Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə35/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   31   32   33   34   35   36   37   38   ...   128

104 
 
təyinedici formaları tabeli səciyyə daşıya bilməsinə baxmayaraq, onlar iri-
miqyaslı kosmik təsvirlərdə aşkar olunur. 
Yaxşı açılış  şəraitində kosmik təsvirlərdə cavan çöküntülərin quruluşu 
çox aydın görünür. Adətən, dördüncü dövr örtük əmələgəlmələri, distansion 
zondlama materiallarında, təsvirləri fərdi rəsmlərinə görə tanınan relyef 
formaları yaradır, yəni dördüncü dövr çöküntüləri ilə örtülmüş ərazinin kosmik 
təsvirlərinin təhlili zamanı həm geomorfoloji və həm də onlara uyğun təsvirin 
geoloji modeli formalaşır. Deşifrələnməni çətinləşdirən amillər isə  əsasən 
ərazinin meşə ilə örtülməsi və kənd təsərüfatı sahələri ilə əhatə olunmasıdır. 
Kosmik təsvirlərdə laysız geoloji kütlələrin aşkarı  və  təhlili regional 
tektonik və geomorfoloji xüsusiyyətlərdən asılıdır. İntensiv parçalanmış yüksək 
dağlıq  şəraiti hətta iri intruziv massivlərin aşkar edilməsi üçün də  əlverişli 
deyildir. Bu,  yeni tektonikanın, qədim strukturları tamamilə  dəyişdiyi cavan 
dağ zonalarında özünü xüsusən kəskin büruzə verir. Məsələn, Cənubi Tyan-
Şanda Qissar qranitoid massivinin sərhədləri yalnız dolayı  əlamətlərinə görə 
təyin edilir. 
İntruziv süxur massivləri qədim qalxanların və cavan platformaların kos-
mik  şəkillərində daha yaxşı izlənilir. Təsvirlərin görünmə  dərəcəsi onların 
yaşından, formasından və tektonik struktur ilə əlaqəsindən asılıdır. Konkordant 
xətti uzanmış massivlər, bir qayda olaraq, diskordant izometrik massivlərə 
nisbətən pis aşkar edilir. Məsələn, Kola yarımadasının  şəkillərində Baltik 
qalxanı Peçenqa rift zonasının konkordant ultraəsaslı massivləri çətin aşkar 
edilir,  İmandravarzuq rayonunun izometrik massivləri isə praktiki olaraq, 
istənilən şəkillərdə aydın aşkar olunur. Bu, eyni dərəcədə Xibin və Lavozer tipli 
paleozoy yaşlı intruzivlərə  və alt proterozoy yaşlı Monçetundra plutonuna da 
aiddir. 
Cavan platforma qalxanlarında intruziv massivlərin landşaftda görünməsi 
(təbii ki, kosmik şəkillərdə) onların forması, tərkibi və yaşından çox asılıdır. 
Məsələn, Mərkəzi Qaxaxstanın cənub hissələrində kosmik təsvirlərdə ən cavan 
(perm yaşlı) qranitoid massivləri yaxşı görünür. Bektauata kimi iri izometrik 
intruzivlər, hətta kontinental səviyyəli şəkillərdə belə aşkar görünür, izometrik 
formalı devon yaşlı massivlər isə xeyli zəif aşkar edilir. Görünür, bu onunla 
əlaqədardır ki, cavan, turş  tərkibli massivlər zəif,  ən yeni fəallaşma  şəraitində 
çərçivəyə nisbətən “üzə  çıxır”və fototəsvirdə  səciyyəvi rəsmlə  nəzərə çarpan 
(adətən mərkəzəqaçma) müsbət relyef formaları  əmələ  gətirir. Devon (daha 
cavan) massivlərinin denudasiyası  və “üzə  çıxması”  əvvəlki tektonik eralarda 
başa çatmışdır və indi onlar azqalınlıqlı, praktiki olaraq, müstəvi  şəkilli kütlə 
formalarında olub, relyefdə aydın görünmür. Struktura uyğun yatan kiçik hi-
perbazit kütlələri daha pis aşkar edilir. Onlar nəzərdən keçirilən rayonun 
kosmik  şəkillərində, bu kütlələrin üzərində montmorillonitin qalın aşınma 
qabıqlarının inkişafı ilə əlaqədar olaraq, özlərini nisbətən açıq fotorəngçaları ilə 
büruzə verirlər. Kosmik təsvirlərdə deşifrələnmiş intruziv kütlələrin sərhədləri 


105 
 
çox vaxt yer səthindəki real sərhədlərindən böyük olur. Buna səbəb, massivin 
tavanının azqalınlıqlı, həddən artıq dəyişmiş, sallaq kənar hissəsinin  isə kosmik 
şəkillərdə massivin özü ilə eyni görkəmə malik olmasıdır. 
Ən yeni fəallaşma  əyalətlərindəki duz «günbəzlərinin» təsvir rəsmləri 
izometrik qranitoid massivlərinin cizgilərinə oxşardır. Bunlar da, relyefin 
müsbət formalarını  əmələ  gətirən, «üzəçıxan» strukturlardır. Tektonik sakit 
əyalətlərdə duz çıxışları ilə əksəriyyət mənfi geomorfoloji izometrik elementlər 
əlaqədardır. Bunlar bəzən tağyanı  qırılma pozulmaları sisteminin intensiv 
inkişafı səbəbindən “sınmış boşqaba”bənzəyir. 
Distansion üsulların inkişafı “qırılma” və “qırılma pozulmaları” termin-
lərinin mənasını xeyli dəyişmişdir. Kosmogeoloji işlərin təcrübəsində  qırılma 
pozulmaları və qırılmalar daha geniş mənada “deşifrələnmənin xətti obyektləri” 
(və ya “lineament”)  kimi istifadə olunur. Sonuncular, yerdəyişmə qırılmaları və 
dərinlik tipli qırılmalardan  əlavə, çatları, çatlılıq və nüfuzetmə zonalarını, 
müxtəlif landşaftla  əks olunan basdırılmış  xətti bölmələri və s. saxlayan xətti 
deformasiya strukturlarını birləşdirir. Xətti obyektlərin  əksəriyyətini yalnız 
icmaldistansion təsvirlərdə  aşkar etmək olur. Burada, onlar geoloji və geo-
morfoloji quruluşun azəhəmiyyətli hissələrinin məcmusundan generalizasiya 
olunur.  
Qırılma üzrə geoloji sərhədlərin yerdəyişməsinin aşkar edilməsi qırılma-
ların kinematikası və onların baş tektonik zonallığa görə istiqamətindən asılıdır. 
Daha kiçik sürüşməqırışıqlığa və ya monoklinallara nisbətən diaqonal və ya 
eninə səmtdə yerdəyişmə kinematikalı qırılmalar boyu aşkar edilə bilər. Dəqiq 
və lokal səviyyəli şəkillərdə amplitudu on metrlərlə ölçülən yerdəyişmələr aşkar 
olunur. Qranit və digər vulkanogen süxurlarda yerdəyişmələr kifayət qədər 
aydın görünür. Eninə  qırılıb-düşmələr üzrə yerdəyişmələr, məhz geomorfoloji 
cəhətdən özünü büruzə verdiyi üçün amplitudun qiymətləndirilməsi yalnız 
təxmini ola bilər. Bunları həmçinin sıldırım qırıdlıb-qalxmalara aid etmək olar.      
Üstəgəlmələr kosmik şəkillərdə  çətinliklə  aşkar olunur və onların am-
plitudunu təyin  etmək  nadir  hallarda  mümkündür.      
Nəticədə qeyd etmək lazımdır ki, ideal fotogenik geoloji əmələgəlmə 
sərhədlərində kosmik şəkillərin deşifrələmə materialları  əsasında, hətta dəqiq-
liyinə görə yerüstü geoloji planalma xəritələrindən də üstün analoqlarını ya-
ratmaq olar. Lakin belə sahələrə çox nadir hallarda rast gəlinir. Struktur-geoloji 
tədqiqatlarda kosmik məlumatlar öyrənilən  ərazinin geoloji quruluşunun ayrı-
ayrı fraqmentlərini dəqiqləşdirməklə  bərabər, məlumatları  tənzimləməkdə (bu 
kosmik  şəkillərin ümumi görünüşü ilə bağlıdır), geoloji quruluşun ayrı-ayrı 
elementlərinin struktur səciyyəsini aydınlaşdırmaqda və yerüstü tədqiqatlar 
zamanı  zəif görünən və ya heç görünməyən strukturları  xəritələməkdə  tətbiq 
edilir. 
 
 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə