Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə76/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   72   73   74   75   76   77   78   79   ...   128

219 
 
Avroasiyanın nuklearları üç qədim platformada yerləşmişdir:  Şərqi 
Avropa, Hind və Sibir. Bunlar platformanın bünövrəsinin daxili quruluşunda 
mühüm rol oynayır və müəyyən dərəcədə bu qurğuların fanerozoy tarixini 
müəyyən edirlər. Məsələn, üç yaxın əlaqəli nuklearlar-Svekonorvec, Svekofen-
nokarel və Kola-Zapland Baltik qalxanının formalaşmasını müəyyən etmişlər.  
Qeyd etmək lazımdır ki, nuklearlar haqqında ilk məlumatlar 1983-cü ildə 
M.Z.Qluxovski, Y.Q.Kats və  V.M.Moralyev tərəfindən verilmiş və “Qitələrin 
halqavarı strukturları xəritəsi” tərtib olunmuşdur (M.Z.Qluxovski və b., 1983). 
M.Z.Qluxovski nuklearların formalaşma prosesini və inkişafını  təhlil edərək, 
onların  əmələ  gəlməsində 5 mərhələ ayırmışdır: 1)yerin inkişafının erkən 
mərhələsində  ilkin ultrabazit  –bazit qabığının aşkar olunması yerində xaotik 
yerləşmiş iri halqavarı strukturlar-sinform kalderalar və antiform qalxanlı 
vulkanlar  əmələ  gəlmişdir. “Qaynar nöqtələrdə” bu ərimələr lateral qeyri-
bircinsli mantiyanın radiogen isinməsi prosesləri ilə  əlaqədar olmuşdur. Bu 
prosesin ardınca ultrabazit-bazit protoqabığının alt horizontunun və melanokrat 
substratın yüksək tempraturlu sərhədinin hissə-hissə  əriməsi baş vermişdir. 
Nəticədə heterogen enderbit bazit qatı formalaşmışdır. Qədim enderbit bazit 
birliyinin süxurları  əksər hallarda sinform tip nuklearların xarici və  bəzi 
hallarda isə antiform tip nuklearların daxili hissəsini  əhatə edir; 2) protokon-
tinental və ya nukleara keçid mərhələsində sinform strukrurun daxilində  və 
antiform strukturun yamacında dezinteqrasiya məhsullarının toplanması,  əsasi 
və subqələvi tərkibli lavanın axması  və fumoral fəaliyyət məhsullarının, 
hemogen və qırıntı süxurlarının çökməsi baş vermişdir. Bu keçid mərhələsinin 
struktur maddi kompleksləri başlıca olaraq sinform tip nuklearların daxili, 
qismən isə xarici hissəsində yayılmışdır. Sedimentasiya, vulkanizm və qranit 
əmələgəlmə prosesləri bu mərhələdə, həmçinin antiform tip meqastrukturların 
yamacında və bünövrənin pozulma məhsullarının toplandığı digər çökəkliklərdə 
baş vermişdir; 3) növbəti protokontinental mərhələdə nuklearların, protokon-
tinental qabığın nüvəsinin formalaşması baş vermişdir. Bu mərhələdə protokon-
tinental qabığın kompleksləri indikatorları hesab olunan anortozit və alyaskitli 
kalium qranitlərinin təzahürü baş vermişdir; 4) riftogen mərhələ özündə 
əvvəlki mərhələnin qeyri-tektonikasının, protokontinental qabıq və onun qövs 
boyunca qalıqları  və nuklearların radial lineamentlərilə  sərtlənmiş subxətli 
tektonikaya keçidini əks etdirir. Bu mərhələdə üst arxezoy alt proterezoy yaşıl-
daş zolağının və ya vulkanogen, vulkanogen-terrigen və  dəmirli silisiumlu 
formasiya ilə tamamlanmış nuklearların satelitlərinin və özlərinin xarici hissəsi-
nə uyğunlaşmış  rift  troq  sistemləri formalaşmışdır. Bu mərhələdə uzanmış 
tektonik zolağın fəal formalaşması baş vermişdir; 5) riftogenez mərhələsi 
kontinental keçid mərhələsilə  sıx  əlaqədardır. Bu zaman nuklearların kənar 
hissəsində, həmçinin erkən proterozoyda vulkanogen və vulkanogen-çökmə 
süxurlarla tamamlanmış yeni riftogen tikiş strukturları formalaşmışdır. Eyni 
zamanda bu riftogen strukturların inkişafı ilə yanaşı bir neçə internuklear 


220 
 
sahələrdə protokontinentlətin yamac və daxili hissələrində karbonat-terrigen, 
terrigen, qismən isə vulkanogen-terrigen çöküntülərin toplanması baş vermişdir. 
 
10.8. Halqavarı  strukturlarla lineamentlərin qarşılıqlı əlaqəsinin bəzi 
problemləri 
 
 Halqavarı strukturların lineamentlərlə genetik və sahəvi əlaqələri çoxtə-
rəfli və mürəkkəbdir. Bu sahənin öyrənilməsində ilk addımları O.M.Borisov, 
V.İ.Makarov, L.İ.Solovyova,V.V.Solovyov atmışlar. Buna baxmayaraq, həmin 
problem axıra qədər öyrənilməmişdir. Halqavarı strukturlarla lineamentlər 
arasında bağlılıq vardır, lakin onlar formalaşma zamanlarına görə bir-birindən 
fərqlənirlər. Halqavarı strukturlarla lineamentlər arasındakı  əlaqənin üç növə 
ayrılması mümkün hesab edilir: 
1) lineamentlər ilkin strukturlardır, halqavarı strukturlar isə törəmələrdir;  
2) halqavarı strukturlar və lineamentlər eyni zamanda əmələ gəlmişdir və 
sıx genetik əlaqəlidir; 
 3) halqavarı strukturlar – ilkindir, lineamentlər isə ikincidir. 
1.Ayrı-ayrı lineamentlər və ya onların zonaları ilkin olduğu üçün, sonrakı 
geoloji proseslərə  təkan verir, məsələn, vulkanik aparatların  əmələ  gəlməsini 
şərtləndirir ki, bu hal da təbitdə daha çox yayılmışdır. 
Vulkanik mənşəli halqavarı strukturların təhlili göstərir ki, onlar nəinki 
Yerdə, hətta başqa planetlərdə  də lineament tektonikası ilə  sıx  əlaqədardır. 
Müasir vulkan fəaliyyətnin inkişaf etdiyi Kamçatka və başqa  əyalətlərdə, 
müasir vulkanik qurumların lineamentlərlə əlaqəsi dəqiq izlənilir. Belə əlaqələr 
yer kürəsinin bütün qitələrində inkişaf tapmış  qədim vulkanik əyalətlərdə  də 
nəzərə çarpır. Mars planetində deşifrə olunmuş qlobal dərəcəli bir neçə linea-
ment həmin planetin Olimp, Arsiya, Pavlina, Askriysk və s. qalxan vulkanla-
rının düzülüşünə nəzarət edir. 
Vulkanik fəaliyyət adətən Yerin müxtəlif inkişaf mərhələlərində  fə-
allaşmış dərinlik xətti strukturlarla əlaqədar olur. 
Azərbaycanda, Orta Asiyada və yer kürəsinin digər regionlarında inkişaf 
tapmış palçıq vulkanlarından ibarət xırda halqavarı strukturlar da birbaşa 
lineamentlərlə əlaqədardır. 
Bəzən üç və daha çox lineamentlərin kəsişdiyi düyünlərdə  də halqavarı 
strukturlar əmələ gəlir. Belə hallarda lineamentlərə ilkin, halqavarı strukturlara 
isə törəmələr kimi baxmaq lazımdır. Lineamentlər düyünündə yerləşən halqa-
varı strukturların ölçüsü ayrı-ayrı lineamentlər arasındakı  məsafə ilə düz 
mütənasibdir, onların forması isə düyünü əmələ gətirən lineamentlərin sayından 
asılıdır. 
95-ci  şəkildə
 
halqavarı strukturların formalarının kəsişən lineamentlərin 
səciyyəsindən asılılıq sxemi göstərilmişdir. 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə