Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə40/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   36   37   38   39   40   41   42   43   ...   128

117 
 
rincə, bu əyalətin paralelzolaqlı  rəsmi birbaşa və ya dolayı yolla “substrata 
qlyasial təsirlə” bağlıdır. 
Birinci halda, o, platforma örtüyü kəsilişinin yer səthinə yaxın hissəsinə 
qlayasiodislokasiya inkişafının təsirilə (bu halda mobil əyalətlərin qırışıqlıq 
üstəgəlmə qurşaqlarının yığcam modeli olan strukturlar əmələ  gəlir), digər 
halda isə nisbətən qədim mənşəli qırılma zonalarının qlayasiogen fəallaşması 
ilə  əlaqədardır.  Əgər qədim buzlaşma  əyalətlərində kiçik landşaft element-
lərinin bu yolla əmələ gəlməsi fərziyyəsi düzgündürsə, onda belə strukturlardan 
buzlaqların hərəkət istiqamətini aşkar etmək üçün istifadə etmək olar. Belə ki, 
onlar buzlaqların hərəkət istiqamətinə perpendikulyar olmalıdır. Distansion 
zondlama məlumatları əsasında landşaftın kiçik xətti elementlərinin öyrənilməsi 
hələ ilkin səviyyədədir və yaxın gələcəkdə  əhəmiyyətli nəticələrin alınması 
realdır. 
Praktiki olaraq, lokal və regional generalizasiya səviyyəli bütün kosmik 
təsvirlərdə aşkar edilən, daha çox yayılmış landşaft xəttiliyi relyefin xeyli uzun 
xətti elementlərinin (ilkin kilometrlərdən – bir neçə on kilometrlərə kimi) 
növüdür. Onlar distansion zondlama materiallarında düz və ya yaxın, arasıkə-
silməyən eynicinsli zolaq və sərhəd xarakterli görünür. 
Relyefin zolaqvari xətti elementləri  həm dağ, həm də düzənlik sahələrdə 
inkişaf etmiş, əsasən müxtəlif dərəcəli xətti erozion yarğanlar (çökəkliklər) və 
dərələrdən ibarətdir. Düzxətli suayırıcı silsilələr, adətən xətti çökəkliklərlə 
növbələşir və daha çox dağlıq  əyalətlərdə inkişaf edir. Onlar ya geoloji kom-
plekslərin litoloji tərkibini, ya da çat tektonikasının xüsusiyyətlərini əks etdirir. 
Həmçinin relyefin iri formalarınin sərhəddi hesab olunan, sonuncunun (rel-
yefin) sərhəd xətti elementləri də geniş yayılmışdır. Məsələn, düzənlik sahə-
lərdə bunlar dördüncü dövr çöküntü komplekslərinin sərhədləri ilə üst-üstə 
düşən iri dərələrin morfoloji elementlərinin sərhədləri (terras, arxa tikişləri, 
pillələr, dərəyə açılan gətirmə konuslarının sərhəddi və s.); dağlıq  əyalətlərdə 
isə müxtəlif səviyyəli düzlənmiş suayırıcıların keçidləri, çox uzun yamaların 
sərhədi, onların əyildiyi yer və s.-dir. 
Relyefin iri xətti elementlərinin istiqaməti adətən nizamlanmış olur ki, bu 
da bir səmtin digəri üzərində üstünlük təşkil etməsində müşahidə olunur. 
Relyefin xətti elementlərinin ümumi şəkli hər bir kifayət qədər iri neotektonik 
struktur üçün fərdi olur. Görünür ki, xəttiliyin rəsmi, ümumiyyətlə neotektonik 
rejimlə  əlaqədardır, ona görə  də ayrı-ayrı neotektonik vahidlərin lineament 
sahələrinin korrelyasiyasından onların inkişaf rejiminin oxşarlıq amili kimi 
istifadə etmək olar (şəkil 46). 
 


118 
 
 
 
Şəkil 46. Cənubi Tyan-Şan və  Tacikistan  depressiyasının xətti  elementlərinin  
istiqamətlərinin  güldiaqramı. V.N.Kuzemko  və b.  görə. 
Solda tektonik zonaları (ZQ – Zərəfşan-Qissar, CQ – Cənubi Qissar, V
x
 - Vaxş) və dərinlik  
qırılmalarını (ŞQR – Şimali Qissar, CQR – Cənubi Qissar) xarakterizə edən ümumi  
diaqramlar;  rəqəmlər  ölçülərin  sayını  göstərir. 
 
 Göstərildiyi kimi, relyefin xətti elementlərinin  əksəriyyətinin struktur 
əsası vardır. Ən yeni strukturların kondenudasion və konerozion inkişafı relyef-
də həm fəal qırılmaların, çatların, çat zonalarının, kiçik amplitudlu (bəzən iri) 
plastik deformasiyaların yaranmasına, həm də geoloji strukturların “ölmüş” 
xətti əmələgəlmələrinin passiv preparasiyasına gətirib çıxarır. 
 Bu səbəbdən relyefəməlgəlmə, sanki geoloji strukturun bütün toplanmış 
xətti qeyri-bircinsliliyini əks etdirir ki, bu da landşaft xəttiliyindən keçmiş  və 
indiki zamanın deformasiya şəraitlərinin indikatoru kimi istifadə etməyə imkan 
yaradır. 
Müasir lokal qalxımların relyefi. Müasir qalxma sahələrində  əmələ 
gəlmiş relyef formalarının konkret uzlaşması bir çox amillərdən asılıdır: 
regional tektonik mövqelərdən, iqlimdən, qalxmaya cəlb edilmiş süxurların 
litoloji tərkibindən, qalxmanın tipi və amplitudundan və s. asılıdır. Lakin lokal 
qalxımların relyefinin bəzi xüsusiyyətləri daha səciyyəvi olub, kosmik şəkil-
lərdə daha yaxşı deşifrə olunur: 1) hidroşəbəkənin özünəməxsus rəsmləri; 2) 
parçalanmanın dərinliyi və  sıxlığın lokal anomaliyası; 3) akkumulyativ və ya 
denudasion; akkumulyativ və ya relyefin erozion tip sahələri arasında hamar-
lanmanın denudasiya səthinin lokal təzahürü; 4) adətən “düzgün” cizgiyə malik 
relyef elementlərinin anomal formaları. 
Konsedimentasiya inkişaf fazalı lokal qalxımları kəsən tranzit su axımları, 
adətən meandrlaşmanı kəskin azaldır, yatağı düz formaya salır və vadiləri daral-
dır. Kondenudasion inkişaf mərhələli intensiv qalxımlar üçün, onların tranzit su 
axımları ilə  əhatələnməsi səciyyəvidir.  Əhatələnmə bir və ikitərəfli ola bilər. 
Çox vaxt kosmik şəkillərdə çay dərələrinin ardıcıl mərhələli lateral yerdəyiş-


119 
 
məsini müşahidə etmək mümkün olur ki, onlardan da quru məcralar və ya güclü 
modelləşmiş xətti əyilmələrin fraqmentləri qalır (şəkil 47). 
Əgər qalxmanın inkişafı  zəif gedirsə, onda tranzit su axımları onlarda 
kəsilməyə imkan tapır; belə qalxımlar paralel dərələrin dərinliyinin lokal artma-
sı ilə aşkar edilir. Relyef formalarının maraqlı uzlaşması lokal qalxmaların za-
manca qeyri-bərabər sürətlə inkişafı dövründə yaranır. 
Bəzən qalxmaların konsedimetasion inkişafı elə tez baş verir ki, onu 
kəsən çayın eninə  kəsilişinin hamarlanmasına və  əyilmə sahələrində özünə-
məxsus deltaların  əmələ  gəlməsinə  səbəb olur. Qalxımlar relyefə  çıxarkən və 
onun inkişafı  zəifləyərkən, delta axımları  kəsilr və antesedent dərələr sistemi 
yaradır. Kəsilən deltalara klassik misal olaraq, Azərbaycanda Girdımançayın bir 
sahəsini göstərmək olar. Burada Girdımançay beş paralel axımı ilə Qaraməryəm 
çalasını kəsib, xüsusi relyef əmələ gətirir.  
 
 
Şəkil  47. Kattakum  (Orta  Asiya)  qum  rayonunun kosmik  şəkillərinin  
deşifrələmə  sxemi. 
Terras kompleksi:1– çaylaq  terrasları, 2 – Surxandərə deltası, 3 – alçaq çaylaqüstü terraslar.  
4-6 – eol prosesləri ilə modelləşmiş Surxandərə terrasları (4 – üst, 5 – orta. 6 - alt); 7– prolüvi-
al, 8–prolüvial – allüvial,  9 – allüvial, 10– erozion – akkumulyativ, 11– denudasion, 12– eol (a 
– bərkimiş  qumlar, b – bərkiməmiş  qumlar);  13 – Surxandərənin  atılmış  meandrları, 14 – 
lineamentlər. 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə