Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə43/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   39   40   41   42   43   44   45   46   ...   128

127 
 
olan mühüm kəşflərdən biri, relyefin regional dairəvi və ya konsentrik struk-
turlarıdır ki, bu da 10-cu fəsildə daha dəqiq araşdırılacaqdır. 
 
 
 
Şəkil 53.  KŞ-də alçaq dağlıq (zəif parçalanmış)  ərazilərin  gölləri: 
a – Ölü  dəniz (İsrail),  b – Qara boğaz göl (Türkmənistan), v – Deşt  və  Neyriz  (Zaqros),  
 q – qurumuş  duzlu  göllər (Şimali  İran). 
 
Regional geomorfoloji tədqiqatlar üçün dağlıq  əyalətlərin perspektiv 
şəkilləri daha böyük maraq kəsb edir (şəkil 54). Plan şəkilləri üzərində aparılan 
müşahidələr zamanı, burada relyefin gözəçarpan parçalanması maskalanır (üstü 
örtülür və yaxud hiss olunmur). Lakin, hamarlanmanın ilkin zirvə  səthləri və 
onların qonşu  ərazilərin analoji səthləri ilə  əlaqəsi daha əyani görünür. Belə 
şəkillərin təhlili, Himalay kimi regionlarda dağəməgəlməni, bu zonaların mux-
tar qalxımı ilə deyil, onların altına xarici çökmələrin «dartılıb çəkilməsi» və 


128 
 
ikili sial qabığının üzə  çıxması ilə  əlaqələndirən geoloqların nöqteyi-nəzərini 
daha yaxşı başa düşməyə imkan verir. 
 
 
 
Şəkil 54. Dağlıq vilayətlərin  perspektiv (“a”, Himalay) və plan  
(“b”, Hindiquş)  KŞ-nin  müqayisəsi. 
 
Qlobal struktur-geomorfoloji tədqiqatlarda distansion zondlama material-
larının  əsas tətbiq sahələri aşağıdakılardır: planetar dərəcəli geomorfoloji ob-
yektlərin sahəvi paylanmasının öyrənilməsi; bu obyektlərin genetik əlaqələrinin 
müəyyən edilməsi məqsədi ilə onların qarşılıqlı  əlaqələrinin təhlili; yer qabı-
ğının və strukturların planetar bölünməsinə  nəzarət edən bölgünün aşkar 
edilməsi; çoxkilometrli qalınlığa malik su qatı ilə örtülmüş okean dibinin 
geomorfoloji quruluşunun öyrənilməsi.  
Bu məsələlər hazırda lineament təhlilinin köməyi ilə həll edilir. Müvafiq 
məlumatlar 9-cu fəsildə veriləcəkdir.  


129 
 
İndi də 1978-ci ildə fəzaya buraxılmış «Sisat»peykindən, okean dibi rel-
yefinin, su səthinin radiolakasiya ölçü məlumatlarının köməyi ilə öyrənil-
məsinin nəticələrini araşdıraq. 55-ci şəkildə Yer kürəsinin şərq yarımkürəsinin 
okean dibi xəritəsinin bir hissəsi göstərilmişdir.  
 
Şəkil 55. Su səthinin radiolokasiya (RL) ölçü məlumatlarına görə Atlantik və  
Hind okeanlarının dibinin relyefinin xəritəsi. B.Xaksba görə. 
 
Bu xəritənin tərtibi üçün, Dünya okeanının səthini örtmüş (5 milyon 
nöqtəyə yaxın) su səthinin ölçü məlumatlarını eyni dayaq nöqtələrinin  şə-
bəkəsinə düzmüşlər. Rəngli qrafikqurmanın mürəkkəb kompüter proqramından 
istifadə edərək, B.Xaksbi təsvirin hər bir elementi üçün 15 rəng və onların 256 
çalarını seçmişdir. Xəritədə aşkar edilmiş bir çox hissələr, ya həmin vaxta qədər 
məlum deyildi, ya da axıra qədər təsdiq edilməmişdi. Məsələn, Afrikadan 
cənuba döğru Hind okeanınında yeni sualtı dağlar və  qırılma zonaları  aşkar 
edilmişdir. Xəritədə,  İslandiyadan cənub-qərbə doğru uzanan Reykyanesaralıq 
okaen silsiləsi görünür. Əvvəllər bu silsilənin V-yə bənzər formalı olması haqda 
şübhələr var idi. Lakin xəritə bunun həqiqət olduğunu təsdiq edir.
 
 
 
 


130 
 
IX. KOSMİK ZONDLAMA MATERİALLARININ  
KÖMƏYİLƏ XƏTTİ STRUKTURLARIN  
(LİNEAMENTLƏRİN)  ÖYRƏNİLMƏ XÜSUSİYYƏTLƏRİ 
 
Xətti strukturlar və yaxud lineamentlər (“lineamentum”-latın sözü olub, 
xətt deməkdir) çox geniş yayılmış geoloji obyektlərdir. Onlar müxtəlif miqyaslı 
kosmik şəkillərdə deşifrə olunur və topoqrafik, batimetrik, geofiziki və s. xəritə 
və sxemlərin təhlili zamanı aşkar edillir. 
 
9.1. Lineamentlər haqqinda təsəvvürlərin  
yaranması və təkamülü 
 
Strukturlar, onlara planetar çatlar kimi baxan Eli de Bomon, V.Qopkins 
və s. geoloqların adı ilə bağlıdır. Sonralar L.Bux, A.Dobre və digər alimlər 
ortoqonal sistemli qırılmaların planetin hidroqrafik mənzərəsinə nüfuz etməsinə 
diqqət yetirmişlər. Onlar, bu sistemlərin həmçinin xətti uzanan qırışıqlıq 
deformasiyalarına da təsiri haqqında fikir söyləmişlər. Belə ki, Pont-Kaspi 
əyalətinin uzaq məsafəli düz xətli struktur elementləri, qövsi strukturları  və 
eninə (submeridional) elementləri, N.İ.Andrusova görə, indiki dövrdə  aşkar 
edilmiş Transqafqaz və Ural-Oman lineamentləri istiqamətində yerləşmişdir. 
A.P.Karpinskinin yer qabığının qırılma tektonikasına aid əsərlərində Rusiyanın 
avropa hissəsində  şimal-qərb və  şimal-şərq istiqamətli çatların olduğu gös-
tərilmişdir. XlX əsrin axırlarında M.Bertran bütün qitələri kəsən, kənarlarında 
qırışıqlıq və ya qırılma dislokasiyaları  və iri paleocoğrafi və ya müasir relyef 
formaları (dağ silsilələri, çay dərələri, dəniz sahilləri və s.) qruplaşan xətti 
strukturlar haqqında təsəvvürü inkişaf etdirmişdir. 
XlX  əsrin axırlarında görkəmli Avstriya geoloqu Eduard Zyussun Aşağı 
Avstriya və  Cənubi  İtaliya zəlzələlərinin episentrinin (mərkəzinin) fəzavi 
yerləşmə qanunauyğunluqları üzərində apardığı tədqiqatlar lineament haqqında 
anlayışın formalaşmasına təkan verdi. 
Alim, kifayət məsafələrdə düz xətt üzrə uzanan «zəlzələ  zərbəsinin adi 
xətləri»adlandırdığı hadisəni kəşf etdi. 
Amerika geoloqu V. Xobbs 1904-1911-ci illərdə öz işlərində “Linea-
ment” anlayışını formalaşdırdı və onu elmigeoloji ədəbiyyata termin kimi daxil 
etdi. V. Xobbs lineamenti  heterogen əmələ gəlmə geoloji kütlələrin sərhədləri 
və  dənizin sahil xəttinin düzxətli sahələri, dağ massivlərinin  əhatəsi və  land-
şaftın digər düzxətli elementləri (məsələn, çay dərələri) (şəkil 56), həmçinin E. 
Zyuss tərəfindən ayrılmış “seysmotektonik xəttlər” kimi təsəvvür edirdi. 
Müasir dövrdə geologiyadakı bu “terminoloji kəşf”in  əhəmiyyətini kifa-
yət dərəcədə qiymətləndirmək çətindir, Çünki bu kəşf planetin dərinlik quru-
luşunun xarici (yerüstü) əlamətlərə görə öyrənilməsinin son dərəcə  sadə, müm-
kün və effektiv ekspresüsulunu təklif edirdi. 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə