Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə64/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   60   61   62   63   64   65   66   67   ...   128

185 
 
qranitlərinin inkişaf tapdığı sahələrdə diametri 30-50 km olan və qismən 
eroziya vasitəsilə açılmış iri qranitoid günbəzlərinə cavab verən daha iri 
halqavarı strukturlar qeyd olunur. 
Diametri 50 km-dən kiçik olan çoxsaylı halqavarı strukturlar cavan 
qranitoid komplekslərinə (Air, Ahaqqar yaylası,  Ərəbistan-Hubiy qalxanı) və 
nefelinli siyenitlər (Anqola, Mozambik, Malavi, Keniya) kompleksinə uyğun 
gəlir.  Əksər hallarda bu fanerozoy strukturları  qədim proterozoy və arxey 
kratonları daxilində analoji olaraq halqavarı  əmələgəlmələrin diametri üzrə 
aydın deşifrə olunurlar. 
Mərkəzi tip maqmatik halqavarı komplekslər Afrika,Ərəbistan platforma-
sının fəallaşmasının səciyyəvi struktur morfoloji forması hesab olunur. Halqa-
varı intruzivlərin məkanca yerləşməsinin təhlili göstərir ki, onlar dəqiq tektonik 
nəzarətlə aşkar olunurlar. 
Halqavarı intruzivlər uzunmüddətli inkişafa malik mürəkkəb heterogen və 
bir çox formasion əmələgəlmələri  əks etdirir. Onların diametri ilk km-lərdən 
10-15 km-ə qədərdir, formalaşması gec proterozoydan kaynazoya qədər davam 
etmişdir.  Ərəbistan-Hubiy  əyalətində radioloji və geoloji məlumatlara  əsasən 
müəyyən olunmuşdur ki, onlar kembri, ordovik, silur, devon, perm, yura, 
təbaşir və paleogen dövrlərində formalaşmışdır. Ayrı-ayrı intruzivlərin 
formalaşmasının yaş diapazonu 35-50-dən 330 mln. ilə  qədər qəbul olun-
muşdur. 
Liviyanın cənub-şərq dağlıq hissəsində bir sıra intruziv massivlər kon-
sentrik halqalar əmələ gətirir. Onların ən irilərinin ölçüləri 30x30 km təşkil edir. 
Mərkəzdən uzaqlaşdıqca halqavarı strukturların ölçüləri azalır və sonda 2x5
 
km 
ölçüdə halqavarı dayka formasını alırlar. 
Ərəbistan yarımadasının cənubunda Daala halqavarı strukturunun şimal-
şərq hissəsində cavan postektonik qranit və siyenitlərin iri massivləri yerləşir. 
Qranit və siyenitlərlə  həmçinin 15x15 km ölçüdə Cabel Şub oval halqavarı 
strukturu əlaqədardır. Bu halqavarı struktur relyefdə çökəkliyə uyğun gələn və 
mərkəzə istiqamətlənmiş konsentrik atılma sistemlərindən təşkil olunmuşdur. 
Belə hesab etmək olar ki, Şub strukturu Daala strukturundan sonra formalaş-
mışdır. Plutonik qabıq strukturuna, həmçinin  ərazinin cənub-qərb hissəsində 
meridional istiqamətdə zəncirvari quruluş əmələ gətirən üç böyük olmayan (5-7 
km) struktura aid edilir. Iki cənub struktur postektonik qranosiyenitlərin dairəvi 
ştoklarını müşaiyət edir, şimal struktur isə həmin kompleksin siyenit intruziv-
lərilə əlaqədardır. 
Amerika qitəsi  ərazisində qabıq maqmatizmi prosesilə  əlaqədar olan 
halqavarı strukturların səciyyəsinə baxaq. 
Şimali Amerikanın Kanada qalxanında qranit-qneys günbəzlərinin inkişaf 
sahələri arasında plutonogen mənşəli maqmatogen strukturlara rast gəlinir. 
Onlar arasında diametri 10 km-lərlə olan batolit və lakkolit tip qranitlər və əsasi 
(anortozitlər, qabbrolar) və qələvi (nefelinli siyenitlər) tərkibli strukturlar ayrı-


186 
 
lır. Qrenvill əyaləti boyunca çox böyük olmayan intruzivlərin zəncirvarı forma-
ları uzanır. Plutonik strukturların yaşı kembriyəqədər hesab olunur. 
Maqmatogen halqavarı strukturlar Qayalı dağında və Şimali Amerika Kor-
dilyerinin qərb mərkəzi hissəsində geniş inkişaf tapmışdır. Qayalı dağında onlar bir 
neçə zonada konsentrasiya əmələ  gətirirlər; onlardan biri dağın submeridional 
istiqamətlərdən en istiqamətinə dönməsi yerinə uyğunlaşmışdır. Burada qranitlərin, 
monsonitlərin, dioritlərin, kvars və ultraəsasi siyenitlərin lakkolit və  ştokları ilə 
təmsil olunmuş plutonik strukturların əksər hissəsinə rast gəlinir. 
Cənubi Amerikada maqmatogen halqavarı strukturlar, orta hesabla, 100-
250 km ölçüyə malikdir. Onlar ərazicə  əsasən And qırışıqlıq zolağına uyğun-
laşmışdır və  əsasən Cənubi Amerika materikinin qərb kənarı boyunca yerləş-
mişdir. Maqmatogen halqavarı strukturlar Amazon nuklearı daxilində yerləşmiş 
Madeyra çayının sağ sahilində örtük süxurları ilə əlaqədardır. Cənubi Amerika-
da iki tip maqmatogen struktur ayrılmışdır: plutonik və vulkanik (vulkan-
plutonik). Burada onların əmələ gəlməsi qabıq maqmatizmi prosesilə əlaqədar-
dır. Onlar əsasən turş, qismən isə əsasi tərkibli süxurlardan təşkil olunmuşdur. 
Plutonik halqavarı strukturlar And zolağının müxtəlif yaşlı qranitoidlərilə, 
həmçinin Brazilya və Qviana qalxanının qranitlərilə əlaqədar formalaşmışdır və 
metallogenik baxımdan  əhəmiyyət kəsb edirlər. Onlarla qızıl, gümüş, bismut, 
nadir metal, mis və digər faydalı komponentlərin yataq və təzahürləri əlaqədar-
dır, müxtəlif miqyaslı kosmik şəkillərdə aydın deşifrə olunurlar. 
Azərbaycan ərazisinin halqavari strukturları. Kosmik şəkillərin və aero-
fotoşəkillərin deşifrələnmə  nəticələrinin geoloji planalma, geoloji, geofiziki, 
geomorfoloji, geokimyəvi və  metallogenik məlumatlarla birgə kompleks təhlili 
əsaında Azərbaycan  ərazisində müxtəlif təbiətli və ölcülü bir sıra halqavari 
strukturlar aşkar olunmuşdur. Onlar genetik olaraq vulkan-plutonik  günbəzlər 
və qalxımlar, pelyefdə kaldera və vulkan aparatları kimi özünü büruzə verən  
tektonik strukturlar, naməlum genezisli tektonik,  halqavarı və qövsvarı tiplərə 
aid edilir. Bu halqavarı strukturların  əsas hissəsi qrup halında,  əsasən Gəncə-
çay-Axıncaçay (Şəmkir, Daşkəsən, Gədəbəy, Qaradağ, Xar-xar, Çanaxçı, Qoşa, 
Abdal, Şamlıq, İsakənd, Yeldağ, Qəribli, Qızılqaya), Tərtər-Əkərəçay hövzələ-
rində (Qarabağ yaylası), Təttərçayın orta axım hövzəsində (Drombon, Qızılbu-
laq, Mehmana), Zəngilan-Mehri rayonunda (Zəngilan, Mehri, Ordubad-Kilit), 
Böyük Qafqazın cənub yamacında (Balakən, Quton, Samur, Zaqatala, Qax), 
Xəzərin qərb sahili boyunca və  Cənub-Kür çökəkliyində (Zərdab,  Şirvan, 
Qızılağaç, Lənkəran və Talış) cəmlənmişdir. 
Halqavarı strukturlar arasında Qarabağ yaylasında kiçik və orta ölçülü, 
Şəmkir qalxımında isə orta və iri ölçülü halqavarı strukturlar inkişaf tapmışdır. 
İri halqavarı strukturlat arasında 3-5 km diametrində halqavarı strukturlar qeyd 
olunur. Vulkan-plutonik halqavarı strukturların mərkəz hissəsində  (Şəmkir, 
Daşkəsən, Gədəbəy və s.) orta və  əsasi tərkibli iri intruziv massivlər yerləş-


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə