Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə49/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   45   46   47   48   49   50   51   52   ...   128

146 
 
Bütövlükdə, Dağlıq Krım və Skif plitəsinin ortoqonal və diaqonal li-
neamentləri müxtəlif yaşlı strukturların istiqamətini  əks etdirir. Meridional 
lineament zonaları isə, bəlkə  də oroqen mərhələdə cavanlaşmanın ilkin 
proterozoy strukutur planının relikti kimi özünü büruzə verir. 
Yer qabığının Krım fraqmentinin lineament şəklinin mövcud tektonik 
xəritə  və sxemlərin struktur şəklindən prinsipial fərqlənməsi onu göstərir ki, 
rayon intensiv doğranmış və ayrı-ayrı bloklara bölünmüşdür ki, bu da, şübhəsiz 
ki, bütövlükdə Dağlıq Krımın və Krım fraqmentinin müasir geodinamikasına 
təsir göstərir. Regionun mozaik şəkli və  təmas  əlaqələri bunu bir daha sübut 
edir. 
Alp Aralıq dənizi qurşağının Qafqaz fraqmentinin müasir strukturu araş-
dırılan Karpat və Krım fraqmentləri kimi, Şərqi Avropa və Afrika plat-
formalarının qarşı-qarşıya fəal hərəkəti nəticəsində Avrasiya alpik qurşağının 
müasir inkişafı mərhələsində əmələ gəlmişdir. 
Qafqazın geoloji quruluşunda və inkişafında uzununa və eninə qırılmalar, 
əvvələr olduğu kimi, indi də böyük əhəmiyyətə malikdir. Qafqazın kosmik 
şəkillərinin yüksək keyfiyyətə malik olması səbəbindən, praktiki olaraq, bütün 
əsas regional struktur elementlər dəqiq deşifrələnir, aşkar edilir və  sərhəd-
ləndirilir. Bunlardan əlavə, kosmik şəkillərin deşifrələnməsi zamanı, burada 
kompleks birbaşa və dolayı  əlamətlərə görə bir çox xətti törəmələr aşkar 
edilmişdir ki, bunlar da öz növbəsində ortoqonal və diaqonal istiqamətli line-
ament zonaları yaradır
 
(şəkil 64).
 
 
 
 
Şəkil  64. Dünya  qitələrinin  lineament  sahələri (KŞ-n deşifrələnməsinin  və  
kiçikmiqyaslı  topoqrafik əsasların analizlərinin nəticələrinə  görə    tərtib  
edilmişdir).Ortoqonal  sistemin  lineamentləri qalın, diaqonal - nazik  xətlərlə  
göstərilmişdir. 


147 
 
Regionun müasir strukturunda, submeridional istiqamətli lineament zo-
naları arasında üç məşhur:  Şərqi-Qara dəniz (və yaxud Soçi-Taqanroq), Mər-
kəzi-Qafqaz (və ya Trans Qafqaz) və Qərbi-Xəzər strukturları ayrılır. 
 
Bu zonalar uzanmış (uyğun olaraq, 250; 1500 və 600 km) və enlidir 
(uyğun olaraq, 75-100;  200 və 100 km),kosmik şəkillərdə dəqiq deşifrə olunur, 
landşaftın elemetlərinin düzxətli və uzanmış olması səbəbindən aydın görünür 
və müxtəlif geoloji və geofiziki məlumatlarla təsdiq olunur. Qafqaz fraq-
mentinin submeridional lineament zonaları ortoqonal sistemə aid edilir, lakin 
Böyük Qafqazın strukturlarının  əsas uzanma istiqamətinə nisbətən onlar 
diaqonal hesab olunur. 
Suben istiqamətli lineament zonaları arasında Taman-Abşeron və Pontik-
Elbrus zonaları daha əhəmiyyətlidir. 
Diaqonal lineament zonaları arasında Qafqaz fraqmenti strukturlarının 
əsas istiqamətlərinə nisbətən eninə olan şimal-şərq istiqamətləri daha dəqiq 
inkişaf etmişdir, yəni praktiki olaraq, ortoqonaldır. 
Erkən fraqmentar (natamam) qeyd edilmiş Soçi-Stavropol, Pontik-Kizlər, 
Van-Aqraxan və (Araz)  Urmiya-Abşeron lineament zonaları (bax şəkil 60) 
kompleks distansion və geolojigeofiziki məlumatlara görə seçilir. Bunlar enli 
qırılma sistemləri olub, yerin dərinlik quruluşunda və yerüstü geoloji 
strukturların yaranmasında, bütövlükdə, regionun geoloji  inkişafında böyük rol 
oynayır və həmçinin ərazidə bəzi faydalı qazıntıların paylanmasına və seysmik 
xüsusiyyətlərinə nəzarət edir. 
Aralıq dənizi qırışıqlıq qurşağının Kopetdağ fraqmenti lineamentləri 
(şəkil 65) paleozoy qırılmaları  və müasir strukturların  əsas elementləri kimi 
şimal-qərb, submeridional, şimal-şərq və suben istiqamətlidir. 
Rayonun daha yaxşı izlənilən strukturu şimal-şərq istiqamətli Balxanarası 
-Uzboy lineament zonasıdır. Bu  zona cənub-qərb istiqamətində Qırmızı dəniz 
rift depressiyasının  şimal-şərq qapanmasına qədər,  şimal-şərqdə isə Sultan-
Uizdağ paleozoy əsasının çıxışlarına qədər izlənilir və davamı  cənub-şərqdə 
Aral dənizi çökəkliyini ayıran  Şərqi-Aral qırılma sisteminə uyğun gəlir. Bu 
zonanın uzanması praktiki olaraq, şimal-şərqə doğru 300 km izlənilən, məşhur 
Palmiro-Abşeron lineamentinə paraleldir. Belə  nəticəyə  gəlmək olar ki, bu 
lineamentlər şimal-şərq istiqamətli, özünəməxsus lineament cütü əmələ gətirir. 
Aralıq dənizi qırışıqlıq qurşağının Tavr-Qafqaz və Türkmən-İran seqmentlərini 
ayıran bu lineament zonasının struktur rolunu dolayı  təsdiq etmək olar (şəkil 
65). 
Balxanlararası-Uizboy lineament zonası kiçikmiqyaslı kosmik şəkillərdə 
fotoahənglərin kəskin dəyişməsilə deşifrələnir və adətən bu zonanın üzərində 
dəqiq xətti uzanan buludların olması ilə seçilir. Bu da keçən  əsrin 30-cu 
illərində Fransa alimi K.Şlyumberjenin qeyd etdiyi kimi, yer qabığının tektonik 
pozulmaları vasitəsilə  dərinliklərdən istilik qalxması  səbəbindən, atmosferdə 
buludların paylanması ilə əlaqədardır. 


148 
 
Bütövlükdə, ayrılmış  bu lineamenti Qırmızı dəniz Aral xətti və ya həmin 
pozulmanın prinsipial mümkünlüyünü hələ 1890-cu ildə qeyd etmiş 
İ.V.Muşketovun şərəfinə, Muşketov xətti adlandırmağı təklif etmişlər. 
 
 
 
Şəkil 65. Aralıq dənizi qırışıqlıq qurşağının Kopetdağ hissəsinin  deşifrələmə  
sxemləri: 
a – lineament sahəsi: 1 – lineamentlər, 2 – halqavarı strukturlar;  b -  geodinamik  model. Lineamentlər:  
BKD – Baş  Kopetdağ,  DKD – Daxili  Kopetdağ,  BA-U – Balxanlararası-Uzboy,  ÖKD – Kopetdağönü;  
halqavarı strukturlar:  I – Kizıl-Arvat-Vaxarden,  II – Bekmamed,  III – Qeyrcan;  1 – 2  -  trapesiya  
formalı  bloklar:  1 – Turan,  2 – Kopetdağ;  3 – 6  - lineamentlər  və  onların  zonaları:  3 – Turan 
plitəsinin  daxili  (T – Tuarkır,  R - Repet) ,  (BA – Balxanlararası,  BK – Balxan-Kopetdağ,  XA – 
Xibeabad-Arabkala), 5 – Kopetdağ orogeninin daxili (Q – Qyaurlinck,  AM – Aşqabad-Məşəd), 6 – 
Elburs-Vaxardensk ox xətti, 7 – Kizıl-Arvat-Vaxardensk  halqavarı strukturu, 8 – horizontal  
yerdəyişmələr,  9 -  üstəgəlmə  və  əks  faylar. 
 
Kopetdağ regionu lineamentləri ilə özül səthinin dərinlik yatımı sxeminin 
müqayisəsi onların ciddi oxşarlığını göstərir. 
9000 km-dən artıq məsafədə uzanan (Berinq körfəzindən Karib dənizinə 
qədər) və eni 800 km-dən 1600 km-ə (Denver en dairəsinə) qədər olan şimal-
qərb (320-330
0
) istiqamətli  Şimali Amerika Kordilyeri dağ  qırışıqlıq qurşağı 
bütövlükdə üst mezozoyda əmələ  gəlmişdir, müasir görünüşünü isə neogen-
antropogen tektonik hərəkətlər və bu hərəkətləri müşayiət edən vulkanizmin 
nəticəsində almışdır. Dərinlik qırılmaları  Şimali-Amerika Kordilyerinin uzu-
nuna zonalarını  və eninə seqmentlərini ayırır (məsələn, Kanada, Amerika, 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə