyğun gəlir. Platforma 
örtüyü çöküntülərini yarmayan duzların toplanması halqavarı strukturlar forma-
sında təzahür edir və deşifrə əlamətlərinə görə yarılmış diapirlərdən fərqlənmir. 
Diapirli halqavarı strukturlarla mənfi struktur formalar birlik
 
təşkil edir. Bu 
strukturlar, adətən həmçinin müsbət diapir strukturlara nisbətən zəif halqa 
formasında təzahür edir. 
 


207 
 
 
Şəkil 89. Murzuk çökəkliyinin tektonogen mənfi halqavarı strukturu: 
1-kosmik şəkillərin deşifrə olunması nəticəsində müəyyən olunmuş Murzuk halqavarı strukturu-
nun sərhədi; 2-qabıq qranitoid plutonunun təzahürü ilə  əlaqədar olan maqmatogen mənşəli 
halqavarı strukturlar; 3-qeyri-müəyyən mənşəli halqavarı strukturlar; 4- qırılma pozulmaları; 
5-Şimali Murzuk lineamenti. 
 
Tektonogen və diapir halqavarı strukturlar Hind yarımadasının (Tailand, 
Laos, Kampuçiya) mezozoy, kaynazoy çökəkliyində  də müşahidə olunur. 
Laosda oxşar strukturlar geniş inkişaf tapmışdır. Üst trias-yura təbaşir çökmə 
kompleksləri terrigen, qırmızı  rəng duz formasiyasının üstünlüyü ilə çökəklik 
tip iri, yaxşı ayrılan halqavarı  və oval strukturlara cəlb olunmuşdur. Belə 
halqavarı  və oval strukturlar tektonik mənşəli kiçik halqavarı strukturlarla 
mürəkkəbləşmişdir. Bu tip strukturların inkişaf sahəsinə gips daşıyan və duz 
formasiyaları uyğunlaşmışdır.  
Duz tektonikası strukturu üçün adətən ümumiləşdirilmiş, çöküntüləri 
yaran, örtən kütlə olan “diapir” terminindən istifadə olunur. Təbii duz diapirləri 
çökmə örtükdən fərqlənir və ya onunla qeyri-uyğun təmasa malikdir. Diskor-
dant duz diapirləri layvarı şaquli duz layları, duz ştokları, günbəzləri, örtükləri, 
armudşəkilli genişlənmələr, ayrılmış diapirlər və duz yastıqları ilə təmsil olun-
muşdur. 
Duz yastıqları Mərkəzi İranda Böyük Kevir səhrası altında geniş inkişaf 
tapmışdır. Bu duz səhrası  şimalda Elbrus dağı  və  cənub-qərbdə Zaqros dağı 
arasında yerləşmişdir. Duz ştokları  Cənubi və  Mərkəzi  İranın bir sıra neftli 
rayonlarında yaxşı öyrənilmişdir. Burada onlar kembriyəqədərki Hörmüz for-


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə