Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə78/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   74   75   76   77   78   79   80   81   ...   128

224 
 
İmpakt strukturlardan fərqli olaraq, Marsda maqmatogen mənşəli halqa-
varı strukturların sayı azdır. Onlar aşağıdakı iriölçülü qalxanabənzər vulkanlar-
dan ibarətdir: Olimp, Arsiya, Alba, Askriy və s. 
Bunlara, 600 km-dən böyük diametrli halqavarı struktur əmələ  gətirən 
Olimp vulkanını nümunə göstərmək olar. Onun vulkan kraterinin ölçüsü 60 km-
ə, vulkanik qurumunun hündürlüyü  isə 24-25 km çatır. Marsın digər vulkan 
aparatlarının nisbətən kiçik olmasına baxmayaraq, onlar yer vulkanlarından 
dəfələrlə böyükdür. 
Mars planetinin ən böyük vulkanik qurumları  nəhəng tac qalxımının 
mərkəzində yerləşərək, 1800 km uzunluqlu lineament boyu şimal-şərq istiqa-
mətində  zəncirvarı düzülmüşdür. Mars planetinin qalxanvari vulkanlarının 
əksəriyyətində,Yer kürəsində olduğu kimi, qövsşəkilli qırılmalar deşifrə edilir. 
Ay və Marsın halqavarı strukturları barədə verilən məlumatlar göstərir ki
səciyyələrinə görə onlar Yer kürəsi halqavarı strukturları üçün qəbul olunmuş 
təsnifat sisteminə oxşardır, sonunculardan yalnız kəmiyyətcə fərqlənir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


225 
 
XI. DİSTANSİON ZONDLAMA MATERİALLARININ TEKTONİK 
TƏDQİQATLARDA İSTİFADƏ EDİLMƏSİ 
 
11.1. Yerdəki tektonik tədqiqatlar zamanı kosmik  
informasiyanın tətbiqi 
   
Tektonik tədqiqatlarda kosmik şəkillərin istifadəsi məsələlərinə bir çox 
alimlərin, o cümlədən: V.A.Buşun, V.V.Kozlovun, V.İ.Makarovun, L.M.Ras-
svetayevin, V.Q. Trifonovun və başqalarının elmi işləri həsr edilmişdir. 
Kosmik təsvirlərin geniş  təsviri və generalizasiyası, onlardan müasir 
tektonik problemlərin həllində istifadə etməyə imkan yaradır ki, bunlar da 
aşağıdakılardır : 
1. Bütövlükdə, yer qabığının dərinlik tektonikasının tədqiqatlarında;  
2. Platformaların, qalxanların, qırışıqlıq və vulkanik qurşaqların və digər 
əsas geotektonik elementlərin tektonik planının aydınlaş dırılmasında; 
3. Yer qabığının müxtəlif dərəcəli qırılma pozulmalarının öyrənilməsində; 
4. Qrışıqlıq strukturların təhlili və onların qırılma pozulmaları ilə 
qarşılıqlı münasibətində (pozulma qırışıqlıq birliyində).  
Yer qabığının dərinlik quruluşunun kosmik informasiyanın köməyi ilə 
öyrənilməsi kosmik şəkillərin nadir xüsusiyyətlərinə (rengenoskopiklik), yəni 
dərinlik tektonik strukturlarının zəif dislokasiya olunmuş  və ya dislokasiya 
olunmamış, nisbətən cavan çöküntü örtükləri altından özünəməxsus «işığasalın-
mış» kimi görünməsinə  əsaslanır. Bu zaman kosmik təsvirlərin yer qabığının 
dərinlik quruluşu haqqındakı müxtəlif məlumatlarla dəfələrlə aparılan müqayi-
səsinin göstərdiyi kimi, müşahidə  nə  qədər böyük məsafədən  aparılarsa və 
kosmik şəkillərin həlletmə qabiliyyəti nə qədər az olarsa, deməli, görünüş bir o 
qədər böyük və generalizasiya güclüdür, ona görə də dərinlikdəki deformasiya-
lar yer səthindəki landşaft xüsusiyyətlərində özünü yaxşı əks etdirəcəkdir. 
 Kosmik  şəkillərin «rentgenoskopiklik»xüsusiyyəti yer səthinin bəzi 
sahələrində  nəinki məlum dərinlik strukturlarının yerləşməsini və ölçülərini 
dəqiqləşdirməyə, hətta yeni dərinlik quruluşu elementlərini də  təyin etməyə  
imkan verir. Bu, həm də ona görə əhəmiyyətlidir ki, kosmik şəkillərin köməyi 
ilə yer qabığının dərinlik quruluşunu üst mantiyaya qədər tədqiq etmək olar. Bu 
tədqiqatlar, xüsusilə iri geotektonik vilayətlərin kəsişmə zonalarında (məsələn, 
çox qalın dislokasiya olunmuş orogen qırışıqlıq kompleks qurşaqları ilə 
maskalanmış qədim platformalarda) çox əhəmiyyətlidir. 
Buna misal olaraq, Şərqi-Avropa platformasını əhatə edən alp dağ-qırışıq-
lıq zonasının lineament şəklini göstərmək olar (şəkil 44). Onlar bütün yer qabı-
ğını Moxoroviçiç səthinə qədər kəsir, dərinlik bloklarına ayıraraq rayonlaşdırır, 
blokları  sərhədləndirir (Şimal-Qərbi və  Gənub-Şərqi Qafqaz); Şərqi-Avropa 
platforması  və alp dağ  qırışıqlıq zonasının  əsas sərhədlərini təyin edir; alp 
zonanın  əsas struktur elementlərini (meqantiklinoriumlar, sinklinoriumlar, 


226 
 
aralıq massivləri, dağarası çökəklik və əyilmələri) sərhədləndirir; müxtəlif seys-
mik fəallığa və parametrlərə malik zonaları əhatə edir. 
Bütövlükdə, kosmik şəkillərlə alınmış kompleks geoloji-geofiziki məlu-
matlarla yoxlanılmış lineament şəkilləri platformalar və onların dağqırışıqlıq 
əhatələri arasında bucaqvari sərhədlər verir. 
Kosmik şəkillər müxtəlif tipli  və yaşlı qırışıqlığın tektonik zonalarındakı 
müxtəlif geoloji informasiyaya malikdir. Bundan əlavə, hər bir konkret tektonik 
zona üçün, generalizasiyanın bu və ya digər dərəcəli kosmik şəkillərində nisbə-
tən tam və dəqiq əks olunan müəyyən geoloji obyektlər yığımı səciyyəvidir. 
Cavan və qədim platformaların plitələri şəraitində geoloji obyektlərin 
deşifrələnməsində landşaftın xarici komponentlərinin hərtərəfli təhlili və 
onların litogen əsasla korrelyasiya əlaqələrini məyyən etmək lazımdır. 
Kontinental dərəcəli generalizasiyanın kosmik şəkillərində  aşağıdakıları 
ayırmaq mümkündür : 
-gizli qırılmaları əks etdirən  müxtəlif dərəcəli xətti strukturlar : platfor-
malar və onları əhatə edən qonşu qırışıqlıq vilayətləri kəsən transkontinental və 
transregional xətti lineamentlər; 
-özüllərin səthi strukturları ilə  əlaqəli olan və onların  əsas struktur 
elementlərini sərhədləndirən, tektonik blok rolunu oynayan regional ele-
mentlər;  
- platforma örtüyündə kifayət qədər intensiv inkişaf etmiş lokal li-
neamentlər; 
- fotosahələrə görə ayrılan və  əsasən qalxmış  və ya enmiş neotektonik 
bloklara cavab verən sahəvi obyektlər
- özülün iri qalxımlarına uyğun gələn halqavarı strukturlar; 
- özünün kənarlarından biri vasitəsilə iri qırılmalara söykənən, bir-birinə 
paralel və adətən qapanmamış həlqə şəklində olan, 200-300 km-ə qədər uzun-
luğa malik iri qövs sistemləri. Bu sistemlərin özülün və platforma örtüyünün 
hər hansı bir struktur elementinə uyğunluğu hələ məlum deyildir. 
Regional kosmik şəkillərdə diametri bir neçə on km olan halqavarı struk-
turlar daha dəqiq deşifrə olunur. Plitələr müxtəlif miqyaslı kosmik şəkillərin 
deşifrələnməsi nəticəsində tektonik rayonlaşdırma: lineamentlərin geoloji təbiə-
tinin öyrənilməsi və izlənilməsi, sahəvi, dairəvi və qövsü strukturların, özülün 
bloklarının öyrənilməsi, regional və lokal qalxma və düşmələrin aşkarı üçün 
əsas ola bilər. 
Qədim platforma qalxanları.  8-ci fəsildə qeyd olunduğu kimi, konti-
nental kosmik şəkillərdə  xətti obyektlər, birincisli kosmik şəkillərdə plat-
formaların trasregional xətti strukturlarının tərkibinə daxil olan lineamentlər, 
yəni qalxanların daxili quruluşu ilə  zəif  əlaqəsi olan, nisbətən cavan yaşlı  və 
qalxanları kəsən; ikincisi - çox uzun, dərinlik qırılmalarına bənzər, nazik xətti 
strukturlar və ya bir-birinə yaxın lineamentlər zolağı; üçüncüsü - müxtəlif foto 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə