Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə38/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   34   35   36   37   38   39   40   41   ...   128

111 
 
Tək şəkillərə görə relyefin öyrənilməsi zamanı, fotoşəkillərdən əlavə, lan-
lşaftın ayrı-ayrı komponentlərini müxtəlif dərəcədə  əks etdirən, bütün spektr-
lərdə çəkilmiş skaner şəkillərindən də istifadə edilməsi məsləhət görülür. Dəqiq 
morfometrik təhlili radar şəkillər üzrə aparmaq daha əlverişlidir. Onlar kiçik 
lokasiya bucağında çəkilərkən daha effektli, relyefin əks etdirilməsində yüksək 
ifadəliliyə malik olurlar. 
Radiolokasiya  şəkilləri bəzən kiçik qalınlığa malik çökmə süxurların 
altında basdırılmış relyefi izləməyə imkan yaradır. Yüksəklik fotoşəkillərində 
yaxşı  işıqlanma  şəraitində 40-60 m dərinliyə  qədər sualtı relyefin öyrənilməsi 
mümkündür. Su qatınin qalın olduğu  şəraitdə, relyefi yalnız dolayı  məlu-
matlarla öyrənmək mümkün olur. 
Müasir dövrdə peykdəki radiolokasiya yüksəklik ölçü cihazının vasitəsilə 
okean dibi relyefinin aşkarlanması üsulu işlənilib hazır lanmışdır. Okeanın 
səthi, relyefi sanki daş  yığımları olan bağ üzərinə atılmış kobud yun yorğan 
kimi əks etdirir. Bu üsulla okean dibi relyefinin xəritəsinin alınması üçün küllü 
miqdarda radiolokasiya məlumatlarının qeydiyyatı, onların qravitasiya sahə-
lərilə müqayisəsi və o cümlədən, təsviri almaq üçün xüsusi komyüter üsulunun 
istifadəsi tələb olunur. 
 
8.3. Relyefin  forma və formalar komplekslərinin  
yer qabiğı strukturları  inkişafının nəticəsi kimi 
 
Yer qabığı haqqında zaman kəsimində inkişaf edən, dəyişən sistem kimi 
təsəvvür onun strukturunu müxtəlif yaşlı  və  dərəcəli elementlərin birliyi kimi 
qəbul etməyə imkan yaradır. Ümumi halda, yer səthini zamanın hər bir anında 
sahələr birliyi kimi təsəvvür etmək olar ki, onlardan da birində o zamankı 
“canlı” strukturların inkişafını  əks etdirən relyef əmələgəlmə  fəal xarakter 
daşıyır, digərində isə yalnız passiv preparasiya və ya əksinə “ölmüş” struk-
turların nivelirlənməsi (hamarlanması) baş verir. 
Relyef tektonik strukturlara nisbətən ən yeni və xüsusilə müasir tektonik 
hərəkətlərin indikatoru kimi daha  əyanidir. 
 Fəal tektonik xətlər boyu metrlik, bəzən isə desimetrlik yerdəyişmələr, 
yaxşı görünən relyef formalarında geoloji mənada ani əks olunur, bununla 
belə,onların geoloji strukturlarda aşkar edilməsi, hətta yerüstü tədqiqatlarda da 
çətinlik törədir. 
Ekzogen proseslərdən tektonik hərəkətlərə qarşı daha həssas su erozi-
yasıdır. Eroziyaya, ilk növbədə, hər bir zəifləmiş zona, məsələn, yüksək çatlı 
zonalar məruz qalır. Bu zonalarda hidroşəbəkə inkişaf edərək  möhkəmlənir və 
relyefdə müxtəlif miqyaslı erozion dərələr (yarğanlar) kimi özünü büruzə verir. 
Sahəvi strukturların inkişafı, çox vaxt yer səthinin regional meylliyinin dəyiş-
məsi və uyğun olaraq, hidroşəbəkənin planının yenidən qurulması, bir dərənin 
məhvi, digərinin isə inkişafı ilə müşayət olunur. Bu və ya digər regionun 


112 
 
eroziya  şəbəkəsinin təkamülünün nəticəsi onun relyefinin parçalanmasının 
xarakter rəsmi hesab olunur. Relyefin parçalanma rəsmi kosmik şəkillərdə 
aydın aşkar olunur; bu təsnifata uyğun olan eroziya şəbəkəsi rəsmlərinin 
təsnifatı  və relyef sahələrinin xüsusi ayrılması sadə, lakin neotektonik rayon-
laşdırmanın əyani və daha  etibarlı üsulu hesab olunur (şəkil 42). 
 
 
 
Şəkil 42. Dağlıq və düzənlik rayonların erozion parçalanmasının  xarakter  
şəkilləri: 
a – Monqol  Altayı,  b – Xardamat  yaylası (Ərəbistan  yarımadası);  v – Tassilin – Aser, 
q – Antiatlas  (v-q – Şimali  Afrika),  d – İordaniya.  e– Somali. 
 
Eol buzlaşma prosesləri ilə bağlı olan relyef formalarının ən yeni tektonik 
hərəkətlərlə  əlaqəsi aydın görünməsə  də, bu əlaqəni təsdiq edən məlumatlar 
mövcuddur. Məsələn, hər  bir barxanın morfologiyasıın küləklərin üstünlük 
təşkil edən istiqamətləri ilə əlaqədar olmasına baxmayaraq, uzanmış barxanlar 
zəncirinin istiqaməti, görünür ki, müəyyən struktur əsasa malikdir. Səhra və 
yarımsəhra rayonlar üçün səciyyəvi olan, zəif  əlaqəli süxurların lokal üfürül-
məsi ilə bağlı deflyasion yuvavarı relyef, ehtimal ki, ərazinin struktur planını 
irsən saxlamışdır. Müasir buzlaqların yayılması (arktik zonadan kənarda) fəal 
inkişaf edən neotektonik strukturlarla bağlıdır (şəkil 43).Bundan əlavə, çox 


113 
 
zaman sonmoren silsilələrinin (həm dağlıq, həm də düzənlik sahələrdə) yer-
ləşməsi və istiqaməti, su buzlaq axım dərələri, kamlar və ozlar üzərində tek-
tonik nəzarət aydın görünür. Ortamiqyaslı kosmik təsvirlərdə bu relyef for-
malarını  aşkar etmək üçün müəyyən təcrübə  tələb olunur. Öz fotogenik xüsu-
siyyətlərinə görə onlar eroziyon formalardan geri qalır. 
 
 
 
Şəkil 43. KŞ-də dağ buzlaqları: 
a – Pamir (şəklin yuxarı hissəsində Fedçenko buzlağı), b – Kun – Lun,  v –Terskey – Alatau. 
 
Regional və lokal səviyyəli generalizasiyaya malik kosmik şəkillərdə 
bəzən karst və suffozion proseslərlə  əlaqəli relyef formalarını  aşkar etmək 
mümkün olur. Xətti karstların əmələ gəlməsi su eroziyası ilə əlaqədardır. Uy-
ğun relyef formaları xətti tektonik strukturların indikatorlarıdır. Cavan qırışıqlıq 
rayonlarında çox vaxt konsentrik yerləşmiş lokal karst və suffozion çökəklik 
əmələ gəlmələri müşahidə edilir. Bəzən onların inkişaf etməkdə olan cavan qal-
xımların periferiya hissələrinə aid olduğunu təyin etmək mümkün olur. 
Strukturgeomorfoloji tədqiqatların mühüm aspekti müxtəlif ekzogen pro-
seslər nəticəsində yaranan, lakin vahid tektonik səbəblə  əsaslanan relyefin 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə