Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə79/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   75   76   77   78   79   80   81   82   ...   128

227 
 
rəngçalarlı, tez-tez növbələşən subparalel, bəzən də kulis (ling, qol) formasında 
yerləşmiş zolaqlar (dırmıq izi) kimi özünü büruzə verir. 
Sahəvi obyektlərdə, adətən nisbətən açıq rəngçaları ilə seçilən və qədim 
qalxanların nəhəng dairəvi sistemləri ilə (nuklearlar ilə) sıx əlaqəsi olan, eni bir 
neçə yüz kilometrlərlə ölçülən iri qövsvari strukturlar deşifrə olunur. Qədim 
qalxanların səciyyəvi elementləri olan halqavarı strukturlar adətən qrup şək-
lində – konsentrik yerləşən qövslər, nadir hallarda isə ovalqapalı xətti element-
lər kimi özünü büruzə verir. 
Regional və lokal səviyyəli şəkillər dərinlik pozulma strukturlarının quru-
luşunu dəqiqləşdirməyə və onları təşkil edən xətti elementləri ayırmağa imkan 
yaradır. Belə generalizasiya səviyyəli şəkillərdə sahəvi obyektlər adətən halqa-
varı strukturlarla əlaqədardır. Regional kosmik şəkillərdə  nəhəng halqavarı 
strukturlar onları yaradan xətti və qövsvari elementlər kimi görünür. 
Lokal və  dəqiq  şəkillərlə metamorfik-qırışıqlıq qatların və qalxanların 
maqmatik kütlələrinin daxili strukturları haqqında məlumat almaq olur. Sahəvi 
obyektlər kimi onların üzərində çox vaxt tərkib və metamorfizm dərəcəsinə 
görə  fərqlənən struktur maddi komplekslərin inkişaf etmiş sahələri ayrılır, 
məsələn, qranit rapakivilər, mərkəzi tipli qələvi intruziyalar və s. Xətti 
strukturlar diaklazlardan, yəni yerdəyişməmiş çatlar və nisbətən qısa, 20 km-
dən kiçik amplitudlu pozulmalar (regional dərəcəli xətti strukturlara uyğun 
gələn zonalarda qruplaşan, neotektonik yeniləşmiş sürüşmələr və horiznotal 
yerdəyişmələr). Diametri 40-50 km-dən artıq olan dairəvi strukturlar dəqiq 
şəkillərdə adətən fraqmentlər şəklində deşifrələnir. Müxtəlif tərkibli maqmatik 
kütlələrə uyğun gələn, diametri 10 km-ə kimi  olan halqavarı strukturlar isə 
yaxşı deşifrə olunur. 
Kosmik  şəkillərin köməyi ilə  qədim qalxanlarda öyrənilən  əsas geoloji 
obyektlər aşağıdakılardır : 
-qalxanların tektonik rayonlaşdırılması üçün mühüm əhəmiyyət kəsb 
edən, yer qabığının ilkin parçalanması dövründə yaranmış meqahalqavarı 
strukturlar sistemi; 
-qneys-qranit strukturları, çox vaxt bəzi qrabenlər və s. ilə əlaqədar olan 
xətti zolaqlıqlar; 
-yüksək tektonik fəallıq və keçiricilik ilə səciyyələnən qırılmalar, xüsusilə 
radial pozulmaların halqavarı strukturların qövsvari elementləri ilə kəsişmə və 
birləşmə düyünləri; 
-qələvi və ultraəsas intruziv süxurlar, o cümlədən kimberlitlər  əmələ 
gətirən və meqadairəvi sistemlərə daxil olan gizli tektonik fəallaşma zonaları və 
irsi inkişaf edən qövsü qırılmalar. 
Cavan platforma qalxanlarının-kontinental kosmik şəkillərində dairəvi 
obyektlər, adətən paleozoy qırışıqlıq sistemi kristallik özülünün dərin metamor-
fizmləşmiş süxurlarının çıxışları  və yaxud qranitoid plutonları ilə  əlaqədardır. 


228 
 
Bu obyektlər, həmçinin müasir kəsilişdə açılmamış maqmatik kütlələrlə  də 
əlaqədar ola bilər. 
Regional kosmik şəkillərdə  xətti strukturlar planda düzxətli və ya zəif 
əyilmiş  qırılmalar, qırılma zonaları, o cümlədən müxtəlif fototəsvirli sahə 
sərhədləri kimi görünür. 
Rəngçalarlı  və fotorəsmlərinə görə seçilən sahəvi obyektlər iri struktur 
formalar, məsələn, Qütb-Uralı, Ural-Taunun və s. antiklinoriumları  kimi 
interpretasiya olunur. 
Qranitoid kütlələri ilə əlaqəli və diametri 20 km-dən 80 km-ə qədər olan 
halqavarı strukturlar daha yaxşı deşifrə olunur. Lokal kosmik şəkillərdə  xətti 
obyektlər, adətən qırılıb-düşmə, qırılıb-qalxma, yerdəyişmə  və  bəzən də 
üstəgəlmələrin kifayət qədər dəqiq diaqnostikası ilə  qırılmalar və    qırılma 
zonaları kimi interpretasiya olunur. Halqavarı strukturlar qranitoid massivlərinə 
və ya subvulkanik kütlələrə uyğun gəlir.  
Dəqiq generalizasiya dərəcəsinə malik olan kosmik şəkillərdə özlərinə 
xas daxili struktura malik konkret geoloji kütlələr ayrılır. Həlli, cavan platforma 
qalxanlarının müxtəlif miqyaslı kosmik şəkillərinin məlumatlılığı ilə müəyyən 
olunan əsas tektonik məsələlərə aşağıdakılar aiddir: 
- qırışıqlıq qurşaqların regional strukturlarının tektonik xüsusiyyətlərinin 
öyrənilməsi (məsələn, Uralın və Qazaxstanın); 
- dərinlik və açılmamış geoloji obyektlərin tədqiqi
- regional və lokal generalizasiya dərəcəli kosmik şəkillərə görə struktur 
maddi komplekslərin aşkar edilməsi; 
- intruziv əmələgəlmələrin tərkib və struktur quruluşuna görə (dəqiq və 
lokal şəkillərin köməyi ilə) bölünməsi. 
Orogen zonaların-relyefinin xeyli parçalanmış olması bu sahələrdə 
kosmik  şəkillərin istifadəsini çətinləşdirir. Digər tərəfdən isə, dağ  qırışıqlıq 
sahələrin intensiv neotektonik hərəkətləri yeni tektonikanın əsas elementlərinin 
dəqiq əks olunmasına kömək edir. 
Kontinental kosmik şəkillərdə  xətti strukturlar, dağ silsilələrini və 
dağətəyi çökəklikləri və ya dağarası depressiyaları ayıran qırılmalar yaxşı  və 
dəqiq əks olunur. Bəzi qırılma pozulmaları geoloji planalmanın məlumatlarına 
görə artıq məlumdur, bəziləri isə ilk dəfə deşifrə olunur. Dağ  qırışıqlıq 
(transorogen) və düzənlik platforma sahələrini kəsən transkontinental və 
transregional lineamentlər daha böyük maraq kəsb edir. 
Sahəvi obyektlər, xüsusilə halqavarı strukturlar, dağ qırışıqlıq sahələrinin 
intensiv eroziyaya  parçalanmaya məruz qalması  səbəbindən xətti strukturlara 
nisbətən çətin deşifrə olunur. 
Regional kosmik şəkillərdə  xətti strukturlar müasir dövrdə yeniləşmiş 
qırılmaları, sahəvi obyektləri (oroqrafik və neotektonik elementləri) əks etdirir, 
diametri 50 km-ə  qədər olan halqavarı strukturlar isə  mənfi və ya müsbət 
oroqrafik elementlərə uyğun gəlir. 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə