Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə70/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   66   67   68   69   70   71   72   73   ...   128

202 
 
qırılmaların kəsişmə düyünündə müşahidə olunur. Strukturun mərkəz hissəsində 
mərkəzə doğru sərt düşmə bucağı ilə səciyyələnən riolit tərkibli ekstruziv günbəz 
yerləşmişdir. Riolitlər Qızıldağ vulkanının boğazını doldurur, onun kənarları isə 
eruptiv brekçiyalardan təşkil olunmuşdur. Strukturun formalaşmasında daykaların 
rolu böyükdür. Onlar, şimal-qərb istiqamətdə uzanmaya malik olub, tərkibinin 
müxtəlifliyi ilə səciyyələnir (andezitlərdən dasitlərə, riolitlərə qədər). 
Abdal  halqavarı  strukturu  da  analoji  mənzərəyə  malikdir. Ekstruziv 
günbəz strukturuna Qızıldağ halqası misal göstərilə bilər. Gec yura yaşlı  struk-
tur Tovuzçayın sol sahilində kəndin yaxınlığında yerləşir.  Yanıqlı şimal-qərb 
və şimal-şərq uzunluqlu yarılmaların kəsişməsinə  aiddir. 
Strukturun  mərkəz  hissəsində  riolit  tərkibli  ekstruziv  günbəz  yerləşir. 
Strukturun formalaşmasında dayka əmələgəlmələri böyük əhəmiyyət kəsb edir. 
Sonuncular müxtəlif tərkibə (andezitlərdən dasit, riodasitlərə  qədər) malik  
olmaqla  şimal-qərb istiqamətində uzanır. Vulkanın daha turş süxurları pirit, 
xalkopirit, qalenit minerallaşmadan ibarət kvarsbarit damarcıqları ilə  ikinci  
dəfə  dəyişikliyə  məruz  qalmışdır. 
Göyçə-Həkərə  zonasında  (Ağyataq,  Şorbulaq,  Levçay  və  s.)  bir  sıra  
civə və civə sürmə yataqları halqavarı  strukturlarla nəzarətlənir. Bu strukturlar 
özünəməxsus endogen filiz konsentra-siyası qurşağını yaradaraq, şimal, şimal-
qərb  və  yaxın  en  istiqamətində  lineamentlərlə  mürəkkəbləşir. 
Günbəz halqavarı strukturlar paleogen  dövründə  Ordubad  əyilməsində  
inkişaf etmişdir. Bu strukturlar (Alagöz, Ləkəyataq) mərkəz tipli vulkan  
kalderasına uyğun gəlir və eninə sürüşmələr və aralanma horizontal  yerdəyiş-
mə  yarılmaları  ilə  mürəkkəbləşmişdir. 
Misxan-Zəngəzur strukt formasion zonanın kosmik şəkillərinin deşifrələn-
məsi burada iri vulkanik qurğulara,  şlak konuslarına uyğun gələn halqavarı  
strukturları ayırmağa imkan vermişdir. Bəzən hətta lava axınlarının  sərhədləri-
ni  izləmək,  həmçinin  kiçik  vulkanlar  zəncirini  müəyyən  etmək olur.  Buna  
misal  eyniadlı  yarılmaya  aid  olan  İşıqlı  konsentrik  halqavarı  strukturunu  
göstərmək  olar.  Halqavarı  strukturun  formalaşması  tərkibinə  görə  subqələvi  
traxibazalt, traxiandezit  seriyasına  uyğun  gələn  üst  pliosen dördüncü  dövr  
vulkanizminin  fəaliyyətinə  əsaslanır. 
Yuxarıda  qeyd  edilən  halqavarı  strukturlar   regional  tektonik  zonalar  
sistemlərinin kəsişməsində öz quruluş  və  vəziyyət  xüsusiyyətlərinə,  maqmatik  
komplekslər dəstinə  və onlarla əlaqədar olan endogen filizləşməyə görə  quru-
luşlarının araşdırılması faydalı qazıntıların proqnozunda böyük  əhəmiyyət  kəsb  
edən  yüksək endogen fəallıq qovşaqlarına  uyğun  gəlir  (V.M.Babazadə, 2007).    
Distansion  zondlama  materiallarının  analizi  neft-qaz  axtarışı  işlərinin  
nəzəri  tədqiqatlar  kompleksinin  ayrılmaz  hissəsidir.  Bu  məqsədlə  Cəlilabad  
neftli-qazlı  rayonunun  və  Kiçik  Qafqazın  ona  qonşu  vilayətlərinin  kosmik  
şəkillərindən  istifadə  edilmişdir  (şəkil 87). 


203 
 
 
Şəkil 87. Cəlilabad perspektiv  neft-qaz  zonasında  halqavarı  və  xətti  
strukturların  yerləşmə  sxemi. 
1 – lokal antiklinal strukturlar: 1–Qərbi-Kürd; 2–Kürd; 3–Xəlfəli; 4–Orta Muğan; 5–Şorsulu; 6– Qırmızıkənd;  
7 – Puşkin;  8 - Novoqodovsk; 9 – Prişib;  10 – Masallı;  11 – Tumarxanlı;  12 – Görməli; 13 – Bəyxan2 -  
oliqosen-miosen  çöküntülərinə  görə  təyin  edilmiş  lokal  antiklinal  strukturlar;  3 – yaşına  görə  müxtəlif  
çöküntülər  üzrə;  4 -  Kürboyu  neft-qazlı  zonasını Cəlilabad perspektiv  neft-qaz  zonasından  ayıran  xətt 
(geofiziki  üsullarla  təyin  edilmişdir);  5 – kosmik  şəkillərdə  deşifrələnmiş  lineament  (Xıllı-Qazıməmməd);  6 
– mürəkkəb  seysmik  material  zonası;  7 – halqavarı  strukturlar. 
 
Kosmik şəkillərin deşifrələnməsi nəticəsində şimal və  mərkəz  hissələrdə  
qruplaşmış 20 - yə  qədər iri  və  xırda  halqavarı  strukturlar ayrılır. Bu struk-
turlardan bəziləri Kürd, Xəlfəli,  Şorsulu, Tumarxanlı, Görməli, Bəyxan kimi  
basdırılmş  strukturların  üzərinə  yığılır. 
Bundan əlavə, Cəlilabad neftli-qazlı zonasında Kürboyu neft-qazlı zonanı 
Cəlilabad perspektiv neft-qaz zonasından ayıran, submeridional uzanmaya  
malik  iri  lineament  (Xıllı-Qazıməmməd) qeyd  olunur. 
Vulkan-tektonik depressiyalara misal olaraq, Kəlbəcər muldasını  göstər-
mək olar ki, o da lava və müxtəlif tərkibli tuf örtüklərinin laylanması ilə  dol-
muş  qövsvarı  və  halqavarı yarılmalarla  mürəkkəbləşmişdir. 
 
10.4.Tektonogen halqavarı  strukturlar və diapirlər 
 
Tektonogen halqavarı strukturlar meqastrukturlardan başqa, bütün struk-
tur siniflərlə  təmsil olunur. Onlar əsasən  şaquli tektonik hərəkətlərin təsiri 
altında formalaşır; halqavarı strukturların horizontal tektonik hərəkətlərlə 
əlaqəsi hələ kifayət dərəcədə öyrənilməmişdir, lakin ehtimal ki, dairəvi struk-
turlar qitələrdə mövcuddur və onların tam dəqiqliklə ayrılması hələlik mümkün 
deyildir. 


204 
 
Morfoloji olaraq, bu strukturlar arasında müsbət, mənfi və mürəkkəb 
quruluşlu tiplər ayrılır. Belə strukturların ölçüləri ilk on km-dən yüz km-ə qədər 
və  hətta min km-ə  qədərdir. Strukturların yaşı müxtəlifdir. Onlardan bir çoxu 
paleozoy, mezozoy və kaynazoy müddətində uzunmüddətli konsedimentasiyon 
inkişaf etmiş  və  qırışıqlıq özülün və örtüyn deformasiyasında təzahür etmiş
həmçinin maqnit və qravitasiya sahələrinin anomaliyalarında əks olunmuşdur. 
Müsbət strukturlar anteklizlərə, tağlara və bünövrənin çıxışlarına uyğun 
gəlir. Bir sıra hallarda kristallik bünövrənin poliqonal bloku platforma örtüyün-
dən səthə doğru transformasiya edərək kosmik şəkillərdə izometrik əmələgəl-
mələr kimi əks olunurlar. Platforma örtüklərində müsbət strukturların formalaş-
ması qranit massivlərinin özünü büruzə verməsi və çökmə komplekslərin 
deformasiyası ilə əlaqədardır. 
İri müsbət strukturlara Xəzəryanı çökəklikdə Astarxan və Uil tağları, 
Qərbi Sibir platformasında Xantı-Mansiy tağları və s. aiddir. İri tağ strukturları 
adətən radial konsentrik quruluşa malikdir. Eyni zamanda çay dərələrinin 
uyğunlaşdığı qövsvarı  və radial qrabenlər  əhəmiyyətli rol oynayır. Qövsvarı 
qrabenlər bütövlükdə düşən və qalxan blokları şərtləndirərək vallarla növbələ-
şirlər. Kosmik şəkillərdə deşifrə olunan həm halqavarı strukturlar, həm də 
onların ayrı-ayrı qövsləri, radial və sahəvi elemenləri bünövrənin relyefində
çökmə örtüyün quruluşunda və maqnit sahəsində  əks olunmuşdur.  Az iri 
müsbət strukturlara iri çökəkliklərdə (Xəzəryanı, Meksikayanı  və s.) inkişaf 
tapmış diapir duz günbəzləri  aid edilir. 
Mənfi strukturlar platformalarda sineklizlərə, çökəkliklərə və muldalara 
uyğun gəlir. Daha iri izometrik sineklizlərə platformalarda (Afrikada Konqo və 
Tauden, Qazaxstanda Balxaşyanı sineklizləri və s.) rast gəlinir. Belə sinekliz-
lərin diametri yüz  km-lə ölcülür. Bünövrənin qabığında onlardan bir çoxu 3-4 
km qalınlığında çöküntülərlə təmsil olunmuş çökəkliklərə uyğun gəlir. Bir sıra 
sineklizlər vallarla əhatə olunmuşdur və onların üzərində çökmə örtüyün qalın-
lığı azalır. Bunların formalaşması rifey və ilkin paleozoydan neogen dördüncü 
dövrə qədər davam etmişdir. Bu genetik sinfə həmçinin diapir halqavarı struk-
turlar da aid edilir. Tektonik halqavarı strukturlar platforma tektonogenez pro-
seslərinin məhsulu hesab olunur.  
Tektonik halqavarı strukturlara əksər duz  günbəzləri hövzələrində rast 
gələn diapir halqavarı strukturları da aid etmək olar. Daha iri diapir halqavarı 
strukturlara duzaltı yatağın geniş qalxımlarına və duz massivlərinə, kiçikləri isə 
(monostrukturlar) ayrı-ayrı, əksərən, kəsilmiş duz günbəzlərinə uyğun gəlir. Gil 
diapirləri və iri palçıq vulkanları da həmçinin halqavarı strukturlarla müşaiyət 
olunur.   
Tektonogen halqavarı strukturları üst mantiyanın mantiya diapirilə əlaqə-
ləndirmək olar. Onlar sedimentsiferdə böyük qalınlıqlı çökmə süxur kompleks-
lərilə iri oval və ya dairəvi çökəkliklərə (eninə bir neçə yüz km) uyğun gəlir. 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə