Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə32/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   28   29   30   31   32   33   34   35   ...   128

93 
 
2. Humid vilayətlərdəki regional və lokal dərəcəli geoloji obyektlər- 0,5-
0,6 mkm, zonaların sintez edilmiş şəkilləri - 0,5 – 0,6 və 0,6 –0,7mkm. 
3. Arid  vilayətlərdəki regional dərəcəli geoloji obyektlər - 0,7-0,8  və  
0,8-1,1 mkm düzənlik üçün əsasən yaz və payız fəsillərində  və  0,5-0,6 mkm 
dağlıq rayonlar üçün -əsasən yay fəslində; zonaların sintez edilmiş şəkilləri- 0,5 
– 0,6 ; 0,7-0,8 və 0,8 – 1,1 mkm.   
4. Lokal və  dəqiq dərəcəli geoloji obyektlər- 0,5-0,6 mkm kəskin zid-
diyiyətli obyektlər üçün; 0,6 – 0,7 mkm - zəif ziddiyiyətli obyektlər üçün; bu 
zonaların infraqırmızı zona ilə birlikdə 1,2-2,4 mkm diapazonunda sintez edil-
miş şəkilləri.  
5. Bütün dərəcəli geoloji obyektlər az dərinliyə malik (50 m-dən kiçik) su 
hövzələrində, göllərdə, dəniz  və okeanlarda - 0,45 – 0,5 mkm (kamera MKF –
6) və 0,5 –0,6 mkm.           
Nəzərə almaq lazımdır ki, bu sxem universal deyildir, müxtəlif geoloji 
obyektlər və hadisələr başqa spektral diapazonlardan alınmış  KŞ-lərdə daha 
yaxşı əks oluna bilər.      
Amerikanlı  tədqiqatçılar geologiya üçün daha informativ olan aşağıdakı 
spektral kanalları (mkm) təklif edirlər: 0,52-0,60;  0,76-0,90; 1,55-1,75;  2,15-
2,35.  
Qeyd edək ki, göstərilən dörd kanaldan üçü infraqırmızı diapazona aiddir 
ki, bu da “Lendsat” peykinin ölçü cihazlarının xüsusiyyətləri ilə əlaqədardır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


94 
 
VII. GEOLOJI XƏRİTƏLƏMƏDƏ VƏ 
STRUKTUR–GEOLOJI TƏDQİQATLARDA 
DİSTANSİON ZONDLAMA MATERİALLARININ İSTİFADƏSİ 
 
Geoloji kütlələr və onların kompleksləri geniş əhatəyə malik olduğundan 
öyrənilərkən, müşahidəçinin görüş sahəsinə  sığışmır. Fototəsvirlərdə geoloji 
kütlələrin böyük sahələrinin icmallığının özünü qabarıq göstərməsi, geoloji 
əmələgəlmələrin xəritələnməsini intuitiv duyğu deyil, deşifrələnmənin obyektiv 
məlumatlarına əsasən reallaşdırır. 
Qeyd etmək lazımdır ki, kosmik şəkillər nə nisbətən irimiqyaslı aero-
şəkilləri, nə  də yerüstü müşahidələri  əvəz etmir, bununla belə, onların tam 
imkanları distansion zondlama və digər geoloji tədqiqat üsullarının material-
larının birlikdə  təhlili zamanı reallaşır. Kosmik şəkillərin struktur – geoloji 
tədqiqatlarda tətbiqi, birinci növbədə, mövcud geoloji xəritələri dəqiqləşdir-
məyə imkan verir (geoloji kütlələrin sərhədlərinin və  həmçinin struktur 
xüsusiyyətlərinin dəqiqləşdirilməsi hesabına), ikinci növbədə isə, kiçik ampli-
tudlu və «səpələnmiş» tektonik deformasiya zonalarının, qeyri–ənənəvi xətti və 
müxtəlif konfiqurasiyalı sahəvi obyektlərin aşkarına görə  xəritələndirilən 
əmələgəlmələrin yığımını genişləndirir. 
 
7.1. Kosmik   şəkillərin geoloji  informativliyi 
 
Kosmik şəkillərin informativliyi və uyğun olaraq, struktur–geoloji analizi, 
müxtəlif regionlarda eyniqiymətli deyildir. Ümumiyyətlə, onlar öyrənilən 
tektonik elementlərin tipindən və yaşından, daxili strukturun növündən və 
relyefin xüsusiyyətlərindən asılıdır.  
Qədim və cavan platformaların plitələri. Bunlar zəif dislokasiya olunmuş 
çökmə süxurların səthində geniş yayılması ilə  səciyyələnir. Çox vaxt onlar, 
akkumulyativ relyefi formalaşdıran, bünövrənin nəinki qırışıq süxurlarının, 
hətta örtüyün alt hissəsi çöküntülərinin geoloji quruluşunun xüsusiyyətlərini 
zəiflədən yeni əmələgəlmələrdir. Belə regionlarda yerüstü müşahidələr  əsasən 
dördüncü dövr çöküntülərinin genezisi və litologiyası, yaxud örtüyün yer sət-
hinə  çıxmış süxurları haqqında informasiya verir. Bu şəraitdə distansion 
zondlama materiallarının təhlilindən alınmış informasiyalar böyük əhəmiyyət 
kəsb edir. 
Kontinental səviyyəli generalizasiyaya malik kosmik şəkillərdə platfor-
maların geoloji quruluşunun nisbətən iri və  dərinlik elementlərini müşahidə 
etmək olar. Fototəsvirlərdə seçilən sahəvi obyektlər  əsasən müxtəlif inkişaf 
rejimli neotektonik bloklara uyğun gəlir. Onların, özülün blok strukturuna və 
örtüyün daxili strukturuna uyğun gəlməsi yalnız dərinlik  əmələgəlmələrinin 
irsiyyət dərəcəsi ilə  təyin edilir. Xətti obyektlər adətən özülün və ya çökmə 
örtüyün qırılma pozulmalarına uyğun gəlir. Xətti strukturların əksəriyyəti (60-


95 
 
70%) ola bilsin ki, kiçik amplitudlu olmasına görə geoloji quruluşda öz əksini 
tapmır və geofiziki məlumatlarla təsdiq olunmur; lakin əksər hallarda yaxşı 
sənədləşdirilmiş gömülmüş qırılmaları əks etdirir.     
Plitələrin özülünün iri tağları  fotoçalarlı dairəvi strukur şəklində özünü 
büruzə verir. Platforma örtüyü altından «işıqlanan»metomarfik özülün struk-
turları iri halqavarı strukturların səciyyəvi müxtəlifliyini göstərir. Onların bə-
ziləri geoloji quruluşa uyğun gəlmir. Regional və lokal kosmik şəkillərdə sahəvi 
obyektlər çox  vaxt yer səthində inkişaf tapmış litoloji çöküntülərə uyğun gəlir. 
Lakin platforma örtüyü süxurlarının birbaşa litoloji xəritələnməsinin məhdu-
diyyət təşkil etməsinə baxmayaraq, çökmə süxurların litolojigenetik tiplərinin 
inkişaf etdiyi sahələr daha dəqiq deşifrələnir.   
  Regional və lokal kosmik şəkillərin xətti obyektləri, adətən çökmə və ya 
özül süxurlarında geomorfoloji quruluş elementləri ilə özünü büruzə verən 
qırılma və fleksuraya uyğun gəlir. Örtüyün cavan strukturları deşifrələnmiş 
obyektlər kimi görünür. Tağların və muldaların real cizgiləri adətən, şəkillərdə 
dairəvi obyektlərə nisbətən daha mürəkkəb formada və kiçik ölçülərdə olur. Bu 
kiçikölçülü obyektlər (ilkin km-lər, ilkin on km-lər) öz vəziyyətinə görə, çox 
zaman platforma örtüyünyn lokal formalarına, məsələn, ayrı-ayrı braxian-
tiklinallara və ya onların qruplarına, duz gümbəzlərinə, muldalara və s. uyğun 
gəlir.    
  Dəqiq şəkillərdəki sahəvi obyektlər, bir qayda olaraq, səth çöküntülərinin 
müxtəlif litolojigenetik tiplərinin inkişaf etdiyi sahələrə uyğun gəlir.    
 Akkumulyativ  düzənliklərdə bunlar dördüncü dövr əmələgəlmələri, 
denudasiya sahələrində isə yer səthinə çıxmış müxtəlif yaşlı- və litoloji tərkibli 
süxurlardır.   
  Qədim platformaların qalxanları. Bunlar Yerin qədim inkişaf mərhə-
lələrini səciyyələndirən, yer səthinə  çıxmış, özünəməxsus strukturlu, ilkin 
kembiriyəqədər yaşlı, intensiv metamorfizmləşmiş komplekslərdir. Onlar plat-
forma sahələrinə xas olan dayanıqlı qalxma və relyefin zəif parçalanması ilə 
xarakterizə olunur (şəkil 37). Bu təzahürlər qədim platforma sahələrində distan-
sion zondlama materiallarının istifadə xüsusiyyətlərini təyin edir. Kontinental 
generalizasiya səviyyəli kosmik şəkillərdə  qədim qalxımların maddistruktur 
komplekslərinin ayrılması, praktiki olaraq, mümkün deyildir. Bəzən açıq foto 
rəngçaları ilə seçilən və qövsvari, nisbətən tünd zolaqlarla sərhədlənən, ölçüləri 
bir neçə yüz km olan iri oval formalara ayrılır. Belə sahəvi strukturlar qədim 
qalxanların nəhəng dairəvi sistemləri və onları ayıran zonalarla sıx əlaqədardır.     
Kontinental şəkillərdə xətti obyektlər üç qrupa ayrılır: qalxanları kəsən və 
onların sərhədlərindən uzaqlara gedən ensiz xətti strukturlar (ehtimal ki, cavan 
tektonik pozulma zonalarına uyğun gəlir və qalxanların daxili strukturları ilə 
əlaqədar deyildir), sahəvi obyektlərin sərhədlərinə uyğun gələn azmeylli 
girintili-çıxıntılı quruluşa malik  strukturlar (qalxanların qədim “özəklərini” 
ayıran mobil qədim qurşaqlar kimi interpretasiya olunurlar); qədim qalxanların 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə