Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə66/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   62   63   64   65   66   67   68   69   ...   128

190 
 
 
Şəkil 79. Qaradağ mis-porfir yatağının mərkəzi hissəsi. 
İri miqyaslı aerofotoşəkil. Aerofotoşəkildə parçalanma pozulmaları, çat zonaları  və 
daykalarla yarılmış plagioqranit intruzivi təsvir edilmişdir. Şimal-şərq və meridionala yaxın 
istiqamətli parçalanma pozulmaları (1) və çat zonaları (2) aydın deşifrə olunur. 
 
Vulkan-plutonik halqavarı strukturlar daha çox Löh-Qarabağ zonasının 
Şəmkir horst-qalxımının mərkəz hissəsində yayılmışdır. Onlara, birinci  növbə-
də, Gədəbəy filiz rayonu, xüsusilə Xarxar halqavarı strukturlar qrupu, Zəyəm-
çay, Şəmkirçay və s. hövzələrin halqavarı  strukturları  aid  edilir  (şəkil 80).
  
 
Bu strukturlar daha çox lineament zonaları ilə müşayiət olunur, ya da xətti  
pozulmaların müxtəlif səmtli sistemlərinin kəsişmə düyünlərində yerləşir. Hal-
qavarı strukturların belə yerləşməsi mürəkkəb daxili quruluşa malik struktur-
ların  əmələ  gəlməsinə  gətirib çıxarır. Bu cəhətdən Xarxar halqası daha böyük  
maraq kəsb edir. Bu halqa diametri 50 km olan və submeridional istiqamətdə  
yüngülcə dartılmış oval formaya malikdir. Kosmik şəkillərdə  həmin struktur  
müxtəlif  əlamətlərə görə,  əsasən yerləşdiyi mühitdən nisbətən açıq fotoçalara  
görə  fərqlənən mürəkkəb çıxıntı ilə qeyd olunur. Strukturun oval forması 
Zəyəmçayla Şəmkirçayın sağ sahili arasındakı çayarası sahəni əhatə edən alt və  
üst  bayos vulkanogenlərinin sərhəddinə uyğun gəlir.  
Yuxarıda qeyd edilənlər təsdiq edir ki, halqavarı strukturların özülünün  
qoyulması bayos vulkanogen kompleksinin konsolidasiyası ilə eyni zamana  
təsadüf edir. Bat dövründən başlayaraq, halqavarı strukturların sərhəddinə  
daxili sahəsi nisbətən yüklənməyə  məruz qalmışdır ki, nəticədə  də bat vulka-
nogen çökmə  çöküntülərinin toplanması  baş  vermişdir. Belə  geoloji  quruluş  
nəzərdən keçirilən strukturu çökmə kaldera tipinə aid etməyə imkan verir ki,  
bu faktı da Gədəbəy rayonunda iri intruziya və yaxud turş  və ya zəif turş  


191 
 
tərkibli intruziyalar qrupu kimi interpretasiya olunan geniş  mənfi qravitasiya  
anomaliyasının mövcudluğu təsdiq  edir. Xarxar strukturunun xarici haşiyəsi 
vulkanik qurğunu  kifayət qədər xarakter olaraq nəzərə çarpdırır. 
 
Şəkil 80. Gədəbəy filiz rayonunun geoloji xəritəsi (V.M.Babazadə,  
A.Ə.Məsimov,  V.G.Ramazanova  görə, 1990): 
1 – müasir  allüvial-prolüvial  çöküntülər; 2 – qumlu, orqanogen-qırıntı əhəngdaşları  (J
3
O
3
-
k
m
); 3 – andezit porfiritləri  və  onların  tufları (J
2
bt); 4 – kvars  plagioporfirlər  və  onların  
müxtəlif  qırıntı tufları (J
2
bj
2
).  İntruziv  süxurlar: 6 – qabbro,  qabbro-dioritlər, qabbro-
diabazlar (J
3
-k
1
);7 – qranodioritlər, kvarsdioritləri, dioritlər; 8 – plagioqranitlər (J
2
bj).  Dayka  
kompleksi: 9 – diabazlar  və  diabaz porfiritləri; 10 - lamprofirlər; 11 – kvars  dioritləri,  kvars 
diorit-porfiritləri;12– ikinci dərəcəli kvarsitlər. Qırılma pozulmaları: 13 – filiztəmərküzləşdirən  
submeridional;  14 – suben;  15 – digər  qırılmalar: a) təyin  edilmiş;  b) fərz  edilən.  Yataqlar  
və  təzahürlər:  16 – Gədəbəy  mis-kolçedan  yatağı;  17 – mis-porfir (1 – Qaradağ, 2 – Xarxar,  
3 – Cəyir,  4 – Sini-Yarsk,  5 – Maarif,  6 – Böyük  Qalaça);  18 – mis-polimetal (1 – Daşbulaq,  
2 – Qızılcadağ,  3 – Şəkərbəy);  20 – Bitti bulaq  mis-arsen. 
 
Qeyd  olunan  nisbətən  iri  halqavarı  strukturların  hüdudlarında   bir  
sıra  ikinci  dərəcəli  xırda  halqalar  ayrılır  ki,  bunlar  da  qismən  məşhur 
vulkan-plutonik  quruluşa və  intruziv  massivlərə,  bəzi  yerlərdə  ola  bilsin  ki, 
açılmamış  intruziv  kütlələrə  uyğun  gəlir. Belə  daha  xırda  halqalar  Atabəy-
Slavyanka plagioqranit, Cəyirçay və  Xarxar qranodiorit, kvars diorit  intruziv  
massivlərə  uyğundur. 


192 
 
Xarxar halqavarı struktur ilə  fəzaca  əlaqədar olan Xarxar-Qaradağ mis-
porfir yataqlar qrupu Gədəbəy-Dəlidağ submeridional birbaşa lineamentinin  
hissəsi hesab olunan şimal-şərq istiqamətli filiz təmərküzləşdirən struktura  
aiddir və üç: şimal-qərb, submeridional və halqavarı strukturların mərkəz  his-
səsini əhatə etməklə en pozulma sistemlərinin kəsişmə düyünlərində  yerləşir.     
Bu halqavarı strukturların mövcudluğu çöl tədqiqatları ilə  təsdiq 
olunmuşdur. Beləliklə, Xarxar-Qaradağ filiz sahəsinin tərkibinə daxil olan Cə-
yirçay mis-porfir filiz təzahürü hüdudlarında konsentrik formalı mikrohalqavarı  
struktur müəyyən olunmuşdur. Müasir erozion kəsimdə bu strukturun ayrı-ayrı  
hissələri qövsşəkilli qırılma pozulmaları seriyası şəklində qeyd olunur. Pozulma 
zonalarının qalınlığı 10-50 m. arasında dəyişir. Pozulma zonalarında süxurlar 
katakliz və hidrotermal dəyişikliyə kvarslaşma, kaolinləşmə, doğranma  kimi  
proseslərə  məruz  qalmışdır. Hidrotermal dəyişilmiş süxurlar  minerallaşmışdır. 
Eninə  xətlərdə daxili və xarici halqavarı strukturların ölçüləri 5-6 km 
təşkil edir. Şəkillərdə onlar dəqiq, relyefdə yaxşı ifadə olunan konsentrik for-
malı düzgün dairələr kimi deşifrələnir. Xarici halqa qapanmamışdır və  Cəyir-
çay intruzivinin şərq təmasına uyğun gəlir. Halqavarı strukturun daxili hissəsi 
kvars-diorit tərkibli intruziv kütlələrin xırda çıxışları ilə kəsilmiş, üst bayosun 
vulkanogen və vulkanogen çökmə əmələgəlmələri ilə mürəkkəbləşmişdir. Daxi-
li  halqanın şərq hissəsi ziqzaqvarı formaya malik olub, bəzi yerlərdə Ağrıtəpə-
çayın  yatağına  uyğun  gəlir. 
Halqavarı strukturun qərb hissəsində daxili və xarici halqalar arasında və  
xarici halqadan sonra əsasən plaqioqranitlər və kvars dioritlər hesabına  əmələ  
gəlmiş ikinci dərəcəli kvarsitlər inkişaf tapmışdır. Cəyirçay filiz təzahürü  rayo-
nunda mis-porfir filizləşməsinin yerləşməsində və konsentrasiyasında böyük rol 
serisit muskovit fasiyasının ikinci dərəcəli kvarsitlərinə məxsusdur. 
İkinci dərəcəli kvarsitlərin inkişaf sahəsində  və halqavarı strukturların  
daxili hissəsində mis və qızılın lokal geofiziki anomaliyası (VP 10%-ə qədər) 
və geokimyəvi anomaliyalarının olması bu rayonda filizləşmənin yeni  konsen-
trasiyasının  aşkar  olunması  perspektivliyini  təsdiq  edir. 
Gədəbəy-Çənlibel vulkan-plutonik qurğusuna  uyğun  gələn iri  halqavarı  
strukturun mərkəz hissəsi Atabəy-Slavyanka plagioqranit massivini əhatə edən 
qravimaqnit sahəsində qeyd olunur. Bu ovalın daxilində daha xırda halqavarı  
strukturlar ayrılır ki, bunlardan da Cəyirçay halqası daha aydın ifadə olunur.  
Cəyirçay halqasının hüdudlarında intensivliyi 100-200 qamm olan, mərkəzi  
anomaliyadan aralanan andezit və diabaz tərkibli kvars diorit daykalarına uyğun 
gələn, maqnit sahəsinin radial istiqamətlənmiş lokal anomaliyaları qeyd olunur. 
İntensivliyi 500 qamm olan müsbət işarəli lokal anomaliyalara görə 
yarımhalqavarı struktur ilə qranitoidlərin  Dağ-Cəyir qrupu əks olunur. 
Kompleks geofiziki tədqiqatın nəticələrinin analizi və onların aşkar  edil-
miş halqavarı, qövsvarı strukturlarla müqayisəsi, onların lineament zonalarının  
hissələri ilə birləşməsi, nəhayət  Şəmkir horst qalxımı sahəsinin blok quruluşu  


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə